Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                 

Gürcülərdən Azərbaycana qarşı daha bir sayğısızlıq - FOTOLAR
Tarix: 23-02-2017, 09:15 | Çap et
Gürcülərdən Azərbaycana qarşı daha bir sayğısızlıq
Tbilisidəki Dövlət Azərbaycan Dram Teatrının (TDADT) baxımsız qalması ilə bağlı məsələ dəfələrlə qaldırılsa da, heç bir tədbir görülməyib

Azərbaycan teatrının əsası 1873-cü ildə Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” pyesinin səhnələşdirilməsi ilə qoyulub. Əksər mənbələrdə bu mühüm tarixi hadisənin Bakıda baş verdiyi yazılsa da, bəzi mənbələr milli teatrımızın Tbilisidə doğulduğunu yazır. Əbəs deyil ki, Tbilisinin mərkəzində TDADT fəaliyyət götərir. Hansı ki, bu mühüm tarixi mədəniyyət abidəsi hal-hazırda mərhum prezident Heydər Əliyevin adını daşıyır. TDADT-ın yaranma tarixi ilə bağlı da eyni ilə milli teatrımızın harada yaranması kimi iki fərqli iddia var. Bəzi mənbələr bu teatrın 1873-cü ildə yarandığını yazır, bəzi mənbələr isə 1909-cu ildə. Hər halda müxtəlif əsarət dönəmlərindən keçmiş, hər dəfə də yaşamaq üçün bütün həqiqətləri rejimə satmış bu qarmaqarışıq mənbələrin hansının nə qədər doğru olduğunu deyə bilmərik. Amma bu bir tarixi həqiqətdir ki, sözügedən teatrda İbrahim İsfahanlı, Ələkbər Seyfi, Möhsün Sənani, Ülvi Rəcəb kimi teatr nəhəngləri çalışıb, bu teatrın səhnəsində dünya və Azərbaycan dramaturgiyasının müxtəlif pyesləri səhnələşdirilib. В© STOP-KADR Müasir Azərbaycan filminin hoqqaları Yoxsulluq və səfalət içində ömür sürən dahi şəxsiyyətlərin taleyi kimi bu böyük mədəni abidənin taleyi də yoxsulluq və səfalət içindədir. Tarix kitablarında bu teatrın müxtəlif dönəmlərdə başqa teatrlara yardım etdiyi, başqa teatrların tamaşalarını maliyyələşdirdiyi yazılsa da, hazırda heç özünə yardım edəcək qədər gücü yoxdur.

Tbilisi ilə Azərbaycan ədəbiyyatının və incəsənətinin mühüm bağlılıqları olduğu danılmazdır. Məsələn, Azərbaycan dramaturgiyasının banisi olan Mirzə Fətəli Axundov Tbilisidə yaşayıb yaratmış və elə orada da dəfn olunmuşdu. Tbilisinin Sənan dağındakı həmin məzarlıqda Mirzə Şəfi Vazehin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin də məzarları yerləşir. Bu füsunkar təbiətin qoynunda Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə bağlı abidə də mövcuddur. Ayrıca, Tbilisinin müxtəlif yerlərində Bülbülün heykəlinə, Mirzə Fətəli Axundovun, İbrahim İsfahanlının, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev muzeylərinə rast gələ bilərsiz. Elə Azərbaycanda da Şota Rustaveli, Avksenti Saqareli, Nodar Dumbadze kimi gürcü ədiblərinin müxtəlif əsərləri yayımlanıb və səhnələşdirilib. Yaxşı, bəs bir-biri ilə bu cür möhkəm mədəni əlaqələri olan iki ölkənin və xalqın bir növ ortaq mədəni abidəsi sayılan TDADT niyə bu cür baxımsız qalıb? Kostyumları çirkli və ətrafa səpələnmiş, döşəmə-tavanı uçulmuş, teatr üçün mühüm olan bütün avadanlıqlardan məhrum qalmış bu teatrın hansı günahı vardı ki, qayğıdan tamam uzaq saxlanıldı? Üstəlik, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət abidəsi hansı cürətlə belə viran qalmağa məhkum edilib?

Tbilisidə Heydər Əliyevin adını daşıyan park var. Orada mərhum liderin büstü də yerləşir. Səfər zamanı bu parkda da oldum. Park olduqca səliqəli, yaşıllıqlara bürünmüş, təmiz və bər-bəzəkli idi. Axı heç bir park bəşərə teatr qədər xidmət etmir. Bəs niyə bu parkdan 50-100 metr məsafədə yerləşən, eyni şəxsin adını daşıyan, Azərbaycan üçün mədəni tarixi əhəmiyyətə malik olan teatrın vəziyyəti acınacaqlıdır? Tbilisidə qayğıdan uzaq qalan digər mədəni abidələrimiz də var. Nəriman Nərimanovun ev muzeyi hazırda fəaliyyət göstərmir. Cəlil Məmmədquluzadənin ev muzeyinin fəaliyyəti isə birdəfəlik dayandırılıb. Tbilisidə aldığım məlumata görə, həmin evdə başqa bir ailə yaşayır və oranın muzey kimi bərpası demək olar ki, mümkünsüzdür.

P.S. Azərbaycan Gürcüstan başda olmaqla dünyanın bir sıra ölkələrində mədəniyyət abidələrini öz vəsaitləri hesabına təmir və bərpa etdirib. Maraqlıdır ki, Azərbaycan hökuməti və əlaqədar qurumlar niyə indiyə qədər ümummilli liderin adını daşıyan tarixi mədəni abidənin bərpası barədə düşünməyiblər. Teatrın kollektivinin verdiyi məlumata görə, Azərbaycan rəsmiləri, millət vəkilləri sözügedən teatrda olublar və oranın vəziyyətindən xəbərdardırlar. Amma nədənsə, bu vəziyyətin aradan qaldırılması üçün heç bir addım atmayıblar.

Gürcülərdən Azərbaycana qarşı daha bir sayğısızlıq
Gürcülərdən Azərbaycana qarşı daha bir sayğısızlıq
Gürcülərdən Azərbaycana qarşı daha bir sayğısızlıq
Gürcülərdən Azərbaycana qarşı daha bir sayğısızlıq
Gürcülərdən Azərbaycana qarşı daha bir sayğısızlıq










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru