Deputatın adı qalmaqallı olayda - İDDİA
Tarix: 11-04-2017, 10:52 | Çap et
 Nərmanov rayonundan deputat seçilmiş Adil Əliyevin Atatürk prospekti 31 ünvanındakı 9 mərtəbəli binanın həyətində tikdirdiyi mərasim zalı ona səs verməyən sakinlərin üzünə bağlıdır. Belə ki, seçkidə onun əleyhinə səs verən seçicilər yasları düşəndə yaşadıqları binanın həyətindəki mərasim zalından istifadə edə bilmirlər. Bu isə sakinlərin narazılığına səbəb olub.
Bu barədə “Təzadlar”a xəbər verən Bakı sakininin sözlərinə görə, o, vəfat etmiş anasına yas keçirmək üçün yaşadığı binanın həyətindəki mərasim zalının rəhbərliyinə müraciət edib, lakin “yox” cavabı alıb: “Mən də əlacsız qalıb binamızın darısqal həyətində kiçik bir “palatka” qurub anamın yas mərasimini keçirdim. Yas mərasimini yola verdikdən sonra məsələni araşdırmağa çalışdım. Nəhayət, öyrəndim ki, anamın yasının mərasim zalında keçirilməsinə icazə verilməməsinə səbəb guya ailəmizin seçkidə hazırkı deputat Adil Əliyevə səs verməməsidir. Mən mərasim zalının rəhbərinin yanında olarkən o, seçki siyahısını gətirib qarşıma tökdü və seçkidə iştirak etmədiyimizi bildirdi. Sonra da dedi ki, Adil müəllimin qəti tapşırığı var, seçkiyə gəlməyən ailələr mərasim zalından istifadə edə bilməz. Başa düşmürəm, mərasim zalının deputat Adil Əliyevə nə aidiyyəti var? Məgər mərasim zalını Adil Əliyevindir? Bəlkə də elədir. Çünki həmin deputatın seçki qərargahı mərasim zalı ilə yanaşıdır. Halbuki binamızın həyətindəki üçmərtəbəli mərasim zalı guya biz sakinlərin istifadəsi üçün tikilib. Məsələni dəqiqləşdirmək üçün deputat Adil Əliyevlə görüşmək istədim. Lakin hələlik bu mümkün olmayıb”. Mənbənin bildirdiyinə görə, deputat Adil Əliyevin belə bir göstəriş verməsinə əmin deyil: “Məhz bu səbəbdən deputatın özü ilə görüşmək istəyirəm. Çünki rayonumuzda aparılan bir sıra quruculuq, abadlıq işlərində onun yaxından iştirak etdiyini eşitmişəm. Ona görə də ailəmə qarşı bu xoş olmayan münasibətin onun adına bağlanması çox təəccüb və təəssüf doğuran haldır”. Biz bu məlumatın nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün sözügedən mərasim zalının rəhbəri ilə əlaqə saxladıq. O, deyilənlərin əsassız, yalan, böhtan və iftira olduğunu bildirdi: “Mərasim zalı sakinlərə təmənnasız olaraq xidmət edir. Görünür, şikayətçinin yas ilə digər vətəndaşın mərasimi üst-üstə düşüb, bu səbəbdən problem yaranıb. Yoxsa, bizə müraciət edən vətəndaşı geri qaytarmırıq. Ona görə də şikayətçinin Adil müəllim barəsində belə şeylər yazması, adını hallandırması düzgün deyil. Seçki siyahısına gəlincə, bu barədə deyilənlər şər, bohtandan başqa bir şey deyil. Adil müəllim, ümumiyyətlə, mərasim zalının fəaliyyətinə qarışmır və müdaxilə etmir. Başqa bir söz deyə bilmərəm”. Mövzunu diqqətdə saxlayacağıq. Ola bilər ki, kimlərsə hörmətli deputat Adil Əliyevin fəaliyyətinə kölgə salmaq istəyir. Məsələ ilə bağlı Adil Əliyevin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, deputatla əlaqə saxlamağa çalışacağıq.
\\tezadlar.az\\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
|