Eldar Mahmudovun həbs edilən əmisi oğlu kimdir?
Tarix: 8-11-2017, 11:13 | Çap et
 Ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu, bir neçə gün öncə həbs edilən Vüqar Mahmudovun adı “MTN işi”ndə bir çox epizodlarda hallanırdı.
“Qafqazinfo” xəbər verir ki, buna baxmayaq həmin vaxt V.Mahmudov istintaqa yalnız şahid qismində cəlb edilmişdi. O, qanunsuz işlərin heç birindən məlumatı olmadığını demişdi.
Müstəntiqə özü haqda məlumat verən V.Mahmudov bildirib ki, 1996-cı ildə İqtisad Universitetinin İqtisadiyyatın İdarəedilməsi fakültəsini, 2003-cü ildə isə Polis Akademiyasını bitirib. 1998-2013-cü illərdə Daxili İşlər nazirliyində mühasib işləyib. 2013-cü ildə isə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında rəis müavini vəzifəsinə təyin olunub. Burada isə 2 il işləyə bilib. “MTN olayları”ndan sonra, 2015-ci ilin sonlarında vəzifəsindən çıxarılıb. O, 2011-ci ildən ağ rəngli 90 MM 009 dövlət nömrəli nişanlı “Nissan Patrol” markalı avtomobili idarə edir.
General Elçin Quliyevin məhkəməsində Eldar Mahmudovla qohumluq əlaqələrindən danışarkən isə “Eldar Mahmudov nazirim və əzizim olub” demişdi.
Vüqar Mahmudovun adı cinayət işi üzrə bir neçə epizodda da hallanıb.
General Akif Çovdarovun cinayət işində agentlərə ayrılan pulların mənimsənilməsində iştirakçı kimi adı keçib. Lakin o ifadəsində bunu təkzib edərək Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün ona hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmadığını deyib. Lakin təcridxanada özünü asaraq intihar edən polkovnik İlqar Əliyev etirafedici ifadəsində V.Mahmudovun başqa epizodda adını çəkib. O, 2015-ci il dekabr ayında verdiyi ifadəsi zamanı bildirmişdi ki, zərərçəkən Maqsud Mahmudovdan alınan 120 min dolların 70 mini nazir Eldar Mahmudovun tapşırığı ilə köməkçisi Vüqar Mahmudova verilib.
V.Mahmudov isə məhkəmədə ifadə verərkən fəaliyyət göstərdiyi vaxt ərzində heç kimin ona pul vermədiyini dedi: “Qanun çərçivəsində işləmişəm, tapşırıqları yerinə yetirmişəm”.
Lakin general Elçin Quliyevin cinayət işi üzrə istintaqa şahid qismində cəlb edilən V.Mahmudov bəzi mətləbərin üstünü açıb.
O, nazirlikdə işləməzdən qabaq kiçik bizneslə məşğul olduğunu açıqlayıb: “O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələrim yarandı, birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi. Bir müddət sonra İlhamı Binəqədi rayonun rəisi olan Rafiq Səfərovla tanış etdim. Məqsəd o idi ki, bazarda digər siqaret qaçaqmalçıların qarşısı alınsın. İlham bu işdə uzun müddət idi ki, çalışırdı. Ölkəyə siqaret gətirən hamını əlinin içi kimi bilirdi. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham ölkəyə kimin siqaret gətirdiyini Rafiqə deyirdi. Rafiq də əməliyyat keçirib həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı".
O hətta bir neçə dəfə bu qanunsuz prosesin iştirakçısı olduğunu da etiraf edib: “İlhamın xahişi ilə bir neçə dəfə Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm".
Qeyd edək ki, bu ifadələr V.Mahmudovun həbs edildikdən əvvəlki, yəni “MTN işi”nin ilkin istintaqı zamanı şahid qismində dedikləridir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
|