Səyyad Aran DAĞDAN ENMƏYİB Kİ... .....                     İşçilərin iş rejimi və... .....                     Ərdoğan dedi... deməsəydi, yaxşı olardı... .....                     Bu şəxslər 600 manat müavinət ala bilər .....                     Şahbuzda AİLƏ PODRATI: ETN də işin içindədir .....                     Mətbəximizdəki inflyasiya: Qiymətlər artır, payımız isə azalır... .....                     Cəlilabad sakini haqsızlıqla ÜZ-ÜZƏ... .....                     İllik maliyyə hesabatından gizlənən gömrük şirkətləri .....                     Bazarda nə baş verir: Təəccübləndirən qiymətlər .....                     "Yeni dünya düzənində Azərbaycanın mövqeyi daha da güclənməkdədir" .....                     "Atamın səhhəti ilə bağlı yalan xəbər yaydılar" .....                     Gəncə sakini Ukraynada itkin düşdü .....                     “Çaldıranın bütün səbəbkarlarına LƏNƏT HEYKƏLİ qoyulmalıdır!..” .....                     "Hər birinizin fikri mənim üçün çox önəmli oldu" .....                     İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi .....                     Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər .....                     Azərbaycana təkcə bu ölkə səs verib .....                     Yeni təhlükə: BUĞDA BÖHRANI... .....                     Devalvasiyanın qarşısını belə almaq olar .....                     “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək .....                     Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                     Əliyevin qatıldığı toplantıda İLK yaşandı .....                     “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                 

Ağciyər Xəstəlikləri İnstitutunun həkimi fəryad edir: - “Direktor xəstəxanada erməni siyasəti yürüdür”
Tarix: 23-07-2020, 11:43 | Çap et
Ağciyər Xəstəlikləri İnstitutunun həkimi fəryad edir:
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Səbinə Məmmədova xəstəxananın direktoru Həqiqət Qədirova tərəfindən illərdir mənəvi terrora məruz qaldığını iddia edir. Dominant.az-a müraciət edən S.Məmmədova H.Qədirovanın əlindən, sözün əsl mənasında, fəryad qoparıb.

S.Məmmədova əvvəlcə özü və həkimlik kariyerası barədə qısa məlumat verib: “1998-ci ildə Azərbaycan Tibb Universitetini əla qiymətlərlə bitirdiyimə görə Səhiyyə Nazirliyinin təyinatı ilə o vaxtki Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutunun uşaq pulmonologiya şöbəsinə pediatr kimi təyinat aldım. Oradan bizi Moskvaya təkmilləşdirməyə göndərdilər, elmi iş müdafiə etdim. 1999-cu ildə xəstəxana Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu kimi fəaliyyətə başladı və o vaxt möhtərəm Prezidentimiz Heydər Əliyevin iştirakı ilə açılışı oldu. Mən orada gənc mütəxəssis kimi çıxış etdim və gənclərin adından Heydər Əliyevə söz verdim ki, peşə fəaliyyətimizi layiqincə davam etdirəcəyik və sizin etimadınızı doğruldacağıq. Açılışdan sonra xəstəxanaya xeyli cavan kadr cəlb olundu, gənclər əvvəlki illərə nisbətən vərəmli xəstələrlə işləməyə böyük ruh yüksəkliyi ilə gəldilər. Bizi mütəxəssis kimi yetişdirdilər, 2001-ci ildə mən uşaq-vərəm şöbəsinə müdir təyin olundum və bütün enerjimi, gəncliyimi sərf edərək şöbədə işi tam qurdum. 2003-cü ildə tibb elmləri namizədi adını aldım. O vaxtdan 2017-ci ilin mart ayına qədər hər şey qaydasında gedirdi, fəaliyyətimdə heç bir qüsur yox idi, öz şəxsi vəsaitim hesabına uşaq şöbəsini ən nümunəvi şöbəyə çevirməyi bacarmışdım. Həmçinin ailəmin maddi dəstəyi ilə 25 çarpayılıq 12 palatalıq şöbəni tam təmir belə etdirmişdim”.

Ağciyər Xəstəlikləri İnstitutunun həkimi fəryad edir:

Həkim iddia edib ki, 2017-ci ildə Həqiqət Qədirova Ağ Ciyər Xəstəlikləri İnstitutuna direktor təyin olunandan sonra ona qarşı bir sıra qadağalar tətbiq etməyə başlayıb: “Xəstələrə vitamin yazmağımı belə, qadağan edirdi. Mən mütəxəssis olaraq öz təkliflərimi irəli sürsəm də, ixtisasca mikrobioloq olan Həqiqət Qədirova qadağalarından vaz keçmirdi, mübahisələrimiz düşürdü. Buna görə də direktor kimi səlahiyyətlərini aşaraq məni, sözün əsl mənasında, gözümçıxdıya salmağa başladı, hər iclaslardan sonra töhmətlər verdi. Nəticədə də 3 ayın içində məni əvvəlcə şöbə müdirliyindən, sonra da uydurma ittihamlarla işdən çıxardı. Məcbur qalıb məhkəməyə müraciət etdim, uzun çəkən məhkəmə prosesindən sonra yenidən işimə bərpa olundum. Sakit formada gəlib işimin başına keçdim ki, bəlkə bu qadın səhvini başa düşə. Təəssüflər olsun ki, heç nə dəyişmədi, yenə də mənə qarşı təzyiqlər, təqiblər, basqı, ciddi nəzarət davam etdi”.

Ağciyər Xəstəlikləri İnstitutunun həkimi fəryad edir:

“Aprel ayında xəstəxanada koronaviruslu xəstələr yatırdı və heç bir qorunma yox idi. Tibb işçiləri məcburən xəstələrlə qoruyucu vasitələrsiz ünsiyyətdə olurdular, sonra direktor həmin tibb işçiləri akt zala yığıb “5 dəqiqəlik iclaslar” keçiridi. Hansı ki, həmin vaxtlar atıq insanların toplaşması təhlükəli olduğu üçün qadağan olunmuşdu. Həmçinin, həmin vaxt xəstəxana koronavirusla mübarizəyə ayrılmamışdı, vərəmli xəstələr də var idi xəstəxanada və xəstələrin yanına qohumları evdən yemək gətirirdilər. Mən iclasda bu məsələlərə etiraz etdim, nəyə görə karantin elan olunmadığını soruşdum. Həmin gündən mənə qarşı təzyiqlər daha da gücləndirildi, vərəm xəstələri xəstəxanadan göndəriləndən sonra yenə də bəhanə düzüb-qoşaraq, gecə səhərə qədər koronaviruslu xəstələri qəbul etdiyim halda, işdə olmadığımı uyduraraq mənə töhmət verdi”, - deyə müsahibimiz qeyd edib.

Həkim xəstəxana direktoru tərəfindən təqib olunduğunu da vurğulayıb: “Hər növbəyə çıxanda polislərə məni güddürür, polislər özləri gəlib etiraf edirlər ki, “biz burda ictimai asayişi qorumağa gəlirik, həkim güdməyə yox, direktor bizə zəng edib bezdirir ki, “görün, Səbinə hara getdi, nə etdi””. Xəstəxanada xəstə ölmüşdü, yaxınları vurub şüşələri sındırdı, direktor kimi bir dəfə də zəng edib maraqlanmayıb bu hadisə ilə, amma dəqiqəbaşı mənim orada olub-olmdığımı yoxlatdırır. Hər kəsə, “sanitarkaya” belə, mənə qarşı izahat yazdırır. Onlar da gəlib mənə deyirlər ki, qorxudub yazdırıb, şantaj edib. Hamıya deyir ki, “nə olsun, Səbinə məhkəməni udub gəlib, biz onun kitabını bağlayacağıq”. Kolektivə deyir ki, Səbinə məhkəməni pulla udub gəlib, iclasda məni saxtakar adlandırır, telefonla çəkir”.

Ağciyər Xəstəlikləri İnstitutunun həkimi fəryad edir:

Şikayətçinin sözlərinə görə, COVID-19-la mübarizə qalıb kənarda, Həqiqət Qədirova xəstəxananı intriqa yuvasına çevirib: “Artıq hər şeyə nifrət edirəm, insan nə qədər təzyiqə məruz qala bilər axı. Belə çətin məqamda həyatımızı, övladlarımızın sağlamlığını riskə ataraq gecə-gündüz xəstələrə xidmət göstəririk, koronavirusla mübarizə aparırıq. Dövlətimiz, möhtərəm Prezidentimiz də sağ olsun ki, bizə stimul verir, maddi-mənəvi dəstək verərək həvəsləndirir. Xəstəxananın direktoru isə bizi təzyiq, stress, basqı altında saxlayır. Rəsmən bizə qarşı erməni siyasəti yürüdü. Həm mənəvi zərbə alırıq, stressdən immunitetimiz aşağı düşür, həm də virusdan qorunmaq üçün qoruyucu vasitələr verilmir, maska yoxdur, növbəyə gələndə özümüzlə maska, saçımızı yığmaq üçün papaq alıb gətirməyə məcburuq. Tələb edəndə də, bildirir ki, təminat var, günahı yıxır tibb bacılarının üzərinə”.

“70 yaşlı qeyri-mütəxəssis olan Həqiqət Qədirova potensialı olan, dövlətə lazımlı kadr olan 46 yaşlı bir mütəxəsisin - mənim, rəsmən qolumu kəsir, mənəvi terrora məruz qoyur. İşdən usandırır, artıq ailəm, uşaqlarım da başıma gətirilənlərdən mənəvi zərbə alıblar. İndi işdən çıxmaq üçün ərizə yazsam, məni koronavirusla mübarizədən qaçmaqda, vətənə xəyanət etməkdə ittiham edəcək. Mən hər zaman canımı Vətənimə qurban verməyə hazıram, amma belə əzazil, qəddar insanla işləyə bilmirəm. Artıq dözə bilmirəm, əsəblərim tarıma çəkilib, az qalıram ki, aparıb ona bıçaq verim və deyim, “al, məni öldür, sənin də canın qurtarsın, mənim də”. Nəyə görə vəziyyətin bu yerində mən töhmət almalıyam? Mənə görə şöbəyə heç nədən 3-4 dəfə töhmət verib. Vəziyyət o həddə çatıb ki, reanimasiyada mütəxəssis yoxdur, mütəxəssis Vüqar Səfərovu da ittihamla işdən çıxardı, indi rezidentləri oturdub orda, şöbələrdə başqa ixtisaslı mütəxəssislər çalışır, onlar da işi bilmir. İndi məcbur qalıb Vüqar doktoru çağırırlar ki, gəlib xəstəyə körpücükaltı katetr qoşsun. Reanimatoqları, hətta professorları belə, işdən çıxarıb, eləsi özü bezib gedib”, -deyə o qeyd edib.

Ağciyər Xəstəlikləri İnstitutunun həkimi fəryad edir:

Həkim onu da bildirib ki, xəstəxana koronavirusla mübarizə üçün hazır olmayıb: “Həqiqət öz şəxsi maraqları üçün buraya COVID-li xəstələri yerləşdirdi. Xəstəxanada normal şərait yoxdur, xəstələrlə həkimlər eyni sanitar qovşağından istifadə edirlər, su yoxdur, havalandırma yoxdur, pəncərələrə qoruyucu tor vurulmayıb, otaqlar ağcaqanadla doludur. Hazırda koronavirusla yanaşı vərəmli xəstəm var, ancaq belə xəstələr üçün ayrılmış BOKSa yerləşdirmirlər, vərəm olmayan xəstə ilə yanaşı yatır. Şəraitsizliyə görə bu yaxınlarda bir xəstə ikinci mərtəbədən tullanaraq xəstəxandan qaçdı. Yenə də bir tədbir görmədi, günahı polisin üzərinə atdı, polis rəisi gəlib öz cibindən pəncərəyə məhəccər çəkdirdi. Bir müddət öncə süni tənəffüs aparatlarında yaşanan texniki nasazlıq üzündən çox sayda xəstəmiz öldü. Həmin hadisədən sonra TƏBİB-dən gəldilər, müdaxilə etdilər, indi aparatlar normal işləyir. Sanepidemiya stansiyasından da gəliblər, şərait olmadığını bildiriblər. Xəstəxana dezinfeksiya olunmur, dezinfeksiyaedici məhlulu suya qatıb yalandan yeri şirələyirlər, ad da qoyurlar ki, dezinfeksiya olundu. Hər günümüz, saatımız təhlükədir. Xəstəxanadan çox tövləyə bənzəyir bura. Sanki ön cəbhədə erməni ilə əliyalın üz-üzə dayanmışıq. Bir yandan şəraitsizlik, bir yandan da təzyiq məhv edir bizi”.

“Belə bir şəraitdə heç kim işləyə bilmir, etiraz edəni əzir, DTX-ya verməklə hədələyir. Özünü kim hesab edir, bilmirik, heç olmazsa, Prezidentin həkimlərə diqqətinə, qayğısına baxıb nümunə götürmür. Erməni siyasəti yürüdən bir şəxs hansısa quruma rəhbərlik edə bilməz, biz də yazıqıq axı. Həkimlər əl-ələ verərək bu pandemiya dövründən üzüağ, az itkilərlə çıxmağa çalışırıq, bu qadın bir-birimizi köməyə çağırmağımıza belə etiraz edir. Həkimin həkimi köməyə çağırdığına görə töhmət verir. 3 yaşlı uşağını qoyub işə çıxan tibb bacısına töhmət verir. Mənəvi terrora məruz qoyur. Hər gün bir qərar çıxarır, indi də deyir, koronaviruslu xəstələri 3 gündən sonra evə yazın. İşçilər arasında kütləvi yoluxma var, ancaq onları rentgendən keçməyə, analiz verməyə qoymur. Əvvəl yoluxan tibb işçilərini heç xəstəxanada da yatmağa qoymurdu, indi icazə verir, ancaq 7 gündən sonra işə çıxarır. Virusa yoluxan tibb işçilərini ittiham edir ki, başqa yerdə yoluxmusuz”, - deyə şikayətçi əlavə edib.

Ağciyər Xəstəlikləri İnstitutunun həkimi fəryad edir:

S.Məmmədova üzləşdiyi haqsızlıqlarla bağlı aidiyyəti quruma da müraciət edib: “Bu qadının qanı bizdən ola bilməz, ya bunda hansısa xəstəlik var, ya da qəsdən bu xəstəxanaya yerləşdirilib ki, bizi məhv eləsin. Əgər qanı təmizdirsə, 70 yaşı var, gedib evində otursun, dincəlsin, mütəxəssislərə, peşəkarlara işləməyə imkan versin. Özü risk qrupunda ola-ola bizi də riskə atır. Mən TƏBİB-ə, Ramin Bayramlıya müraciət etmişəm. Xahiş etmişəm ki, ya, dövlətin illərlə xərc töküb yetişdirdiyi kadrları ittiham ilə işdən çıxarıb kənara atan Həqiqət Qədirova barədə ölçü götürülsün, mənə qarşı mənəvi terror dayandırılsın. Ya da imkan verilsin, işdən çıxım, gedib başqa yerdə uşaq həkimi kimi işləyim. Mənim növbəti dəfə məhkəmələri gəzməyə halım yoxdur. Təəssüflər olsun ki, müraciətimə cavab verilməyib. TƏBİB Həqiqət Qədiroanı niyə dəstəkləyir, anlaya bilmirik”.

Qeyd: Həkimin ittiham etdiyi şəxslərin və qurumların da mövqeyini yayımlamağa hazırıq. Mövzuya qayıdacağıq.

Dominant.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səyyad Aran DAĞDAN ENMƏYİB Kİ... - 285 manata binəva camaat necə dolansın?
Bu gün, 08:04
İşçilərin iş rejimi və... - Ekspert danışır...
Bu gün, 07:59
Ərdoğan dedi... deməsəydi, yaxşı olardı... - AMMA DEDİ AXI...
Bu gün, 07:56
Bu şəxslər 600 manat müavinət ala bilər – Üç vacib məqam
Bu gün, 06:56
Şahbuzda AİLƏ PODRATI: ETN də işin içindədir - BU NƏDİ BELƏ?
Bu gün, 06:49
Mətbəximizdəki inflyasiya: Qiymətlər artır, payımız isə azalır... - NƏ ETMƏLİ?
Bu gün, 06:28
Cəlilabad sakini haqsızlıqla ÜZ-ÜZƏ... - GİLEY
Bu gün, 06:22
İllik maliyyə hesabatından gizlənən gömrük şirkətləri - Sistemli fırıldağın izləri
Bu gün, 06:11
Bazarda nə baş verir: Təəccübləndirən qiymətlər - AKTUAL
Bu gün, 06:05
"Yeni dünya düzənində Azərbaycanın mövqeyi daha da güclənməkdədir" - deputat
Bu gün, 05:58
"Atamın səhhəti ilə bağlı yalan xəbər yaydılar"
Bu gün, 05:54
Gəncə sakini Ukraynada itkin düşdü
Bu gün, 05:52
“Çaldıranın bütün səbəbkarlarına LƏNƏT HEYKƏLİ qoyulmalıdır!..” - ÇAĞIRIŞ
Bu gün, 05:49
"Hər birinizin fikri mənim üçün çox önəmli oldu"
Dünən, 20:01
İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 19:56
Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Dünən, 10:51
Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Dünən, 10:34
Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Dünən, 09:43
Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Dünən, 09:39
“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Dünən, 08:44
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Dünən, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Dünən, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Dünən, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Dünən, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Dünən, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Dünən, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Dünən, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Dünən, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Dünən, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Dünən, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Dünən, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Dünən, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Dünən, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Dünən, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Dünən, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Dünən, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Dünən, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Dünən, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Dünən, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Dünən, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Dünən, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
17-05-2025, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
17-05-2025, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
17-05-2025, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
17-05-2025, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
17-05-2025, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
17-05-2025, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
17-05-2025, 17:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru