“Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm” .....                     Ağrı dağında gözümüz yoxdur .....                     “Azmade Group”un törəmə şirkətinin direktoru dəyişib .....                     Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Koçaryan Avropaya qarşı çıxdı: .....                     Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi .....                     Qusar xətəxanası ətrafında problem bitmir .....                     500 ilin söhbətindən FAYDA ÇIXARANLAR... .....                     Nizami məhkəməsinin öz məcəlləsi var? .....                     "Azərbaycanda bu serialın adını çəkəndə hamı üzünü bağlayır" .....                     Hindistanda türk markalarına boykot: .....                     Naxçıvanın istilik sistemləri yenidən qurulacaq .....                     Naxçıvanda dəyişən nəsə yoxdur: Talıbovun əlaltısı YENƏ DƏ HÖKM VERƏCƏK .....                     “Bu sözümdən sonra nazirlik əməkdaşlarını işdən çıxartdılar...” .....                     "Sərhədlər açılmalıdır" .....                     Azərbaycan şirkəti dividendlərin ödənilməini müzakirəyə çıxaır .....                     Toyda ona hücum edildiyi deyilən aktrisadan AÇIQLAMA: .....                     Elşad Mirinin etiraz etdiyi sünnət görün uşaqlara necə FAYDALI İMİŞ .....                     2024-cü il büdcəsinin icrası haqqında sənəd parlamentə daxil olub .....                     *Gəncə Şərab – 1” ASC səhmdarlarını .....                     Fəthullah Gülən ölməyibmiş .....                     “Ziraat Bank Azərbaycan”da yeni təyinat .....                     “Unibank”da üç əsas məsələni müzakirəyə çıxarılır .....                     Neftçalada şəhid anası qohumları tərəfindən döyüldü .....                     Paşinyan sülh sazişini niyə imzalamır? .....                     Qriqoryanın dili Tehranda açıldı: “Zəngəzur dəhlizi” adlanan məsələ Ermənistanın... .....                     Paşinyan Əliyevi niyə kofe içməyə dəvət etdi? .....                     Bakıda moped sərnişini faciəvi şəkildə öldü .....                     Ermənilər Qüdsə də “sahib çıxmaq” istəyir .....                     Qusar Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə elektron qolbaq taxıldı .....                     Vətəndaş 50 qəpiklik yola 50 manatlıq əsəb xərcləyir .....                     Sahib Məmmədov sabiq deputatın vəzifəsini əlindən aldı .....                     ABŞ Konqresi Trampın xərclərin azaldılması qanun layihəsini dəstəkləyib .....                     Şəki təhsili NAŞILARIN ƏLİNƏ KEÇİB .....                     Əliyev sərhəddə nə hazırlayır? Baxın, bu da sübutu! .....                     ABŞ-ın hərtərəfli sülh planı: Savaş dərhal dayanacaq! .....                     6 Saylı Uşaq Musiqi Məktəbində BÖYÜKLƏRİN SÖYÜŞLÜ XORU... .....                     `Sürət Karqo`dan SÜRƏTLİ FIRILDAQ .....                     Müştərisi KONTAKT HOME-u Allaha tapşırdı .....                     Səyyad Aran DAĞDAN ENMƏYİB Kİ... .....                 

Goranboyda büdrəyən YENİ SİYASƏT... - İslahatlara kim mane olur?
Tarix: 14-09-2020, 09:56 | Çap et
Goranboyda büdrəyən YENİ SİYASƏT...
Prezident İlham Əliyevin 2018-ci ildən başlayaraq həyata keçirdiyi dəyişikliklər, reputasiyası zədələnməmiş kadrları irəli çəkməsi göstərdi ki, iqtidar yeni strategiya və model ortaya qoymağı hədəfləyib. Bu siyasətin tərkib hissəsi yerli idaretmə orqanlarının fəaliyyətində əsaslı islahatlar aparmaq, köhnə qvardiyanın korrupsioner maraqlarına xidmət edən məmurları strukturlardan uzaqlaşdırmaqdır. Artıq 6 icra başçısının həbs olunması, bir neçəsinin vəzifəsindən azad edilməsi təsdiqləyir ki, hakimiyyət əyalətlərdə idarəçiliyə radikal şəkildə əl gəzdirir.

Bu prosesin davamının gələcəyi də şübhə doğurmur.
Prezidentin “Ağ inqilab” adlandırılan dəyişiklikləri nazirlikərlərdən, parlamentdən tutmuş, İH-lərə qədər hər yeri əhatə edəcək. Xüsusən də, icra hakimlərinin fəaliyyətində hələ də vətəndaşları narazı salan, süründürən, korrupsiyaya səbəb olan hallar var.

Goranboyda mehdiyevizm ənənəsi

araz.az-ın siyasət şöbəsinin məlumatına görə, yerli icra orqanları arasında ən çox qaranlıq işləri diqqət çəkən, tez-tez medianın gündəminə gələn, adı müxtəlif maxinasiyalarda, xoşagəlməz hadisələrdə hallanan Goranboy Rayon İcra Hakimiyyətidir.
KİV üzərindən monitorinqlər, müşahidə və araşdırmalar bu qənaəti hasil edir ki, Goranboy İH və onun rəhbərliyi prezidentin yuxarıda sadaladığımız islahatlar kursuna daban-dabana zidd fəaliyyətdədir. Rayonun icra başçısı Məhərrəm Quliyev Ağstafadan Goranboya transfer edilməsinə, ona siyasi rəhbərlik tərəfindən böyük etimad göstərilməsinə, hər iki bölgədə nələrin baş verdiyini, rüşvət üstündə həbslər olduğunu hamının bilməsinə baxmayaraq, öz xoşagəlməz əməllərini, ənənəvi idarəçilik metodlarını tərgitmir. M. Quliyevə elə gəlir ki, köhnə əyyamlardır, Ramiz Mehdiyev nomenklaturası davam edir və özünü “kiçik padşah” kimi apara bilər.

Nağdəliyev sayəsində yüksəliş və...

Sirr deyil ki, M. Quliyev Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin kadrı kimi tanınır. Z. Nağdəliyev hələ Lənkəranın icra başçısı postunu tutarkən əslən bu bölgədən olan və yerli İH-də işləyən M. Quliyevi yanına çəkir, müavin təyin edir. Halbuki, Məhərrəm Quliyevin dosyesi ürəkaçan deyildi. Mediada gedən iddialara görə, atası Böyükağa Quliyev Lənkəran İH-də şöbə müdiri vəzifəsində çalışdığı dövrdə yol verdiyi korrupsiyaya görə həbs edilib. Başqa iddialara görə, M. Quliyev “Avrora” sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulub. Söhbət 1993-cü ildən gedir və həmin dövrdə Lənkəranda hansı siyasi hadisələrin cərəyan etdiyini əksəriyyət xatırlayır. Bütün bu təqdimatlar onun karyera yüksəlişində tormozlayıcı faktor olmalıydı. Amma Nağdəliyev Quliyevə “yaşıl işıq” yandırır və tramplin rolunu oynayır. Ardınca Prezident Administrasiyasına dəvət edilən və yüksək vəzifəyə təyin olunan Z. Nağdəliyevlə birgə, M.Quliyevin də, xoş günləri başlayır.
Məhərrəm Quliyevin Ağstafaya icra başçısı təyin olunmasında sözsüz ki, Nağdəliyevin müsbət təqdimatı ciddi rol oynayıb. Ancaq Ağstafada işlədiyi dövrdə adı müxtəlif maxinasiyalarda, hazırda həbsdə olan I müavin Ramiz Tatarovla qanunsuz işlərdə çəkilib. Di gəl ki, rayonu viran qoyan Məhərrəm Quliyev yenə də özünü qoruya bilib. Ağstafadan Goranboya icra başçısı təyinatında da, məhz, Zeynal Nağdəliyevin yüksək nüfuzu, prezident qarşısında etimadı rol oynayıb. Amma son vaxtlar Goranboy İH və başçısı ilə bağlı elə xəbərlər yayılıb ki, onun həm kurator Nağdəliyevin, həm prezidentin etimadını doğrultmadığına əsaslar yaradır.
WhatsApp Image 2020 09 14 at 00.16.18

Quliyev - Həsənov tandemi: Yığım, xərac...

Əldə edilən məlumatların birində deyilir ki, rayon sakini Arzu Verdiyev icra başçısının qəbuluna düşmək istəyir. Əvəzində başçının I müavini Ceyhun Həsənov tərəfindən şil-küt edilir. Hətta iddialara görə, qəbula gələn goranboylu pəncərədən atılır. Qəribə də olsa, bu haqda İH tərəfindən indiyədək heç bir rəsmi münasibət ortada yoxdur. Məgər budurmu xalqla işləmək? Prezident qəbula gələn sakini döyməyi, yoxsa dərdini dinləməyi tapşırıb?
Ümumiyyətlə, M. Quliyev - C. Həsənov tandemi uğurlu alınıb və onlar Goranboyda bütün qeyri-rəsmi maliyyə əməliyyatlarını birgə həyata keçirirlər.
O, həmin Ceyhun Həsənovdur ki, I müavin vəzifəsini daşıyarkən, Goranboyda həddi-hüdudu bilinməyən qanunsuzluqlara imza atıb. Hətta onun vasitəçiliyi ilə, Rayon Təhsil Şöbəsinin 20-dən çox vəzifəlisinə cinayət işi qaldırılıb.
Deyilənlərə görə, Məhərrəm Quliyev Göoranboya icra başcısı təyin olunduqdan sonra C. Həsənovun mövqeyi daha da möhkəmlənib.
İddialara görə, icra başçısı ilk günlərdə idarə və təşkilat rəhbərlərinə mesaj göndərib --

"Mən deyən olmalıdır, vəssalam!..".

Məsələn, həmin vaxt rayonun Telekommunikasiya Qovşağının rəisi 70 min manat, “Sukanal” idarəsinin müdiri buna bənzər məbləğ ödəməli olublar. Səhiyyə şöbəsinin müdiri də vəzifədə qalmaq naminə tələbi yerinə yetirib. Yəni, şöbə müdiri ayda 2-3 min “haqq” verməyə razılaşıb. Bütün bu iddialar mətbuatda tirajlanıb, ittihamlar səslənib, amma ortada Goranboy İH tərəfindən heç bir rəsmi açıqlama, təkzib və ya təsdiq yoxdur.
Madam belədirsə, “susmaq -- razılıq əlamətidir” ifadəsi yada düşür. Maraqlıdır, niyə, icra başçısı ona ünvanlanan bu ittihamların heç birinə cavab verməyib?
Həmçinin, Goranboy rəhbərinin torpaq sahələrini ələ keçirdiyi, sakinlərin problemlərinə ürək qızdırmadığı barədə də, ortadakı danılması mümkünsüz tükürpədici faktlar belə indiyədək təkzib olunmayıb.

Goranboyda feodalizm mühiti, hədə-qorxuyla, gözümçıxdıyla,.. hallanan qanunsuz hərəkətlər

Elə, bu yaxınlarda, rayonun Qızılhacılı qəsəbə sakinləri Eldar Musayevin və Arzu Verdiyevin ölkə rəhbərlinə ünvanladıqları şikayət xarakterli müraciət də bu barədədir. Həmin müraciətdə onlar bildiriblər ki, Goranboyda orta əsrlərə məxsus feodal quruluşu yaşanır: “Olkə başçısından Qızılhacılı qəsəbəsində, keçmiş Qara Məmməd adına kolxozun Aqrar İslahat Komissiyası tərəfindən yerli əhalinin istifadəsi üçün nəzərdə tutulan azad örüş sahələrinin qanunsuz zəbt edilərək, əkilməsinə, idman meydançalarına, elat yollarına, zibil tökülməsi üçün nəzərdə tutulan sahələrə, bələdiyyənin ehtiyat fonduna və digər sosial yönümlü sahələrə aid özbaşınalıqların aradan qaldırılması üçün xahiş etmişik. 2020-ci ilin yazında, heyvanların örüşə gedən vaxtı biz gördük ki, hər yer şumlanıb və toxum səpilib. Mayın 4-də icra başçısı Məhərrəm Quliyevin qəbulunda olduq və geniş tərkibli komissiya yaradılması qərara alındı. Həmin qəbulda RPŞ-nin və DTX-nın rayon şöbəsinin rəisləri də iştirak edirdilər. Bütün bunlardan sonra, bizə qarşı hədə-qorxu gəlməklə, təzyiq etməyə çalışdılar. Biz vəziyyətin ciddiliyini nəzərə alıb, sosial şəbəkələr vasitəsi ilə Prezidentə Goranboy rayon Qızılhacılı qəsəbəsində rayon İcra başçısının I müavini, oliqarx məmur kimi ad çıxaran Ceyhun Həsənovun kirvəsi Ehtibar Lətif oğlu Əhmədovun dövlət içində dövlət yaradaraq, illərlə qəsəbəni taladığını və hər cür qanunsuzluq edərək, Qızılhacılı bələdiyyəsini zəbt etdiyini bildirdik”, -- bu sözlər həmin müraciətin sonudur və ciddiliyi ilə diqqəti cəlb edir.
Biz, araz.az-ın oxucularına prezidentə ünvanlanan həmin geniş müraciətin yalnız kiçik parçasını və əsas məğzini təqdim etdik ki, onlarda, Goranboyda İH rəhbərliyinin qanun çərçivəsindən kənar hansı əməllərlə məşğul olduğu təsəvvürü yaransın.
Yeri gəlmişkən, onu da qeyd edək ki, icra başçısı M. Quliyevin subartezian quyularının istismarı idarəsinin rəisi Rauf Teyyubovu gözümçıxdıya saldığı barədə də əlimizdə məlumatlar var. Əlimizdə olan digər bir informasiya isə bu barədədir ki, icra başçısı ona verilən “Toyota Avalon” markalı xidməti avtomobil ətrafında da qanunları tapdalayır. KİV-də yayılan fotolardan, texniki pasport və radar bildirişindən, o cümlədən vətəndaşlarla görüşdəki şəkillərdən məlum olur ki, ərazidə saxlanan 22-AA-001 qeydiyyat nömrəli avtomobil heç də M. Quliyevə verilən xidməti “Toyota Avalon” deyil, “BMW”-dir.
Bütün bunlar da, birbaşa, prezidentin icra başçılarını təyin edərkən, hər dəfə səsləndirdiyi ciddi tapşırıqlarının əleyhinə getmək deməkdir. Ən qəribəsi odur ki, M. Quliyevin özfəaliyyəti yuxarıdakı məsələlərlə məhdudlaşmır. Bütün bunlar barədə, növbəti araşdırma yazılarımızda tanış ola biləcəksiniz.
araz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm” - Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır
Bu gün, 11:44
Ağrı dağında gözümüz yoxdur - Köçəryan
Bu gün, 11:33
“Azmade Group”un törəmə şirkətinin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:31
Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Marketlərdə 3,2 dəfə baha satılır
Bu gün, 11:27
Koçaryan Avropaya qarşı çıxdı: - “Ermənistan üçün ən yaxşısı Aİ-dən uzaq durmaqdır”
Bu gün, 11:21
Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi - İLGİNC FAKTLAR...
Bu gün, 11:13
Qusar xətəxanası ətrafında problem bitmir - Bu dəfə də xəzinadar cəzalandırıldı
Bu gün, 11:06
500 ilin söhbətindən FAYDA ÇIXARANLAR... - Ya rusbaşdı, ya da qumbaş…
Bu gün, 10:58
Nizami məhkəməsinin öz məcəlləsi var? - ETİRAZ VAR...
Bu gün, 10:55
"Azərbaycanda bu serialın adını çəkəndə hamı üzünü bağlayır" - VİDEO
Bu gün, 10:50
Hindistanda türk markalarına boykot: - LC Waikiki, Mavi, Koton və Trendyol siyahıda
Bu gün, 10:46
Naxçıvanın istilik sistemləri yenidən qurulacaq – 1,6 milyon manat sərf olunacaq
Bu gün, 10:41
Naxçıvanda dəyişən nəsə yoxdur: Talıbovun əlaltısı YENƏ DƏ HÖKM VERƏCƏK - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
“Bu sözümdən sonra nazirlik əməkdaşlarını işdən çıxartdılar...” - Əməkdar artist
Bu gün, 10:33
"Sərhədlər açılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 10:31
Azərbaycan şirkəti dividendlərin ödənilməini müzakirəyə çıxaır - TOPLANTI
Bu gün, 10:28
Toyda ona hücum edildiyi deyilən aktrisadan AÇIQLAMA: - “İçki aləmidir, özlərini itirsələr də...”
Bu gün, 10:26
Elşad Mirinin etiraz etdiyi sünnət görün uşaqlara necə FAYDALI İMİŞ - HƏKİMDƏN AÇIQLAMA
Bu gün, 10:14
2024-cü il büdcəsinin icrası haqqında sənəd parlamentə daxil olub
Bu gün, 10:08
*Gəncə Şərab – 1” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 10:04
Fəthullah Gülən ölməyibmiş - KİV
Bu gün, 10:03
“Ziraat Bank Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:58
“Unibank”da üç əsas məsələni müzakirəyə çıxarılır - YIĞINCAQ
Bu gün, 09:54
Neftçalada şəhid anası qohumları tərəfindən döyüldü - TƏFƏRRÜAT
Bu gün, 09:43
Paşinyan sülh sazişini niyə imzalamır? - AKTUAL
Bu gün, 09:41
Qriqoryanın dili Tehranda açıldı: “Zəngəzur dəhlizi” adlanan məsələ Ermənistanın... - GƏLİŞMƏ
Bu gün, 09:40
Paşinyan Əliyevi niyə kofe içməyə dəvət etdi? - Tirana görüşünün pərdəarxası
Bu gün, 09:34
Bakıda moped sərnişini faciəvi şəkildə öldü - FOTO
Bu gün, 09:23
Ermənilər Qüdsə də “sahib çıxmaq” istəyir - GƏRGİNLİK
Bu gün, 09:18
Qusar Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Vətəndaş 50 qəpiklik yola 50 manatlıq əsəb xərcləyir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:10
Sahib Məmmədov sabiq deputatın vəzifəsini əlindən aldı - FOTO
Bu gün, 09:05
ABŞ Konqresi Trampın xərclərin azaldılması qanun layihəsini dəstəkləyib - C-SPAN
Bu gün, 08:59
Şəki təhsili NAŞILARIN ƏLİNƏ KEÇİB - Məktəbi telefonla idarə edirlər...
Bu gün, 08:57
Əliyev sərhəddə nə hazırlayır? Baxın, bu da sübutu! – Ohikyan
Bu gün, 08:45
ABŞ-ın hərtərəfli sülh planı: Savaş dərhal dayanacaq! - KİV
Bu gün, 08:41
6 Saylı Uşaq Musiqi Məktəbində BÖYÜKLƏRİN SÖYÜŞLÜ XORU... - VİDEOFAKT
Bu gün, 08:36
`Sürət Karqo`dan SÜRƏTLİ FIRILDAQ - NARAZILIQ VAR...
Bu gün, 08:20
Müştərisi KONTAKT HOME-u Allaha tapşırdı - "Etdiyim hər ödənişin qəpiyinə qədər hallalığını vermirəm..."
Bu gün, 08:11
Səyyad Aran DAĞDAN ENMƏYİB Kİ... - 285 manata binəva camaat necə dolansın?
Bu gün, 08:04
İşçilərin iş rejimi və... - Ekspert danışır...
Bu gün, 07:59
Ərdoğan dedi... deməsəydi, yaxşı olardı... - AMMA DEDİ AXI...
Bu gün, 07:56
Bu şəxslər 600 manat müavinət ala bilər – Üç vacib məqam
Bu gün, 06:56
Şahbuzda AİLƏ PODRATI: ETN də işin içindədir - BU NƏDİ BELƏ?
Bu gün, 06:49
Mətbəximizdəki inflyasiya: Qiymətlər artır, payımız isə azalır... - NƏ ETMƏLİ?
Bu gün, 06:28
Cəlilabad sakini haqsızlıqla ÜZ-ÜZƏ... - GİLEY
Bu gün, 06:22
İllik maliyyə hesabatından gizlənən gömrük şirkətləri - Sistemli fırıldağın izləri
Bu gün, 06:11
Bazarda nə baş verir: Təəccübləndirən qiymətlər - AKTUAL
Bu gün, 06:05
"Yeni dünya düzənində Azərbaycanın mövqeyi daha da güclənməkdədir" - deputat
Bu gün, 05:58
"Atamın səhhəti ilə bağlı yalan xəbər yaydılar"
Bu gün, 05:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru