Bura səhiyyə ocağıdır, YOXSA BAZAR? - Vətəndaş CANA DOYUB
Tarix: 29-12-2022, 08:59 | Çap et
 DİA.AZ: - Göyçay rayonu Qarabaqqal kənd sakini Çərkəzov Hacıbaba Şəmsəddin oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 18:30 radələrində yaşadığım ünvanda dəm qazınının partlaması nəticəsində həyat yoldaşım Musayeva Tehranə Niyaz qızı ll-lll-lV-cü dərəcəli yanıq xəsarətləri almışdır. İlkin tibbi yardım göstərilməsi üçün həyat yoldaşımı Göyçay RMX-nın Acil şöbəsinə apardıq. Lakin adı çəkilən şöbədə həyat yoldaşıma lazımi tibbi-təlimatlara uyğun yardım göstərilmədi. Belə ki, yanğın dərəcəsini təyin etmək məqsədilə "rentgen" və digər müayinələr edilmədi, müvafiq analizlər götürülmədi, həmin sahə üzrə ixtisaslaşmış həkim dəvət edilmədi, konsilyum keçirilmədi. O gecə növbətçi həkim Mahmud Mustafayev idi. Əksinə, orada yüngül ilkin tibbi yardım göstərildikdən sonra xəstəni evə buraxdılar. Həmin gecə lazımi tədbirlər görülmədiyinə görə gecə yarısı xəstəmin vəziyyəti daha da ağırlaşdı. Biz rayon xəstəxanasındakı həkimlərin xəstəmizə laqeyd yanaşdığını gördükdən sonra təkrarən oraya getməyi lüzumsuz hesab etdik. Əlacsız qalaraq xəstəmizi paytaxt Bakıda yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasına apardıq. Bundan sonra, həyat yoldaşıma bülliten yazılması üçün doktor Vüqar Bəkirova müraciət etdik. Öncə o, bizi get-gələ salmağa başladı. Bildirdi ki, xəstə 5 saylı şəhər Klinik Xəstəxanasından sənəd gətirməlidir. Əslində ortada yeganə məqsəd pul tələsi idi. Nəhayət 50 (əlli) manat pul verdiyimi görüb, "Biz iki nəfərik, 50-də üstünə qoy 100 olsun" deyərək məndən 100 (yüz) manat rüşvət aldı. Lakin adı məlum olmayan ikinci şəxsin kimliyini bəlli etmədi. Fikrimcə, arxayıncasına rüşvət tələb edən həkim aldığı pulu yalnız onu himayə edən rəhbərliyi ilə bölüşə bilərdi. Buna baxmayaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasından verilən "Göndəriş" əsasında 13 dekabr tarixində həyat yoldaşım məcburən 5 saylı şəhər Klinik Xəstəxanasına gedərək tələb olunan sənədləri gətirib doktor Vüqar Bəkirova təqdim etdik. O, 21 dekabrda gəlməli olduğumuzu bildirdi. Deyilən vaxtda onun qəbulunda olduğumuz zaman o, həyat yoldaşımın büllitenin artıq 14 dekabr tarixindən bağlandığını bildirdi. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin (c) bəndinin tələblərini pozmaq deməkdir. Ancaq biz aidiyyəti üzrə çoxsaylı şikayətlər etdiyimizə görə Göyçay RMX tərəfindən dekabr ayının 21-dən 29-a qədər yenidən bülliten açıldı. Cənab Prezident! Nəzərinə çatdırım ki, yuxarıda qeyd etdiyim kimi, Göyçay RMX-nın Acil şöbəsində xəstəmizə olan qeyri-ciddi davranış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü "Səhlənkarlıq" maddəsini özündə əks etdirir. Göstərilən tarixdə Göyçay RMX-nın müşahidə kameralarına baxış keçirsəniz, hər şey olduğu kimi ortaya çıxacaqdır. Həmçinin, doktor Vüqar Bəkirovun əməli yuxarıda qeyd etdiyim məcəllənin 311-ci (Rüşvət alma) maddəsinə əsas verir. Göyçay RMX-da baş verən özbaşınalıqların, qanunsuzluqların, korrupsiya və rüşvət hallarının tək və yeganə səbəbi yarıtmaz idarəçilikdən irəli gəlir. Əlbətdə sabiq direktorların zamanında da xeyli problemlər var idi. Lakin o zamanlar dərd var idisə də, dərmanı da vardı. Təəssüflər olsun ki, hazırda şikayətlərimizi dinləyəcək rəhbərlik mövcud deyildir. Yəni, bütün bu hadisələrin kökündə direktorun layiqincə yerində olmaması dayanır. Sizdən çox xahiş edirəm, müraciətim tərəfinizdən obyektiv araşdırılsın, günahkarların cəzalandırılması istiqamətində təsirli tədbirlər görülsün. Sizə öncədən minnətdarlığımı bildirirəm".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
|