Dövlətin texnikası nazirin şəxsi bağında İŞLƏYİR? - İDDİA
Tarix: 10-05-2023, 08:48 | Çap et
 Nazir müavini Vüqar Kərimovun polis rəisi ilə şərikli fındıq biznesi… 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən və tarix müəllimi olan Hüseynqulu Bağırov 18 il ( 2001-2018-ci illər ) Azərbaycan ekologiyasına qənim kəsiləndən sonra, hamı düşünürdü ki, nəhayət Azərbaycan təbiəti rahat nəfəs alacaq. Və bütün cəmiyyət səbrsizliklə yeni ekologiya nazirinin kim olacağını gözləyirdi. 2018-ci ildə Muxtar Babayev yeni ekologiya naziri təyin olunanda bəlli oldu ki, o da sabiq həmkarı kimi ixtisasca ekoloq deyil, hətta uyğun sahənin nümayəndəsi də deyil. Belə ki, Muxtar Babayev Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. İstər-istəməz ortaya sual çıxır ki, fəlsəfə-politologiya hara, ekologiya hara..? Nə isə, 2018-ci ildən, yəni 6 ildir ki, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziridir. Məlumat üçün onu da qeyd edək ki, Muxtar Babayev bir müddət SOCAR-da işləmişdir. Və Muxtar Babayev ekologiya naziri olan kimi vaxtı ilə SOCAR-da çalışdığı və meşəçilkdən, ekologiyadan zərrə qədər anlayışı olmayan bütün dost-tanışlarını, qohumlarını Ekologiya Nazirliyinə doldurdu. Və hamısına nazirlikdə aparıcı vəzifələr verdi. Sonra Muxtar Babayevin əli ilə min hektarlarla meşə sahələri məhv eddilərək yerində fındıq bağları salındı. Yeri gəlmişkən, Muxtar Babayevin özünün və qohumlarının da xeyli fındıq və gilas bağları var. Bütün bunlar azmış kimi, Muxtar Babayevin yaxın ətrafı qiymətli ağacları “sanitar qırıntı” adı altında kütləvi surətdə kəsdirərək parket sexlərinə göndərdi. Hələ bu harasıdır..? Cənab nazir Quba rayonunda meşə fonduna məxsus 210 hektar torpağı ayrı-ayrı işbazlara bağ salmaq ( gilas, fındıq, alma, armud) adı altında qanunsuz olaraq satmışdır. Həmin 210 hektarın 30 hektarını isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəninə hədiyyə etmişdir. Bütün bunları əlbəttə Muxtar Babayev təkbaşına edə bilməzdi. Bu işdə Muxtar Babayevə qulluq edənlərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin rəisi Elxan Baxışovdur. Keçmişi kolxoz sədri olan Elxan Baxışovun kim olduğuna nəzər salaq. Bu adamın ixtisası ekoloq deyil, “mühəndis-elektrik”dir. 1986-cı ildə “Lenin” adına kolxozda çilingər, “Engels” adına kolxozda baş mühəndis, kolxoz sədri, 1994-1997-ci illərdə “Həzi Aslanov” adına kolxozda baş mühəndis, 2013-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azəryaşlandşaft” ASC-nin yaşıllıqların mühafizəsi, onlara qulluq və xidmət şöbəsində aparıcı mütəxəssis, 2014-2022-ci illərdə 2 saylı Yaşıllaşdırma idarəsinin direktoru vəzifəsində işləyib. 10 may 2022-ci ildən Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsində işləyir. Yəni bu adam hətta Hüseynqulu Bağırovun vaxtından, 10 ildir ki, ekologiyaya qənim kəsilib. Elxan Baxışov direktoru olduğu idarənin keçirdiyi bütün tenderləri saxtalaşdırır və aldığı “otkat”ların hesabına milyonlar qazanır. Onu da qeyd edək ki, Elxan Baxışovun direktoru olduğu idarəyə məxsus texniki avadanlıqlar gecə-gündüz Muxtar Babayevin özünün, qohumları Elçinin, İlqarın və qaynının Nabrandakı bağlarında, obyektlərində işləyir. Və nəticədə meşələrimizdəki ağaclar texniki avadanlıq olmaması səbəbindən od tutub yanır. Daha dəqiq desək, mexaniki suvarma ( damcı üsuli ilə ) üçün lazım olan avadanlıqlar ancaq nazirin və qohumlarının bağlarında istifadə olunur. Meşələr isə Allahın ümidinə qalıb. Nazir Muxtar Babayevin müavini Vüqar Kərimov ( o da vaxtilə SOCAR-da işləyib ) isə Şəkidə məcburi köçkünlərin əlindən zorla tutub aldığı torpaq sahələrində fındıq bağları salıb. Və Şəkinin polis rəisi ilə şərikdir. //gundelik-baku.com//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
|