Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

Dövlət pul ayırır ki, elm inkişaf etsin... nazir altına YUMŞAQ MEBEL ALIR... - FAKT BUDUR!
Tarix: 2-06-2023, 10:04 | Çap et
Dövlət pul ayırır ki, elm inkişaf etsin... nazir altına YUMŞAQ MEBEL ALIR...
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən təhsillə bağlı ayırmalar 15,939 milyon manat və yaxud 0,4 % azaldılaraq 4 milyard 423,103 milyon manatdan 4 milyard 407,164 milyon manata endirilir. Bu, “2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, məktəbəqədər təhsil xərclərinin dəyişdirilməyərək 404,836 milyon manat, ümumi təhsil xərclərinin dəyişdirilməyərək 2 milyard 099,098 milyon manat, peşə təhsili xərclərinin dəyişdirilməyərək 64,168 milyon manat, orta ixtisas təhsili xərclərinin dəyişdirilməyərək 86,714 milyon manat, ali təhsil xərclərinin dəyişdirilməyərək 70,606 milyon manat, əlavə təhsil xərclərinin dəyişdirilməyərək 11,84 milyon manat, təhsildə tətbiqi tədqiqat xərclərinin dəyişdirilməyərək 6,887 milyon manat saxlanılması, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin isə 15,939 milyon manat və yaxud 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub.

Ekspertlərə görə, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin boynuna yıxmaq olmaz. Dünya ölkələrində ayrı-ayrı universitetlər həm də öz gəlirləri hesabına müəyyən nailiyyətlər qazanırlar. Azərbaycanda da 6 universitetə publik hüquqi şəxs statusu verilib. Amma belə görünür ki, universitet və digər təhsil müəssisələri öz imkanları hesabına gəlir əldə edə bilmir.

Sənəddən göründüyü kimi, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub. Bu vəsaiti dövlət bəzən doğrudan da mənasız tədbirlərə, konfranslara ayrılaraq “yem edir”.

DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın dövlət büdcəsindən təhsilə kifayət qədər yaxşı vəsait yatırılıb: “4 milyard 400 milyona manata yaxın vəsait ayrılırdı. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyi nəzərdə tutulan xərcləri, proqramları düzgün həyata keçirə bilmir. Problemin başında dövlət qurumunun ayrılmış büdcənin plan üzrə reallaşmasını təmin etməməsi ilə bağlıdır. Bu gün Azərbaycanda qəzalı vəziyyətdə olan 800-ə yaxın məktəb var. Onların ciddi şəkildə təmirə ehtiyacı var. Bu gün Azərbaycanda beynəlxalq innovativ layihələrin həyata keçirilməsinə ehtiyac var. Tədqiqatlarımız zəifdir. Müəllimlərin əmək haqqının artırılması, sosial rifah halının yüksəldilməsi ilə bağlı addımlar atılmalıdır. Təhsilə kifayət qədər xərc tələb edən tədqiqatlar, sahələr olduğu halda bu problemlər həll edilmir. Misal üçün, uzun illərdir biz ağır çanta probleminin həlli üçün iki nüsxəli dərslik sifarişini təklif etmişdik - dərsliyin biri məktəbdə, biri evdə qalsın, uşaqlar ağır çanta daşımasınlar. Eləcə də məktəblərin stadionlarının, idman zallarının təmirinə, məktəblərə müasir kompüterlərin verilməsinə ehtiyac var. Müəllimlərin təkmilləşməsinə ehtiyac var. Amma Elm və Təhsil Nazirliyi planlaşdırılmış və proqnozlaşdırılmış büdcəni yerinə yetirmir. Bəzən belə hesab edirlər ki, həmin büdcənin geri qaytarılması yaxşıdır. Xeyir, belə deyil. Sizə xərcləmək üçün pul verilibsə, konkret bu məsələlər edilməlidir və bunu etmirlərsə, deməli layihələrin həyata keçirilməsi ilə bağlı ciddi problem var. Bu gün Azərbaycan təhsilində kadr islahatlarına ehtiyac var. Azərbaycan ali təhsilinin beynəlxalq rəqabətliliyini artırmalıyıq. Ali təhsil müəssisələrinin beynəlxalq reytinqdə olması üçün elmlər doktorları, fəlsəfə doktorlarına məqalələrin çapına, onların xarici dil öyrənməsinə və digər innovativ yeniliklərlə bağlı dəstək durmaq lazımdır. Amma bunu etmirlər. Bu gün ölkədə 1693 uşaq bağçası var, uşaqların cəmi 25 faizi uşaq bağçasına cəlb edilib. Bu, 50 faizə qaldırılmalıdır. İri bağçalar tikilməlidir. Təhsil kifayət qədər xərc tələb edir, amma biz azaldırıq. Bu gün Azərbaycanda elmin ÜDM-də faizi 1 faizin altındadır. Biz tədqiqatlarımızın heç birinin sənayeyə yönəlməsini görə bilmirik”.

Ekspert əlavə edib ki, təhsilə ayrılan vəsait azaldılmamalıdır: “Sadəcə, ona görə azalır ki, son üçü il ərzində Elm və Təhsil Nazirliyi qarşıya qoyulmuş hədəflər istiqamətində xərcləri düzgün planlaşdırmayıb. Ancaq mənasız nələrəsə, misal üçün, tez-tez saytlar, idarələr yaradırlar. ETN-in elmin inkişafına ayırdığı pul vəsaitinin məbləği ilə nazirlikdə özlərinə aldıqları yumşaq mebelin pulu ilə müqayisə etsək görərik ki, daha çox yumşaq mebellərə vəsait xərclənib. Yaxud da hansısa dost-tanışlarına qrantlar verirlər. Heç bir hesabatlıq yox, nəticəyönümlülük yox... Yəni ayrılan vəsaitin düzgün istifadəsi yoxdur. Son 3 il ərzində 6 milyon manatdan çox vəsait qrant adı altında olan layihələrə xərclənib, amma heç bir inkişaf yoxdur. Təhsilə ayrılan xərcləri artırmalıyıq ki, ali təhsil müəssisələrində dövlət sifarişli plan yerlərinin sayı artsın. Bu gün ali təhsil müəssisələrində plan yerləri artıb, amma ciddi keyfiyyət dəyişikliyini görmürük. Birmənalı şəkildə vəsaitin azaldılması yaxşı hal deyil. Fikrimcə, vəsaitin plan üzrə xərclənməməsini yoxlamaq lazımdır. Pulun büdcəyə qayıtması yaxşı hal deyil. Bu zaman da büdcəni hazırlayan qurum görür ki, təhsil üçün nəzərdə tutulmuş vəsait xərclənmir. Deməli, hədəflərə çatılmır deyə pul xərclənmir. Deməli, müvafiq qurum yalançı statistika ilə, məlumatlarla ictimaiyyəti aldadır”.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-alim, beynəlxalq hüquq üzrə ekspert Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 2019-cu ildə qəbul edilən “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə müvafiq olaraq, təhsil müəssisələrinə əlavə gəlir əldə etmək məqsədilə, nizamnamələrində nəzərdə tutulan qaydada və fəaliyyət istiqamətlərinə uyğun sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmalarına icazə verilib: “Buraya əsasən ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların və şagirdlərin əl işlərinin satışı, əlavə dərnəklər və kursların təşkili və s. kimi fəaliyyət növləri daxildir. Ümumiyyətlə, dövlət və özəl təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti bilavasitə mənfəət əldə etmək məqsədi daşımasa da, dövlət təhsil müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirləri bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəltməli olduqları qanunda qeyd edilir. Düşünürəm ki, təhsil müəssisələrinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə verilən icazə, dövlət büdcəsindən təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin azaldılmasına səbəb olub. Təhsil müəssisələrimiz nə dərəcədə bu işin öhdəsindən gəlir, onu deyə bilmərəm. Ənənəvi universitetlərin əsas məqsədi ali təhsil verməkdən və elmi araşdırmalar təşkil etməkdən ibarətdir. Ancaq hazırda dünyadakı bir çox universitetlər ənənəvi universitetlərdən fərqli olaraq müasir dövrün tələblərinə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iş dünyası ilə sıx əməkdaşlıqlar qururlar. Sahibkarlıq fəaliyyətləri də yalnız gəlir əldə etmək və iqtisadi fayda təmin etməklə məhdudlaşmır. Əsas məqsəd, iqtisadi baxımdan müstəqil olmaq, muxtar olmaq, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək, iqtisadi və sosial baxımdan əlavə dəyər yaratmaqdır. Misal üçün, Türkiyədə universitetlər texnoloji inkişaf və innovasiya sahəsində aktiv rol oynayan inkubator mərkəzi, tədqiqatların ticariləşməsini təmin edən lokomativ və yeni informasiya və texnologiyaların mənbəyi kimi xarakterizə edilirlər. Universitet səviyyəsində həyata keçirilən sahibkarlıq fəaliyyəti sanki biliklərin istehsal prosesinə, məhsula və şirkətə çevrilməsini təmin edir. Türkiyənin demək olar ki, hər şəhərində, qəsəbəsində universitet mövcuddur və onlar yerli və regional iqtisadi inkişafa əhəmiyyətli dərəcədə töhfə verirlər.

Akademik sahibkarlıq sahəsində müvəffəqiyyət əldə edən universitetlər maliyyə və sosial faydanı da təmin etmiş olurlar. Sahibkar universitet modelində isə ölkədə var olan sənaye müəssisələri ilə birgə hər iki tərəf üçün də faydalı olacaq əməkdaşlıqların qurulması, texnologiyaların transferi həyata keçirilir. Sahibkar universitetlər iqtisadi inkişafı təmin etmək üçün bir növ inkubasiya mərkəzlərinə və texnoparklara çevrilirlər. Türkiyənin Sənaye Nazirliyi, Kiçik və Orta Miqyaslı Sahibkarlıq Subyektlərinə Dəstək İdarəsi, Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı, nazirliklər sahibkar universitetlərin çoxalması üçün mütəmadi maliyyə dəstəyi təmin edirlər. Göründüyü kimi, hər nə qədər prioritet missiya təhsil vermək olsa da, təhsil müəssisələri müxtəlif əməkdaşlıqlar quraraq sahibkarlıq və istehsal fəaliyyətləri ilə məşğul olması mümkündür".

Elm və Təhsil Nazirliyinin mövqeyini də dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru