HAKİMİYYƏT “AVROVİZİYA”DAN İMTİNA EDƏ BİLƏR
Tarix: 15-04-2012, 13:46 | Çap et
“ANTİTERROR ƏMƏLİYYATLARI BUNA XİDMƏT EDİR”
Son bir il ərzində hüquq mühafizə orqanları bir neçə şəxsi və dəstəni dövlətçilyin əleyhinə təhlükədə və terror törətməkdə ittiham edərək, həbsə atıb. Bu proses son günlər Gəncə olayı və cəmiyyət tərəfindən “vəhhabi” kimi qəbul edilən şəxslərin həbsi ilə daha da sürətləndi. Mövzu ilə bağlı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu müsahibə verib. - Ərəstun bəy, sizcə bu həbslər Azərbaycanın qeyri-sabit və xarici dövlətlərin dediyi kimi, terror təhlükəsi ilə üzbəüz olan ölkələr sırasına daxil edilməsinə əsas vermirmi? - Ümumiyyətlə, Azərbaycanda hüquq, qanun və hüquq mühafizə sistemi heç bir şəkildə ən aşağı səviyyədə belə işləmir. Xüsusilə də ölkənin təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlar haqqında nəinki ictimaiyyətə məlumat verilmir, sanki bu əməliyyatı həyata keçirənlər xüsusi statusda olan bir qurumdur. Eyni halda, bu proseslərdə Qəribə məhkəmə qərarları da verilir. Hacı Məmmədov haqqında artıq bir neçə ildir ki, bütün məhkəmə instansiyaları tərəfində ömürlük həbs cəzası çıxarılıb, lakin o, hələ də MTN-nin istintaq təcridxanasında saxlanılır. Son zamanlar bu əməliyyatların MTN tərəfindən həyata keçirildiyini nəzərə alsaq, burada həm məlumat qıtlığı var və eyni halda, de-fakto olaraq bu quruma ölkədə hər hansı bir nəzarət mövcud deyil. Ona görə də, nəyəsə şərh vermək olduqca çətindir. Digər tərəfdən, bu orqanın həyata keçirdiyi əməliyyatlara edilən şərhlərə qarşı tərəfin verdiyi qıcıqlı reaksiyalar ondan xəbər verir ki, məsələ heç də söylənildiyi kimi deyil. Güman edirəm ki, Azərbaycanda bu cür kütləvi tədbirlərin keçirilməsi haqqında hansısa siyasi qərar var. Bu əməliyyatların nə məqsəd güdməsi ilə bağlı nəsə demək çətindir. Xarici analitik çevrələrdən eşitdiyim məlumata görə, Azərbaycan hakimiyyəti “Eurovison” mahnı müsabiqəsini keçirməyə hazır olmadığına görə, ölkədə terror təhlükəsi görüntüsü yaratmaq istəyir. Bu bir az ağla batan versiya deyil. Lakin bu versiya ciddi analitik mərkəzlər tərəfindən səsləndirilib. Az qala hər gün deyilir ki, ölkədə terror təhlükəsi mövcuddur. Bu cür prosesdən sonra ən azı insanlar müsabiqəyə gəlməkdən imtina edə bilərlər.
- Sizcə davamlı olaraq ölkədəki terror təhlükəsi ilə bağlı səsləndirilən fikirlər ölkənin imicinə nə kimi təsir göstərir? - Aydın məsələdir ki, bu prosesdən sonra Azərbaycan terror təhlükəsi olan ölkələr sırasına salınacaq. Adamda elə bir təsəvvür yaranır ki, ölkə hakimiyyəti sanki bunu istəyir. Sanki hakimiyyət ölkənin qapanmasını və xarici vətəndaşların ölkəyə gəlməsinin qarşısını almağa çalışır. Eyni halda, hakimiyyət bundan sonra da öz xalqı ilə istədiyi kimi rəftar etmək istəyir. Müəmmalı bir məsələdir. Heç bir dövlət bu qədər özü ətrafında terror təhlükəsi düşüncəsi yaratmayıb. Yəni mən ikinci belə bir dövlət tanımıram. Bir zamanlar ABŞ-da belə bir prosedur mövcud idi. Məlum 11 sentyabr hadisəsindən sonra ABŞ hakimiyyəti terror amilini gündəmdə saxlayaraq, Buş hökuməti həm vətəndaş cəmiyyətinin hüquq və azadlıqlarını məhdudlaşdırmağa, həm də öz hakimiyyətini bu strategiya üzərində qurub davam etdirməyə cəhd göstərirdi. Lakin Buş hakimiyyəti heç birinə nail ola bilmədi. Azərbaycanda isə bu işlərin görülmə səbəbi müəyyən deyil. Qeyd edim ki, Azərbaycandakı proseslərdən siyasət iyi gəlir. / FaktXeber.com /


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00 |
|
|
|
| • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57 |
|
|
|
| • Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54 |
|
|
|
| • "Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45 |
|
|
|
| • AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39 |
|
|
|
| • “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36 |
|
|
|
| • Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26 |
|
|
|
| • “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17 |
|
|
|
| • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16 |
|
|
|
| • Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06 |
|
|
|
| • Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00 |
|
|
|
| • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54 |
|
|
|
| • Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44 |
|
|
|
| • Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41 |
|
|
|
| • Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33 |
|
|
|
| • Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29 |
|
|
|
| • KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11 |
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
|