Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

QARABAĞ DANIŞIQLARI İLƏ BAĞLI ŞOK FAKTLAR
Tarix: 11-10-2011, 13:46 | Çap et
QARABAĞ DANIŞIQLARI İLƏ BAĞLI ŞOK FAKTLAR

ERMƏNİLƏR NƏLƏRƏ RAZI DEYİLLƏR?

Son zamanlar ermənilər vasitəsilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi üçün danışıqlar xeyli intensivləşib.
Dünyanın super güclərinin məsələyə münasibəti, aparıcı beynəlxalq təşkilatların vermiş olduqları rəylər bu fikri bir daha təsdiqləyir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nəzdində Qarabağla bağlı vasitəçilik missiyasını üzərinə götürmüş Minsk Qrupunun həmsədlərinin qurumun sonuncu sessiyasında hesabat xarakterli danışıqlar prosesinin nədən ibarət olduğunu özündə ehtiva edən məqamları açıqlaması təsdüfi sayıla bilməz.

Əvvəlcə amerikalı həmsədr Robert Bradtkenin açıqladığı fikirlərə diqqət çəkək. Bradtke bildirib ki, onlar problemin həllini 3 prinsip əsasında görürlər: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ.
Həmsədr qeyd edib ki, onlar münaqişənin 6 element əsasında həllinə çalışırlar: Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması; Dağlıq Qarabağa keçid statusu verilməsi; Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi; Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli; Köçkünlərin yurd-yuvalarına qayıtması; Bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi.

Sonda Robert Bradtke deyib ki, tərəflərin bəzi prinsipləri qəbul etməməsi yekun sazişi əngəlləyir.

İndi isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlamasına diqqət verək.

Nazir deyir ki, Ermənistan Silahlı Qüvvələri işğal edilmiş torpaqlardan çıxsa, bu, regionda böyük imkanlar yaradacaq, kommunikasiyalar açılacaq, qaçqınlar öz torpaqlarına qayıdacaqlar.

Onun sözlərinə görə, hazırki danışıqlar prosesində əsas problem gələcəkdə müəyyənləşdirilməsi mümkün olan status-kvo deyil, torpaqların işğalı və qaçqınların mövcud olması məsələsidir.

“Biz hamımız, həmçinin Ermənistan tərəfi, anlayır ki, indi statusu müəyyən edə bilmərik. Bunu yalnız son mərhələdə etmək mümkün olacaq”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ayın sonuna qədər regiona səfərə gələcəklər. “Biz danışıqları davam etdirməklə bağlı razılığa gəlmişik. Artıq bəzi məsələlər üzrə razılığa gəlmişik və bu irəliləyişi əldən verməməliyik”.

Nazir danışıqlar prosesinin gedişində bir sıra çətinliklərin mövcud olduğunu qeyd edib. “Bəzi məsələlərin müzakirəsi zamanı biz güzəştlər əsasında yeni formula nail olmaqda çətinliklə üzləşirik. Biz onlar üzərində işləməliyik. Açıq məsələlər var ki, onlara görə danışıqları davam etdirmək lazımdır.
Əgər biz prinsipləri razılaşdıra bilmiriksə, bu, kiçik problemdir. Baza prinsiplərinin müəyyənləşdirilməsi zamanı tərəflərin razılığa gələ bilmədikləri məsələləri böyük sazişin hazırlanması zamanı razılaşdırmaq olar”.

Nazir həmçinin təhlükəsizliyin təmin olunması baxımından münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsini zəruri hesab edib:
“Əgər Ermənistan qoşunları əraziləri boşaltsa və məcburi köçkünlər öz torpaqlarına qayıtsalar, onların təhlükəsizliyinin təmin olunması vacibdir, çünki biz Ermənistan tərəfinə, onlar isə bizə inanmır”.

Fikir verirsinizsə, amerikalı həmsədrlə Elmar Məmmədyarovun dediklərində üst-üstə düşən xeyli məqamlar var.

Məsələ ilə bağlı Türkiyə diplomatik nümayəndəliklərindən ciddi məlumat daxil olub. Məlumata görə artıq tərəflər həmsədlərin dedikləri 6 məsələdən 4-nə prinsipcə razılıq veriblər. Bura aşağıdakılar daxildir:

Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması; Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi; Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli; Köçkünlərin yurd-yuvalarına qayıtması.

Dağlıq Qarabağa keçid statusu verilməsi və bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi məsələləri isə dəfələrlə müzakirəyə çıxarılsa da, razılıq əldə oluna bilmir.

Razılaşdırılmış dörd məsələ isə tərəflər üzərinə aşağıdakılara əməl etmək öhdəliyi qoyur.

Beləliklə, bu razılaşmaya əsasən, Qarabağ ətrafındakı Azərbaycanın rayonları boşaldılacaq, Ermənistanla Qarabağ arasında Laçın dəhlizi yaradılacaq, eyni zamanda Qarabağın hüquqi statusu ilə bağlı məsələ öz həllini tapacaq, məcburi köçkünlər öz evlərinə qayıdacaqlar.

Ancaq Dağlıq Qarabağa keçid statusu verilməsi və bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi məsələləri tərəflər arasında razılaşdırıla bilmir.

Fikir verdinizsə, Elmar Məmmədyarov tərəflər arasında qarşılıqlı etmimadsizlığın olduğuna eyham vurub.

Bu isə səbəbsiz deyil. Ermənistan tərəfi Qarabağa status tələb edir, keçidsiz status, yəni keçid sözünü buradan çıxarılmasını istəyir. Birdəfəlik müstəqillik...

Azərbaycan isə buna razılıq verə bilmir. Çünki bu, Azərbaycan üçün çox qorxulu və demək olar ki, öz əli ilə Qarabağı itirməklə nəticələnə biləcək qədər ciddi fəsad verən incə məqamdır. Azərbaycan bununla razılaşsa, bundan sonra dunyanın ayrı-ayrı ölkələri Qarabağın müstəqilliyini avtomatik olaraq tanıyacaq və istinad nöqtəsi Azərbaycanla Ermənistan arasında olan razılaşma göstəriləcək.

Bir qədər də konkretləşdirsək, Ermənistan danışıqlarda birinci məsələ kimi bunu istəyir, Azərbaycan isə ən sonda bu məsələyə baxılmasına razılıq verir.

Qeyd etdiyimiz kimi, ortada ciddi mübahisə doğuran ikinci məsələ isə bölgəyə sülməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır.

Azərbaycan tərəfi bu məsələdə BMT statusulu qüvvələrin olmasını istəyir və bunu belə də tələb edir. Ermənistan isə bildirir ki, artıq bölgədə sülhməramlı qüvvələr var. Ermənistan tərəfi bölgədə sülhməramlı qüvələr deyəndə Rusyanın Ermənistandakı hərbi qüvvələrini nəzərdə tutur.

Mənbə deyir k, elə Rusiyanın da mövqeyi bundan ibarətdir.

“Şimal ayısı” ciddi fəallıq göstərir və sülhməramlı kimi bölgədə özünü görür. Hətta Rusiya bu iddiasını rəsmi Vaşinqton və Parisə də yedizdirməkdə qərarlıdır.

Yalnız Türkiyə məsələyə ciddi də olmasa, mane tərədəcək amil kimi ortaya çıxıb.

Güründüyü kimi, hadisələrin hansı şəkildə cərəyan edəcəyi sırf bu iki məqamla bağlıdır.

Üstündən iki onillik keçməsinə baxmayaraq, tərəflər bu məqamlarda kompromisə getmirlər.

Belədə isə müharihə riski artır. Dünyanın istəyi isə Cənubi Qafqazda bu ehtimalı sıfıra endirməkdir. Bu istək Azərbaycana sevgidən qaynaqlanmır.

Dünyanın aparıcı dövlətlərinin bir hissəsinin enerji mənbəyi olan Azərbaycan müharibə ilə üzləşsə, təbii ki, o enerji ilə qidalananlar ac qalmalı olacaqlar. Həm də artıq məsələ elə bir fazadadır ki, guya lokal mahiyyət daşıyan bu problem dünyanı qarışdıra bilər.

Amerikalı həmsədr Robert Bradtkenin açıqladığı fikirlərə bir də diqqət çəkək.

O, bildirib ki, onlar problemin həllini 3 prinsip əsasında görürlər: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ.

Qarabağ məsələsində xalqların öz müqəddəratını təyin etmə hüququna istinad məhz Ermənistanın iddialarına köklənmiş tezisidir və danışıqlar prosesində işğalçı dövlətə stimul verir.

Təbii ki, Azərbaycan heç zaman buna razılıq verməyəcək.

Demək ki, həmsədrlər xalqların öz müqəddəratını təyin etmə hüququna istinad etməklə özlərinin də əleyhinə olduqları və dəfələrlə səsləndirdikləri gücdən istifadə etməmək məsələsinin əksini gündəmə çıxarırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru