AZƏRBACYAN İRANI DƏLİ EDİB
Tarix: 26-04-2012, 12:35 | Çap et
TEL-ƏVİV-BAKI İSTİLİYİ TEHRANDA HƏRARƏT YARADIB
В«HeraldonlineВ» Sheera Frenkel-in Azərbaycan-İsrail münasibətlərindən bəhs edən yazısını dərc edib. Yazıda qeyd olunur ki, iki ölkənin münasibətlərinin çiçəklənməsi Yaxın Şərqdə çoxunun xoşuna gəlmir, çünki ən azından Azərbaycan İranın şimal qonşusudur və İranla sıx mədəni və demoqrafik münasibətləri var.
4 MİLYARD DOLLAR BÖYÜK RƏQƏMDİR
İsraillə Azərbaycanın ticarət dövriyyəsi ildə 4 milyard dollardır. İsrailin keçmiş Sovet respublikaları içində ən böyük ticarət dövriyyəsi məhz Azərbaycanladır. İsrail rəsmiləri tez-tez bu ölkəyə səfərlər edirlər, bu günlərdə isə xarici işlər naziri Avigdor Lieberman gəlib. В«Bizim münasibətlər çox intensivdirВ», Lieberman deyib.
Müəllif iddia edir ki, Azərbaycanın İran və Rusiya arasındakı mövqeyi onu diplomatik В«xəfiyyələr yuvaВ»sına çevirib. Müxtəlif, xüsusilə də düşmən ölkələr – ABŞ, İran, Rusiya və İsrail – burada bir-birinə qarşı kəşfiyyat materialı toplaya bilib.
İsrailin Azərbaycanla ticarəti isə daha çox maraq oyadır. Fevralda Azərbaycan hərbi avadanlıq, pilotsuz təyyarə və sairə almaq üçün İsrail Aerospace Sənaye Şirkətinə 1,6 milyard dollar ödəyib. Azərbaycan həmçinin İsrailin enerji ehtiyacının 30 faizini ödəyir.
В«İsrailin regional məqsədlərində Bakının mühüm rolu varВ», bunu Azərbaycan ticarət sövdələşmələrində iştirak etmiş bir İsrail diplomatı deyir.
DAHA YAXŞI VARİANT HANSIDIR?
Bu münasibətlər harayacan gedə bilər? İsrail İranın nüvə proqramına görə hərbi tədbir görəcəyi ilə hədələyib. В«Foreign PolicyВ» jurnalı iddia edirdi ki, İsrail bu məqsədlə Azərbaycanda hava bazasına çıxış əldə edib.
Azərbaycan və İsrail rəsmiləri bu məlumatı təkzib ediblər. Adı çəkilməyən İsrail rəsmiləri İsrailin 2-ci kanalına deyiblər ki, Azərbaycanda hava bazalarından В«daha yaxşı, daha praktik variantlarВ» var.
Azərbaycanla İranın münasibətləri isə pisləşməkdə davam edir. İsrailin Mossad agentlərinin Azərbaycanda fəaliyyətini iddia edən məlumatlarla bağlı Azərbaycanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycanda isə hərbi ekspertlər təxmin edirlər ki, bu ölkədəki hava bazalarından İran üzərinə pilotsuz təyyarə missiyaları üçün istifadə oluna bilər, nəinki hücum.
60 PİLOTSUZ TƏYYARƏ
2008-ci ildən Azərbaycanda İsrailin pilotsuz təyyarələri var, onlar paradda da görünüblər. Ötən sentyabrda belə bir təyyarə Dağlıq Qarabağ üzərində vurulub. Elə həmin ay Azərbaycan hökuməti elan edib ki, İsrail modelinə uyğun pilotsuz təyyarə hazırlamaq üçün həmin ölkədən lisenziya alıb.
Bu ilin fevralında imzalanmış sazişə uyğun olaraq, Azərbaycan 60 İsrail-modelli pilotsuz təyyarə alacaq.
Siyasi ekspert Rövşən İbrahimov News.Az-a deyib ki, Liebermanın Bakıya səfərinin məqsədi də İranı Azərbaycan vasitəsilə qorxutmaq olub:
В«İsrail Tehrana göstərməyə çalışır ki, İranı istənilən vaxt vura bilər və buna görə də müttəfiqlərinin dəstəyini qazanmaq üçün müəyyən addımlar atırВ».
Lieberman isə səfərinin məqsədinin kimisə qorxutmaq olduğunu təkzib edib. Deyib ki, onun Bakıdakı görüşlərində ikitərəfli münasibətlər müzakirə olunub. Onun ofisinin yaydığı məlumatda isə deyilirdi ki, İran məsələsi də gündəlikdə olub. / "Azadlıq" Radiosu /


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
| • Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55 |
|
|
|
| • “Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49 |
|
|
|
| • "Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47 |
|
|
|
| • Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42 |
|
|
|
| • ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41 |
|
|
|
| • Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35 |
|
|
|
| • Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33 |
|
|
|
| • "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26 |
|
|
|
| • Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19 |
|
|
|
| • Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17 |
|
|
|
| • Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15 |
|
|
|
| • Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10 |
|
|
|
| • Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02 |
|
|
|
| • Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59 |
|
|
|
| • Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52 |
|
|
|
| • Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50 |
|
|
|
| • “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49 |
|
|
|
| • Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47 |
|
|
|
|