Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                 

NAXÇIVANIN KEÇMİŞ BAŞ NAZİRİ AVROPAYA ŞİKAYƏT EDİB
Tarix: 2-05-2012, 13:41 | Çap et
NAXÇIVANIN KEÇMİŞ BAŞ NAZİRİ AVROPAYA ŞİKAYƏT EDİB

AVROPA MƏHKƏMƏSİ BAKIYA SORĞU GÖNDƏRİB

DİA.AZ: - 2010-cu ilin yayında dinc toplantıda polislər tərəfindən tutularaq zorakılığa məruz qalmış gənc fəal Rövşən Nəsirlinin şikayəti BMT-nin İnsan Hüquqları Komitəsinə göndərilib.

Avropa Məhkəməsi ilə Azərbaycan Hökuməti arasında isə daha bir şikayətlə bağlı kommunikasiya başlayıb. Məhkəmə Naxçıvan Muxtar Respublikasının sabiq Baş Naziri, hazırda Ankarada yaşayan Becan Fərzəliyevin şiklayəti üzrə Hökumətə sorğu göndərib.

Bu barədə DİA.AZ-a adları çəkilən şəxslərin beynəlxalq məhkəmələr qarşısında hüquqlarını müdafiə edən İntiqam Əliyev məlumat verib.

Becan Fərzəliyevin işi

2005-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Naxçıvan MR Prokurorluğuna müraciət edərək bildirib ki, 1991-ci ilin noyabr-dekabr aylarında Naxçıvan MR-nın sabiq Baş Naziri Becan Fərzəliyevin (bundan sonra – Şikayətçi) sərəncamları ilə Naxçıvan MR Nazirlər Kabinetinin yanında Əsaslı Tikinti İdarəsinin hesabından 9.408.800 rubl, Naxçıvan MR-nın Nazirlər Kabinetinin işlər idarəsinin hesabından 2.341.200 rubl, ümumilikdə 11.750.000 rubl vəsaitin 6 ədəd vertolyot alınması adı ilə Bakıda yerləşən В«ŞüaВ» kiçik müəssisəsinin hesabına köçürülüb. Lakin köçürülmüş vəsaitə heç nə alınmadığını qeyd edərək, həmin pulların geri qaytarılmasına köməklik göstərilməsini xahiş edib. Naxçıvan MR Prokurorluğunun 09 noyabr 2005-ci il tarixli qərarı ilə qeyd edilən fakt üzrə cinayət işi başlanıb.

İstintaqın sonunda bu nəticəyə gəlinib ki, 4.300.000 rubl vəsait В«ŞüaВ» kiçik müəssisəsinin təsisçisi Ə.Məmmədov, sabiq Səhiyyə Naziri F.Cəfərquliyev və sabiq Baş Nazir B.Fərzəliyev mənimsəyib. Lakin müstəntiqin 21 yanvar 2006-cı il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən həmin şəxslər barədə cinayət işinə xitam verilib. Şikayətçi 25 sentyabr 2006-cı ildə həmin qərardan Naxçıvan Rayon Prokuroruna şikayət verib, lakin oradan heç bir cavab almadığı üçün həmin qurumun hərəkətsizliyindən Baş Prokurora şikayət göndərib.

Naxçıvan MR-in Prokurorluğu 03 noyabr 2006-cı ildə vəkilə cavab yazaraq bildirib ki, 21 yanvar 2006-cı il tarixli qərardan verilən şikayətə üzrə Naxçıvan MR-in Prokurorluğunun 02 oktyabr 2006-cı il tarixli qərarı ilə cinayət işinə xitam verilməsi barədə qərar qüvvədə saxlanıb və qərarın surəti vəkilə göndərilib.

14 noyabr 2006-cı ildə Şikayətçi yenidən Naxçıvan Rayon Prokurorluğundan ölkənin Baş Prokuroruna şikayət verib. B.Fərzəliyev orada göstərib ki, 21 yanvar 2006-cı il tarixli cinayət işinə xitam verilməsi barədə qərardan verdiyi şikayətə heç bir cavab verilmədiyi halda, Naxçıvan MR Prokurorluğu 03 noyabr 2006-cı il tarixli məktubla şikayətə baxılması nəticəsində qəbul edilmiş qərarın onun ünvanına göndərildiyini bildirib. B.Fərzəliyev qeyd edilən qərarların ona verilməsini xahiş edib.

Baş Prokurorluq 26 noyabr 2006-cı il tarixli məktubla ona bildirib ki, müraciəti Naxçıvan MR Prokurorluğuna göndərilib və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilib.

27 fevral 2007-ci ildə ərizəçi 21 yanvar 2006-cı il tarixli cinayət işinə xitam verilməsi barədə qərardan verdiyi şikayətə cavab verilmədiyinə görə üçüncü dəfə Naxçıvan Rayon Prokurorluğundan ölkənin Baş Prokuroruna şikayət verib. Baş Prokurorluq 16 mart 2007-ci il tarixli məktubla yenidən ona bildirib ki, şikayəti baxılması üçün yenidən Naxçıvan MR Prokurorluğuna göndərilib və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilib. Nəticədə, B.Fərzəliyev Naxçıvandan şikayəti ilə bağlı hər hansı sənəd ala bilməyib.

16 fevral 2006-cı ildə Naxçıvan Rayon Prokuroru cinayət nəticəsində dövlətə vurulmuş zərərin ərizəçidən, Ə.Məmmədov və F.Cəfərquliyevdən alınması üçün iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Nəsimi Rayon Məhkəməsinin 08 may 2006-cı il tarixli qətnaməsi iddia qismən təmin edilib belə ki, B.Fərzəliyevdən və Ə.Məmmədovdan müştərək qaydada 2.327.059 (iki milyon üç yüz iyirmi yeddi min əlli doqquz) manat alınaraq Naxçıvan Muxtar Respublikasının büdcəsinə ödənilməsi barədə qərar verilib. İddianın F.Cəfərquliyevə qarşı olan hissəsi rədd edilib.

B.Fərzəliyevin məhkəmənin bu qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətləri əvvəl Apellyasiya Məhkəməsi, sonra isə Ali Məhkəmə rədd edib.

Milli məhkəmələrin Şikayətçinin işi ilə bağlı qəbul etdiyi qərarlar Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ, təqsirsizlik prezumpsiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnun pozuntusundan 08 may 2007-ci ildə Avropa Məhkəməsinə şikayət göndərib.

Rövşən Nəsirlinin işi

Rövşən Nəsirlinin (bundan sonra – Şikayətçi) 2010-cu ilin yayında dinc toplantıda polislər tərəfindən tutularaq zorakılığa məruz qalması ilə bağlı şikayəti BMT-nin İnsan Hüquqları Komitəsinə göndərilib. Bu barədə onun hüquqlarını müdafiə edən İntiqam Əliyev məlumat verib.

R.Nəsirli 19 iyun 2010-cu ildə Azadlıq Bloku tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçiriləcək mitinqdə iştirak etmək mitinqin keçiriləcəyi yerə gedib. Orada ona mitinqin Sabir bağında keçiriləcəyini bildirilib. Sabir bağına gələn Şikayətçi orada Çevik Polis Alayı (ÇPA) da daxil olmaqla 100-ə qədər polis əməkdaşlarının olduğunu görüb və orada dayanmayıb Azərbaycan kinoteatrının qarşısına gəlib. Burada o, 10-15 nəfər digər şəxslərlə birlikdə “İstefa”, “Azadlıq” kimi şüarlar səsləndirib dağılışıblar.

Yenidən Nizami Kinoteatrının qarşısına gələn Şikayətçi burada Demokrat Partiyasının Gənclər Təşkilatının sədri Cəmil Hacıyev və onun dostu ilə söhbət edərkən bir neçə polis əməkdaşı onlara yaxınlaşıb və heç bir söz demədən onları tutub polis maşınına mindirib Səbail Rayon 8-ci Polis Bölməsinə gətiriblər.

İzahatları alındıqdan sonra Şikayətçi və digər şəxslər məhkəməyə aparılmaq üçün avtobusa mindiriliblər. Bu zaman Şikayətçi jurnalistlərə əl edib və qələbə işarəsi göstərib. Bunu görən Bakı Şəhər Baş Polis İdarəsinin Rəis Müavini Yaşar Əliyev “Toya gəlmisən?” deyərək onu söyüb və sillə vurub və daha sonra avtobusda kapitan rütbəsi olan daha nəfər şəxsin iştirakı ilə onu döyüb.

Bundan sonra yenidən Səbail Rayon 8-ci Polis Bölməsinə gətirilən Şikayətçi burada aralarında Yaşar Əliyev, Kamil Vəlişov, Y.Əliyevin köməkçisi və “Məhi” adlı sürücüsü və 8-ci Polis Bölməsinin rəisi olan polislər tərəfindən döyülüb. Həmin gün məhkəməyə gətirən Şikayətçini Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynov R.Nəsirlini İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilib və 15 gün müddətində inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsi 01 iyul 2010-cu il tarixli qərarı ilə Şikayətçi barəsində seçilmiş inzibati həbs müddətini 15 gündən 11 günə endirib.

R.Nəsirlinin Səbail Rayon 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmasının qanunsuz hesab edilməsi və bölmədə polislər tərəfindən döyülməsinin pis rəftarla və qanunsuz həbslə bağlı mülki və cinayət icraatı qaydasında verdiyi şikayətləri prokurorluq və məhkəmə orqanları rədd ediblər.

Şikayətin nəyə görə Avropa Məhkəməsinə yox, BMT-nin İnsan Hüquqları Komitəsinə göndərilməsi barədə suala cavabında hüquqşünas bildirib ki, müdafiə etdiyi şəxslə müzakirələrdən sonra belə qərara gəliblər ki, BMT-də şikayətlərə baxılması proseduru daha sürətlə baş verdiyi üçün ikinciyə üstünlük veriblər. “Təəssüf ki, biz bu sistemin imkanlarından demək olar ki, yararlanmırıq. Haqqı pozulan insanlar əsasən Avropa Məhkəməsinə üz tuturlar. Avropa Məhkəməsinin BMT-nin fərdi şikayətlərə baxan qurumlarından bir neçə anlamda üstünlükləri var. Amma bu qurum şikayətlərlə həddən artıq yükləndiyi üçün işlərə həddən artıq uzun müddətə baxır. BMT-də prosedurlar daha sürətlə gedir. Həm də burada Strasburq Məhkəməsində olduğu kimi müddətlərlə (6 aylıq) bağlı sərt qaydalar yoxdur. R.Nəsirli ilə məsləhətləşdikdən sonra seçimi BMT-nin İnsan Hüquqları Komitəsinin xeyrinə etdik. Azərbaycan hakimiyyətinin öz azadlıqlarını reallaşdırmaq istəyən insanları polisinin və məhkəməsinin əli ilə cəzalandırması, polis zorakılığı, prokuror qərəzliyi və məhkəmə özbaşınalığı faktlarının BMT-nin kvaziməhkəmə qurumlarında qiymətini alması da çox vacibdir.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru