“Adım qədər əminəm ki, Əli Kərimlinin deyilən videosu var”
Tarix: 18-02-2016, 11:42 | Çap et
 AXCP sədri Əli Kərimlinin xəyanətkar olması və etdiyi satqınlıqlarla bağlı iddialar gündəmdən düşmür. Belə ki, Yeni Azərbaycan Partiyası icra katibi müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun sözügedən şəxsin xəyanətləri, hakimiyyətlə danışıqlara getməsilə bağlı əlində kifayət qədər ciddi sübutlar olduğunu açıqlaması bir neçə şəxsin ona dəstək çıxması ilə nəticələndi.
Xatırladaq ki, YAP rəsmisi bildirmişdi ki, 2000-ci ildə Əli Kərimli dəfələrlə yüksək vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bəyan edib: “Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var. Əli Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını, yoldaşlarını satmaqla məşğul olub”. Bu fikirləri təsdiq edənlərdən biri də bir müddət öncə Ə.Kərimlinin müavini, sağ əli hesab olunan, hazırda isə əsil AXCP adına iddia edən və özünün AXCP-sini təsis edən Razi Nurullayevdir. Belə ki, o da S.Novruzovun dediklərinə qoşulur və keçmiş sədrinin hakimiyyət nümayəndələrilə görüşünü əks etdirən video-görüntülər olduğunu düşünür: “Əli Kərimli hakimiyyətlə işbirliyinə getmək istəyirdi. İqtidarla işbirliyinə getməyin, müxalifət arasında dağınıqlıq yaratmağın, onu parçalamağın bünövrəsini Əli Kərimli qoyub və bunu öz istəyi ilə edib. Əli Kərimlinin hakimiyyətlə apardığı gizli görüşlərin videosu var. Çox yüksək səviyyələrdə Əli Kərimli ilə iqtidar nümayəndələri arasında gecə görüşləri keçirilib. Hakimiyyət Əli Kərimlinin keçirdiyi görüşlərin video-görüntülərini saxlayır”.
R.Nurullayev “Kaspi”yə açıqlamasında bildirdi ki, Ə.Kərimlinin xəyanəti və müxalifəti məhv etməsi barədə fikirlər ilk dəfə deyil ki, səsləndirilir: “AXCP-dən ayrılan və həqiqi Elçibəyçiliyə iddia edən KAXCP və BAXCP də bunu söyləyib. Ayrı-ayrılıqda bu gün Əli Kərimlinin yanında yer alan şəxslər də səsləndirib. Müsavat təmsilçiləri dəfələrlə bu məsələni qabardıb. Sonuncu dəfə ən ağır ittihamları deputat Siyavuş Novruzov qabartdı. Mən də adım qədər əminəm ki, deyilən video var. O videolar yayımlansa, Əli Kərimli bir günün içində siyasətdən silinər və bəlkə də adam içinə çıxmağa belə cürəti çatmaz. Bəs niyə yayımlanmır? Çünki, orada bu gün hakimiyyətin yüksək eşolanlarında təmsil olunan məmurlar var”.
Həmsöhbətimizin fikrincə, video yayımlanarsa, yüzlərlə əməkdaşın, gizli orqanlarla əməkdaşlıq edən kiçik və böyük rütbəli siyasətçi və məmur açığa çıxa bilər. Əli Kərimli bunu çox gözəl bildiyindən bu qədər rahatdır və onu qoruyan əsas faktor budur: “Necə olar bilər ki, digər cəbhəçilər qaçaqaçda olduğu halda, Əbülfəz Elçibəy Kələkidə yaşadığı halda, Əli Kərimli Bakı şəhərində at oynadırdı? Yanında onlarla cangüdənlə gəzirdi və heç kim onu saxlamırdı? Neçə il parlamentdə təmsil olundu və hər zaman da həlledici məqamlarda mərkəzdənqaçma effekti yaradan addımlar atırdı və nəticədə müxalifəti zəiflədirdi. Bilirsinizmi niyə Əli Kərimli 2000-ci ildən başlayaraq gözdən düşməyə başladı? Çünki oyun qaydalarını pozdu. O hakimiyyətlə saziş bağlamışdı, kişi sözü vermişdi və əvəzində deputat yerləri, mal-mülk və nüfuz qazanmışdı. Mərhum Heydər Əliyevin xəstələnməsindən sonra xəyallara daldı, böyük iddialara düşdü və hakimiyyətin tezliklə yıxılacağına inandı. Oyun qaydalarını pozaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etdi. Hadisələr də buradan başladı. Onun müxalifətə xəyanəti bu gün də davam edir. Özünü xalqa və siyasətçilərə sırımaq istəsə də, artıq onu qəbul edən yoxdur. Açığı mətbuatın onun şəxsiyyətinə hələ də maraq göstərməsi məni təəccübləndirir”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Bu gün, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Bu gün, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Bu gün, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Bu gün, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Bu gün, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58 |
|
|
|
|