Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

“Araz Əlizadənin alnının ortasından bir yumruq vuracam, şok keçirəcək”
Tarix: 22-04-2016, 09:51 | Çap et
“Araz Əlizadənin alnının ortasından bir yumruq vuracam, şok keçirəcək”
Qarabağ Azadlıq Təşkilatı ilə Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə arasında günlərdir davam edən qarşıdurma səngimək bilmir. İttihamlar, təhqirlər havada uçur.

Hər şey Araz Əlizadənin himnimizlə bağlı fikirləri ilə başlayıb. Deputatın dövlət himnimizi təhqir etməsi sosial şəbəkələrdə və mətbuatda geniş rezonans doğurub. Tanınmış simalar ASDP sədrini sərt şəkildə qınayıblar. QAT sədri Akif Nağının da Əlizadəni tənqid etməsi deputatı özündən çıxarıb. Mətbuata açıqlamalarında o, QAT üzvləri və rəhbəri barəsində təhqiredici fikirlər səsləndirib.

Onun diqqətçəkən fikirləri bunlardır: “Akif Nağı kimi mahiyyəti 5 qəpik olmayan insan mətbuatda mənim barəmdə xoş olmayan, savadsız sözlər deyib. Əbləhin söyüşünün özü tərifdir. Sosinternin Bakıda iclası keçiriləndə Akif Nağı bir yazıq arvadı üstümüzə göndərdi. Elə bilmişdi Luis Ayala ermənidir. Həmin gün axşam isə qərargahımızın şüşəsini sındırdılar. Akif özü həmişə gizlənir. Adama deyərlər, ay ağılsız, sözün var, dur gəl bura. Onu vursam elə vuracam ki, yerindən qalxa bilməyəcək. Akif Nağının QAT-ı qat bağlayıb. Təşkilat burada şüşə sındırmaqla məşğuldur. Bəyəm bu, azadlıq təşkilatıdır? Xeyr, gədə-güdənin yığıldığı yerdir”.
Deputatın dedikləri ilə bağlı “Yeni Müsavat”a danışan QAT sədri Akif Nağı ona sərt cavab verdi: “O, öz səviyyəsinə uyğun fikirlər səsləndirir. Ona görə də onun fikirlərinə bir o qədər vaxt ayırmaq istəmirəm. Himnimizin dəyişdirilməsi ilə bağlı fikirlərinə, sadəcə, münasibət bildirmişəm. Azərbaycan üçün bu məsələ vacibdir.

Demişəm ki, Araz Əlizadənin bununla bağlılığı yoxdur. Yəni sahəsinə uyğun deyil. Dövlət atributları toxunulmaz olmalıdır. Sanki onun əlinə bəhanə düşdü. Elə sözlər deyir ki, mətbuatda üç nöqtə ilə verilir. Öz səviyyəsini göstərir. Məcbur olub bir dəfə də ona reaksiya verdim ki, otursun yerində, Qarabağ Azadlıq Təşkilatını qıcıqlandırmasın. Gündəmdə qalmaq üçün belə fikirlər səsləndirir. QAT-a qarşı tənqidi fikir səsləndirmək olar. Amma o, belə bir fikir deyib ki, QAT-a gədə-güdələr yığılıb. Çox böyük yekəbaşlıq edib. Üzvlərimiz çox qəzəblidir. Əgər nəsə bir hadisə baş versə, onun günahı Arazın özündə olacaq. Özünə hörmət edən, ağlı olan şəxs o cür ifadə işlətməz. Təşkilatımızda alimlər, ziyalılar və döyüşçülər var. Azərbaycanın hər yerində şöbələrimiz var. Bu günlər (dünən-red.) aprel döyüşləri ilə bağlı ”Davam, yoxsa tamam" adında dəyirmi masamız oldu. Tanınmış şəxslər iştirak edirdilər. Ermənilər təşkilatımıza nifrət edirlər. Onları başa düşürük, amma deputat adını daşıyan birisinin bu mövqeyi səviyyəsizlikdir".

QAT sədri deputatın ittihamlarının absurd olduğunu da qeyd etdi: “Onun üzərinə heç kəsi göndərməmişik, qərargahının şüşəsini sındırmamışıq. Ola bilər ki, kimsə onun ermənilərlə əlaqəsinin olduğuna, onları dəfələrlə Bakıya dəvət etdiyinə görə belə addım atsın. Xatırlayırsınızsa, bir müddət öncə Araz Əlizadə Daşnaksütyun Partiyasının nümayəndələrini Bakıya dəvət etmişdi. Onlarla birlikdə tədbir keçirdi. Buna etiraz edərək, tədbir keçirilən yerin önündə aksiya keçirdik. O zaman Araz Əlizadə erməni ilə birlikdə ayaqyoluna qaçdı və orada gizləndi. Hansısa bir üzvümüz onların ofisinə gedib etirazını bildirə bilər. Amma planlı şəkildə kimisə onun üzərinə göndərməmişik. Səviyyəsiz şəkildə deyir ki, Akif Nağını elə vuracam, bir daha yerindən qalxa bilməyəcək. Buradan deyirəm ki, 70-ə yaxın yaşın var, güclə yeriyirsən, azacıq ağlın olsun. Bir məsələ var, ”it hürər, karvan keçər". Karvan öz yolu ilə gedir, hər hürən itə tərəf çevrilsə, mənzil başına çata bilməz. Biz təşkilat olaraq yolumuzla gedirik. Araz kimilərə cavab verməyə nə vaxtımız, nə də həvəsimiz yoxdur.

Bu baxımdan onun üzərinə getmək fikrim yoxdur. Amma haradasa qarşıma çıxsa, onun alnının ortasından bir yumruq vuracam, gözündən qığılcım çıxacaq. Ya öləcəkmi, ya da ağıllanacaqmı, bunu deyə bilmərəm, amma şok keçirəcək. Ölüb eləsə, hər kəs düşünsün ki, günah məndə deyil, onun özündədir. Amma çalışsın qabağıma çıxmasın. Təşkilat üzvləri barədə dedikləri nə qədər səviyyəsiz olduğunu göstərir. Hansısa üzvümüz onu çağırsa, gələcəkmi? Nəyə güvənib belə deyirsən? Əgər kimsə Arazı vursa, günahı özündədir. Hüquqi addımlar atıb, onu məhkəməyə verməyə həvəsimiz və vaxtımız yoxdur. Amma davamlı olsa, bu hal istisna deyil. Sən kimsən ki, sənin yanına, yaxud ofisinə gəlim? Məni və təşkilatımızı hədəf seçməyinin kökü var. Ermənipərəst olan şəxslərə qarşı mövqeyimiz daim birmənalı olub. Sadəcə, köhnə yaralarının təsiridir. Bu şəxslər ermənilərlə işbirliyində maraqlıdırlar. Ola bilsin ki, onların işbirliklərini pozuruq, hansısa maraqlarına toxunuruq".(musavat.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Bu gün, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Bu gün, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Bu gün, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Bu gün, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Bu gün, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru