Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

"Minlərlə insan Azərbaycanda polisdən qorxur, amma arvadıyla, uşağıyla Suriyada ölümə gedir" - Sərdar Cəlaloğlu
Tarix: 21-05-2016, 10:09 | Çap et
"Minlərlə insan Azərbaycanda polisdən qorxur, amma arvadıyla, uşağıyla Suriyada ölümə gedir"
Sərdar Cəlaloğlu. Müxtəlif adamların bu ada fərqli münasibətlərindən asıl olmayaraq, hər kəsin qəbul etdiyi bir həqiqət var. Bu da ADP sədrinin iti ağla, dərin təfəkkürə, geniş informasiya potensialına və özünəməxsus mülahizə qabiliyyətinə malik olmasıdır. Özündə cəmləşdirdiyi bu xüsusiyyətlər Sərdar bəylə söhbətə xüsusi rəng qatır. Ondan müsahibə almaq da jurnalistlər üçün olduqca maraqlıdır. Bəzən elə olur ki, sənin beynində formalaşan sualı müsahibinin özü verir və cavablandırır. Sənə isə sadəcə dinlədiyin bu daxili polemikanın katibliyini etmək qalır.

Hər zaman irəli sürdüyü mülahizələriylə gündəm yarada bilən ADP sədriylə bu dəfəki söhbətimiz Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ətrafında oldu. Vyanadan dolaşa-dolaşa, İslam dünyasına gəldik…


– Sizə elə gəlmir ki, islam dünyasının gücünü həddindən artıq qabardırsınız? Halbuki, islam dünyası, faktiki olaraq, parçalanmış vəziyyətdədir. İslamçı hərbi qüvvələrin ölkəmizə yardımı bizi Yaxın Şərqdən daha acınacaqlı hala salmazmı?

– Biz özümüzü bu parçalanmalardan uzaq tutmalı, məzhəblərarası ədavətə qarışmamalıyıq. Dağlıq Qarabağ məsələsində də ümumi islam kontekstindən yanaşan dövlətlərlə əməkdaşlığımızı gücləndirməliyik. Təkcə Türkiyə və Pakistanın birlikdə iki milyon əsgərdən artıq qoşunu var. Bu ölkələr hərbi qüdrətləri baxımından yalnız islam dünyasının yox, həm də dünyanın ilk onluğuna daxildirlər. Səudiyyə Ərəbistanının, Qətərin, Omanın bizim müdafiəmizə qoşulması lazım deyil. Məzhəb ayrıseçkiliyinə yuvarlanan dövlətlər ölkəmizə qoşun göndərmədən sadəcə diplomatik dəstəkləriylə də bizə kömək edə bilərlər. Təəssüf ki, islam dünyasıyla əlaqələrdə Azərbaycan diplomatiyası çox zəif hərəkət edir. Əslində Ermənistanın və Rusiyanın iqtisadi blokadaya alınmasında bütün islam ölkələriylə danışıqlar aparmaq lazımdır. Görünür, Qərbin sanksiyaları Rusiyanı ağlını başına gətirə bilməyib. Rusiya hələ də Azərbaycan torpaqları hesabına Ermənistanı genişləndirmək xülyasındadır. Ona görə də bütün islam ölkələrinə müraciət etmək lazımdır ki, onlar da bu prosesə qoşulsunlar…

– Sərdar bəy, Siz Pakistan və Türkiyənin ölkəmizə hərbi yardım etməsini, Səudiyyə Ərəbistanı və Qətər kimi dövlətlərin kənarda dayanmasını təklifini irəli sürürsünüz. Halbuki, adını çəkdiyiniz dövlətlər də məzhəblərarası ziddiyyətlərdə cəbhə alıblar və sünnü qrupuna daxildirlər. Onların bizə hərbi yardım etməsi istər-istəməz İranla ziddiyyətlərimizi daha da artıra bilər.

– İslamda sünnü və şiə məsələsi dindaxili məsələdir. Kafirlərə qarşı mübarizə isə dinxarici məsələdir. Bu məsələdə bütün məzhəblər eyni cəbhədə dayanırlar. Nə sünnülər, nə şiələr Quranın əmr etdiyindən kənara çıxa bilməzlər. Çünki Quran “kafirləri dost tutmayın” deyir.

– Nəzəri olaraq, haqlısınız. Amma fakta gələndə Səudiyyə Ərəbistanı deyir ki, lazım gəlsə, İrana qarşı İsraillə də əməkdaşlığa hazıram.

– Səudiyyə Ərəbistanı ilə İranın Suriyada maraqları toqquşduğuna görə, rəsmi Ər-Riyad belə bir söz deyə bilər. Əgər Azərbaycanda hər hansı islam ölkəsinin maraqları toqquşmursa, nəyə görə bizimlə müttəfiqlik dindaxili qıcıq yaratsın?

– Maraqlar toqquşur axı.

– Necə və harda toqquşur?

– Məsələn, Azərbaycanın hansı tərəfdə yer alması məsələsində toqquşur. Yəni hansı məzhəbi mühitə aidiyyət məsələsini nəzərdə tuturam.

– Dağlıq Qarabağ erməniylə Azərbaycan arasında yaranmış bir problemdir. Üstəlik, münaqişədə Qərb ölkələri və Rusiya xristian təəssübkeşliyindən çıxış edirlər. Dolayısıyla, konflikt dini xarakter alır. İslam ölkələrinin də bu məsələdə vahid bir mövqedən-islami təəssübkeşlikdən çıxış etməsi zərurəti doğur. Burda İranla Türkiyənin və ya Səudiyyə Ərəbistanının maraqları niyə toqquşmalıdır? Şünnü, siənin məsələyə nə dəxli var? Erməni sünnüdür, ya şiə?

– Azərbaycana kimin nəzarət etməsi məsələsi var. Gəlin, etiraf edək ki, hətta qardaşa da hərbi yardım müftə verilmir.

– Azərbaycana nəzarətdən söhbət getmir axı. Azərbaycan müstəqilliyini qorumaq üçün hələ birinci islam dünyasına qayıtmalıdır. Bir də islam inanışına görə, bütün müsəlman ölkələrinə Allah nəzarət edir. Əgər həqiqi müsəlmanıqsa, Qurani-Kərim açıq şəkildə bildirir ki, Allahın 3 işindən biri də nəzarətdir. Yəni O, yaradır, nizam və əndazə qoyur və nəzarət edir.

– Fakt budur ki, Səudiyyə Ərəbistanına Səudi ailəsi, İrana şiə dindarları nəzarət edir.

– Biz ciddi bir məsələni müzakirə edirik. Siz hansısa kənddə ailə münaqişəsinin Dağlıq Qarabağdakı proseslərə təsirindən danışıb fikrinizi öz aləminizdə şair təxəyyülü ilə əsaslandıra bilərsiniz. Amma bu, ciddi əsas sayılmaz.

– Amma islam dünyasının "gözəlliyi" və ya özəlliyi də ordadır ki, ciddi olmayan əsaslar ciddi nəticələrə yol açır. Necə deyərlər, “böyük problemlər kiçik şeylərdən doğur”.

– Məzhəb savaşlarının Qarabağ məsələsində heç bir mənfi təsiri ola bilməz. Ümumiyyətlə, elə məsələlər var ki, orda sinfi, dini, məzhəbi parçalanmalar həmişə bir kənara atılır. Məsələn, II Dünya müharibəsinin nəticələri buna ən yaxşı sübutdur. Bu müharibənin təcrübəsi sübut edir ki, əvvəllər sinfi və ideoloji düşmən olan bütün tərəflər faşizmə qarşı birləşdilər. O dövrün məşhur.xalq cəbhələri buna görə yarandı. Yaxud Misirdə Camal Əbdül Nasir əvvəl kommunistləri qırdı, sonra onların vasitəsilə hakimiyyətə gəldi. Bəzən ortaq mənafelər düşmənləri belə eyni cəbhədə birləşdirir. Qarabağ da bütün islam dünyasının ortaq dərdidir. Burda məzhəb ayrıseçkiliyi salmaq mümkün deyil.

– Rəsmi Bakının xarici siyasəti bu islami vəhdəti təmin etməyə imkan vermir axı. Məsələn, biz İsraillə yaxın münasibətlərdəyik. Demək olar ki, neftimizin böyük hissəsini İsrailə satırıq. İslam dünyasından necə dəstək gözləyə bilərik?

– Bizim neftimizin hara satmağımızın məsələyə dəxli yoxdur. Ona qalsa, İran da Ermənistana nəsə satır.

– Bəli. Bu fakt mənim dediyimi inkar etmir ki.

-Bunlar ticarət məsələsidir və mədəniyyətlərarası toqquşmalarda heç bir əhəmiyyətli rol oynamır. Çünki söhbət xalqların bu münaqişədə iştirakından gedir, hakimiyyətlərin mövqeyindən yox. Əlbəttə, ayrı-ayrı hakimiyyətlər islami vəhdətin tam xilafına hərəkət edirlər. Adətən, islam dövlətlərinin başında Qərbin və Rusiyanın adamları, casusları oturub. Məzhəblərarası ziddiyyətlərin əsas səbəblərindən biri də budur. Əslində islam dünyasındakı məzhəb münaqişələrinin kökündə dindaxili amillərdən çox, böyük güclərin geopolitik maraqları dayanır. Ona qalsa, Azərbaycan hakimiyyətinin daxilində də Rusiyanın maraqlarını müdafiə edən xeyli məmur var. İstər Müdafiə Nazirliyində, istər Prezident Aparatında, istərsə də başqa sahələrdə. Bunu hamımız bilirik. Eləcə də bir çox islam ölkələri var ki, onların rəhbərləri hansısa xarici ölkənin dəstəyi ilə hakimiyyətə gəlib. Bütün dünyaya bəllidir ki, Misirin indiki prezidentini Amerika hakimiyyətə gətirib. Yaxud Səudiyyə krallığını ABŞ və İngiltərə qurub, hakimiyyəti isə bir sülaləyə tapşırıb. Amma Səudi ailəsinin marağı nə dərəcədə bütün Ərəbistan xalqının mövqeyini ifadə edir?

– Sərdar bəy, Səudiyyə Ərəbistanında xalq var?

– Nə var bəs?

– Hakim sülalə var.

– Sülalə kimi idarə edir – özü özünü? Xalq yoxdur o boyda ölkədə?

– Nə olsun, xalq var? Xalqın iradəsi yoxdur. İradəsiz xalq isə mövcud olmayan xalqdır. Kobud çıxsa da, sürüdür.

– Məsələ orasındadır ki, diktatura cəmiyyətlərində ilk baxışdan xalqın mövcud olmadığı təəssüratı yaranır. Amma bu cür ciddi məsələlərdə xalq öz iradəsini ortaya qoyur. Sülalə rejimləri də bu iradəyə tabe olur. Məsələn, bu gün Azərbaycanda insan hüquq və azadlığının pozulmasına müqavimət göstərə bilməyən minlərlə adam Suriyada müharibə aparır. Sən bunu necə qiymətləndirirsən? Minlərlə insan Azərbaycanda polisdən qorxur, amma arvadıyla, uşağıyla Suriyada ölümə gedir. Səncə, səbəb nədir?

– Səbəb dini missionerlik fəaliyyəti…

– Deməli, Azərbaycan diplomatiyası da islam dünyasında effektli iş aparsa, eyni nəticəni ala bilər. Çünki islam dünyasının ortaq dəyərləri var və bu ortaq dəyərlər insanları ortaq fədakarlığa vadar edir. Düşünürəm ki, Azərbaycanla Rusiya və Ermənistan müharibəyə başlayacaqsa, bu amil dərhal fəaliyyətə keçəcək. Necə ki, Əfqanıstanda keçdi. Ruslar indi də Əfqanıstan məğlubiyyətini unuda bilmirlər. Əfqanıstan sindromu ona görə doğdu ki, Rusiya Əfqanıstanı işğal etmişdi və o xalqı özünün düşməninə çevirmişdi. Eyni ərəfədə həm də Hindistanı müdafiə edib Pakistanın milli maraqlarının əleyhinə mövqe tutmuşdu. Bu ortaq düşmənçilik hissi iki xalqı Rusiyaya qarşı döyüşə vadar etdi. Eyni proses indi bizim coğrafiyada gedir. Ermənistanı müdafiə edən Rusiya istər-istəməz bizim düşmənimizə çevrilib. O, həmçinin Suriyada da Türkiyənin, Səudiyyə Ərəbistanının maraqlarını tapdalayır. Həmin dövlətlər də bizimlə ortaq mövqeni bölüşürlər. Deməli biz strateji müttəfiqik. Eyni şəkildə Pakistanla bizi tarixi köklər bağlayır. Vaxtilə o coğrafiya bizim ərazimiz olub. 400 il bir dövlətin müxtəlif parçaları olmuşuq. Bu ortaq tarixi şüur bizi birləşdirir. Yaxud İranda 40 milyon Azərbaycan türkü yaşayır. Onlar Rusiyanın bizim ərazilərimizdə apardığı siyasətə, ən azı, bizim qədər reaksiya verirlər. Sabah biz Rusiya ilə üz-üzə gəlsək, onlar da bizi dəstəkləyəcəklər. Qumilyovun “tarixi talenin birləşdirdiyi xalqlar” nəzəriyyəsi var. Eyni düşüncə Quranda da var. Quranda bir qövm, bir də millət anlayışından söhbət gedir. Qövm “ortaq tarixi taleli millətlər” deməkdir. Bu baxımdan biz, pakistanlılar, ərəblər və əfqanıstanlılarla bir qövmük. Tarixi taleyimiz eynidir çünki. İstər-istəməz bu minillik tale ortaqlığı bizi vahid cəbhədən çıxış etməyə, strateji müttəfiqlik qurmağa sürükləyir.

– Siz çəkinmirsiniz ki, bu ortaq tale dediyiniz nəsnə bizim ölkəni mədəniyyətlərarası savaş poliqonuna çevirə bilər?

– Mən demirəm ki, Azərbaycanı mütləq poliqona çevirək. Sözümün canı odur ki, Rusiya həyasızcasına Azərbaycan torpaqları hesabına Ermənistan ərazilərini genişləndirmək istəyindən əl çəkməsə, nəylə qarşılaşa biləcəyini anlamalıdır. Bunun üçün isə Azərbaycan diplomatiyası məqsədyönlü iş aparmalıdır. Rusiya başa düşməlidir ki, artıq dövr SSRİ-nin dağıldığı 90-cı illər deyil. Situasiya bizim xeyrimizə dəyişilibdir. Üçüncü tərəf Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə edəcəksə, Türkiyə prosesə qoşulacaq. Türkiyə qoşulacaqsa, Pakistan da onun yanında yer alacaq. Yəni bizə görə olmasa belə, Türkiyəyə görə bu prosesdə iştirak edəcək. Mən səndən fərqli olaraq, məsələyə pozitiv tərəfdən baxmağın tərəfdarıyam. O ki qaldı mədəniyyətlərarası savaş poliqonuna, biz çoxdan bu poliqona çevrilmişik. Sadəcə olaraq bunun fərqində deyilik.

– Sərdar bəy, siz, deyəsən, cihaddan bəhs edirsiniz. Qövm anlayışınız da adamda bu təəssüratı yaradır. Amma məsələ burasındadır ki, cihadı elan edəcək müəssisə xilafətdir, o isə artıq yoxdur. Xəlifəsiz bir islam dünyasında kim siz dediyiniz qövmü cihada çağıracaq?

– Kim deyir ki, cihadı xəlifə elan etməlidir? Qətiyyən, belə deyil. Cihadı Quran elan edib. Nə xəlifəyə, nə də onu əvəz edən din xadiminə ehtiyac var. Quranda hansı hallarda və necə cihad etməyin yolları göstərilib.

– Cihad axı dini müharibədir. Dini müharibəyə də din xadimi qərar verməlidir.

– Əvvəla, islamda sən dediyin tərzdə din adamı anlayışı yoxdur. Allah adından danışmaq xristianlara xas özəllikdir. Yalnız Papa xristianlıqda kimisə Allah adından bağışlaya, müqəddəs müharibəyə səsləyə bilər. İslamda isə qul-Allah əlaqəsində hər hansı vasitəçi yoxdur. Yeganə meyar Qurandır ki, orda da cihadin şərtləri göstərilib. Əgər bir müsəlman torpağına kafirlər hücum edibsə, onun əxlaqı, mənəviyyatı, namusu, maraqları təhlükə altındadırsa, hər bir müsəlmanın silaha sarılıb mübarizəyə qoşulması mükəlləfiyyəti doğar. Din xadimlərinin çoxu bunu siyasi hakimiyyətə bağlayıblar ki, ondan öz məqsədləri üçün istifadə etsinlər, ümumi mübarizənin-cihadın qabağını alsınlar. Cihadda hər bir müsəlman müstəqildir və Allah qarşısında cavabdehdir.

– Gəlin, islam dünyası konteksindən bir az kənarlaşaq. Qarabağ münaqişəsi tək islam dünyasının yox, beynəlxalq aləmin ən böyük probleminə çevrilib. Hal-hazırda məsələylə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupuna rəhbərlik edən 3 dövlətin 3-ü də xristiandır və ən pisi odur ki, həmin həmsədrlər açıq şəkildə ermənilərin tərəfini tuturlar. Üfiqdə nə görsənir, sizcə? Biz sülh yoluyla münaqişəni həll edə biləcəyik?

– Ümumiyyətlə, dünyada indiyə qədərki konfliktlərə nəzər salanda heç birində Qarabağ probleminə bənzər hadisəylə qarşılaşmırıq. Nə 47-ci ildən bu yana davam edən Kəşmir və Fələstin, nə son zamanların “məhsulu” olan Krım münaqişəsində, nə də SSRİ dağılandan sonra ortaya çıxan Moldava və Gürcüstanın ərazi məsələlərində Minsk qrupuna oxşar kommisiya yaradılıb. Hətta Bosniyada 200 mindən artıq insanın ölümünə yol açan vətəndaş müharibəsi oldu, yenə də problemin həlli hansısa kommisiyanın ixtiyarına verilmədi. Faktiki olaraq, dünya təcrübəsində Minsk qrupu yeganə nümunədir. Ortaya belə bir sual çıxır: Minsk qrupunun yaradılması Azərbaycana olan diqqət, yoxsa problemin daha mürəkkəbliyi ilə bağlıdır? Bilirsiniz ki, Minsk qrupunun 9 üzvü var və nizamnaməsinə görə, sədrlik rotasiya qaydasında həyata keçirilir. Amma qurum yaranandan bu günə qədər onun sədarətində heç bir dəyişiklik olmayıb. Digər bir məsələ hər 3 həmsədrin də BMT TŞ-nın daimi üzvü olmasıdır – Rusiya, ABŞ, Fransa. ABŞ-la İngiltərənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiyini nəzərə alsaq, BMT TŞ-nın 4 veto hüququ olan dövləti 17 ildir ki, Qarabağ problemini həll etməyə çalışır, amma hələ də heç bir nəticə ortaya çıxmayıb. Maraqlıdır ki, BMT TŞ-nın daimi üzvü olan bu dövlətlər indiyə qədər məsələni BMT TŞ-nda müzakirə etməyiblər. Baxmayaraq ki, həmin Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələri var və bu qətnamələrə də barmaqarası baxılıb. Üstəlik, faktiki olaraq, Azərbaycan əraziləri işğal edilməsinə baxmayaraq, BMT TŞ-da işğal haqqında ümumi qətnamə də hazırlanmayıb. Heç buna təşəbbüs də göstərilməyib. Burdan çıxarılan nəticə budur ki, Minsk qrupunun əsas məqsədi Azərbaycanın ərazi probleminin hüquqi və hərbi müstəvidə həllinin qarşısını almaqdır. Hüquqi müstəvidə problemin həllinin qarşısının alınması o deməkdir ki, məsələnin qeyri-qanuni çözümünə cəhd edilir. Hərbi yolla həllin qarşının alınması isə o deməkdir ki, Qarabağın demokratik yolla ermənilərə hədiyyə edilməsi nəzərdə tutulur. Deməli, həqiqətən də, ABŞ-ın adı açıqlanmayan rəsmisinin dediyi kimi, Suriyadan fərqli olaraq, Qarabağ məsələsində Vaşinqtonla Moskvanın mənafeləri üst-üstə düşür. Fransanın da mövqeyi bu iki dövlətdən fərqlənmir. O halda başqa bir sual ortaya çıxır: Nə əcəb Minsk qrupu Qarabağı alıb Ermənistana vermir, yaxud ermənilərə “işğal etdiyin ərazilərdən geri çəkil” demir?

Məsələ Dağlıq Qarabağın kimə verilməsinin müəyyənləşdirilməməsində deyil. Bütün həmsədrlər xristian olduğundan və məsələyə dini təəssübkeşliklə yanaşdıqlarından Qarabağı kimə verəcəklərini müəyyənləşdiriblər. Sadəcə, problemin uzadılmasının səbəbi Ermənistanın kimin təsir dairəsində olmasıyla bağlıdır. ABŞ fikirləşir ki, Dağlıq Qarabağı indiki şəraitdə alıb Ermənistana verərsə və bu ölkə də Rusiyanın təsir dairəsində olacaqsa, onda Vaşinqtonun burda nə marağı var? Yaxud əksinə, Rusiya düşünür ki, Ermənistan Qərbin təsir dairəsinə düşəcəksə, onun ərazisinin genişləndirilməsinin Moskvaya nə xeyri var? Bu məsələdə aydınlıq olmadığına görə, həmsədrlər problemin həllinə tələsmirlər. Rusiya görəndə ki, ermənilərdə demokratik əhval-ruhiyyə güclənir, onun Qərbə yaxınlaşmaq meyli artır, dərhal Azərbaycanın yanında yer alır. Özgə zamanlarda isə erməniləri dəstəkləyir. Eynilə ABŞвЂ¦ Yəni bir şeyi dərk etmək lazımdır ki, Qarabağın taleyi onun statusuyla deyil, Ermənistanın statusuyla bağlıdır.

– Sərdar bəy, maraqlı bir nüansa toxundunuz. Belə çıxır ki, məsələ əslində çoxdan bizim əleyhimizə həll olunub. Sadəcə, “bəy evi” toya tam hazır olmadığından, “gəlin” hələ ata ocağından çıxarılmayıb.

-Bəli. Obrazlı desək, vəziyyət tamamilə o cürdür.

– O zaman belə bir nəticə hasil olur ki, Azərbaycan da bu “gəlin köçü”ylə razılaşıb…

– Sənə bir fakt deyəcəyəm, nəticəni özün çıxart. Nə yazıq ki, bu məsələni Azərbaycanda məndən başqa heç kim gündəmə gətirmir. Mən qaldıranda da oluram düşmən. Azərbaycan Avropa Birliyiylə əməkdaşlığa gedəndə önünə bir şərt qoyulmuşdu – Avropa Birliyi çərçivəsində, istər üzv olaq, istərsə də onunla əməkdaşlıq edək, heç bir zaman bu qurumun toplantılarında Qarabağ məsələsi qaldırılmayacaq. Buna isə həm hökumətin, həm də müxalifətin razılıq verməsi lazım idi. Biz dəqiq bilirdik ki, nə AXC, nə Musavat, nə AMİP, nə də ADP (ki, o zaman əsas müxalif partiyalar bunlar idi) qol çəkməyəcək. Amma Azərbaycandakı xarici dövlətlərin diplomatik missiyalarından bizə deyirdilər ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri buna razıdırlar. Sonra məlum oldu ki, bir qeyri-hökumət təşkilatı Azərbaycan ictimaiyyəti adından bu məsələni bir öhdəlik kimi boynuna götürüb. Hətta həmin təşkilatı sırf bu məqsədlə tələm-tələsik yaradıblar. Üzvləri arasında indi də çox populyar olan adamlar var. Onlar əvvəl 20-yə yaxın qeyri-hökumət təşkilatı formalaşdırıb və bir assosasiya adı altında birləşiblər. Həmin qeyri-hökumət təşkilatlarına Soros fondu kimi beynəlxalq qurumlar iri qrantlar ayırıb. Söhbət milyonlarla dollarlıq qrantdan gedir…

– Bəy, çox vacib bir məsələyə toxundunuz. Belə çıxır ki, Qarabağ məsələsinin hüquqi müstəvidə həllinin qarşısını almaq üçün Qərb ölkələri, xüsusilə də ABŞ müxaliflər arasından da özünə tərəfdarlar tapmışdılar. Onlar da aldıqları qrantın qarşılığında boyunlarına öhdəlik götürmüşdülər.

– Bəli. Düz başa düşdünüz.

– Maraqlıdır, kim idi o məşhurlar? Gəlin, razılaşaq ki, belə məsələlərdə ümumi danışmaq oxu atıb yayı gizlətməyə bənzəyir.

Davamı var...

Strateq.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru