Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

"95 faiz əhalimiz 5 faiz burjua sinifinə işləyir"
Tarix: 23-05-2016, 09:32 | Çap et
"95 faiz əhalimiz 5 faiz burjua sinifinə işləyir"
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif fikirlər səslənir. Bir qrup problemin həllini danışıqlar yolunda, digər qrup isə hərbi yolda görürlər. Maraqlıdır, görəsən, problemin həlli üçün sol təmayüllü partiyaların resepti nədir? "Reytinq"in bu və ya digər suallarını Vahid Azərbaycan Kommunist Partiyasının rəhbəri Musa Tükanov cavablandırır:

- O vaxt SSRİ-ni dağıtmaq üçün Qarabağ kartından istifadə etdilər. Sonra da böyük bir problem kimi hər iki ölkəni asılı vəziyyətdə qoydular. Böyük dövlətlər - Rusiya, Amerika və digərləri Qarabağ kartından yenə istifadə edir. Regionda hər hansı bir yeni situasiya yaranan kimi, münaqişəni daha da qıcıqlandırır, amma həllinə imkan vermirlər.
Kommunistlərin Qarabağ probleminin həllinə yanaşması tamam fərqlidir. Biz hesab edirik ki, böyük güclər bu problemi qızışdırıb, öz maraqlarını həyata keçirməyə çalışırlar...
- Bəziləri Dağlıq Qarabağ münaqişəsinin həll yolunu Rusiyaya yaxınlaşmaqda, digərləri isə Amerikanın yanında dayanmaqda görürlər. Kommunistlər necə düşünür?
- Birincisi, hazırki Rusiya Sovet Rusiyası deyil. Əgər Sovet Rusiyası olsaydı, Qarabağ məsələsi çoxdan həllini tapardı. Rusiya indi burjua Rusiyasıdır, Putinin də burada öz dövləti maraqları var. Ona görə də hesab edirəm ki, Qarabağ münaqişəsinin yeganə həll yolu kommunistlərin hakimiyyətə gəlməsindədir. Rusiyada, Ermənistanda, Azərbaycanda, eləcə də digər keçmiş sovet ölkələrində kommunistlər hakimiyyətə gəlməlidir, 1985-ci ilin sərhədləri avtomatik olaraq bərpa edilməlidir ki, bununla da münaqişələr həllini tapsın.
- Siz, bu variantı real sayırsınız?
- Bu gün sizə real görünməyə bilər. Amma problemin yeganə həll yolu budur.
Bu gün kommunistlərin hakimiyyətə gəlməyi çətindir. Ancaq insanlar bilməlidirlər ki, iqtisadi, sosial və torpaq məsələlərini ancaq kommunistlər həllə edə bilərlər. Birinci dünya müharibəsinin qarşısını da kommunistlər aldı. Kommunistlər hakimiyyətə gəlməsəydi, nə qədər insan qırılardı, torpaqlar itirilərdi.
İkinci dünya müharibəsində Hitlerin qarşısında ancaq kommunistlər dayana bildi. Bu gün də faktiki olaraq, üçüncü dünya müharibəsi başlayır. Yenə də bunun qarşısını bəyənmədikləri kommunistlər alacaq, torpaqları kommunistlər qaytaracaq.
Yadınızda saxlayın, kapitalizm dünyası müharibəsiz yaşaya bilmir. Çünki müharibə ilə dövlətlər, sərvətlər bölünür. Ona görə də kapitalizm sistemi hər yerdə münaqişənin, müharibənin olmasında maraqlıdır. Bu səbəbdən də kapitalizmlə vidalaşmalıyıq.
- Kapitalizmlə vidalaşıb kommunizm qura biləcəyikmi? Axı, Azərbaycanda ölkəni idarə edə biləcək kommunistlər yoxdur?
- Sizinlə razıyam ki, Azərbaycanda kommunistlər ortada deyil, amma yetişdirmək lazımdır. Sov.KP-nin üzvlərindən nəsə gözləməyə dəyməz. Yeni kommunistlər yetişdirmək lazımdır. Bunun üçün birinci burjaziya sinfi yetişməlidir, istismar güclənməlidir, sonra proletariat yaranmalıdır.
- Ölkənin 90 faizi kasıb, zəhmətkeşlərdir...
- Zəhmətkeş ayrı şeydir, proletariat ayrı. Proletariat o sinifdir ki, öz zəhmətini satır. Həkim də, mühəndis də, fəhlə də proletariat ola bilər. Bu gün Azərbaycanın 95 faiz əhalisi 5 faiz burjua sinifinə işləyir.
- Bəs, Siz deyən cəmiyyəti formalaşdırmaq üçün burjua sinfini neyləmək lazımdır?
- Gərək sinfi mübarizə olsun, sonda proletariat qalib gəlsin. Bunu mən demirəm, Marks yazıb. Məsələn, Kərbəlayi ilə İman niyə vuruşurdu? Çünki biri bəyi idi, digəri nökər.
- Belə çıxır ki, Azərbaycanın nicatı oliqarx-məmurlarla kasıb camaat arasındakı mübarizədən asılıdır?
- Əsas sinfi mübarizədir. Həyat özü gətirib ona çıxaracaq. Çünki kasıb təbəqəni o qədər istismar edirlər ki, axırda ayağa qalxıb mübarizə aparacaq. Hazırda Rusiyada da, Azərbaycanda da istismar gedir. Ancaq sovet dövründə istismar yox idi. Zavod direktoru da, fəhlə də qol çəkib mühasibatlıqda maaşını alırdı, heç kim heç kimə işləmirdi, hamı dövlətə işləyirdi...
- Yenidən mövzuya qayıdaq. Kommunist Partiyasının rəhbəri kimi real situasiyaya uyğun olaraq, Qara-bağ məsələsinin həllini necə görürsünüz?
- Burada məsələ təkcə bizdən asılı deyil. Əgər biz istəsək də, Qarabağ münaqişəsini təkbaşına həll edə bilmərik, kapitalist dövlətlər buna imkan verməzlər. Münaqişənin həllinə cəhd etməyimiz Rusiyanın da, Amerikanın da xoşuna gəlməyəcək. Çünki Qarabağ probleminin qalması onlara xeyirdir, onlar bu müna-qişədən istifadə edib hakimiyyətə nələrisə diqtə edirlər. Əgər Qarabağ məsələsinin həll eləsək, sərbəst və heç kimdən asılı olmayan bir dövlətə çevrilirik. Təəssüf ki, bu gün kapitalist dövlətləri bütün imkanlarını səfərbər edərək münaqişənin həllinə imkan vermirlər. BMT 4 qətnamə qəbul edib, heç kim onunla məşğul olmur. Yəni, bu, o qədərə də sadə məsələ deyil. Düzdür, prezident məsələnin həllinə çalışır, amma təəssüf ki, ortada ciddi nəticə yoxdur.
- Son günlər Rusiya münaqişənin həlli ilə bağlı bir sıra təkliflər irəli sürür. Bu təklifləri necə dəyərləndirirsiniz?
- Rusiya da yaxşı başa düşür ki, iki ölkə arasında müharibə başlasa, onlara xeyir gətirməyəcək. Ona görə də məsələnin müharibəsiz həllinə çalışırlar. Daha doğru, münaqişənin hazırki kimi donmuş saxlanmasında maraqlıdırlar.
Bir məsələ var ki, sülh yolu ilə heç yerdə torpaq alınmayıb. Bircə dəfə Çin Tayvanı sülh yolu ilə alıb, vəssəlam. Cənab prezidentimiz də elə düz edib müharibəyə başlayır.
- Sizcə, müharibə variantı Azərbaycana nə verəcək?
- Torpaq bizimdir, müharibə edib torpaqlarımızı ala bilərik. Müharibədən qalib çıxmaq da bizim ordudan, komandanlıqdan asılıdır. Əgər planımızı düzgün qursaq, qələbə qazanarıq. Digər tərəfdən, hazırda xalqın əhval-ruhiyyəsi də yüksəkdir, hamı müharibəyə getməyə hazırdır. Ancaq yenə də deyirəm, Amerika, Rusiya və digər böyük dövlətlər mümkün variantlarla bizə imkan verməyəcəklər. Cənab prezidentə də çətin olacaq, onlara başa salmaq ki, mən öz torpağımı azad edirəm.
- Müharibə başlasa, kommunistlər hansı mövqedən çıxış edəcəklər?
- Müharibə başlasa, kommunistlər birinci gedəcək, çünki həmişə qırılan kommunistlər olub. Hitlerin başını kim əzdi? Kommunistlər! Ona görə də biz hamımız birləşib Dağlıq Qarabağı erməni millətçilərindən boşaltmalıyıq. Orda Azərbaycan bayrağı asılmalı, Azərbaycanın Konsititusiya işləməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru