Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

“Ya mərhələli həll, ya da müharibə - 3-cü yol yoxdur” – Eldar Namazov
Tarix: 28-05-2016, 09:17 | Çap et
“Ya mərhələli həll, ya da müharibə - 3-cü yol yoxdur”
“Dağlıq Qarabağda referendum – danışıqlar prosesində dalan deməkdir”.

Musavat.com-un məlumatına görə, bu barədə politoloq, Qarabağ danışıqlarında sabiq prezident Heydər Əliyevin xüsusi nümayəndəsi olmuş Eldar Namazov “Novosti Azerbaydjana” portalına müsahibəsində deyib. Müsahibıni təqdim edirik.

- Qarabağ konfliktində hansısa kompromis mümkündürmü? Referendum olmalıdırmı, ya yox?

- Bu, həlledici məsələdir. Məhz buna görə də “Madrid prinsipləri” razılaşdırılmayıb. Çünki tərəflər referendumla bağlı anlaşa bilməyib. Bu mövzunun nə qədər dolaşıq olduğunu göstərmək üçün kiçik bir tarixi ekskurs eləmək istəyirəm.

Referendum, plebissit ideyası ilk dəfə hələ 1988-ci illərin ortalarında – münaqişə təzəcə yarananda meydana çıxıb. O zaman akademik Saxarovun təşəbbüsü var idi ki, Ermənistanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan ermənilər arasında referendum keçirilsin. Bunun əsasında da - əgər ermənilər Ermənistana, azərbaycanlılar isə Azərbaycana birləşməyə səs versəydi - ərazi mübadiləsi həyata keçirilsin. Saxarov Bakı və İrəvana səfərləri zamanı buna istinad edirdi ki, məslə ilə bağlı Qorbaçovla ilkin razılaşma artıq var və əgər tərəflər razı olsa, belə bir mübadilə baş tuta bilər.

O zaman ermənilərin reaksiyası özünü çox gözlətmədi. Saxarov gedəndən bir neçə həftə sonra azərbaycanlıların Ermənistandan total deportasiyası başlandı. Bütün bu hadisələr də zorakılıqlarla, qətlərlə və s. müşayiət olundu. Dağlıq Qarabağda referendumla bağlı Azərbaycanın mövqeyini izah edəndə məhz bu faktoru nəzərə almaq lazımdır. Çünki məhz bu təklif nəticəsində yüz minlərlə azərbaycanlı oradan zorla çıxarılıb.

Bundan sonra referendum məsələsi danışıqlar prosesinə daxil edilmədi. O, nə paket həll, nə də başqa həll variantında olmadı. Nədən ki, tərəflər bununla bağlı anlaşmanın mümkün olmadığını başa düşdülər. Əgər belə bir bənd daxil edilərsə, sülh danışıqları dalana girəcək.
Və qəfildən bu mövzu “Madrid prinsipləri” adlanan sənəddə peyda oldu. Bu yanlış idi, və məhz bu üzdən “Madrid prinsipləri” yekun etibarilə hələdə qəbul edilməyib. Hazırda Qərb ekspertləri və diplomatları ilə işə istinad edərək deyə bilərəm ki, referendum məsələsi üzrə anlaşmaq mümkünsüzdür. Niyə?

İndilikdə referendum haqda 3 təsəvvür var - Azərbaycanın, erməni tərəfinin və beynəlxalq ekspertlərin. Azərbaycan hesab edir ki, referendum Konstitusiyaya uyğun surətdə Azərbaycanın bütün ərazisində keçirilməlidir. Erməni tərəfi və beynəlxalq ekspertlər isə bununla razı deyillər, çünki nəticə öncədən bəllidir. Qərb ekspertləri deyir ki, azərbaycanlı köçkünlər Dağlıq Qarabağa qayıtmalı və bundan sonra referendum keçirilməlidir. O halda yagin ki, keçmiş DQMV-nin 5 rayonundan 4-ü Azərbaycandan qopmağa səs verəcək, Şuşa rayonu isə əksinə səs verəcək və Azərbaycanın tərkibində qalacaq. Ancaq Azərbaycan tərəfi də, erməni tərəfi də belə yanaşmağa qarşıdır. Ermənilərin yanaşması belədir ki, qaçqınlar qayıda bilər, ancaq referendum zamanı onların səsi heç bir əhəmiyyət daşımır. Bu, elə təxminən referendumu bütün Azərbaycan ərazisində keçirmək kimi mövqeyin oxşarlıdır. Ancaq bu, Qarabağ azərbaycanlılarının hüquqlarının kobud şəkildə pozulması deməkdir. Nə Azərbaycan, ne də Qərb ekspertləri buna razıdır. Yəni hər üç tərəfin referendumla bağlı öz yanaşması var. Və hər bir tərəfin də təklifi digərləri tərəfindən rədd olunur.

Bu şəraitdə referendum məsələsində anlaşma – sadəcə, utopiyadır və danışıqlar prosesini “bloka” alınmasına xidmət edir. Bu məsələ sülh sazişi imzalamağa və konfliktin mərhələlin şəkildə nizamlanmasına başlamağa imkan vermir. Başqa beynəlxalq təcrübədən istifadə eləmək lazımdır. Bu da ondan ibarət olmalıdır ki, referendum say çoxlugu ilə statusu müəyyən edilməsi demək olmamalıdır. Çünki onun harada keçiriləcəyi, kimin iştirak edəcəyi ilə bağlı anlaşma əldə etmək mümkün deyil. Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişinin ratifikasiyası olaraq, referendum keçirmək olar. Təxminən Kiprin məsələsindəki kimi: öncə sülh planı hazırlanır, sonra ayrıca Kiprin yunan və türk kəsimində referendum keçirilir.

Həqiqətən də Qarabağ münaqişəsinin nizamlanması – mərhələli plandır. Hansı plana görə ki, həm işğal altındakı ərazilər azad edilir, həm köçkünlər qayıdır, həm Dağlıq Qarabağa təhlükəsizlik qarantı verilir və Qarabağla Ermənistan arasında dəhliz gözlənilir və sərhədlər açılır, iqtisadi əməkdaşlıq bərpa olunur. Yekun olaraq bu məsələ eyni vaxtda Azərbaycan və Ermənistanda, Dağlıq Qarabağda referenduma çıxarıla, eyni vaxta səsvermə ilə təsdiqlənə bilərdi. Ona görə də referendum məsələsinə yanaşmanı məhz indi dəyişmək lazımdır.

-Kerri və Lavrovun iştirak elədiyi Vyana görüşünü necə qiymətləndirirsiniz? İşğal altındakı ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündürmü?

-Bu, 4 günlük müharibədən sonra ilk görüş kimi çox mühüm idi. Ermənilərin 22 ildir söykəndiyi mövqe indi artıq əsaslı deyil, ona görə ki, Ermənistan bu mövqedən çıxış edirdi ki, o, müharibənin qalibidir və əgər Azərbaycan münaqişəni hərb yolu ilə həll eləməyə cəhd eləsə, guya onların “məğlubedilməz” ordusu Gəncəyə və Bakıya çatacaq. Ona görə də ermənilər heç bir güzəştə getmir və Bakının diplomatik kapitulyasiyasını tələb edirdilər.
4 günlük müharibə zamanı Azərbaycan ordusu göstərdi ki, siyasi razılaşma olmasa, o, öz ərazilərini hərbi yolla qaytarmağa qadirdir. O üzdən düşünürəm ki, erməni tərəfi və vasitəçilər öz mövqeyinə korrektə etməlidirlər. İndi problemin paket həll imkanları yoxdur, çünki bu, eyni vaxtda Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur. Münaqişənin 22 il dondurulması isə artıq müharibəyə gətirib. Bu da o deməkdir ki, status-kvo davam edə bilməz. Beynəlxalq vasitəçilər də eyni şeyi bəyan edir. Hazırda qarşımızda iki yol var: ya genişmiqyaslı müharibə olacaq, ya da mərhələli həll. Və çox vacibdir ki, tərəflər mərhələli nizamlama ilə bağlı razılığa gəlsinlər – hansı planı ki, yeganə həll yolu kimi vaxtilə Bakı və İrəvan dəstəkləmişdi. Əfsus ki, o zamanın dramatik hadisələri və Ermənistanda çevriliş hər şeyi alt-üst elədi.

O vaxtdan 17 il keçib. Bu müddət göstərdi ki, mərhələli həll planının alternativi mövcud deyil. Danışıqlar prosesini dondurmaq cəhdləri edildi, ancaq bu, müharibəyə gətirdi. Odur ki, məsələdə seçim elə də böyük deyil: ya mərhələli həll, ya da müharibə.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru