“Azərbaycan rəsmi çevrələrinin narahatlığına haqq qazandırıram”
Tarix: 18-06-2016, 10:41 | Çap et
 İran prezidenti Həsən Ruhaninin təcavüzkar Ermənistana planlaşdırılan səfəri, son vaxtlar Tehranın İrəvana dəstək xarakterli davranışı Azərbaycan iqtidarı və cəmiyyətində narazılıq yaradıb. Hakimiyyətə yaxın media orqanları, ayrı-ayrı deputatlar və vəzifəli şəxslər yaxın qonşumuz olan müsəlman ölkəsi İranın işğalçı Ermənistanla yaxınlaşmasından narazılığı ifadə etməkdədirlər. Hiss olunur ki, rəsmi Bakı Həsən Ruhaninin Ermənistana səfərini heç də yaxşı qarşılamır.
Bəs müxalifət düşərgəsi hakimiyyətin bu narahatlığını haqlı sayırmı, bölüşürmü?
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, birincisi, beynəlxalq hüquqa görə beynəlxalq hüququn subyektləri olan bütün dövlətlər öz xarici və daxili siyasətlərini aparmaqda suverendirlər, başqa bir dövlətin iradəsinə tabe deyillər. İkincisi, iki dövlət arasında əlaqələr üçüncü dövlətin əleyhinə yönələ bilməz: “Buradan aydın olur ki, İranın Ermənistanla əməkdaşlıq etməsi beynəlxalq hüquqa uyğundur. Bizim buna etiraz etmək ixtiyarımız yoxdur. Amma Ermənistanla İranın arasındakı əməkdaşlıq Azərbaycan dövlətinin əleyhinə istiqamətlənibsə və Azərbaycan dövlətinin əleyhinə işləyəcəksə, onda beynəlxalq hüquqla Azərbaycan dövləti birmənalı şəkildə bu əlaqələrin əleyhinə çıxmalıdır. Bunun üçün isə biz ortalığa sübut qoymalıyıq. Sadəcə, ”İranla Ermənistanın yaxınlaşması düz deyil" deməklə bu iş alınmaz.
Biz İranla Ermənistan arasındakı əlaqələri tənqid ediriksə və bu əlaqələrin Azərbaycan dövlətinin maraqlarına uyğun olmadığını iddia ediriksə, konkret olaraq sübutlar təqdim etməliyik. Məsələn, indiki şəraitdə Ermənistanla hərbi əməkdaşlıq edən bütün dövlətlərin bu addımı Azərbaycan dövlətinin maraqlarına ziddir. Ona görə ki, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Əgər Ermənistana hərbi dəstək xarakterli addım İran tərəfindən atılarsa, Azərbaycan mütləq buna öz etirazını bildirməlidir və etirazda haqlıdır".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirdi ki, İran dövləti müstəqil siyasi-hüquqi vahiddir. Xarici siyasət kursunu öz maraqlarına uyğun qurmaq haqqı var. Biz onların daxili işlərinə qarışa bilmərik. Bu məsələnin beynəlxalq davranış münasibətlərinə dair rəsmi tərəfidir. Lakin məsələnin mənəvi və digər aspektləri mövcuddur: “İran prezidenti İslam respublikasının təmsilçisidir və davranışları ictisnasız müqəddəs Kitabımızla tənzimlənməlidir.
Qurani Kərimdə isə müsəlmanlara birbaşa əmr mövcuddur. Təqribən belədir: "Onlardan (yəni başqa dinlərdən olanlardan) özünüzə dost tutmayın". Bu, məsələnin İlahi tərəfi. İslam dini daxili vəziyyəti dəyərləndirdikdə, İran İslam dövləti olmaqla yanaşı, dünyada Cəfəri cərəyanlı dövlət ideologiyasına malik yeganə təmsilçisidir. Azərbaycan ərazisində say etibarilə şiələrin çox yaşadığı ikinci dövlətdir. İran dünyada ən çox Azərbaycan türkü yaşayan dövlətdir. Erməni tərəfi isə İran vətəndaşı olan türklərin Şimalda yaşayan qanbir qardaşlarına məxsus torpaqların 20%-ni qəsb etmiş, insanları qətlə yetirmiş, 1 milyon insanı yalnız son 30 ildə dədə-baba yurdundan qovmuş, dünyanın aparıcı xristian dövlətlərinin Türk-İslam aləminə aid 2 dövlətə- Türkiyə və Azərbaycana qarşı təzyiqi üçün maşa rolu oynayan mənfur bir dövlətdir. Bunları cənub qonşularımız bilməmiş deyil".
Partiya sədrinin sözlərinə görə, belə tarixi şəraitdə Ermənistanla bağlı qonşu İranın mövqeyindən rahatsız olmağın yeri, əsası vardır: “İran deyilən reallıqlar daxilində Azərbaycan-Ermənistan müharibəsində ən azı Türkiyə qədər, bir qədər də aşırı prinsipial mövqe qoymalıdır. Biz ən azından qardaş dövlətdən bunu umuruq. Düzdür, son dövrlər İran hakim çevrələrinin sərgilədiyi mövqe, İran-Azərbaycan əlaqələri iqtisadi, ticari, lojistik və bir sıra digər məsələlərdə xeyli irəli gedə bilib. Lakin İran dövləti işğalçıya qarşı siyasətində ardıcıl olmalıdır. Başa düşüləndir ki, yeganə həmsərhəd xristian dövləti ilə xoş münasibətlər İranın çıxarlarına uyğun görünür. Mənə görə bu halda ilahi ədalətə söykənmək daha doğru olardı. Qəsbkarı heç bir halda ruhlandırmaq olmaz. İran siyasi çevrələri imamımız Əlinin qəsb edilmiş Vilayətini qoruduqları qədər də, bizim təcavüzə məruz qalmış hüquqlarımızı da düşünməlidirlər. Azərbaycan rəsmi çevrələrinin narahatlığını başa düşürəm və tam şəkildə haqq da qazandırıram”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58 |
|
|
|
|