“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                 

"Birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz"
Tarix: 28-06-2016, 08:28 | Çap et
"Birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz"
1993-cü ilin 4 iyun qiyamının müzakirəsi gündəmdən düşmür. Son olaraq, 4 iyun qiyamında ittiham olunan şəxslərdən biri kimi, AMİP lideri Etibar Məmmədov “Yeni Müsavat”da geniş məqalə ilə çıxış edib.

Yazısında o zamankı AXC hökumətinin ünvanına sərt ittihamlar səsləndirib. Əsas tənqid hədəfi isə Elçibəy hakimiyyətinin Ali Sovetinin sədri olan, MSDM rəhbəri İsa Qəmbər olub. AMİP lideri “özünü qeyri-legitim və kommunist rejiminin tör-töküntüsü adlandırdığınız qurumu - Ali Soveti buraxmaq, yeni konstitusiya qəbul edərək yeni seçkilər keçirmək əvəzinə, sədrliyə öz adamınızı əyləşdirdiniz və hakimiyyətə gəlmək üçün doqquz xarici dövlətdən razılıq aldığınızı elan etdiniz” - deyə iddia edib.

Məmmədov AXC hökumətini Ayaz Mütəllibovla işbirliyinə getməkdə ittiham edib: “Siz artıq hakimiyyəti ələ keçirərkən məğlubiyyətə məhkum olduğunuzu dərk etməli idiniz”...

Səslənən ittihamlarla bağlı “Yeni Müsavat”a açıqlamasında İ.Qəmbər AMİP liderinə sərt cavab verdi: “Builki 4 iyun müzakirələri əvvəlkilərdən daha davamlı, ətraflı getdi. İndiyə qədər bu məsələdə susmağa üstünlük verən insanlar danışmağa başladılar. Fərqli mövqe göstərənlər başqa mövqedən çıxış etməyə başladılar. Bu çıxışlara diqqət yetirsəniz, 4 iyun ətrafında müxtəlif qüvvələrin niyyətləri özünü göstərməkdədir. Müsavat Məclisinin 25 iyun iclasında başqan Arif Hacılı 4 iyunla bağlı çıxışında məntiqli bir ideya irəli sürdü ki, bu hadisələrdə iştirak edənlər, qiyamı dəstəkləyənlər barədə iyustrasiya qanunu nəzərdə tutulmalıdır. Yəni onlar dövlət vəzifələrinə buraxılmamalıdırlar. Tamamilə məntiqli ideyadır.

Bu ideyaya cavab gəldi. Özünü müstəqil ictimai-siyasi xadim kimi təqdim edən şəxslərin birindən. Cavab bundan ibarətdir ki, Xalq Cəbhəsi hakimiyyətinə aid olan şəxsləri vəzifələrə buraxmaq olmaz. Həmin şəxs 4 iyun qiyamı barədə yazısında hadisələrin qiyam olduğunu, özü də demokratik hökumətə qarşı qiyam olduğunu əsaslandırıb. Çıxardığı nəticə isə qiyam törədənlərin deyil, AXC hökumətinin nümayəndələrinin hakimiyyətə buraxılmaması ilə bağlıdır.

Bu məsələlərdə detallı diskussiyalara maraq göstərmirəm. Ona görə ki, hədəfimiz hakimiyyətdir. Azərbaycanda xalqın hakimiyyətini bərqərar etmək istəyirik. Hakimiyyətdə olmayan qüvvələrlə mübahisə, mübarizə aparmaq Müsavatın gündəmində heç zaman olmayıb. İndi də belədir. Bu baxımdan çox detallara getmirik. Amma iyunun 24-də köhnə dostumuz Etibar Məmmədovun məqaləsi var idi. Bu yazıya münasibət bildirilməlidir. Etibar Məmmədov kifayət qədər geniş yazı yazıb. Açıq şəkildə aydın olur ki, söz bolluğu ilə gerçəklərin gizlədildiyi bir yazıdır. Geniş yazıda bir çox yersiz ittihamlar irəli sürüb. Əksəriyyəti də qərəzli publisistikadır. Gerçəklər azdır. Onun irəli sürdüyü iddiaların, ittihamların hər birinə ayrı-ayrılıqda cavab vermək mümkündür. Orada cavab verilməsi mümkün olmayan heç bir ittiham, iddia yoxdur.

Amma o, məsələnin mahiyyətini gizlətmək istəyirsə, biz bunu bir daha təqdim etməliyik. Əsas da gənclərə bəzi şeyləri anlatmalıyıq. 4 iyunda qanunu hakimiyyətə qarşı qiyam baş verib. Hərbi hissələrdən biri qiyam qaldırıb. Hökumət həmin qiyamı yatırmağa cəhd göstərib və uğursuzluğa düçar olub. Qiyamın baş verməsi və bizim onun qarşısını ala bilməməyimiz həqiqətdir. Bu iki həqiqəti hər zaman etiraf etmişik. Məsələnin mahiyyəti bundan ibarətdir".

İsa bəy AMİP liderinin qiyamda birbaşa iştirakına toxunaraq, bunları dedi: “Etibar Məmmədova gəlincə isə onunla bağlı gerçəklik ondan ibarətdir ki, onun özü, tərəfdarları bu qiyamda bilavasitə iştirak ediblər. Surət Hüseynovun qərargahında Məmmədovun ən yaxın silahdaşları, Sosial Demokrat Partiyasının ən yüksək səviyyəli nümayəndələri əyləşmişdilər.

Həmin ”qərargah" dövlət nümayəndələrinin girov götürülməsi əməliyyatlarını həyata keçirirdi. Prezident qvardiyasının, MTN xüsusi təyinatlı dəstəsinin əsgər və zabitləri gülləbaran edilirdi. Cinayətlər həyata keçirən qərargahda Etibar Məmmədovun və Sosial Demokrat Partiyasının nümayəndələrinin nə işi var idi?

Etibar Məmmədov elə yazır ki, guya ölkədə normal siyasi mübarizə gedirmiş. Bu mübarizədə də bir qüvvə digərini əvəzləyib. Halbuki söhbət qiyamdan gedir. Demokratiyadan, qanunlardan, konstitusiyadan danışan bir siyasətçi, onun silahdaşları, rayon təşkilatları qiyama necə dəstək verə bilər?"

MSDM rəhbəri 4 iyun qiyamının arxasında Rusiyanın dayandığını qeyd edərək, Məmmədovun əfv olunmayacağını söylədi: “Milli İstiqlal adını daşıyan bir partiyanın rəhbərinin Moskvanın əlinin olduğu qiyamda iştirak etməsinin hər kəs fərqindədir. İstiqlalçı millət vəkili adını daşıyan bir şəxsin Azərbaycanı yenidən öz nəzarəti altına almaq istəyən bir imperiyanın təşkil etdiyi qiyamda iştirak etməsi əfv olunmayacaq bir addımdır. Gerçəklər bundan ibarətdir. Görünür, bu gerçəkləri yenidən cəmiyyətə çatdırmaq lazımdır. Hadisələrdən xəbərsiz gənclərə bu həqiqətləri demək lazım gələcək. Bu təbliğatda müsavatçıların iştirakı gücləndirilməlidir. 1992-1993-cü illər Milli Hakimiyyətin, Müsavat və AXC-nin səhvləri ola bilər. Amma bu qüvvələr xalqa, Azərbaycanımıza xidmət edirdilər. Biz xalqa xidmət etmişik. Hansı səhvlərimiz olubsa, onu etiraf etmişik. Bu həqiqətləri demişik, deyəcəyik də”.

Məmmədovun məqaləsində AXC hökumətinin baş naziri olmuş Pənah Hüseynlə bağlı da hissələr var. Həmin hissəni olduğu kimi təqdim edirik: “Ədalət naminə qeyd etməliyəm ki, şəxsi məsuliyyətini dərk edərək keçmiş hakimiyyət nümayəndələri arasında fəaliyyətlərinə cəmiyyət önündə qiymət vermək gücünü özündə tapan və ”Cinayətimiz məğlubiyyətimizdir “ deyə bilən şəxs ancaq Pənah Hüseyndir. Bu məsələdə Pənah Hüseynin haqlı olmağını qeyd etməklə yanaşı, onun dövlət katibi və baş nazir olduğu hakimiyyətin aparıcı fiqurlarının nəzərinə çatdırmaq istəyirəm ki, siz artıq hakimiyyəti ələ keçirərkən məğlubiyyətə məhkum olduğunuzu dərk etməli idiniz. Pənah Hüseynin təbirincə desək, cinayətiniz onda oldu ki, Rusiyanın oyuncağı, cinayətkar və anti-milli adlandıraraq devirdiyiniz, bəli, birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz. Sonra da utanmadan, qızarmadan bu hibrid hökuməti ”milli" elan etdiniz".

P.Hüseyn bildirdi ki, Etibar Məmmədovun fikirləri doğru deyil: “Əlavə şərhə ehtiyac görmürəm. Bütövlükdə Etibar Məmmədovun məqaləsindəki fikirlərin əksəriyyəti öz subyektiv fikirləridir. Öz fikirlərini ifadə etmək hüququna malikdir. Amma onların böyük bir qismi istər siyasi, istərsə də, faktiki cəhətdən doğru deyil. Müəyyən mənada o dövrdəki siyasətinə bəraət qazandırmaq xarakteri daşıyır. Amma hər kəsin öz fikirlərini deməsinə hörmətlə yanaşmaq lazımdır. Sizin qəzetdə hazırda çap olunan məqalələrimdə ittihamlara bəzi cavablar var və olacaq da. Bu məsələlərə yenidən aydınlıq gətirmək yəqin ki qarşıdakı zamanlarda bir daha olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru