Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                 

"Birilərinə Türkiyənin Rusiya ilə amansız düşmən olması lazımdır" - deputat
Tarix: 26-07-2016, 10:53 | Çap et
"Birilərinə Türkiyənin Rusiya ilə amansız düşmən olması lazımdır"
Teleqraf.com Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə müsahibəni təqdim edir:

- Fazil bəy, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra yaranan indiki durumu necə qiymətləndirirsiniz?
- Türkiyədə böyük bir çevriliş cəhdinin qarşısı alınıb və bu, sevindirici haldır. Çünki Türkiyənin istiqaməti dəyişə, ölkə xaosa sürüklənə bilərdi. Liviya və ya Suriya modelində olan qarışıqlıqla nəticələnə bilərdi. Türkiyə çox böyük bir təhlükədən dönə bildi. Bu həm də beynəlxalq güclərin Türkiyə üçün hazırladığı ssenari idi. Amma türk xalqının cəsarəti, ayıqlığı və vaxtında reaksiyası bu təhlükənin qarşısını ala bildi. Ancaq 15 iyuldan sonrakı dövrdə çevriliş cəhdinin nəticələrini aradan qaldırmaq, gələcək ocaqları söndürmək baxımından Türkiyə hakimiyyəti zaman qazandı və bu müddətdə müəyyən addımlar atılacaq.

Ola bilsin ki, alınan siyasi qərarlar hüquqla uzlaşmayacaq və qurunun oduna yaş da yanacaq. Lakin belə situasiyada siyasətdə sərt qərarları anlayışla qarşılamaq lazımdır. Çünki ən azı təhlükənin gəldiyi mənbələri basdırmaq baxımından zəruri taktiki addımlardır. Amma bütövlükdə Türkiyənin gələcəyi üçün başqa bir təhlükəli sindrom yarana bilər. Bu da siyasətin həddən artıq hüququn üstünə çıxması ilə bağlıdır. Hüququn siyasət tərəfindən yönləndirilməsi ənənə olaraq qala bilər. Bir var bu keçici dövr-2-3 ay üçün, bir də var tendensiya kimi qalsın. Bu tendensiya olaraq qalarsa, Türkiyənin demokratik dəyərlərdən uzaqlaşmasına səbəb ola bilər. Hesab edirəm ki, Türkiyədə hüquq dövlətinin prinsiplərinə uyğun davranma ənənəsi üstün gələcək. Bir daha qeyd edirəm ki, məlum qüvvələrin zərərsizləşdirilməsi üçün atılan addımları anlayışla qəbul etmək lazımdır.

- Dediniz ki, “15 iyul” beynəlxalq güclərin hazırladığı və ya dəstək verdiyi hadisə idi. "Beynəlxalq güclər" ünvansız və mücərrəd məna daşıyır. Konkret hansı qüvvələr Türkiyədə qarışıqlığın, xaosun olmasında maraqlıdır?
- Liviya, Misir, Suriyada hadisələri və xaosu kim hazırladı?

- Fikrinizi bir qədər inkişaf etdirək...
- Türkiyə NATO-nun üzvüdür, amma NATO-ya heç bir kəşfiyyat məlumatı daxil olmamışdı. Bu o deməkdir ki, çevrilişin baş tutmasını əngəlləmək istiqamətində addımların atılması müşahidə edilmədi. ABŞ Türkiyənin müttəfiqidir, lakin çevriliş hazırlığı, hərəkətlənmə ilə bağlı rəsmi Ankaraya heç bir informasiya verilməyib. Halbuki, İstanbulda terror gözləniləndə ABŞ bir həftə əvvəl Türkiyə kəşfiyyatına informasiya verdi. Necə olur, kiçik bir terror təşkilatının təhlükəsini bilir, amma dövlət çevrilişinə hazırlıq kimi mühüm məsələni sezə bilmirlər?

Yəni burada konkret ittiham irəli sürmək çətindir, amma şübhələr də özünü göstərir. Odur ki, bu camaatın və ya bir neçə dini liderin hazırladığı miqyasda olacaq hadisə deyil. Kimlərsə küçəyə çıxanda hansısa liderə istinad edərək çıxmırlar, əksinə, həm də təminat alıb çıxırlar. Böyük bir gücün təminatı olmadan hərbçilər ağılsız deyil ki, küçəyə çıxaraq tankı insanların üzərinə sürsünlər. Odur ki, bu hadisədə müəmmalı məsələlər çoxdur. Bu baxımdan 15 iyul gecəsində baş verənlər Türkiyə üzərində oynanılan oyunlardan biri idi. Yaxşı ki, qarşısı alındı. Əminəm ki, bundan sonrakı mərhələdə Türkiyə rəsmiləri ölkənin təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atacaq. Çünki belə hadisələrin baş verməsi hakimiyyətin özü üçün mənfi haldır. Nəzərdə tutun ki, heç bir kəşfiyyat məlumatı ala bilməyib. Qeyri-rəsmi məlumata görə, ancaq Rusiyadan informasiya alıblar. Bu baxımdan dediyim məqamlar aktuallığını qoruyur.

- Çevriliş cəhdindən az əvvəl Ankara Rusiya və İsraillə münasibətləri yoluna qoya bilmişdi. Sizcə, bu münasibətlərin yaxşılaşdırılmasını çevrilişin önlənməsi baxımından mühüm addım hesab etmək olarmı?
- Əslində, bu münasibətlərin düzəlməsini çevrilişin baş verməsi faktoru hesab etmək lazımdır. Ancaq çevrilişin önlənməsi məsələsində bu münasibətlərin düzəlməsinin rolunu demək bir qədər mübahisəlidir. Çevriliş cəhdinin baş verməsində həm də Türkiyənin xarici siyasətində çevik referanslar etməsi durur. Həm İsrailə, həm də Rusiyaya qarşı müsbət referanslar xoş qarşılanmadı. Çünki birilərinə Türkiyənin Rusiya ilə amansız düşmən olması lazımdır. Amma bununla yanaşı Türkiyəni Rusiyanın ayağına verməsinə onlar hazır olduqlarını dəfələrlə nümayiş etdirib. Bu mənada Türkiyənin vaxtında öz kursunu müəyyənləşdirdiyi siyasətdən uzaqlaşması, eləcə də Rusiya və İsraillə münasibətlərini qaydaya salması bir çox qüvvələri qane etmədi. Odur ki, çevrilişin səbəbini bir qədər də bu məqamda axtarmaq doğru olardı.

- Türkiyə dövləti 15 iyul çevriliş cəhdinin ABŞ-da yaşayan Fəthullah Gülən tərəfindən təşkil edildiyini elan edib və ABŞ dövlətindən Güləni Ankaraya verməsini istəyib. Necə düşünürsünüz, Ağ Ev Güləni Türkiyəyə verəcəkmi?
- Açığı, ABŞ-ın bu məsələdə hansı addım atacağını proqnozlaşdıra bilmirəm. Ehtimalıma görə, Amerika əgər bu çevriliş cəhdinin Gülən tərəfindən başlanması haqda bilgiyə malik olubsa, Gülənin Ankaraya verilməsində maraqlı olmayacaq. Türkiyənin də bu məsələdə israrı təbii ki, Ankaranın Güləni əsas təhlükə mənbəyi kimi gördüyünü ortaya qoyur və buna anlayışla yanaşmaq lazımdır. Amma bütövlükdə çevrilişin bir şəxsin adı ilə bağlanması, əslində, başqa dövlətlərin adını çəkməmək baxımından rahatdır. Yəni daha rahatdır ki, səbəb kimi bir şəxsin adı çəkilsin. Halbuki, 15 iyulda küçəyə çıxan hərbçilərin çoxu NATO sistemi içərisində yetişən kadrlar idi. Bu baxımdan hərbçilərin atdığı addım ancaq bir dini liderin göstərişi ilə atılan addımlara bənzəmir.

- Ancaq həqiqətdir ki, Gülənin şəbəkəsi Türkiyə Silahlı Qüvvələrində, ictimai qurumlarda, təhsil müəssisələrində, biznesdə, dövlət qurumlarında kifayət qədər təmsil olunur...
- Bu, bir şəbəkə formasında bütün strukturlarda təmsil olunur. Əslində, onların dünyada islamın tanınması ilə bağlı etdikləri islam haqqında imic dəyişikliyinə kömək etdi. Məktəb açmağın faydalı iş olduğunu, ayrı-ayrı ölkələrdə bu prosesin aparılmasına hamı şahidlik etdi. Lakin təəssüf ki, indi Türkiyədə yüzlərlə məktəb bağlanıb. Burada oxuyanların, dərs deyənlərin hamısı çevrilişin tərəfdarı ola bilməz. Ancaq siyasətə girişmələri bu insanlara da böyük zərbə vurdu. Onlar məktəb anlayışını əsas tutaraq Türkiyə üçün daha faydalı ola bilərdilər. Siyasətə girib qapalı və şəbəkələşmə yaratmağın nə dərəcədə təhlükəli, zərərli olduğu artıq ortadadır. Məhz bunun nəticəsidir ki, yüzlərlə orta məktəb bağlandı, minlərlə insan işsiz qaldı. Buna rəvac verməmək lazım idi. Təəssüf ki, həddən ziyadə siyasiləşən bir zehniyyətlə buna girişildi, islam toplumunun, türk xalqının daha çox maarifləndirmə işindən başqa yola keçildi. Bir daha qeyd edirəm ki, təriqətin açdığı məktəbdə oxuyanların hamısı təriqət mənsubu olmur. Burada oxuyanların 5-10 faizi təriqətçi olsun, amma yüzlərlə savadlı və bilgili insanlar olur. Ancaq indi bu adamların çoxu işini itirdi, şübhə mənbəyi oldu. Cəmiyyət bu adamlara şübhə ilə baxacaq. Bu durumun özü üzücüdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru