Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                 

Deputat homoseksualların Bakıdakı toyundan danışdı - “qanunla icazə verilir, mən neyləyim?”
Tarix: 27-07-2016, 08:49 | Çap et
Deputat homoseksualların Bakıdakı toyundan danışdı
“Son illər homoseksualların apardığı təbliğatlar evimizin içinədək gəlib çıxıb. Bunun üçün filmlərdən, seriallardan, verilişlərdən, musiqi kliplərindən, hətta cizgi filmlərindən belə istifadə olunur. Homoseksuallığın təbliği üçün illər uzunu hansı mərhələli görülən işlər öz bəhrəsini vermədədir”. Bu sözləri gununsesi.info-ya açıqlamasında millət vəkili Tahir Kərimli Bakıda cinsi azlıqların evlənməsi faktına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, son illər Azərbaycanda da bu məsələnin kifayət qədər təhlükəli səviyyədə artdığı və adiləşdiyi göz önündədir: “Əvvəllər homoseksualları, sadəcə, gecə vaxtları görmək mümkün idisə, hazırda artıq onlar gündüzlər də çəkinmədən şəhərin küçələrində gəzişirlər. Hələ bu azmış kimi şadlıq evlərində dəbdəbəli toy mərasimləri də keçirirlər. Onlar təşkilatlanaraq Almaniya, Niderland, Norveç, Böyük Britaniya , Belçika, İsveçrə, ABŞ səfirlikləri və Avropa İttifaqının Bakı nümayəndəliyi ilə görüşlər keçirir, tələblərini səsləndirirlər. Səfirliklər isə onlara bildirirlər ki, homoseksualların hüquqi statusunun qorunması məsələləri onlar üçün prioritetdir. Onlar bu toylardan görüntüləri mətbuata ötürmək və sosial şəbəkələrdə yerləşdirmək də marqlıdırlar.
Deputat qeyd edib ki1990-cı ildə AR Ali Sovetinin deputatı seçildikdən sonra iclasda ilk çıxışım Mənəviyyat Dövlət Komissiyası və Əxlaq Polisinin yaradılmasıyla bağlı olub: “Hələ o vaxtlar bu məsələylə bağlı təhdid və təhlükələr var idi. İstəyirdim qarşısını alaq. Çünki qarşıdakı illərdə bunun baş verəcək fəsadlarını görurdüm. Sosializm hər şeyi qadağan edirdi, yaxşını da pisi də. Ona görə də sosializm dövründə müəyyən pis hallar da qadağan olunmuşdu. Kapitalizmdə isə tam əksinə, hər şeyə icazə verilir; yaxşıya da, pisə də. Ona görə də, ölkəmizdə eynicinslilər tandeminin yayıldığını görürdüm. Lakin təəssüf ki, mən dövlət rəhbərini inandıra bilmədim. Eləcə də parlamentdə inandıra bilmədim ki, bu pisliyin qarşısını indidən almaq lazımdır ki, artmasın. Həqiqətən də o zamanlar baxmayaraq ki, gənc idim, cavanıydım, amma özümü öldürürdüm ki, bunun qarşısını almaq lazımdır. Qarşısı alınmazsa, çox pis vəziyyətlərə gətirəcək. Lakin heç kimi inadıra bilmədim. Təkliflərim keçmədi. İndi isə Azərbaycan Avropa Şurasının üzvüdür. Ona görə də, bu qurumda qalmaq üçün onların şərtlərinə uymalıyıq. O vaxt – 16 il əvvəl yenə də Avropa Şurası qarşımızda şərt qoymuşdu ki, Azərbaycan Respublikası bu cür əxlaqsız hərəkətlərə icazə versin. Qeyd edim ki, AR CM-in 113-cü maddəsində belə mənəviyyatsızlıq üçün ciddi cəza nəzərdə tutulurdu. Çox təəssüf edirəm ki, nə qədər çalışdıqsa, qarşısını ala bilmədik. Açıq deyirəm, həm iqtidar, həm də müxalifət birlikdə Avropa Şurasına girmək məqsədiylə CM-dən belə biabırçı halları cəzalandırmalı olan maddələri çıxarıb aradan qaldırdılar. Özü də xalqın xəbəri olmadan”-, deyə o bildirib.
Millət vəkili bildirib ki, Avropa Şurasına daxil olmaq üçün ölkədə bu cür murdarlıqları əks etdirən hallara icazə verilib: “Bunu deməkdən çəkinmirəm. Çox təəssüf edirəm ki, o zamandan indiyədək Azərbaycanda belə xoşaglməz hallar inkişaf edib. Bir şeyi nəzərdə saxlamq lazımdır ki, hüququn ən mühüm dayaq və mənbələrindən biri adət hüququdur. Bizim də milli adət-ənənələrimiz var. Hətta dini adətlərimiz də var. Məsələn, Çində və Yaponiyada milli adətlər var ki, belə şeyləri rədd edir, amma onlar müsəlman deyillər. Ona görə də, mən Azərbycan xalqının milli mənəviyyatını hər şeydən üstün tuturam. Eyni zamanda, bu dini mənəviyyatı da özündə ehtiva edir. Deməli, milli və dini ənənələri olan bir ölkədə belə biabrçılığa rəsmi icazə vermək, hətta şirnikləndirmək, televiziya kanallarında onlara aparıcı statusu vermək, təbliğini etmək, xaricdə və ölkədə baş verən bu biabırçılıqları qanuniləşdirmək, insanların gözlərini və qulaqlarını belə şeylərə alışdırmaq, adiləşdirmək Azərbaycan xalqının, təkcə bu günkü nəslinə yox, keçmişinə, gələcəyinə də xəyanətdir. Genefondumuza böyük zərbədir. Həyatda elə şeylər varki vazkeçilməz sayılır. Mənim üçün dünyada belə şeylər ən böyük vəzifədən də yüksəkdə dayanır. Bunu çəkinmədən deyirəm. Belə şeyləri eşidəndə ürəyim əsir. Bu mənim yaralı yerimdir. Üzr istəyirəm, gəncliyimdə o prinsiplərlə yaşamışam ki, iki göz iki gözə baxmalıdır, insanlar tək nikahlı, monoqamiya olmalıdır. Əxlaqszlıa yuvarlanmamalıdır. İnsanlar arasında saf sevgi, məhəbbət olmalıdır. Ailənin təməli bu cür qoyulmalıdır. Avropanın nikahı – vətəndaş nikahı da deyilir bu zibilə. Adətlərimiz təhrif olunur, Milli köklərimizə bağlı nənə-babalarmızda günümüzədək gəlib çıxan milli dəyərlərimizə zərbə vurulur. Keçmişimizin, namusumuzun üzərindən xətt çəkilir, biqeyrər gələcək yaradılır. Mən bunun qəti əlehinəyəm. Ürəyim yaralıdır, bu sahədə. Özümü “öldürdüm”, baxan olmadı. Demirəm bu müsbət haldır, amma indiyək də bir dəfə də olsun, bir qadınla belə avropasayağı rəqsi etmədim. Çimərliyə getmədim ki, qadınları paltarsız görməyim. Biz o cür tərbiyə olmuşduq ki, özümüzü müqəddəs duyuğularla yaşadaq. Hətta kartın üzərndə yarıçılpaq qadın görəndə baxmazdıq ki, gözlərimiz haram görməsin”.
T.Kərimi baş verənləri tərbiyəsizlik adlandırıb: “Bu nə biabırçılıqdır, hər şeyi məhv elədilər, gələcəyimizi, balalrımızı əlimizdən aldılar. Cəmiyyət o qədər güclüdür ki, biz valideynlər daha onlara təsir edə blmirik. Biz olanları aradan qaldıra bilmirik. Yaşım 60-ı keçib. Özümün və ölkəmin gələcəyi üçün bu cür babırçılıqlardan çox narahatam. Gələcəyə biqeyrət nəsil yetişir. Balalarımızın, nəvələrimizin belə hala salınması məni yandırır, ona görə də, internet və sosial şəbəkələr, televiziya kanalları üzərində əxlaq nəzarəti qoymaq və gücləndirmək lazımddır. Senzura qoymaq azımdır”.
Millət vəkili hesab edir ki, Azərbaycanda bu cür biabırçılıqların qarşısını alaq üçün mənəviyyat və əxlaq senzurasının qoyulmasına ehtiyac var: “Bu cür biabırçı hallara yol verən qanunvericiliyi təkrar dəyişmək lazımdır. Ona görə də, bəlkə də uzun illərdən sonra ilk dəfə məcbur olub emosional danışdım. Bax, bu çür halların artması məni çox ağrıdır. İmkan düşəndə bu haqda Milli Məclisdə fikirlərimi bildirirəm. Adətən, qanunlar müzakirəyə çıxarılanda, həmin ətrafda danışırıq. Bizim qanunvericilik təşəbbüsü hüququmuz var, amma bunu həyata keçirmək çox ağır proseduradır. Çünki, mən deputatların və hakimlərin toxunulmazlığı ilə əlaqədar təkliflər irəli sürmüşəm. Amma həmin təklifləri hələ də həyata keçirə bilməmişəm. Yenə deyirəm, bu mənim yaralı yerimdir. Fürsət düşdükcə, məsələləri qaldıracam. Ürəyim ağrayır ki, yaxın zamanda Azərbaycanda dövlət qulluqçularının etik davranış qaydalarıyla bağlı qanun müzakirəyə veriləcək. Dövlətinə biganəlik, öz dilini bilməmək utancverici haldır. Bir millətin ki, elitası öz Ana dilini bilmir, o millət nə Qarabağ dərdi çəkəcək? Bir millət ki, rus dilində danışa, doğma dilini bilməyə, o millətin nə qeyrətini çəkəcək? Nə dövlətin, nə torpağın, nə də namusun qeyrətini çəkəcək. Mən bu məsələləri Milli Məclisdə də qaldırdım, çox təəssüf ki, nail ola bilmirəm. Təəssüf ki, məni orada müdafiə edənlər də azdır. Əfsus ki, hər yandan üstümüzə töülürlər. Ona görə də, imkan olduqca, nə qədər ki, nəfəsimiz var, sonadək mübarizə aparacağıq”.
sekx
Tahir Kərimlinin sözlərinə görə, qanunları elə dəyişiblər ki, həm inzibati, həm mülkü, həm də cinayət qanunverciliyində onların cəzalandırılması mexanizmi yoxdur: “Yeganə məsələ o ola biər ki, əxlaqsızlıq yuvaları saxlamaq, əxlaqsızlığı təblig eləmək, yaymaqla bağlı qadağalar olsun. Bütün bunlar da ona gətirib çıxaracaq ki, deyəcəklər “qanunla icazə verilir, mən neyləyim?”. Ona görə də bu biabırçılığı qanunverici qaydada əvvəl aradan qaldırmaq lazımdır. Amma bizim əlimizdə onlarla mübarizə aparmaq üçün cəmiyyətə təsir göstərən nə mətbuat var, nə də televiziya yoxdur. Heç olmazsa, bunlar qansın, sosial qınaq formalşsın. İctimai qınağa səbəb olsun. Bu adamlar ar çəksinlər, utansınlar, çox təəssüf ki, indi xalqından millətindən utananlar da azdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru