Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                 

“Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır” - YAP-çı deputat
Tarix: 4-08-2016, 09:13 | Çap et
“Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır”
Sentyabrın 26-na təyin olunmuş konstitusiya dəyişiklikləri ilə bağlı referendumda təbliğat-təşviqat kampaniyasının başlanmasına bir ay qaldı. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovla müsahibəmizdə əsasən bu mövzudan danışdıq.

- Siyavuş bəy, referendum ideyasının haradan irəli gəldiyi barədə müxtəlif təxminlər var. Daha çox vurğulanan budur ki, referendum qərarı bölgədə baş verən gərgin ictimai-siyasi, hətta hərbi çevrilişlərlə müşayiət olunan hadisələrin fonunda verilib. Sizin bununla bağlı arqumentləriniz nədən ibarətdir?

- Yox, elə deyil. Referendumun ortaya çıxma zərurəti tam ölkənin iqtisadi inkişafı, dövlət quruculuğunun təkmilləşdirilməsi, təhlükəsizlik sisteminin möhkəmlənməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn məsələlərlə əlaqədardır. Həmçinin insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsi, o cümlədən müxtəlif instansiyalarda, habelə dövlət qurumlarında və bələdiyyələrdə vətəndaşların müraciətlərinin cavablandırılması və s. məsələlər zərurət yaradırdı ki, konstitusiyanın müvafiq maddələrində dəyişiklik edilsin. O cümlədən müəyyən yaş senzləri ilə bağlı müvafiq addımlar atılmalıdır ki, insanlar sərbəst şəkildə özlərinin seçmək və seçilmək hüququndan istifadə etsin. Yəni burada hər hansı dövlətin ərazisində baş verən hadisə ilə əlaqədən söhbət gedə bilməz. Bu dəyişikliklərlə bağlı əks mövqedə olanlar beynəlxalq hüquq və normalara, Avropa prinsiplərinə uyğun olmayan heç bir nümunə göstərə bilmirlər, onların dedikləri ümumi söz yığınından ibarətdir və referenduma ehtiyac olmadığını hüquqi cəhətdən əsaslandıra bilmirlər. Referendum lazımdır, zəruridir və keçirilməlidir.

- Konstitusiya dəyişiklikləri qərarı Türkiyədə baş verənlərlə üst-üstə düşdü deyə, bəziləri çox uzağa gedən nəticələr çıxartdı. Bu barədə nə deyə bilərsiniz?

- Konstitusiyada dəyişiklik etdin, ya etmədin, dövlət çevrilişi cəhdinin qarşısını almaq onsuz da dövlətin vəzifəsidir. Azərbaycan Respublikasının Konstitusiyasında da bu, öz əksini tapıb. O baxımdan bundan ötrü konstitusiya dəyişməyə zərurət olduğu barədə fikri kim, hardan çıxarır, mən bunu başa düşə bilmirəm. Düzdür, Türkiyədə bu hadisələr 15 iyulda başladı, konstitusiya dəyişiklikləri ilə bağlı müraciət isə ayın 16-sında oldu. Lakin Türkiyədə hadisələr baş verənə qədər artıq bizdə konstitusiya dəyişiklikləri ilə bağlı məsələ nəzərdə tutulurdu, bunun üzərində iş gedirdi, yəni düzəlişlərin həyata keçirilməsi barədə proses çox-çox qabaqdan başlamışdı. Dövlətin bilavasitə vəzifəsidir ki, Azərbaycan dövlətinə, vətəndaşına qarşı hər hansı bir təhdid olduğu halda bunun qarşısını alsın. 1993-cü ilin iyun hadisələrində deyilirdi ki, Surət qiyam qaldırdı və s. Dövlətin borcu qiyamın qarşısını almaq idi. Ala bilmirsə, vətəndaşın təhlükəsizliyini təmin edə bilmirsə, artıq onun dövlətçiliyindən, yaxud vəzifəli şəxsin vəzifəsindən söhbət gedə bilməz. Yəni bu, konstitusion normadır və var. Odur ki, Azərbaycandakı konstitusiya dəyişikliklərini Türkiyədəki qiyamla əlaqələndirmək yersizdir.

- Fətullah Gülənin tərəfdarları Azərbaycana necə, təhlükə yaradırlarmı?

- Azərbaycanda heç bir təhlükə yoxdur. Azərbaycanda kifayət qədər tolerantlıq hökm sürür və qanunla qadağan olmayan təriqətlər də fəaliyyətdədir. Yəni Azərbaycanda daim dinə yanaşma tam demokratik şəkildə və tolerant olub. Hətta sovet dövründə Azərbaycanda dini qadağalar qoyulanda burada insanlarımız gizlində və ya açıq şəkildə öz dini inanclarını yerinə yetirirdilər. İndi də hər kəs düşüncəli şəkildə bunu yerinə yetirir. Təbii ki, ayrı-ayrı qruplar, dövlətlər var ki, insanları ələ almaqla, şirnikləndirməklə qatı ekstremist təriqətlər ortaya çıxartmağa çalışırlar. Amma bu, Azərbaycanda baş tutan məsələ deyil. Birincisi, Azərbaycan xalqının müdrüklüyü, ikincisi qanunun aliliyi, hüquq-mühafizə sisteminin güclü şəkildə işləməsi və insanların bir-birini tanıması və bir-birinə hörmətlə yanaşması məsələləri var. O baxımdan da Azərbaycanda bu cür hallar mümkün deyil. Ara-sıra hansısa hallar müşahidə olunur. Görürsən kimsə aldadılıb, aparılıb hansısa qanunsuz silahlı birləşmələrin tərkibinə, sonradan peşman olub qayıdıb. Yaxud kəşfiyyat orqanları götürüb din pərdəsi altında aparıb silahdan istifadə qaydaları ilə bağlı təlimlər keçiblər. Təbii ki, bu kimi faktların üstü hüquq-mühafizə orqanları tərəfindən açılır və məhkəmələrdə də hökmlər çıxarılır.
- Yəni siz əminsinizmi ki, Fətullah Gülənin tərəfdarları Azərbaycan üçün təhlükəli deyil?
- Heç bir təhlükə törətmirlər. Birincisi, belə tərəfdarlar yoxdur, mən görmürəm. Digər tərəfdən, bizim dini etiqad azadlığı və dini ekstremizmə qarşı mübarizə haqqında qanunlarımız var. Bu qanunlarla da belə meyllər olacaqsa belə, qarşısı alınacaq.
- Bir aydan sonra başlayacaq təbliğat-təşviqat kampaniyasında siyasi təşkilatlara bərabər imkanların yaradılması ilə bağlı hansısa yeniliklər nəzərdə tutulurmu?
- Referendum haqqında qanunda, Seçki Məcəlləsində belədir ki, burada siyasi partiyalar bilavasitə partiya kimi yox, təşəbbüs qrupu kimi iştirak edirlər. Yəni YAP burada Yeni Azərbaycan Referendum üzrə Təşəbbüs Qrupu, qeydiyyatdan keçdikdən sonra isə Təşviqat Qrupu kimi fəaliyyət göstərəcək. İstənilən siyasi partiya, QHT, yaxud bir qrup insan yığışır, ilkin təşəbbüsçüləri müəyyənləşdirirlər, toplantını keçirirlər. Bunlar respublika üzrə təşviqat aparmaq istəyirlərsə, sayları 2 mindən çox olmalıdır. Hər hansı bir dairə üzrə isə təşəbbüsçülərin sayı 500-ə yaxın olmalıdır. Müvafiq sənədləri MSK-ya təqdim edirlər, MSK onlara imza vərəqi verir. 40 mindən artıq imza toplayandan sonra qeydiyyatdan keçirlər. İmza toplayıb qeydiyyatdan keçdikdən sonra isə istənilən vətəndaş referendumla bağlı ölkənin bütün ərazisində təşviqat apara bilər.

- Siyavuş bəy, beynəlxalq təşkilatların Azərbaycandakı referendum qərarına və hazırlıqlara ənənəvi münasibətdən fərqli yanaşması təəccüb doğurur...

- Birincisi, bu, Azərbaycan xalqının iradəsinin ifadəsidir. Yəni xalq istəyəcəksə, buna səs verəcək, istəməyəcəksə, verməyəcək. Digər tərəfdən də burada qeyri-adi bir şey yoxdur. Əksinə, hüquq və azadlıqların qorunması üçün çox tutarlı addımlar var. Burada 29 əlavə və dəyişiklik var. Bu maddələrin 25-26-sı da insan hüquqları ilə bağlıdır və bu məsələ daha da gücləndirilir. Ona görə də hansı iraddan söhbət gedə, hansı irad tutula bilər? İkincisi tərəfdən də, hər bir ölkənin ali qanunvericiliyi var. Bu qanunvericilik müəyyənləşdiriləndə, yazılanda xalqın mədəniyyəti, tarixi, dəyərləri və digər məsələlər öz əksini tapır. Əgər dünyada vahid konstitusiya mövcud olsaydı, elə bütün ölkələr ABŞ-ın Konstitusiyasını götürərdi, çap edərdi, deyərdi “bu, mənim konstitusiyamdır”. Hətta Avropa Birliyinə daxil olan ölkələrdə qurumun özünün normativ hüquqi aktlarının olmasına baxmayaraq, hər bir ölkənin konstitusiyası var. Sovetlər birliyində də SSRİ Konstitusiyası ilə yanaşı, hər bir respublikanın konstitusiyası var idi və bunlar bir-birindən fərqlənirdi. Hansısa ekspertin konstitusiya barədə rəy verməsi artıq xalqın maraqlarına toxunmaqdır. Xalq səs verir, qəbul edir, yaxud da əleyhinə çıxır, qəbul etmir.

- Deputatlıq üçün yaşın 18-ə endirilməsi də diqqət çəkir. Vətəndaşın hələ ali təhsil almadan parlamentdə təmsil olunmasına imkan yaradılması birmənalı qəbul olunmur.

- Bunu deyən nə konstitusiyanı, nə Seçki Məcəlləsini bilir, nə də seçki təcrübəsi var. Azərbaycanda 5 milyona yaxın seçici var. O 5 milyonun 3 milyon 100 mininin yaşı 35-ə qədərdir. Yəni 35-dən yuxarı yaşı olan insanların sayı təqribən 1 milyon 900 min nəfərdir. Yəni 3 milyon 100 min seçicinin hüququ bu və ya digər şəkildə pozulur. Nədə pozulur? Seçkidə iştirakda. Yəni 18 yaşda səs verə bilir, alqı-satqı edə, nikaha daxil ola, təhsil ala bilər. Amma seçilə bilməz. Burada söhbət ondan getmir ki, elə 18 yaşı olan kimi ona səs verəcəklər, seçiləcək. Bu, nədən irəli gəldi? Məsələn, bir gəncin yaşı 24,5-dir. Seçki ərəfəsində insanlar onu seçmək istəyir, savadı da var, təhsili də. Lakin qoyulan müddət ona seçilmək imkanı vermir. Deməli, o, 5 il 3 ay gözləməlidir ki, növbəti seçkidə namizədliyini irəli sürsün. İkinci tərəfdən, parlament seçkilərində ali təhsil məsələsi qoyulmur. Bu məsələ prezident seçkilərinə, Konstitusiya Məhkəməsinə və baş nazirliyə aiddir. Amma qalan strukturlara, istər bələdiyyə, istər parlament seçkilərinə seçilmək məsələsində ali təhsil məsələsi yoxdur. Əgər insanın şüuru yetkindirsə, 18 yaşı tamam olubsa, seçmək-seçilmək hüququ varsa, öz namizədliyini irəli sürə bilər. Seçici onu seçə də bilər, seçməyə də bilər. Vaxtilə anormal bir hal idi ki, deyirdilər 65 yaşdan yuxarı yaşı olan şəxslər prezident seçilə bilməz. Bunu seçici müəyyənləşdirir və məhdudiyyət yolverilməzdir.

- Bəs prezidentlik yaşının 35-dən 30-a endirilməsi hansı zərurətdən irəli gəldi?

- O da dünyanın bir çox ölkələrində var. Finlandiyada buna 18, Fransada 21 yaşda icazə verilir. Başqa-başqa dövlətlərdə, ümumiyyətlə, yasaq yoxdur, 18 yaşına çatdısa, istənilən növ seçkidə iştirak edə bilər. Bunu xalq müəyyənləşdirir ki, 18 yaşında olan namizədə səs verək, ya yox. Son prezident seçkilərində 50-yə yaxın iddiaçı müraciət etmişdi. Ancaq onların böyük əksəriyyəti lazım olan sənədləri və imzaları toplayıb təqdim edə bilmədi, 7 namizəd mübarizə apardı. Onda belə çıxır ki, 5 milyon insan seçkilərdə namizədliyini irəli sürəcək? Təbii ki, yox. 35 yaşla bağlı maddə olanda 2 milyon insanın içərisindən cəmi 50-si irəli çıxmışdı. Onların da 5-ni yoxlayıb gördülər ki, psixi problemləri var, dispanserdə qeydiyyatda olublar. Ağıllı, düşüncəli adam bilir ki, namizədliyini irəli sürə bilər, ya yox. Amma bunu qanunla məhdudlaşdırmaq insan hüquqlarının pozulması deməkdir.

- Konkretləşdirsək, deyə bilərikmi ki, növbəti prezident seçkilərində də hazırkı prezident İlham Əliyev hakim partiyanın namizədi olacaq?

- Təbii ki. Düzdür, hələ partiyada müzakirələr getmir. Çünki qarşıda kifayət qədər zaman var. YAP mütəmadi olaraq öz namizədini müəyyənləşdirir və irəli sürür.

- Hər halda, YAP-da prezident seçkiləri ilə bağlı ikinci bir namizədin olması ilə bağlı müzakirələr getmir, eləmi?

- Belə bir müzakirələr yoxdur, oluna da bilməz. Prezident seçkilərindən hələ cəmi 2 il yarım vaxt keçib.

- Bu cür iddialar da var ki, referendumdan sonra növbədənkənar parlament və prezident seçkiləri keçirilə bilər. Bu, mümkündürmü?

- Növbədənkənar seçkilərin keçirilməsi bizim konstitusiyada əvvəl də var idi, indi də var. Seçkilər isə azad və demokratik şəkildə keçirilib. Növbədənkənar seçkilərlə bağlı deyilənlərsə kimlərisə şirnikləndirmək üçün ortaya atılan xülyadır. Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır.
- Hakim partiya daxilində narazılıqların olması, hətta referendum ideyasının həm də burdan qaynaqlandığı barədə iddialar səslənir...

- Qəti şəkildə. Hakim partiya daxilində hər hansı narazılıq yoxdur, bunlar hamısı yanlış məlumatlardır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru