Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                 

“Düşmənlə müharibə bitənədək hər hansı yumşaq rəftar doğru sayıla bilməz” - Həsrət Rüstəmov
Tarix: 16-08-2016, 09:44 | Çap et
“Düşmənlə müharibə bitənədək hər hansı yumşaq rəftar doğru sayıla bilməz”
Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni əsilli həmkarı ilə münasibəti gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. İctimaiyyətdə, sosial şəbəkələrdə tənqidlərə tuş gələn azərbaycanlı stilistə havadar olanlar da az deyil. Bəziləri qalmaqalın əsas səbəbkarı, stilist Georgi Kotun yalnız anasının erməni olduğunu, bu arqumentlə də onun erməni hesab edilmədiyini, beləliklə də stilist xanımın əsassız olaraq suçlandığını qeyd edirlər.

Azərbaycan mədəniyyəti, incəsənətində xüsusi xidmətləri olan xalq artisti Ramiz Novruzun son vaxtlar adının daha çox qızı ilə bağlı olan qalmaqallarda hallanması da xoşagəlməz olay kimi müzakirə olunmaqdadır. Təbii ki, Azərbaycan cəmiyyəti bu və ya digər formada olan bu cür olayları daha çox neqativ qəbul edir, ictimai hədəfə çıxarır.
Bəs görəsən, Azərbaycan müxalifətinin bu məsələdə mövqeyi necədir? Mövzu ilə əlaqədar bir neçə siyasətçinin rəyini öyrənməyə çalışdıq.

AĞ Partiya sədri Tural Abbaslı qeyd etdi ki, bu məsələdə əsas funksiya daha çox cəmiyyətin, ictimaiyyətin üzərinə düşür: “İctimaiyyət mədəni təzyiq, ictimai qınaq və digər vasitələrdən istifadə edərək bu cür halların baş verməməsinə çalışmalıdır. İstər dünya, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xalqlar dostluğu, xalqlar arası barışıq kimi qəbul edilən bu cür arqumentlər var - hansı ki, guya iki xalqın bir yerdə yaşamasına zəmin yaratmaq və yaxud Qarabağ probleminin daha rahat həll edilməsi üçün yeridilən bir siyasətdir. Ancaq biz tarixə baxsaq görərik ki, ermənilər dəfələrlə bizim xalqa qarşı satqınlıq edib, terror törədiblər, amma biz hər zaman unutmuşuq, bağışlamışıq və nəticədə bunlar yenidən təkrarlanıb. Bu baxımdan, ictimai qınaq mütləq olmalıdır, istər həmin şəxsin özünə, istərsə də nüfuzlu bir ailənin nümayəndəsidirsə, həmin ailəyə. Dövlətin bu məsələyə münasibəti bir qədər həssasdır. Amma dövlət bu cür məsələləri nəzarətdə saxlamalıdır. İstənilən halda Ermənistan və xalqı Azərbaycanın dostları siyahısında deyil”.

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da düşmən dövlətin nümayəndələri ilə dostluğun doğru olmadığını vurğuladı: “Söhbət əgər Ramiz Novruzdan gedirsə, təbii ki, insanlar yetkinlik yaşına çatan övladlarına görə cavabdeh deyil. Bunun mənəvi tərəfi ola bilər, amma digər tərəfləri aktyora aid deyil. Aktyor tanınmışdır, qızı o qədər tanınan deyil. Amma istənilən halda Azərbaycana zaman-zaman pislik etmiş və onun ərazisini işğal altında saxlayan dövlətin vətəndaşları ilə dostluq etmək doğru deyil. Düşmənlə müharibə bitənə qədər hər hansı bir yumşaq rəftar və müharibənin olmadığını göstərən davranış doğru sayıla bilməz, ən azından bunu təbliğ etmək lazım deyil. Dövlətin bu məsələyə reaksiyasına gəldikdə isə, bunun hüquq tərəfi yoxdur - məsələn, düşmənlə konkret olaraq necə rəftar etmək lazımdır və sairə. Hətta Ermənistan Azərbaycana rəsmi olaraq müharibə elan etməyib. Yəni bu cür məsələlərin ümumi tərəfinə nəzər yetirdikdə dövlət belə şəxslərə heç nə deyə bilməz, biz istəsək belə. Amma digər tərəfdən, bunun doğru olmadığını insanlara çatdıra, təbliğat apara, bu cür halların olmaması üçün əlindəki fürsətlərdən istifadə edə bilər. Elə bir gün olmur ki, Azərbaycan cəbhəsində itki verməyək, mülki əhali yaralanmasın. Belə bir vəziyyətdə düşmən ölkə, onun xalqı ilə yumşaq rəftar edən insanları başa düşmək çətindir və onları ictimai qınağa tuş gətirmək lazımdır. Burada kiminsə erməni əsilli şəxslə münasibəti deyil, onun cəmiyyətdə yaratdığı əks-səda məsələsi müzakirə edilir. Sabah müharibə başlasa və digər tərəfdən, düşmən xalqına məhəbbət oyadan təbliğat gedirsə, bunu necə qəbul etmək olar?! Niyə məşhur şəxslərin bu cür davranışları bizi narahat edir, ona görə ki, onların ictimai rəyə xüsusi təsirləri var”.

KXCP sədr müavini Xəzər Teyyublu isə qeyd etdi ki, düşmən ölkənin, millətin nümayəndəsinə rəğbət bəsləmək azərbaycançılığa qarşı böyük həqarət hesab olunmalıdır: “Zaman-zaman bu cür olaylar olur. Buna qarşı ciddi reaksiyalar olmalıdır. Niyə bu cür məsələlərə yol verilir?! Biz bu gün ermənilərlə düşmən səviyyəsindəyik, onlar bizim torpaqlarımızı işğal ediblər. İctimaiyyət daha çox şou aləminin nümayəndələrinin, aktyorların sözlərini qəbul edir, anlayır. Ona görə bu insanlar başa düşməlidirlər ki, onların övladları da sıradan bir adamlar deyil və bu cür açıqlamaları böyük məsuliyyət tələb edir. Əgər bu faktdırsa, böyük ayıb sayılmalıdır. Düşmən ölkənin, millətinin hər hansı nümayəndəsinə qarşı bu cür mövqe göstərmək azərbaycançılığa böyük həqarət hesab olunmalıdır. Ona görə də belə insanlar, sadəcə, məsuliyyəti anlamalıdırlar - istər xalq, istərsə də əməkdar artist olsun, dəxli yoxdur. Bununla bağlı Azərbaycanın siyasi, ictimai gündəmində Vətənə sevgi, bütövçülük və düşmənə qarşı ümumi vahid mövqe sərgiləmək boşluğu var. Ona görə də ara-sıra bu cür olaylar baş verir. Şəxsən mən bu cür olayları qüsur, xəta hesab edirəm. Belə faktlar varsa, ictimai qınaq olmalı, pislənilməlidir ki, gələcəkdə digərlərinə örnək olsun. Nə qədər ki, biz ermənilərlə müharibə vəziyyətindəyik radikal, şərhsiz mövqe nümayiş etməliyik - ta ki, Vətənimiz işğaldan azad olunanadək”.
Siyasətçi təkcə ananın düşmən millətinə aid olması məsələsinə də toxunub: “Bir misal deyim, tarixdə belə bir rəvayət var ki, Atatürk Çanaqqala döyüşündə uduzurmuş. Araşdırma nəticəsində məlum olur ki, döyüşü uduzmaqlarının səbəbi türk generallarının, zabitlərinin arvadlarının və ya analarının türk olmamasıdır. Atatürk bir gecənin içində onların hamısını dəyişir və döyüşlərdə qalib gəlir. Bu, çox önəmli məsələdir. Məsuliyyətli mərhələdə gen, nəsil məsələsinə diqqət edilməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru