Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                 

Azad Rəhimova ağır ittihamlara YAP-dan reaksiya
Tarix: 18-08-2016, 08:58 | Çap et
Azad Rəhimova ağır ittihamlara YAP-dan reaksiya
Rio-2016-da azərbaycanlı idmançıların uğursuz çıxışı gündəmin əsas mövzularından birinə çevrilib. İndiyə qədər bir qızıl belə qazanılmaması, xüsusilə yunan-Roma güləşçimiz Rəsul Çunayevin yarımfinalda erməni rəqibinə məğlub olması sosial şəbəkələr və mətbuatda ciddi müzakirələrə səbəb olub.

Əsas tənqidi fikirlər isə gənclər və idman naziri Azad Rəhimovun ünvanınadır. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz feysbuq səhifəsində Çunayevin məğlubiyyətinin ardından A.Rəhimovu sərt tənqid edən status paylaşıb. Statusda bu fikirlər yer alır: “Bir neçə gün əvvəl yazmışdım ki, Azad Rəhimovu işdən azad edib, məsuliyyətə cəlb etmək lazımdır. Bu gün Çunayev erməniyə uduzandan sonra fikrimi dəyişdim. Azad Rəhimovun dərisini soyub, cəmdəyini sabun bişirməyə göndərmək lazımdı. Mən olimpiada, dünya və Avropa çempionatlarında bizimkilərin erməni itlərinə uduzduqlarını görməmişdim. Hər halda, xatırlamıram. İndiki məğlubiyyət Azad Rəhimyanın xidmətidir”.

QAT sədrinin bu fikirləri sensasiya doğurub. Nazir barədəki sözlərinə görə onun məhkəməyə verilə biləcəyi barədə fikirlər dolaşır. A.Nağı “Yeni Müsavat”a açıqlamasında paylaşdığı statusun arxasında dayandığını söylədi: “Azad Rəhimov nazir kimi öz funksiyalarını icra edə bilmir. Bu yarışmada onun nazir olduğu illərdə fəaliyyətsizliyi üzə çıxdı. Olimpiada 4 ildən bir olur. Buna ciddi şəkildə hazırlaşmaq lazım idi. Bu, xalqın, dövlətin ciddi göstəricisidir. Orada bütün millətlər təmsil olunur. Qazaxların, özbəklərin necə uğurlu çıxışlarının şahidi oluruq. Əvvəldən ciddi hazırlığımız olmayıb. Əvvəlki olimpiada da nailiyyət qazanan idmançıların arxayınlaşdıqları göründü. Ölkədə idmançı yetişdirmək əvəzinə xaricdən idmançı gətirib milliləşdirirlər. Başqa ölkələrdə də bu tipli idmançılar olur. Amma onlar həmin ölkələrdə yaşayırlar, orada doğulublar. Tələm-tələsik birini gətirib Azərbaycan vətəndaşı edərək, idman yarışlarına çıxarmaq çıxış yolu deyil. Bu nöqsanlara öz reaksiyamı bildirdim. Düzdür, idmançıların da günahları var. Amma nəzərə almaq lazımdır ki, seçim nazirlik tərəfindən aparılır. Onlara nəzarəti nazirlik etməlidir. Erməni ilə Çunayev yarışmırdı. Sanki ona tapşırıq verilmişdi ki uduzmalısan. Bürünc medal üçün Rəsul koreyalı ilə görüşdü. Bir fəndlə təmiz qələbə qazandı. Elə bir erməni ilə görüşən Çunayev deyildi. O, ermənidən zəif deyildi, əksinə, daha güclü idi. Qəribə suallar meydana çıxır. Təşkilat rəhbəri, ictimaiyyət nümayəndəsi olaraq, öz narahatlığımı bildirirəm. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Azad Rəhimovun ermənilərə sevgisini görmüşəm. Bir açıqlama vermişdi ki, çox təəssüf Azərbaycanda keçirilən yarışlara ermənilər gəlmirlər. O zaman bildirdim ki, deyəsən, o çaşıb. 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Oyunlarında ermənilərin iştirak etməyəcəklərindən Azad Rəhimov təəssüfləndiyini dilə gətirmişdi. O bilmir ki, ermənilər iştirak edə bilməzlər, ən azından müsəlman deyillər. Bu hallar rüsvayçılıqdır. Nazir bunlara cavab verməlidir. Onu məhkəməyə vermək fikrim yoxdur. Amma o məni məhkəməyə verərsə, o zaman fikirlərimi məhkəmədə əsaslandırmağa, müdafiə etməyə hazıram”.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov naziri tənqid edənləri qınadı: “Hazırda yarışma davam edir, idmançılarımızın iştirakı bitməyib. Bu günə qədər gümüş və bürünc medallarımız var. Arzu edək ki, qızıl medalımız da olsun. İdmandan anlayışı olanlar bilməlidirlər ki, bu bir yarışmadır, xüsusilə olimpiada idmanın nüvəsidir. Hər bir idmançı çalışır ki, orada uğur qazansın. Olimpiadaya düşən idmançı zəif olmur. İdmançı neçə mərhələdən keçəndən sonra olimpiadaya vəsiqə qazanır. Keçən yarışda Azərbaycan həm idmançıların, həm də məşqçilərin sayı baxımından yarışda uğurla iştirak etdi. Ölkəmizdə cənab prezidentin rəhbərliyi altında idmana çox böyük qayğı var. Avropanın ən aparıcı yarışları ölkəmizdə keçirilib. Bu idmanımızın göstəricisidir. Orada tamam başqa mühitdir. Burada psixoloji durum, qida, digər idmançıların vəziyyəti var. İdmançının görürsən ki, əhval-ruhiyyəsi yaxşı olur, nəticədə uğurlu çıxış edir, birdən də əksi oldu. İdmanda əhval-ruhiyyə çox önəmlidir. Qabaqcadan tənqidi fikir səsləndirmək, Azərbaycan idmanına kölgə salmaq düzgün deyil. Son illərdə idmanımızın bütün sahələri inkişaf edib. Olimpiadaya uzun mərhələlərdən sonra gəlib çıxmağın özü bir qəhrəmanlıqdır. Rəsul Çunayevin məğlubiyyətini bu qədər müzakirə etməyin tərəfdarı deyiləm. Fransa bir dəfə dünya çempionu futbolda oldu. Amma sonrakı çempionatda uduzdu, geri qayıdan zaman xalq oyunçuları gül-çiçəklə qarşıladı. Bir idmançı udanda onu qəhrəman edirlər, amma sonradan uduzanda başqa cür reaksiya verirlər. İdmanda güclülər vuruşur, burada psixoloji durum, əhval-ruhiyyə bəzən həlledici olur. İdmançı düşünür ki, udsam necə olacaq, uduzsam hansı rəylər formalaşacaq. Ona görə də bu proseslərə səbirlə yanaşmaq lazımdır. Kimin-kimlə qərəzi varsa, özləri aydınlaşdırsınlar. Ümumi idmanla bağlı fikirlərimi dedim. Nazirlə bağlı məsələyə toxunmuram. Amma bir insanı təhqir etmək doğru deyil. Əgər işində nöqsan varsa, bunu arqumentli şəkildə ortaya qoymaq lazımdır. Bir şəxsin təhqir olunması ümumiyyətlə yolverilməzdir. Əgər tənqid belə etmək istəyirlərsə, yenə də arqumentli şəkildə əsaslandırılmalıdır. Söyüş-təhqirlə məsələ həll olunmur”.

Qol.az saytının baş redaktoru Aydın Bağırov hesab edir ki, olimpiadaya yanaşma tərzi qüsurludur: “İdmanda idmançının milliyyəti olmur. İki idmançı meydana çıxanda biri digərinin milliyyətini düşünəcəksə, istədiyi kimi hərəkət edəcək, yəni peşəkarlıq olmayacaq. Peşəkar idmançı hər şeyi unutmalıdır. Rəsul Çunayevi qınayırlar. O həmin mərhələyə qədər rəqibindən bir döyüş artıq keçirmişdi. Özü də ağır döyüşlər olmuşdu. Olimpiya çempionunu məğlub etmişdi. Yorğunçuluqdan əlavə, o, 6 kiloqram çəki salaraq, 66 kiloqramda yarışırdı. Bu baxımdan, erməniyə məğlub olmasında təəccüblü heç nə görmürəm. Yarışlarda hər iki tərəfin bir-birilərinin üzərində qalibiyyətləri olub. Bu məsələni şişirtmək doğru deyil. Qızıl medalımızın olmaması ilə bağlı da tənqidlər var. Amma unutmayaq ki, qızıl medal qazanmaq şansımız hələ var. Əminəm ki, bu olacaq. Sərbəst güləşçilərimiz mübarizəyə başlayıblar ki, onlar daim ölkəmizə medallar gətirirlər. Boks yarışında iki idmançımız yarımfinalda, biri də 4/1-dədir. Onlardan final oyunu gözləyirik. Ən azı bundan sonra iki qızıl medal qazanacağımıza inanıram”.

Gənclər və İdman Nazirliyinin ittihamlarla bağlı mövqeyini almağa çalışsaq da, mümkün olmadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru