“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                 

“Buraxılmış səhvləri xatırlamadan dövlətçiliyi inkişaf etdirmək olmaz” - deputat
Tarix: 29-09-2016, 08:53 | Çap et
“Buraxılmış səhvləri xatırlamadan dövlətçiliyi inkişaf etdirmək olmaz”
“1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi. İlk iki il xalqımız, dövlətimiz üçün çox ağır, faciəvi olub. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı”.

Prezident İlham Əliyev Sumqayıtdakı çıxışında belə deyib. 23 il öncəki hakimiyyəti kəskin tənqid edən ölkə başçısı bildirib ki, Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün hakimiyyətinə cəmi bir il dözüb.

“Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün hakimiyyətinə cəmi bir il dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir”, deyən prezident vurğulayıb. İ.Əliyev daha sonra Azərbaycanla təzyiq dilində danışanlara da mesaj verib: “Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir. Müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil”.

Ölkə rəhbəri onun hakimiyyətini tənqid edənlərə aşağıdakı cavabı verib: “Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir”.

Üstündən 23 ildən artıq bir zaman keçdiyi halda İ.Əliyevin keçmişə qayıtmasının, müxalifəti nə səbəbə xatırlatması barədə müxtəlif fikirlər səslənir. Hətta belə iddialar var ki, dövlət başçısı bununla referendumöncəsi aksiyalar keçirən, daha sonra isə referendumun nəticələrini tanımayan qüvvələrə cavab verib. Elçibəy hakimiyyəti zamanı baş nazir vəzifəsində çalışmış AXP sədri Pənah Hüseyn AzadlıqRadiosuna açıqlamasından bunları deyib: “Ölkəyə azadlıq, müstəqillik qazandırmış qüvvələrə qarşı indiki dövlət başçısının zaman-zaman bu mövqedən çıxış etməsi onun əsas siyasi rəqibinin yenə də həmin qüvvələr olduğunu göstərir. Ölkənin demokratiyanın əksi istiqamətində inkişafı, hakimiyyət strukturlarındakı korrupsiya və respublikanın inkişafını, təhlükəsizliyini təhdid edən məsələlərlə mübarizədə yük yenə həmin qüvvələrin üzərinə düşür. Çünki bu qüvvələr Azərbaycan kimi ölkələrdə siyasi xarakter daşıyır. O baxımdan, həm indiki hakimiyyətin, həm də bizim demokratik qüvvələrin, daha doğrusu, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindəki qüvvələrin daxili mahiyyətini, siyasi xarakterini və hansının gələcəyə doğru istiqamətləndiyini seçməyə xalqın gözəl imkanı var”.

P.Hüseyn təmsil olunduğu hakimiyyətin ölkəni dağıtmaqda ittiham olunmasına da reaksiya verib: “Bu dəlilsiz-sübutsuz ittihamlar sözdən başqa bir şey deyil. Çünki konkret olaraq, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu bir ildə inqilabi islahatlar həyata keçirildi. SSRİ-nin süqutundan sonra Azərbaycan həqiqətən ciddi böhran yaşayırdı. Amma biz ölkənin toparlanmasına nail olduq. Ən əsası isə erməni işğalına qarşı ciddi dirəniş davam etdi. Təsadüfi deyil ki, artıq 1993-cü ilin yayında Kəlbəcərin də azad edilməsi şərti daxil olmaqla, sülh müqaviləsi imzalanırdı və faktiki olaraq, müharibə qurtarırdı. Bundan əlavə, ölkənin inkişafında çox mühüm əhəmiyyətə malik neft müqavilələri 1993-cü il iyulun 1-də bağlanmalı idi, artıq müqavilələr hazırlanmışdı. Və ya 1993-cü ilin yayına yaxın iqtisadi sahədə çöküş artıq dayanmışdı, hətta 12 faiz iqtisadi artım əldə edilmişdi. Manatın o dövrdə rus rubluna və dollara olan dəyərinə baxsaq, bir ildə inflyasiya, demək olar ki, sabit qalmışdı. Özəlləşdirmə proqramının həyata keçirilməsi, 5 il ərzində olmayan dövlət büdcəsi haqda qanunun və büdcənin qəbulu, daha sonra torpaq islahatına başlanması, postsovet məkanında ilk dəfə təhsildə test sisteminə keçid, milli valyutanın rus rublunu əvəzləməsi və s. sistem xarakterli islahatlar idi. Bu da ölkənin inkişafından ötrü çox vacib işlər idi. Təkrar edirəm, İlham Əliyevin dedikləri, sadəcə, sözdür. Məhz indiki hakimiyyətin özünün də iştirakçısı olduğu 1993-cü ilin qiyamı ölkəni inkişafdan saxladı. Az əvvəl dediyim kimi, sülh müqaviləsi bağlanmadı, beş rayon işğal edildi, təslimçi atəşkəs müqaviləsi imzalandı, neft müqavilələrinin imzalanması ilyarım yubandı. Nəticədə ölkədə avtoritar rejim formalaşdı. Onun ağır nəticələrini indi də hiss edirik”.

AVP sədri, deputat Fəzail Ağamalı isə hesab edir ki, əslində ölkə prezidenti məsələnin mahiyyətinə tamamilə doğru yanaşır: “Gərək zamanında baş verən hər şeyi olduğu kimi deyəsən ki, həm tarixilik, həm də dövlətçilik baxımından əhəmiyyətli olsun. Buraxılmış səhvləri xatırlamadan dövləti, dövlətçiliyi inkişaf etdirmək olmaz. Bu baxımdan, cənab prezidentin dedikləri tamamilə doğrudur. Həmin dövrdə yaşamış insanlardan biri də mənəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra həm Ayaz Mütəllibov, həm də Əbülfəz Elçibəy iqtidarı dövrü Azərbaycanın itirilmiş illəri sayılmalıdır. Ayaz Mütəllibovun Moskvaya bütün tellərlə bağlı olması, səriştəsizliyi, vassallıq təfəkkürü ilə yaşaması heç şübhəsiz ki, Azərbaycana böyük zərbə vurdu. Ondan sonra meydandan hakimiyyətə gələn qüvvələr də səriştəsizliyi, bacarıqsızlığı ilə seçildilər. Onların bəzilərində çoxlu pul ələ keçirmək kimi meyllər də var idi. Odur ki, ölkə tamamilə idarəolunmaz vəziyyətlə üzləşmişdi. Əlbəttə, Elçibəy təmiz adam idi, onu korrupsiya və rüşvətlə bağlamaq ədalətsizlik olardı. Amma o, təcrübəsiz olduğuna, ciddi iradə sahibi, komandası üzərində söz sahibi olmadığına görə Azərbaycan idarəolunmaz vəziyyətə çatmışdı. Daha sonra Müsavat Partiyası bərpa olundu və İsa Qəmbər rayonlarda öz adamlarını yerləşdirdi. Həmçinin Prezident Administrasiyasında dövlət katibi postuna yüksələn Əli Kərmli də ”Yurd"çları öz ətrafında birləşdirirdi. Beləliklə, Krılovun məşhur təmsilində olduğu kimi, dövləti hərə bir tərəfə çəkirdi". F.Ağamalı qəti şəkildə əmindir ki, prezident Əliyevin Elçibəy iqtidarını tənqid etməsi AXCP və Müsavatın referendumöncəsi fəallığı ilə bağlı deyil: “Əslində İlham Əliyev prezident olaraq tarixə ekskursiya etdi. Azərbaycanın 1993-cü ildə Heydər Əliyevin müdrik siyasəti ilə əsası uğura söykəndiyini xatırlatdı. Odur ki, bu fikirlərdə başqa kontyukturalar axtarmaq lazım deyil. Prezident Azərbaycanın itirilmiş zamanını önə çəkməklə ölkəmizin bugünkü uğurlarını ortalığa qoydu. Həmin dövrdə hakimiyyətdə olanlara gəldikdə, onlar bu gün Bakıda ofis partiyalarına çevrilib. Belə olan halda hansı fəallıqdan danışmaq olar?”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru