“AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                 

“Əgər Azərbaycan müxalifəti zaman-zaman gah Qərbdən, gah Rusiyadan idarə olunursa...” - Aynur Camalqızı
Tarix: 13-10-2016, 09:03 | Çap et
“Əgər Azərbaycan müxalifəti zaman-zaman gah Qərbdən, gah Rusiyadan idarə olunursa...”
“Yeni Müsavat”ın “Bizim Qonaq” rubrikasının budəfəki qonağı “Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızıdır. Gündəmi təşkil edən son olaylar, Qarabağ, referendum, müxalifət və təbii ki, müsahibimizə yaxın olan media sektorunda baş verənləri onunla birgə təhlil etdik.

“Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğlu, qəzetin baş redaktor müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanovun iştirakı ilə aparılan söhbətdə xeyli yeni və maraqlı mətləblərin üstü açıldı, gündəmdə uzun müddət müzakirə olunacaq açıqlamalar səsləndirildi.

(ƏVVƏLİ BURADA)

- Bəs bu proseslər zamanı müxalifətdən nə gözləyirsiz?

- Sözün açığı, mən müxalifətdən - söhbət radikallardan gedir - yaxşı heç nə gözləmirəm. Qarabağ məsələsində Ermənistanın hakimiyyəti ilə müxalifəti bir çox hallarda bir araya gələ bilir. Amma Azərbaycanda bunun əksi baş verir. Hətta 4 günlük aprel döyüşlərinə belə barmaqarası baxan, insanların hissləri, duyğuları ilə oynayan radikal müxalifətçilərimiz oldu. Ona görə bu məsələdə də müxalifətdən yaxşı nəsə gözləmək absurddur. Əvvəla, radikal müxalifətin beynəlxalq təşkilatlarla oturub Qarabağ məsələsini müzakirə etməyə nüfuzu yoxdur. Bu günə qədər eşitməmişəm ki, hansısa radikal müxalifət partiyası lideri hansısa beynəlxalq təşkilatın nümayəndələri, xarici ölkə rəhbərləri ilə Qarabağ məsələsini müzakirə etsinlər...

R.Arifoğlu:

- Ən azından birgəlik nümayişi, dəstək bəyanatlarının verilməsi mümkündür.

- Onlar öz aralarında razılığa gələ bilmirlər, hətta mitinq keçirəndə belə bu özünü göstərir. Müsavat Partiyası bir mitinq keçirir, Milli Şura başqa bir mitinq. Aralarında öz problemlərini həll edə bilməyiblərsə, daha ciddi məsələlərdə bir araya gələcəklərini güman etmirəm, inana bilmirəm. Çünki müstəqil deyillər. Əgər Azərbaycanın şərti olaraq radikal adlandırdığımız sözügedən müxalifəti zaman-zaman gah Qərbdən, gah Rusiyadan idarə olunursa, onların bu məsələdə hansısa müstəqil addım atacaqlarını gözləmək doğru deyil.

R.Arifoğlu:

- Ölkənin gündəmindəki bir digər əsas hadisə isə referendumdur. Prezidentin Qarabağla bağlı məlum çıxışı olmasaydı, çox güman ki, ən çox müzakirə mövzusu referendumla bağlı olacaqdı. Siz də bu referendumla bağlı kifayət qədər kampaniya apardız, prosesi dəstəklədiz, iqtidarın opponentlərinə cavablar verdiz. Siz demokratik təsisatlardan sayılan media qrupunun rəhbərisiniz. O baxımdan da bilmək istəyirəm ki, media, söz azadlığı və ölkəniz adına nələr gözləyirsiz referendum sonrası proseslərdən?

- Düşünürəm ki, Azərbaycanın müstəqilliyinin qorunması baxımından bu referendumun keçirilməsi zəruri idi. Türkiyədə baş verən məlum proseslərdən sonra Azərbaycanda bu məsələnin aktuallaşması gözlənilən idi. Azərbaycan elə bir mürəkkəb coğrafiyada yerləşir ki, onun bölgədə balanslı siyasət aparmaqdan başqa yolu yoxdur. İstər İran, istərsə də Rusiya ilə mehriban qonşuluq siyasəti aparmağa məcburuq. Eyni zamanda həssas olan indiki geopolitik şəraitdə dövlətimizin tam müstəqilliyi qorunmalıdır. Bayaqdan Qarabağ məsələsi ilə bağlı narahatlıqlardan danışdıq. O referendumun keçirilməsi həm də Qarabağ probleminin mövcudluğu ilə bağlıdır. Təbii ki, referendum sonrası vəziyyətin daha da yaxşılaşacağına, islahatların aparılacağına inanıram. Bu islahatlar onsuz da davamlı aparılır. Məsələn, idarəetmənin təkmilləşdirilməsi üçün ASAN Xidmət kimi xalq tərəfindən təqdir olunan bir qurumun yaradılması müsbət haldır. İnanıram ki, bu islahatların davamı gələcək.

A.Ayxan:

- Bu komanda ilə mümkün olacaqmı? Müxalifətin və digər ekspertlərin fikri budur ki, bu komanda ilə bu islahatları keçirmək mümkün olmayacaq.

- Reallıq ondan ibarətdir ki, bu komanda kifayət qədər sınanmış, dövlətə, dövlətçiliyə öz sədaqətini sübut etmiş komandadır. İslahatları elə bu komanda ilə də keçirmək mümkündür. Amma şəxsən mənim fikrimi bilmək istəyirsizsə, Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər tanınmış insanlar var ki, onların potensialından da istifadə edilməsinin tərəfdarıyam. Məncə, Qubad İbadoğlu, Vüqar Bayramov kimi iqtisadçıların potensialından kifayət qədər istifadə olunmur. Yəni siyahını artırmaq olar.

A.Ayxan:

- Bəs hakimiyyətin daxilindən kimlərin adını çəkə bilərsiz ki, onları yüksək idarəetmədə görmək istəyərsiz?

- Əslində mənim bununla bağlı fikir bildirməyim doğru deyil. Çünki bu, prezidentin səlahiyyətlərində olan məsələdir. Amma yenə də dediyim kimi, mənim bu komandanın fəaliyyətindən narazılığım yoxdur. Təbii ki, islahatlar həyata keçiriləcəksə, yeni isimlər də ortaya çıxacaq. Həmçinin sürpriz isimlər ola bilər...

R.Arifoğlu:

- Aynur xanım, hər halda, cəmiyyətdə belə söz-söhbətlər var və referendumun məntiqi də onu göstərir ki, yaxın zamanlarda ölkəmizdə seçkilər keçiriləcək.

- Sizin ofisinizə gələrkən YAP rəsmisi Siyavuş Novruzovun açıqlamasını oxudum. “Bu məsələ gündəmdə deyil, bu, prezidentin səlahiyyətində olan məsələdir”, deyib. Açığı, mən də 2018-ci ilə qədər yeni prezident seçkisinin və mövcud parlamentin buraxılaraq yeni parlament seçkisinin keçiriləcəyini düşünmürəm.

R.Arifoğlu:

- Kifayət qədər ciddi hüquqşünaslar, siyasətçilər iddia edirlər ki, referendumun keçirilməsi ölkədə növbəti prezident seçkilərinin keçiriləcəyini zəruri edir. Bu, olmalıdır. Həm də dünyadakı konyukturu hesablayaraq, belə mülahizə yürüdənlər var.

- Hesab edirəm ki, bizim bununla bağlı fikir bildirməmiz doğru olmaz. Bu, prezidentin səlahiyyətində olan məsələdir.

A.Ayxan:

- Gerçəkdən düşünürsüz ki, bir media holdinqin rəhbəri, redaktor prezidentin səlahiyyətində olan məsələ ilə bağlı fikir bildirməməlidir?

- Yox, burda məsələnin mahiyyəti bir qədər fərqlidir. Əgər biz proqnoz veririksə, proseslərə uyğun ehtimalımızı dilə gətiririk. Prezidentin səlahiyyətində olan məsələ barədə necə proqnoz vermək olar?

R.Arifoğlu:

- Azərbaycan mediasının indiki durumundan, özünüzün media meneceri olaraq, vəziyyətinizdən razısızmı? Bilirik ki, bir çap versiyasını dayandırdınız. İndiki halda bu gəlişməni media adına bir itki, ya yeni bir başlanğıc hesab edirsiz?

- Biz şirkət olaraq ciddi bir layihəni - TV layihəsini başlamaq ərəfəsində idik ki, dünyada qlobal iqtisadi krizis baş verdi. Azərbaycan olaraq biz də dünyanın bir parçasıyıq və orada baş verənlər bizə də təsirsiz ötüşmür. Mən feysbukda hər dəfə zarafatla yazıram ki, heç zaman təsəvvür edə bilməzdim ki, Obama ilə Putin bizim həyatımıza bu qədər daxil ola bilərlər. Necə deyərlər, onların öz aralarında apardığı siyasi “razborka” həm də neft ölkələrinin başında çatlayır. O baxımdan siz haqlısız, bizim öz çap versiyamızı dayandırmağımız sırf maliyyə problemi ilə bağlı idi. Hələ ki İnternet TV layihəmizi həyata keçirə bilmirik. Reklam gəlirlərimiz azalıb, işçilərimizin məvacibini azaltmağa məcbur olmuşuq, müəyyən çətinliklərimiz var. Amma sözün açığı, mən bir media adamı, jurnalist olaraq print mediasının fəaliyyətinə xitam verilməsinin tərəfdarıyam. Biz artıq internet əsrində yaşayırıq. “Koroğlu” dastanının sonunda Koroğlu deyir ki, artıq tüfəng ixtira olundu, mən Misri qılıncı yerə qoymağa məcburam. Biz də təxminən belə bir vəziyyətlə üz-üzəyik. İnternet həyatımıza o dərəcədə daxil olub ki, Amerikanın ucqar nöqtəsində baş verən hadisədən bir neçə saniyə sonra xəbər tuta biliriksə, bir sutka sonra qəzet oxumaq, gedib köşkdən “Yeni Müsavat” qəzeti almaq bir az mənasız görünür. Əgər əlimizdəki telefonla saniyələr sonra istədiyimiz xəbəri əldə edə biliriksə...

R.Arifoğlu:

- Telefonu və interneti olmayanlar var...

S.Telmanqızı:

- Dünyada qəzetçilik ənənəsi qalıb. Siz dediyiniz kimi olsaydı, çap mediası tamamən iflasa uğrayardı.

- Bəli, qonşu ölkələrdə, məsələn, Rusiyada, Türkiyədə hələ də qəzetçilik qalıb. Təəssüflər olsun ki...

R.Arifoğlu:

- Niyə “təəssüflər olsun”? Siz qəzetin yetirməsisiniz, Aynur xanım, bir sima olaraq. Heç acımırsız ki, print media sıradan çıxır, qəzet vərəqlədiyimiz dönəmlər arxada qalır?

- Təbii, istəyərdim ki, Azərbaycan oxucusu keçmiş illərdə olduğu kimi, qəzet alıb oxusun, mütaliəyə həvəsli olsun. Amma reallıq budur ki, mən oxucu olaraq xəbərə saniyələr ərzində çatıramsa, bir sutka sonra o xəbər üçün köşkdən “Yeni Müsavat” almaq istəməyəcəm.

R.Arifoğlu:

- Qəzet təkcə xəbərdən ibarət deyil ki. Oxumaq ənənəsi, fərqli üslubdakı yazılardan... gedir söhbət həm də. Bəlkə başqa cür düşünək? Bir sıra nəhəng media quruluşları bunun yolunu tapdılar: internetdə dərc olunan xəbəri çap mediasında vermirlər. Qəzetlərin qiymətini də qaldırıblar. Artıq bəzi qəzetləri hər kəs yox, elita oxuya bilir. “Televizor çıxdı, kinoteatrlar ləğv olunacaq”, kimi fikirlər 60-70 ildir ki, davam edir. Bəlkə bu da keçicidir? Siz götürüb dibindən ləğv etdiniz...

- Bizim başqa çıxış yolumuz yoxdur. İnternet medianı gəlişdirmək, inkişaf etdirmək mənə daha optimal variant kimi görünür. Təbii, qəzeti elə formada çıxarmaq olar ki, orda ancaq seçilmiş yazılar, araşdırmalar, publisistik yazılar, uzunömürlü materiallar olsun. Onun da spesifik oxucuları olur. Bizdə belə bir ənənə olub - “Alma”, “Avropa” kimi nəşrlər var idi. Orda tamam fərqli məqalələr olurdu.

S.Telmanqızı:

- "525-ci qəzet"in şənbə buraxılışı var indi...

A.Ayxan:

- Vaxtilə “Xalq qəzeti”nin də “Cümə əlavəsi” vardı. Siz də orda işləyirdiz..

A.Camalqızı:

- Bəli, indi çap mediasının yaşamaq imkanı ancaq bu istiqamətdə, yəni jurnal kimi ola bilər.

S.Telmanqızı:

- Yəni iddia edirsiz ki, çap mediası bazarında rəqiblərinizə uduzduğunuz üçün yox, sırf çap mediasının perspektivini görmədiyiniz üçün “Gündəlik Teleqraf”ı bağladınız?

- Mən qətiyyən düşünmürəm ki, biz rəqabətdə uduzduq. “Gündəlik Teleqraf” qəzeti o tipdə çıxan müstəqil qəzetlər arasında ən yaxşısı idi. Azərbaycan reallığında nə etmək mümkün idisə, onu edirdik, nisbətən fərqli bir qəzet ortaya qoymaq istəyirdik. Amma reallıq da ondan ibarətdir ki, bizim ölkədə qəzet oxucusu ya çox azdır, ya da yoxdur.

R.Arifoğlu:

- Oxucunun az olduğunu biz də etiraf edirik. Amma qəzet satışı üçün paytaxtda yerlər də məhdud saydadır axı. Qəzeti çıxarıb, onu satmağa yer tapa bilmirik. Doğru, internet mediası azaddır, internet məkanında məhdudiyyətlər yoxdur. Amma çap mediası məsrəf, əziyyət, məkan istəyir. Mən köhnə qəzetçi olaraq çap mediasının sıradan çıxarılmasının tam əleyhinəyəm. Bu məqamda da Azərbaycan dövlətini tam dəstəkləyirəm. Çünki KİVDF yaradıb, çap mediaya dəstək verib. Lakin hesab edirəm ki, elektron mediaya da eyni cür dəstək, meydan yaradılmalıdır.

- Təbii ki, dəstəyə çox ciddi ehtiyacımız var. Düşünürəm ki, KİVDF print mediaya necə dəstək verirsə, ondan ikiqat artığını internet mediaya etməlidir.

R.Arifoğlu:

- Siz nə gözləyirsiz? Prezident deyir ki, biz rusdilli və ingilisdilli media bazarında, informasiya müharibəsində uduzuruq. Azərbaycanda oturub, o informasiya məkanlarına çıxma imkanı əldə etmək mümkündürmü?

- Bu, sırf peşəkarlıqdan irəli gələn məsələdir. Düşünmürəm ki, biz bunu 1-2 ay ərzində həyata keçirə bilərik. Bizim xaricidilli mediamızda çox ciddi peşəkarlıq problemi özünü göstərir. Tərcüməçi problemi də var. Bu problemlərin ortaya çıxardığı nəticələr çox zaman gülüşlə qarşılanır. Bunu ilk növbədə bünövrədən həll etmək lazımdır. Əgər bu gün Bakı Dövlət Universitetində müasir standartlara cavab verən səviyyədə jurnalistlər yetişdirilsə, bu problem öz həllini tapar.

R.Arifoğlu:

- Problemə çox uzaqdan gəlirsiz...

- Mən hesab edirəm ki, politologiya, jurnalistika kimi fakültələr əslində xarici dillərdə təhsil verməlidir.

S.Telmanqızı:

- Hazırda BDU-nun jurnalistika fakültəsi kadr yetişdirmirmi demək istəyirsiz?

- Təəssüflər olsun ki, yetişdirə bilmir. O fakültənin bizə gələn məzunları, tələbələri hələ ki hətta düzgün cümlə qura bilmirlər. Bu, bizim təhsilimizin problemidir.

R.Arifoğlu:

- Biz axı yaxşı kadrın yetişməsi üçün o qədər vaxt gözləyə bilmərik. Hesab edək ki, dövlət bu sahəyə vəsait ayırdı, amma bizim elə kadrımız yoxdur. Nə edəcəyik?

- Xarici dili yaxşı bilən insanları çağırıb, yetişdirməliyik. Məsələn, mən bilirəm ki, “Yeni Müsavat”dakı kadrların 90 faizini siz sıfırdan gətirib yetişdirmisiz. İngilisdilli kadrlarımız da kifayət qədər var. Onları öyrətmək, hazırlamaq olar.

R.Arifoğlu:

- Bu, sizi, bizi aşan məsələlərdir. Mən xaricdə jurnalistika təhsili alıb gəlmiş məzunlarla danışmışam. Biz onlara ən yaxşı halda 1000 manat maaş verə bilərik....

- Biz onlara layiq olduqları maaşı versək, onlar Azərbaycan üçün işləyərlər.

R.Arifoğlu:

- Məsələ də elə budur ki, həmin maaşı verə bilmirik. Bu istiqamətdə əsas məqsəd də budur ki, ingilisdilli kadr bazasını tapmaq, onları sürətləndirilmiş jurnalizm kurslarına cəlb etmək və fondlardan yararlanaraq, onlara layiqli maaş vermək lazımdır. Ermənilərlə, digər Azərbaycana qarşı olan qüvvələrlə informasiya müharibəsində layiqincə tərəf olmamız üçün dövlətdən dəstək lazımdır... Hesab edirəm ki, redaktorlar bu məsələ ilə bağlı ortaq layihə hazırlayıb, prezidentə təqdim etməlidir.

- Mən düşünürəm ki, kadrdan əvvəl pul lazımdır. Reklam bazarı yaradılmalıdır, sağlam rəqabətdə kim güclüdürsə, o da reklamı almalıdır. Pulumuz olandan sonra biz bu məsələləri özümüz də həll edə bilərik.

S.Telmanqızı:

- Pul var, mediadakı gün-gündən sayı artan saytlardan bəllidir bu. Amma bu pul düzgün istiqamətdə xərclənirmi? Hazırda mövcud olan bu “sayt dənizi” media üçün yaxşı nəsə vəd etmir axı...

- Vaxtilə qəzet bumu da var idi. Amma onun ömrü uzun olmadı. Çünki qəzeti çıxarmaq üçün pul, kağız lazım idi. Amma sayt açmaq üçün bir domen, bir kompüter kifayət edir. Üstəlik, o cür saytların böyük əksəriyyəti də reketçiliklə məşğuldular, insanları şantaj edib pul qazanırlar.

S.Telmanqızı:

- Saytların sayının çoxluğu sizə bir media rəhbəri olaraq hansı formada mane olur?

- Mən xəbər istehsal edirəm. O xəbəri istehsal etmək üçün kollektiv saxlayıram, onlara maaş verirəm. Sonra da hansısa “x” saytının redaktoru evdə oturub çay içə-içə, həmin xəbəri köçürərək öz saytına qoyur.

R.Arifoğlu:

- Bizim min bir əziyyətlə tapdığımız, hazırladığımız xəbəri köçürüb öz saytına qoyması heç 60 saniyə də çəkmir.

A.Camalqızı:

- Bəli. Üstəlik, biz heç onunla bu barədə danışa, etirazımızı söyləyə də bilmirik. Çünki nə özlərini tanıyırıq, nə də əlaqə yarada bilirik.

R.Arifoğlu:

- Bəs saytların bir-birindən köçürməsinə, istinadla xəbərini verməsinə necə baxırsız?

- Çox pis. Azərbaycandan başqa dünyanın heç bir ölkəsində belə təcrübə yoxdur. Ciddi xəbərlərin heç birində istinad olmur. Agentlik xəbərlərini götürəndə də onların linkini yazıya əlavə edirlər. Mən kiminsə xəbərini köçürürəmsə, onda bu sayda kollektiv saxlamanın nə anlamı qalır?

S.Telmanqızı:

- Sizin rəhbərlik etdiyiniz saytlarda da xəbər köçürmə, istinadla vermə ənənəsi var axı. İndi bizə dediklərinizi işçilərinizə də deyirsizmi?

- Mən həmişə işçilərə deyirəm ki, yalnız qaçılmaz olduğu halda istinad etsinlər. Çünki elə dövlət tədbirləri var ki, ora ancaq agentlikləri buraxırlar. O halda qaçılmazdır.

R.Arifoğlu:

- Aynur xanım, bayaq Qarabağdan danışdıq. Sizin də evinizdə bir oğlunuz, gələcəyin əsgəri böyüyür. 10 il sonra oğlunuz əsgərlik yaşına çatır. Necə düşünürsüz, o da əsgərlik yaşına çatanda Qarabağa yollanacaq?

- İnşallah, Qarabağ problemi 10 il sonraya qalmaz. Amma mən də oğlumun hərbi xidmətə getməsini istəyirəm, çünki əsgərlik bir kişilik məktəbidir. Öz uşağını hərbi xidmətdən yayındıranları anlamıram. Bu, hər bir gəncimizin Vətəni qarşısında borcudur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru