GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                 

“Meydan hərəkatından çıxan liderlərin hamısı etibardan düşüb”
Tarix: 29-08-2017, 09:04 | Çap et
“Meydan hərəkatından çıxan liderlərin hamısı etibardan düşüb”
Son 17 ildə Azərbaycan müxalifətinin lider problemi yaşadığı göz önündədir. Xüsusilə mərhum prezident Əbülfəz Elçibəyin ölümündən sonra bu məsələ daim aktual olub. Onun kimi birləşdirici bir siyasətçinin olmasına daim ehtiyac duyulur və bu tipli bir şəxsin Elçibəyin davamçıları sırasından çıxmaması suallar doğurur.

Hazırda ölkə müxalifətinin liderlərinin tam əksəriyyəti zamanında Elçibəy komandasının üzvü olublar, indinin özündə də hər birinin rəhbərlik etdiyi siyasi təşkilatlar mövcuddur ki, bu təşkilatlar demokratik düşərgənin əsasını təşkil edirlər. Artıq uzun illər müxalif camiədə təmsil olunan liderlər də belə bir problem yaşadıqlarını açıq şəkildə etiraf edirlər. “Yeni Müsavat”ın ötən saylarının birində geniş müsahibəsi gedən sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn də bu məsələni dilə gətirmiş, demokratik düşərgənin lidersizlikdən əziyyət çəkdiyini, bu problemin həlli yollarını tapmağın vacibliyini vurğulamışdı.

Çoxları düşünür ki, müxalif liderlərin şəxsi ambisiyaları, bir-birilərinə güzəştə getməmələri, eləcə də onların bəziləri arasında olan soyuq münasibət bu problemi ortaya çıxarıb.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, indiki şəraitdə lider axtarmaq faydasızdır: “Düşünürəm ki, müxalifətdaxili lider axtarışı indiki zamanda faydasız fəaliyyətdir. Doğrudur ki, Əbülfəz Elçibəyin vəfatından sonra müxalifəti öz ətrafında birləşdirə biləcək lider olmadı. Buna həm liderliyə iddialıların şəxsi keyfiyyətləri imkan vermədi, həm də digər müxalifət təmsilçilərinin eqo və ambisiyaları mane oldu. Ancaq mən yenə də o fikirdəyəm ki, müxalifətin bugünkü vəziyyəti onun birləşdirici lider çatışmazlığından irəli gəlmir. Əgər indiki hakimiyyətin dönəmində keçirilmiş bütün seçkiləri diqqətlə nəzərdən keçirsək görərik ki, müxalifət hamısında demək olar ki, birgə mübarizə aparıb və həmin dönəmin özünün müxalif lideri olub. Düşünürəm ki, müxalifətin uğursuzluğunun səbəbi yeniliklərə açıq olmaması, öz daxilində heç bir islahat aparmaq istəməməsidir. Analiz edəndə görürük ki, müxalifətin 88-ci illərin meydan hərəkatından çıxan liderlərinin demək olar ki, hamısı xalqın nəzdində etibardan düşüblər.

Əsas məsələ onda deyil ki, bu məsələdə xalq nə dərəcədə haqlıdır. Əsas odur ki, etimad tükənib və müxalifət də bu etimadı bərpa etmək üçün heç bir addım atmaq potensialında deyil. Artıq zaman yeni dönəm üçün yeni yanaşma tərzləri və yeni siyasi simalar tələb edir. Baxın, özlərinə müxalifətin liderləri deyən siyasətçilər 92-93-cü illərdə hakimiyyətdə olan zaman Avropa, Kanada, Türkiyədə orta məktəbdə oxuyan şagirdlər indi dövlət başçılarıdır, ancaq bizdə hələ də eyni simalardır. ”Bugünkü ənənəvi müxalifət öz aralarından lider seçə bilərmi" sualına isə konkret deyə bilərəm ki, xeyr. Çünki bu insanlar artıq 25 ildir ki, bir-birilərini tanıyırlar və bir-birilərinin xarakter və xüsusiyyətlərinə bələddirlər. Əgər bu günə qədər ümumi bir dil tapa bilməyiblərsə, demək ki, bundan sonra da çətin taparlar. Nəinki öz aralarında ortaq dil tapıb vahid lider seçə bilmirlər, hətta 25 il əvvəl hakimiyyətdə olduqları zaman başlatdıqları düşmənçilikləri və intriqaları böyük həvəslə davam etdirirlər. Elçibəyin vəfatından sonra bəzilərinə elə gəlirdi ki, onlar bütün etiraz elektoratını öz ətraflarında rahatlıqla toparlaya biləcəklər. Ancaq göründüyü kimi, nəinki toparlaya bilmədilər, tam əksinə, Elçibəydən qalmış elektoratı da darmadağın etdilər. Ümumiyyətlə isə lider axtarışını ənənəvi müxalifətin gündəmdə qalmaq üçün istifadə edə biləcəyi son faydasız cəhd kimi qiymətləndirirəm".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev P.Hüseynin dediklərində həqiqətlərin çox olduğunu bildirdi: “Hörmətli Pənah bəy dediklərində haqlıdır. Həqiqətən də Azərbaycan müxalifətində bu gün pramidal struktur mövcud deyil. Başqa sözlə, müxalif düşərgənin və narazı elektoratın əsas hissəsini ”qanadı altına" alan şəxsiyyət mövcud deyil. Bu acı reallıq, ilk baxışda subyekt mahiyyəti daşıyır. Pənah Hüseyn Azərbaycan siyasətində nadir şəxslərdəndir ki, onun siyasi təcrübəsi nəzəri biliklərə istinad edir. Belə təcrübəli şəxsin hadisəyə səthi qiymət verməsi ilə razılaşa bilmirəm. Əgər hörmətli Pənah Hüseyn Elçibəy dönəmini nəzərdə tutursa, o haqlıdır. Zaman keçdikcə, Elçibəyin birləşdirici və ümumiləşdirici missiyası daha qabarıq görünməyə başlayıb. Mən elə mərhum prezident Elçibəyin timsalında Pənah Hüseynin fikrinə münasibət bildirmək istərdim. Biz 89-93-cü illərdə xalq hərəkatının lideri Elçibəyin liderlik nümunəsini görmüşük. Həqiqətən də hərəkatda ümumi istəklərin bir nəfərin timsalında cəmlənməsi mühüm amildir. O zaman xalq hərəkatı böyük nəticələr əldə etmiş, hətta hakimiyyətə də gəlməyi bacarmışdı.

Biz sonradan Bakıya döndükdən sonra vəfatına qədər 1997-2000-ci illər arasında da Əbülfəz Elçibəyi siyasi fəal gördük. Eyni şəxsin 2 müxtəlif dövrdə tamamilə fərqli nəticəli fəaliyyətinin şahidi olmuşuq. Deməli, şəxsiyyətin mövcudluğu həlledici deyil, vacib olsa da, mühit və dövran, rəqibin kimliyi və gücü də siyasi proseslərə həlledici təsir gücünə malik olur. Eynilə Nemət Pənahlını da misal göstərmək olar. 88-ci il meydan hərəkatının şəksiz lideri olan Pənahlı da, bu gün nəticə göstərə bilmir. Beləliklə, Pənah bəyin fikrini inkişaf etdirərək onu demək istəyirəm ki, lidersizliyimiz faktdır. Lakin liderlərimizin olduğuna əminəm. Eyni zamanda əminəm ki, şərait yaranan kimi millət içindən öz həlledici şəxsiyyətini ortaya çıxaracaq. O dövrün və məqamın tələblərinə uyğun kim məsuliyyəti üzərinə çəkəcəksə, lider də o olacaq. Ötən əsrin sonlarında insanımızın əksəri nə Elçibəyi, nə Pənahlını, nə də ki, digər liderləri, o cümlədən Pənah Hüseyni tanımırdı. Lakin həmin adlar 2-3 ilin içində tarix yaza bildilər. İnanıram ki, aramızda növbəti dönəmin lideri yaşayır. Sadəcə olaraq, ya obyektiv, ya da subyektiv səbəblərdən situasiyanın dəyişməsi yeni dönəmin liderini ortaya çıxaracaq".
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru