Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                     Bu saxta xəbərləri kim(lər) və niyə yayır? .....                     İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir .....                     Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb .....                     Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. .....                     “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” .....                     Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                     Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                     Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? .....                 

“İlham Əliyevdən başqa ölkəni qan-qadasız yeni mərhələyə keçirməyə qadir biri yoxdur” - deputat
Tarix: 13-09-2017, 08:20 | Çap et
“İlham Əliyevdən başqa ölkəni qan-qadasız yeni mərhələyə keçirməyə qadir biri yoxdur”
Prezidentin məsələyə qarışmasından sonra “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin üzərindən həbs-qətimkan tədbirinin dəyişdirilməsi son zamanların ən ciddi və pozitiv hadisəsi oldu. Agentlik rəhbərinin üzərindən həbs cəzasının götürülməsinin zəruriliyini bildirib bununla bağlı ölkə rəhbərliyinə mətbuat vasitəsilə müraciət edən şəxslərdən biri də BAXCP sədri, deputat Qüdrət Həsənquliyev olmuşdu. Partiya rəhbəri ilə söhbətimizə bu mövzudan başladıq:

- Qüdrət bəy, ölkə prezidenti çoxsaylı müraciətləri nəzərə alıb Mehman Əliyevlə bağlı humanist qərar verdi. Həmçinin Nardaran hadisələri ilə bağlı həbs olunanlar da azadlığa qovuşdu. Bu qərarları necə dəyərləndirirsiniz və bundan sonra belə addımların davamını gözləyirsinizmi?

- Düzünü desəm, Mehman Əliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi qərarı müəyyən mənada mənim üçün gözlənilməz oldu. Bu, ölkənin maraqlarına cavab verən, həm də humanist bir qərardır, o baxımdan da alqışlanmalıdır. Mehman Əliyevlə yanaşı, Nardaran hadisələrinə görə həbs olunmuş 14 nəfər də azadlığa buraxılıb, bu da müsbət addımdır və mən bu addımı da alqışlayıram. Düşünürəm ki, gələcəkdə də belə addımlar atılmalıdır. Beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi - əsassız olmasından asılı olmayaraq, digər siyasi məhbus hesab edilən şəxslərin də azadlığa buraxılması doğru addım olar. Xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə, dövləti cinayətlər törətmiş şəxslər, sabitliyə təhlükə yarada biləcək ekstremist qüvvələr istisna olmaqla, digər bu kateqoriyadan olan şəxslər də azadlığa buraxılmalıdır. Söhbət ondan getmir ki, bu insanlar elə beynəlxalq təşkilatların dediyi kimi, siyasi məhbusdurlar. Onların hər birinə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan olunub. Onlar bu və ya digər qanunla qorunan ictimai münasibətləri pozmağa görə məsuliyyətə cəlb olunublar. Amma dünyada insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların - hansılar ki, onlar qiymətləndirmə aparırlar ki, kimi siyasi məhbus hesab etmək olar - onların çağırışlarını nəzərə almaq lazımdır. Ona görə ki, bunlar bir gücdür, ölkənin imicinin formalaşdırılmasında müstəsna rol oynayırlar. Yəni Azərbaycan haqqında vəziyyəti öyrənmək istəyən hansısa ölkənin vətəndaşı, istər sahibkar, istər mədəni, yaxud siyasi əlaqə qurmaq istəyən şəxs olsun, ölkə haqqında məlumat toplamaq istəyəndə həmin beynəlxalq təşkilatların bu ölkə ilə bağlı hesabatlarını oxuyur. Yəni orada qanunun aliliyi necə təmin olunur, insan haqları ilə bağlı vəziyyət nə yerdədir. Bunları öyrənəndən sonra həmin ölkə ilə öz münasibətlərini qururlar. Buna görə də hətta haqsız olmalarından asılı olmayaraq, biz onların çağırışlarını qulaqardına vura bilmərik. O şəxslər ki, ölkə, cəmiyyət üçün təhlükə törətmir, onlarla bağlı daha humanist qərarlar qəbul etmək lazımdır.

- Yəni dünya reallıqlarını nəzərə almağı təklif edirsiniz...

- Təbii ki. Məsələn, hamımız bilirik ki, Rusiya olmasa, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini çoxdan həll eləmişdi. Amma biz Rusiyanın güc olmasını nəzərə alıb, hətta yeri gələndə ona vasitəçilik missiyasına görə minnətdarlıq da edirik. Niyə? Məcburuq, ona görə. Düşünürük ki, böyük qonşumuz kimi Rusiya Azərbaycan üçün daha ciddi problemlər yarada bilər. O baxımdan, eyni yanaşma beynəlxalq birliyə də olmalıdır. Bizim Qərblə münasibətlərimizin tamamilə korlanması ona gətirib çıxara bilər ki, Rusiya görsə ki, bizə Qərbdən heç bir dəstək yoxdur, bizi ayaq altına atar. O baxımdan, dövlət maraqları tələb edir ki, biz indiki balanslaşma siyasətini davam etdirək. Bunun üçün də Qərblə münasibətləri sona qədər korlamağa dəyməz. Bu gün biz Türkiyə ilə Qərbin münasibətlərindəki problemləri ürək ağrısı ilə izləyirik. Azərbaycanla da analoji bir vəziyyətin yaranmasına imkan vermək olmaz. Ona görə ki, bizim Qarabağ kimi problemimiz var. Bu problem bizi daha ehtiyatlı siyasət yürütməyə vadar edir.

- Prezident seçkilərinə bir il qaldığı ərəfədə belə yanaşma var ki, Azərbaycana həm Rusiya, həm də Qərb təzyiq edir. Belə bir vəziyyətdə siz qarşıdakı seçkilərlə bağlı nələr düşünürsünüz?

- Yenə də seçki ərəfəsi həm Qərbə, həm də Rusiyaya bağlı olan müəyyən siyasətçilər aktivləşə bilər. Amma həm Azərbaycan xalqı, həm prezidentin özü o insanların arzularını gözündə qoyacaqlar. Biz qəti şəkildə imkan verməməliyik ki, hansısa xarici dövlətlər Azərbaycanın daxili siyasətinə təsir etsinlər və özlərinin hansısa bir əlaltısını burada hakimiyyətə gətirsinlər. Azərbaycan dövləti də hazırda kifayət qədər güclüdür və belə cəhdlər olarsa, qarşısını qətiyyətlə alacaq. Amma belə cəhdlərin ola bilmə ehtimalı həddindən artıq böyükdür. Ona görə ki, Azərbaycan çox strateji bir bölgədə yerləşir. Hamı istəyir ki, cənubla şimalın, şərqlə qərbin arasındakı körpü, dəhliz olan, karbohidrogen ehtiyatları ilə zəngin, eyni zamanda nəqliyyat dəhlizi olan ölkədə maraqlarını təmin etsin. Azərbaycanda söz sahibi olmadan Cənubi Qafqazda söz sahibi olmaq mümkün deyil. O baxımdan, Azərbaycanla həm əməkdaşlıq etmək istəyirlər, həm də istəyirlər ki, siyasi hakimiyyətə təsir rıçaqları olsun. Bu baxımdan, gərək xalqımız da, siyasətçilərimiz də belə bir vəziyyətə hazır olsun. O məqsədlər üçün dövriyyəyə böyük pullar da buraxıla bilər, müxtəlif terror hadisələri, təxribatlar da ola bilər. Buna görə də cəmiyyət son dərəcədə ayıq olmalıdır, yayılan dezinformasiyalara təmkinli yanaşmalıdır.

- Hakimiyyətin namizədi kim olacaq sualı üzərində də baş sındıranlar tapılır. Bu cür fikirlərə münasibətiniz necədir?

- Ağlı başında olan adam başa düşməlidir ki, hazırda İlham Əliyevdən başqa - mən bunu tam səmimiyyətlə söyləyirəm - ölkəni qansız-qadasız, sabitlik pozulmadan yeni bir mərhələyə keçirməyə qadir başqa birisi yoxdur. İqtidar daxilində İlham Əliyev yeganə birləşdirici fiqurdur. Nəzərə alsaq ki, iqtidar partiyası ilə dövlət aparatı birləşib, iqtidar partiyası eyni zamanda dövlət aparatı deməkdir, deməli, dövlət aparatında da, YAP-da da birləşdirici fiqur məhz İlham Əliyevdir. Yalnız o, inqilabsız islahatlar həyata keçirməyə qadirdir.

Deməli, sən demokratik cəmiyyət istəyirsənsə, İlham Əliyevə müxalifətdə olsan da, islahatların aparılmasına dəstək verməlisən. Konstitusiyadan kənar hər hansı üzdəniraq şizofrenik inqilabi yolla Azərbaycanda hakimiyyət dəyişikliyini arzulaya bilər, buna cəhd, inanın, Azərbaycanı dəhşətli fəlakətlə üz-üzə qoya bilər. Özü də indiki Azərbaycan 1992-93-cü illərdəki Azərbaycan deyil. O zaman insanlar sovet dövründə formalaşmış fərqli ali dəyərlərə bağlı idilər. İndi isə bizdə nə sovet dəyərləri qalıb, nə də inkişaf etmiş kapitalizmə xas olan dünyagörüş də tam mənada formalaşıb. Ona görə bu gün hər hansı bir yolla antikonstitusion yolla hakimiyyət dəyişikliyinə cəhd ona gətirib çıxara bilər ki, Azərbaycan bölgə-bölgə, rayon-rayon bölünər, insanlar bir-birini qırar. Ona görə də bu gün İlham Əliyev birləşdirici fiqurdur. Yalnız yuxarıdan islahatlar yolu ilə biz cəmiyyəti dəyişdirə bilərik. Hər hansı başqa yol, yəni antikonstitusion yol bu ölkə üçün nəticəsini proqnozlaşdıranda belə, adamı dəhşətə salan faciələrə yol aça bilər.

Bəzi xarıcdə sığınacaq taparaq özlərinin və ailələrinin təhlükəsizliyini təmin etmiş əxlaqsız və murdar ünsürlər cəmiyyəti parçalamaq və vətəndaş qarşıdurması yaratmaq üçün gecə-gündüz kəskin kampaniya aparırlar. Bilməmiş deyilsiniz, bəzən balaca küçüklər aya baxıb hürürlər, görəndə ki, heç nə dəyişmir, ay yerində durur, susurlar. Amma küçükdən də ağılsız belələri susmur. Ona görə ki, vətəndaş qarşıdurması olarsa, öz övladlarını itirmə təhlükəsi yoxdur. Azərbaycan insanını bu gün keçmişdə hansı səhvlərin, qanun pozuntularının olması düşündürmür. Cəmiyyəti iki məsələ düşündürür: 1. Ölkədə sabitliyi kim qoruyub-saxlaya bilər? 2. Ölkədə kim islahatları dərinləşdirə bilər ki, əhalinin sosial vəziyyəti yaxşılaşsın, ölkə iqtisadiyyatı güclənsin və bunun nəticəsi olaraq da Qarabağı azad edə bilək. Cəmiyyəti bunlar düşündürdüyü üçün radikal çağırışlara heç əhəmiyyət verən də olmur. Çünki cəmiyyət gələcək barədə düşünür. Bax, o dediyim məsələləri də İlham Əliyevin etməyə çox böyük imkanları var. Ona görə də islahatların dərinləşdirilməsi istiqamətində İlham Əliyevdən çox böyük gözləntilər var.

- Yuxarıdakı fikirləriniz, hakimiyyəti birmənalı dəstəkləməyiniz həm də o demək deyilmi ki, 2018-ci il seçkilərində BAXCP sədri olaraq namizəd olmayacaqsınız?

- Mən Azərbaycanın xoşbəxt gələcəyini yuxarıdan aparılan islahatlarda görürəm, ölkəmizdə Qərb demokratiyasının qurulması üçün potensialımız yetərli deyil. Biz ilk növbədə yeni təfəkkürlü insanların formalaşması üçün çalışmalıyıq. Hakimiyyətə susamış insanlara baxın və bir anlığa onları hakimiyyətdə təsəvvür edin. Prezident seçkilərinə gəldikdə isə indidən birmənalı fikir söyləmək istəmirəm. Çünki biz ölkənin gələcəyini parlamentli respublika modelində görürük və hər bir prezident seçkisi partiya üçün imkandır ki, bu ideyanı daha geniş şəkildə insanlara çatdıra bilək. Hələ seçkilərə bir ildən də artıq zaman var, bu kifayət qədər çoxdur. Ola bilər ki, bizim fikirləri bölüşən başqa namizədi dəstəkləyək, yaxud özümüz seçkidə iştirak edək. Amma söhbət bu gündən gedir. Mən daha çox antikonstitusion yolla hakimiyyət dəyişikliyinə qarşıyam. Bir qrup insanlar bu hakimiyyət dəyişməyəcəyi təqdirdə islahatların mümkünsüzlüyündən danışırlar. Bu gün ölkədə islahatları qansız-qadasız aparmaq gücünə, imkanına malik olan tək şəxs İlham Əliyevdir.

- Siz bir qayda olaraq islahatlarla bağlı çağırışlar edibsiniz. Bununla bağlı hansı gözləntiləriniz var?

- Bizim çağırışlarımız ona yönəlib ki, islahatlar dərinləşdirilsin. Artıq bir ilə yaxındır “Yol xəritəsi” imzalanıb, amma orada nəzərdə tutulan hədəflərə çatmaq üçün görülən işləri yetərli saymıram. Nazirliklər üzərinə müəyyən vəzifələr qoyulmuşdu, o istiqamətdə lazımi addımlar atılmır. Deməli, kadr dəyişikliyinə də getmək lazımdır. İlham Əliyev yeni, daha çevik komanda formalaşdırmalıdır. Əlbəttə, bu, o demək deyil ki, köhnə komandadan bütünlüklə xilas olmalıdır. Orada kifayət qədər təcrübəli, hazırlıqlı, prezidentə sadiq insanlar var. Xüsusilə də iqtisadi sahədə, maliyyə sektorunda daha çevik islahatlar aparmaq gücündə olan bir komanda formalaşmalıdır. Yubanmadan bu addımları atmaq lazımdır. Seçkilərə qədər bir il var və bu müddətdə xeyli iş görmək olar.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Bu gün, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Bu gün, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Bu gün, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Bu gün, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Bu gün, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Bu gün, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Bu gün, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Bu gün, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Bu gün, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Bu gün, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Bu gün, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Bu gün, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Bu gün, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Bu gün, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Bu gün, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Bu gün, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Bu gün, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Bu gün, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Bu gün, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Bu gün, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Bu gün, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Bu gün, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Bu gün, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Bu gün, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Bu gün, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Bu gün, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Bu gün, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Bu gün, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
Dünən, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
Dünən, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
Dünən, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
Dünən, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Dünən, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Dünən, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Dünən, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Dünən, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Dünən, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Dünən, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Dünən, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Dünən, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Dünən, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Dünən, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Dünən, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Dünən, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Dünən, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru