Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                     Bu saxta xəbərləri kim(lər) və niyə yayır? .....                     İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir .....                     Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb .....                     Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. .....                     “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” .....                     Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                     Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                 

Zahid Orucun parlamentdə səsləndirdiyi təklif rezonans doğurdu
Tarix: 28-11-2017, 08:30 | Çap et
Zahid Orucun parlamentdə səsləndirdiyi təklif rezonans doğurdu
Millət vəkili Zahid Oruc Milli Məclisin sonuncu plenar iclasında maraqlı bir təkliflə çıxış etmişdi. O demişdi ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən biri Qarabağ müharibəsi əlillərindən biri olsun. Bu təklif cəmiyyətdə müsbət reaksiyalara səbəb olsa da, sözügedən nazirlik tərəfindən birmənalı qarşılanmadı.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu təklifə reaksiya verərək bildirdi ki, əlilliyi olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: “Bu, yanlış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə, bu məsələlərə qarışmaq doğru deyil”.

Bunun ardınca, “Yeni Müsavat” olaraq yenidən Milli Məclisin deputatı Zahid Orucla əlaqə saxladıq və ondan verdiyi təkliflə bağlı yaranan reaksiyalara münasibət öyrənməyə çalışdıq.

Deputat bildirdi ki, müzakirələrdə sözügedən qurumun fəaliyyəti təqdir olunub və onların işinə dəstək xarakterli təkliflər səsləndirilib: “Biz parlamentdə sosial sahə ilə bağlı büdcə layihəsini müzakirə edərkən təkcə Qarabağ əlilləri ilə bağlı deyil, bütün digər kateqoriyalardan olan insanlarımızla bağlı məsələləri də gündəmə gətirdik. O səbəbdən söylənilən fikirlərin böyük bir hissəsi təklif xarakteri daşımaqla yanaşı, ötən illər ərzində hörmətli Səlim Müslümovun nazir təyin olunmasından sonra görülən işlərin işlərin dəyərləndirilməsi üzərində qurulmuşdu. Hər kəs də onu vurğulayırdı ki, aztəminatlı ailələrə yönəldilən ünvanlı yardım siyasətində, o cümlədən əlillik dərəcələrinin verilməsində və digər sahələrdə insan amilinin aradan qaldırılması müsbət haldır. Rüşvət və korrupsiya hallarının durdurulması və onu özünün müsahibələrində çox mənfi bir hal kimi qeyd edərək , həmin sosial bəlanın ləğv edilməsi üçün həyata keçirdiyi tədbirləri vurğulaması təqdir olundu. Hamımız bu işləri müsbət qiymətləndirdik. Hörmətli Səlim Müslümovun özü orada iştirak etmədiyindən hər kəs düşündü ki, bu müzakirələrin yekunları cənab nazirə məruzə olunacaq, bunlar gələn dönəmdə nəzərə alınacaq. Hesab edirəm ki, mənim parlament üzvü kimi Qarabağ əlilləri ilə bağlı məsələyə toxunmağım da həmin qurumun rəhbərliyinin, nazir müavinlərinin fəaliyyətinin təqdir olunması kontekstində idi”.

Zahid Oruc onu da vurğuladı ki, bu təklifdə söhbət Qarabağ savaşında iştirak etməyən nazir müavinlərinin fəaliyyətinə münasibətdən getmir: “Qətiyyən elə bir mövqe seçilməmişdi ki, kimlərsə bilavasitə Qarabağ savaşından keçmədiklərindən həyatın çox ağır üzünü görmüş, bu davanı aparmış insanların problemlərinə bələdçiliyi yoxdur. Əksinə, biz o insanların fəaliyyətinə qiymət veririk. Lakin hələ Qarabağ müharibəsi başa çatmayıb, bizim bu savaşdan keçən insanların rəhbərlikdə təmsil olunması həm də onlara göstərilən etimad və etibar kimi qələmə alınacağını, bizim gələcək davamıza, səfərbər olunmağımıza müsbət təsir edəcəyini söyləmişik. Hesab edirəm ki, buna verilən reaksiya adekvat oldu. Səlim müəllim vurğulayıb ki, Qarabağ əlillərini biz digərlərindən ayırmamalıyıq. Bu, həqiqətən də belədir. Onların Azərbaycanın hər bir sadə vətəndaşı, elmli, təhsilli insanı ilə yanaşı tutulması çox yaxşı bir baxışdır. Əksinə, biz onlara ayrıca evlər verilərkən, bütün Qarabağ əlilləri və şəhid ailələri bir binaya yerləşdirilərkən çağırış edirdik ki, belə olmasın. Burada da niyyət o idi ki, həmin insanlar özlərini ayrı-seçkilik siyasətinin hədəfində görməsinlər”.

Deputatın fikrincə, dövlətin şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı fəaliyyətinin təbliğində bu kateqoriyadan olan şəxsin fəaliyyəti daha effektiv ola bilər: “Mən hesab edirəm ki, mediadakı reaksiyalar da hamımızı düşündürür. Qarabağ müharibəsində iştirak edən qazi əgər idarəetmədə təmsil olunursa, onların hansısa ictimai təşkilatları varsa, həmin insanlar da dövlətin yanında olacaqlar. Azərbaycan prezidentinin bu sfera ilə bağlı həyata keçirdiyi genişmiqyaslı siyasətdə onlar dövlətin yanındadırlar. Qarabağ əlilləri idarəetmədə vəzifə tuturlar və dövlətim yürütdüyü siyasətdə iştirak edirlər. Onların addımları həmin cameə tərəfindən daha fərqli qəbul olunacaq. Əgər hansısa sosial məsələdə imkanımız çatmırsa, bugünkü büdcə imkanlarının xaricindədirsə, onların verdiyi izah hər hansı əlil və şəhid ailəsi tərəfindən qəbul olunacaq. Mən daha çox bunu qabartmaq istəmişdim. Burada niyyət həddindən artıq sağlam və həmin qurumun fəaliyyətini təqdir edən kontekstdə qoyulmuşdu. Əminəm ki, bu təklif də gələcək fəaliyyətdə müsbət formada nəzərə alınacaq” .
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Dünən, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
2-05-2026, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
2-05-2026, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
2-05-2026, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
2-05-2026, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
2-05-2026, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
2-05-2026, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
2-05-2026, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
2-05-2026, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
2-05-2026, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
2-05-2026, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
2-05-2026, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
2-05-2026, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
2-05-2026, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
2-05-2026, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
2-05-2026, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
2-05-2026, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
2-05-2026, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
2-05-2026, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru