"Bu, Moskvadan İrəvana verilən tapşırıq idi"
Tarix: 29-11-2017, 08:35 | Çap et
 "Son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların aktivləşməsi daha geniş miqyasda baş verən digər hadisələrlə bağlıdır".
DİA.AZ xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin fikrincə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyaya, 4 gün sonra Rusiya xarici işlər nazirinin isə Bakı və İrəvana səfərləri ilə əslində, ötən ilin aprel döyüşlərindən sonra yaranmış fasilə ortadan götürülür ki, bu da təsadüfi baş vermir: "Çünki əvvəla, tərəflər silahlanmanı gücləndirdikcə Ermənistan görür ki, bu vəziyyətdə Azərbaycanla ayaqlaşa bilməyəcək. Bu yarışı udmaq onlar üçün çox çətindir. Əksinə, bu, onları iqtisadi cəhətdən bir az da var-yoxdan çıxarır. Ona görə də bu şəraitdə onlar danışıqlara qayıtmaq mövqeyini tutdular. Digər tərəfdən, açığı bu Moskvadan İrəvana verilən tapşırıq idi. Əks halda onlar üçün 3-cü və ya 4-cü cinahda döyüşmək, hərbi qüvvələrini yeritmək, resurslarını tükətmək çox riskli addım olardı". Onun sözlərinə görə, öz regional və qlobal ambisiyalarını yürütmək istəyən Rusiya son illər güclənsə və imkanları artsa da, hazırda Qafqaz regionunda savaş onlar üçün arzuedilən deyil: "Bu səbəbdən əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri İsveçrədə danışıqlar apardı, daha sonra xarici işlər nazirlərinin görüşü oldu. Şübhə etmirəm ki, bütün bunlardan sonra ortaya hansısa sənəd çıxarılıb".
Ancaq Z.Oruc hesab edir ki, Türkiyə prezidenti Ərdoğanın Rusiyalı həmkarı Putinlə görüşdə Qarabağ məsələsini qaldırması Azərbaycanın mövqeyini gücləndirir: "Bu məsələ özündə bir tərəfdən, onun İlham Əliyevlə aparılan koordinasiya nəticəsində həyata keçirildiyini və Türkiyənin xarici siyasətində də öncül yerlərdən birini tutduğunu göstərirsə, digər tərəfdən, Ankaranın Cənubi Qafqazdakı siyasi varlığını və hər hansı məsələdə israrlı mövqe tutması faktını ehtiva edir. Hətta Putinin dilindən Dağlıq Qarabağ probleminin yaxın zamanlarda həllinə inamın az olması ilə bağlı mesajı verilsə də, məncə qarşıdakı dönəmdə bu işlər və planın reallaşması güclənəcək.
Söhbət hansı plandan gedir? Məsələ bundadır ki, son illər Türkiyənin Qərblə münasibətləri həddən artıq pisləşib. Xüsusilə, ABŞ-la münasibətlər hətta Donald Trampın prezidentliyi dövründə də yaxşılaşmadı. Deməli, burada söhbət Obamanın şəxsiyyəti və onun Ərdoğanın islahatlarına siyasi münasibətindən yox, sistemin Türkiyəyə baxışından gedir. Bu ərəfədə Rusiya fəal hərəkətə keçərək Qafqaz regionunda Türkiyə ilə müəyyən razılaşma mövqeyini tuta və onu Qərbin bölgədən sıxışdırılmasına cəlb edə bilər. Suriyadakı hadisələrdə və onun siyasi arxitekturasının müəyyənləşməsində həlledici qüvvə olan bu dövlətlər gələcəkdə Qafqaz məsələlərində də fəal rol oynaya bilər. Məhz buna görə ermənlər Azərbaycan-Rusiya-Türkiyə danışıqlarını "separatçı" adlandırır, bunu öz mənafelərinin ziddinə olan hadisə kimi dəyərləndirir, hətta Qərbi az qala bu münasibətləri pozmağa çağırırlar. Ermənilər açıq-aşkar Türkiyənin Rusiya ilə yaxınlaşmasından qorxur, təkcə Qarabağ deyil, yüz ildən çoxdur Türkiyəyə qarşı daha geniş miqyasda yürüdülən məsələlərdə onların maraqlarına zərbə olduğunu düşünürlər".
Parlament üzvünün qənaətincə, Türkiyə adətən, regionda ABŞ-ın maraqlarının daşıyıcısı kimi çıxış edib və onun Qafqaz regionundakı addımları da buna xidmət edirdisə, indi vəziyyət dəyişə bilər: "Rusiya həmin əlaqələri fraqmentasiya olaraq Qarabağa deyil, ümumən bölgə üçün daha geniş formada tətbiq edə bilər. Onsuz da ABŞ-Rusiya münasibətləri yaxşılaşmayacaq, əksinə, pisləşəcək. Ən azından yaxın onillikdə bunu gözləməyə dəyməz. Çünki Rusiyaya qarşı sanksiyaların dərinləşməsi fonunda bu münasibətlər bir sıra hallarda real toqquşma həddinə gəlib çatacaq. Belə olan təqdirdə Dağlıq Qarabağ probleminin həllini ATƏT-in Minsk qrupu çərçivəsində axtarmaq ümidsiz işdir. Rusiya çalışacaq bununla bağlı digər formatları hərəkətə gətirib aktivləşdirsin. Moskva bu yolla Türkiyəni də hadisələrin gedişinə qoşmaqla Qərbi bölgədən çıxışdırıb çıxara bilər".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12 |
|
|
|
• Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
|