"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" .....                     "Bağlamamı 40 gündür göndərmirlər" .....                     "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.." .....                     Boran Əzizli təhsil nazirini haqlı saydı .....                     Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər .....                     Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                 

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəblidən ilginc açıqlamalar
Tarix: 29-01-2018, 09:09 | Çap et
“Varlılara neqativ münasibət həsəddən yaranır”
DİA.AZ Kulis.az-ın “İşdən kənar” layihəsində millət vəkili Hadı Rəcəbli ilə müsahibəni təqdim edir.

- Hadı müəllim, yaş artdıqca mütaliəyə vaxt azalır, ya artır?

- Azalır. Müasir dövr elədir ki, ətrafımızdakı yeni texnoloji vasitələr bizi kitabdan bir az ayrı salır.

- Bəs mütaliə vaxtı daha çox hansı sahəyə aid kitablara üstünlük verirsiniz?

- Daha çox fəlsəfəyə, siyasətə, iqtisadiyyata aid kitablar oxuyuram. Bədii ədəbiyyat da oxuyuram, amma az. Hamısını çatdırıb oxumaq olmur. Bu qədər vaxt darlığı içərisində çalışıram heç olmasa dostum Hüseynbala Mirələmovun əsərlərini oxuyum.

- Deməli? yalnız Hüseynbala Mirələmovu oxuyursunuz?

- Nə edəsən ki, çox məhdud vaxt limitimi bu müəllifin əsərlərinə çatdıra bilirəm. Başqaları da gərək elə yazsınlar ki, mən onları da oxuya bilim (gülür).

- Bəlkə burda sizin Hüseynbala müəllimlə dostluq münasibətləriniz də rol oynayır?

- Düzünü desək, bir az da o rol oynayır.

- Hüseynbala Mirələmovun necə yazır?

- İlk oxucusu kimi mənə bəzən material verir, hərdən fərqli fikir də səsləndirirəm, dost kimi ikilikdə açıq-açığına tənqid də edə bilirəm.

- Onu Azərbaycan ədəbiyyatında harda görürsünüz?

- Hüseynbala yeganə Azərbaycan yazıçısıdır ki, əsərləri dünyanın 41 dilinə tərcümə olunub. Hüseynbalanın altı ssenarisinə film çəkilib. O, sevgi-məhəbbət dolu yazıları ilə də mənim xoşuma gəlir, Azərbaycanın qədim tarixindən, şahlarından yazdığı əsərləri ilə də yadda qalır. Yəni yaradıcılığında bu iki istiqaməti məni daha çox cəlb edir. Özü də çox gərgin işləyir. Onun yaradıcılığı mənim üçün daha maraqlıdır. İndiki yazıçıların çoxunu tanımıram və oxuya da bilmirəm. Bəlkə də yaxşı yazan dəyərli yazıçılarımız var, amma mən Hüseynbalanı oxuyuram. Çünki ona vaxtı güclə çatdıra bilirəm.

- Ancaq mənim sualıma cavab vermədiniz. Hüseynbala Mirələmovu Azərbaycan ədəbiyyatında hansı yazıçılarla yanaşı görürsünüz: Mirzə Cəlilləmi, İsa Hüseynovlamı, İsi Məlikzadəyləmi?

- Mən Hüseynbala yaradıcılığını Çingiz Aytmatovla yaxın görürəm. Çingiz Aytmatovun həyati, şirin yazıları var. Hüseynbalanın “Gəlinlik paltarı”, “40-cı otaq”, “Cəza”, “Gecə bənövşələri” və başqa əsərlərində də o ruh var. Çingiz Aytmatov “Azdrama”da Hüseynbala müəllimin “Xəcalət” tamaşasına baxanda demişdi: “Bu tamaşa ruhən mənə o qədər yaxındır ki, elə bil bu əsəri özüm yazmışam.” Amma bütövlükdə mənim oxuduğum əsərlər fəlsəfi əsərlərdi. Mən siyasi elmlər doktoruyam. Siyasət elmi ilə bağlı olan əsərlər daha çox diqqətimi çəkir. Əlbəttə, mənə Hüseynbalanı kimləsə müqayisə eləmək bir az çətindir. Sən özün yazıçısan, onu bizim müasir Azərbaycan yazıçıları ilə daha yaxşı müqayisə edə bilərsən.

- Etiraf edim ki, ədəbi mühitdə Hüseynbala Mirələmova ciddi imza kimi yanaşılmır.

- Amma Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli tamam fərqli fikir deyir. Hüseynbala müəllimin əsərlərinin bir hissəsi orta və ali məktəb dərsliklərində tədris edilir. Bu gün yazıçıları narahat edən nədir? Hüseynbalanın istehsalatdan gəlməsi, deputat olması...

- Bayaq dediniz Hüseynbala Mirələmova iradlarınızı da bildirirsiniz. Reaksiyası necə olub?

- Elə şey olub iradımı demişəm, o da qəbul edib. İlk illər Hüseynbalanı heç qəbul etmirdilər. Bir dəfə biri yanımda dedi ki, Hüseynbalanın özü yazmır, onun yerinə kimsə yazır. Bax, sənin içində də bu fikir var, ancaq dilə gətirmirsən.

- Yox-yox, o cür düşünmürəm. Bu fikri adətən Çingiz Abdullayev haqqında deyirlər ki, o, əsərlərini özü yazmır, çünki bu qədər əsəri yazıb çatdırmaq olmaz.

- Bax görürsən? Sən bilirsən ki, Aleksandr Düma, Cəlil Məmmədquluzadə və başqaları haqqında da eyni fikri deyiblər? Dünyanın tanınmış yazıçıları var, onlar haqqında da deyirlər ki, xüsusi adamlar tutub yazdırıblar. Amma mən nə vaxtdan Hüseynbalanın qələm sahibi olduğunu bilirdim? Biz yeddinci sinifdə oxuyanda Hüseynbalanın “Bir tikə çörək” hekayəsi yerli qəzetdə çıxmışdı. Və biz sinifdə o hekayəni oxuyub dəhşətə gəlmişdik. Qısası onu deyim ki, mənim qəbul elədiyim müasir, populyar, sevilən və oxunan yazıçısı Hüseynbala Mirələmovdur. Bunu Elçin Əfəndiyevdən də eşitmişəm, Çingiz Abdullayevdən də eşitmişəm, bunu Anardan da, Nəriman Həsənzadədən də, İsa Həbibbəylidən də eşitmişəm.

- Teatra tez-tez gedirsiniz?

- Vaxtaşırı gedirəm. Hüseynbalanın tamaşalarına çox baxmışam. Və deyim ki, onu bir çox dramaturqlardan üstün tuturam. Həmişə o səhnələrdə həyəcan, emosiyalar, sevinc və kədər yaşamışam.

- Yeni nəsil yazarlardan heç tanıdığınız yoxdur?

- Yeni nəsil yazıçılarla mənim əlaqəm çox zəifdir. Onların yaradıcılığı zəif təbliğ olunur. Mən buna görə özümü də tənqid edirəm, Yazıçılar Birliyini də tənqid edirəm. Gərək bizi çağıralar, gedək, tədbirlərində iştirak edək. Bəzən dəvət edirlər gedirəm, ancaq vaxt yoxdur, çatdırıb oxuya bilmirəm. Mənim mütaliəm təkcə kitab oxumaqdan ibarət deyil. Mətbuatı izləyirəm, saytları oxuyuram. Bundan başqa, özüm kitab yazıram. Səkkiz kitabım çap olunub. Onları yazmaq üçün araşdırmalar edirəm. Auditoriyaya girirəm, televiziyaya çıxıram və bunlar üçün hər dəfə hazırlaşıram. Yəni mən bu yaşımda da mütaliə edirəm, sadəcə istiqamətim təkcə ədəbiyyat deyil.

- Hadı müəllim, mütəmadi qayıtdığınız başqa sevimli yazıçınız varmı?

- Cavanlığımda çox oxumuşam. Tolstoyu, Dostoyevskini, Çexovu, Qorkini oxumuşam. Eyni zamanda Anarı da oxumuşam, Nəbi Xəzrini də sevmişəm, Elçin Əfəndiyevin də yazılarını oxumuşam. Əkrəm Əylislini də oxumuşam. Baxmayaraq ki, onun əsərlərinin böyük hissəsi mənim xoşuma da gəlib, amma Əkrəm Əylislinin əqidəsi və başqa mövqeləri məni qane eləməyib. Son vaxtlar onu oxumuram. Köhnə əsərlərini oxumuşam, qurtarıb. Qabilin şeirləri mənim xoşuma gəlib. Hüseyn Ariflə şəxsən tanışlığım olub.

- Şeiri çox sevirsiniz, yoxsa nəsri?

- Şeiri daha çox sevirəm. Bu da nədən qaynaqlanır? Hüseynbala nəsr yazırdı, mən də istəyirdim şeir yazım (gülür). Ancaq o şeirlər mənim özüm üçündür, mətbuat üçün deyil.

- Nə əcəb şeir kitabları çıxartmamsınız?

- Elə şey eləmərəm, ayıbdı. Mən özümü şair hesab etmirəm. Mən öz nəvələrimə, övladlarıma şeir yazıram. Məsələn:

Mən Rəcəbli Hadıyam,
Öz babamın adıyam,
Babam məni çox sevir
Ləzzətiyəm, dadıyam.

Babam üçün Mehinəm
Sevirəm şux geyinəm
Elə bil qısqanırlar
Qoymurlar çox öyünəm

Nənəyə oxşar Nurayam
Allah vergisi bir payam
Xalq elçisi babam üçün
O dənizçün mən bir çayam

Bax belə, nəvələrimə aid şeirlərdi.

- Gəlin bir az da yazıçıların sosial vəziyyətindən danışaq.

- Mən düşünürəm ki, yazıçılara dövlət dəstəyi həmişə olmalıdır. Möhtərəm prezidentimiz Heydər Əliyev hələ o dövrlərdə daim yazıçılara qayğı göstərirdi. Düşünürəm ki, bu gün jurnalistlərə yaradılan şərait və qayğı bir az o tərəfə də transfer etməlidir.

- Amma belə fikir var ki, istənilən mükafat yazıçını dövlətdən asılı edir.

- Onda gərək yazıçının maliyyə dəstəyi ola. Sovet dövründə necə idi? Əsərlər çap olunurdu, satılırdı. O dövr başqaydı. İndi bizim yazıçı Çingiz Abdullayev, buyurun, əsərləri neçə yerdə çap olunur, satılır. Satılmasaydı, o, necə dolanardı?

- Bir problem də var: Kitab alıcılığının aşağı düşməsi. Bunun səbəbi nədir? Bəlkə bunun bir səbəbi də əhalinin gəlirlərinin az olması, yoxsulluqdur?

- Sosial durumun buna heç bir dəxli yoxdur. Kitabları bəzən elə maddi durumu çətin olan adamlar alır. Ailə tərbiyəsi, mədəniyyət, təhsil - bunlar mütaliəyə təsir edir. Bu gün niyə kitab oxumurlar? Bütün günü telefon əllərində, televizorun, kompüterin qabağında otururlar.

- Eyni proses Rusiya, Türkiyə, Gürcüstan kimi qonşu ölkələrdə də gedir, ancaq oralarda kitab oxuyurlar.

- Deməli, nəyə gəlib çıxırıq? Maarifləndirməyə! Məktəbdən kitaba həvəs oyadılmalıdır. Bu günlərdə “Azərkitab” adlı kitab evi açıldı. Gərək bunu təbliğ edək. Mən oraya gedib kitablarımı hədiyyə elədim və Sabir Rüstəmxanlının üç kitabını aldım.

- Bəlkə kitab biznesi ilə məşğul olan sahibkarlara müəyyən güzəşt edilməlidir ki, kitab mağazaları bağlanmasın?

- Sovet dönəmində kitab evləri dotasiya ilə işləyən qurumlar idi. Gəlir gətirməsələr də dövlət onlara pul ayırırdı. Bazar qanunları olanda iki istiqamət seçilməlidir. Birincisi, bazar üçün yazılan kitablar: detektivdi, erotik kitab və sair. Bir də dövlət dəstəyi ilə buraxılan kitablar. Bunlar da milli-mənəvi dəyərlərimizə, tariximizə, dövlətimizə aid olan kitablardı. Bu gün Azərbaycan Yazıçılar Birliyi dotasiya ilə yaşayır, bilirsiniz. Yəni deməyim odur ki, iki istiqamət müəyyənləşdirilməlidir və bunu da Yazıçılar Birliyi tənzimləməlidir.

- Ancaq yazıçılar arasında belə düşünürlər ki, Azərbaycan Yazıçılar Birliyi artıq köhnəlmiş qurumdur, ləğv edilməlidir.

- Dünyanın hər yerində mütləq əlaqələndirici qurum var. Bizdə də bu funksiyanı AYB həyata keçirir.

- Nəvələrinizin mütaliəsindən razısız?

- Onlar təkcə Azərbaycan yox, rus və ingilis dillərində də oxuyurlar. Ancaq mənim haqqımda yazılan kitabı vermişəm, nə qədər eləyirəm tələsmirlər, ləng oxuyurlar (gülür). Babaları haqqında yazılan maraqlı kitabı qısa vaxta oxumaq istəmirlər. Həm də, əlbəttə onlar universitetə hazırlaşırlar, dərsləri çoxdur deyə indi daha çox belə məşğələlərlə vaxt ayırırlar. Bir də Çingiz Abdullayevi oxuyurlar.

- Siz sevirsiniz Çingiz Abdullayevi?

- Oxumuşam. Mən onunla Amerikada fəxr eləmişəm. Girmişəm kitab mağazasına, görmüşəm Çingizin kitabları satılır. Gələndən sonra bunu Çingizə danışdım, o da dedi ki, mən də fəxr edirəm sən Amerika kimi ölkədə vaxt tapıb kitab mağazasına girmisən (gülür).

- Xarici səfərlərdən tez-tez kitabla qayıdırsınız, yoxsa?

- Mən hər il Yessentukidə istirahət edirəm. Yoldaşımın bir dənə qorxduğu şey odur ki, çamadanları kitabla çox doldurmayım. Hər dəfə ordan bolluca kitab alıram. Çox təəssüf ki, onların arasında bədii ədəbiyyat az olur, əsasən, ixtisasıma aid kitablar olur.

- Vaxtınız da az olur, yəqin, hamısını oxuya bilmirsiniz...

- Oxuya bilmirəm. İndi göstərəcəm onları necə oxuyuram (Ayağa qalxıb, Milli Məclisdəki kabinetində qurduğu kitab rəfinə yanaşırıq). Gəl buna bax. (Kitabdakı qeydi göstərir). Mən bu kitabları oxuyuram, qeydlər götürürəm, sonra mətbuata çıxıram, misal üçün, deyirəm ki, adamlarımızı ələbaxan böyütməyək. Götürüb mənim fikrimi təhrif edib yazırlar: Hadı Rəcəbli - pulların içində üzən adam bizə təklif edir ki, uşaqlarımızı ələbaxan böyütməyək. Yazırlar, hökumət bizə ucdantutma uşaqpulu vermir, ordan da deyir ki, uşaqları zəhmətkeş öyrət. Halbuki mən elə düşünülməmiş danışmamışam. Mən elmlə danışıram, bax bu kitablarda yazılanlarla danışıram.

- Sizin müəllimlər haqqındakı fikriniz də vardı, ona görə indiyə qədər tənqid olunursunuz.

- Onu da mən o cür deməmişdim. Mən başqa fikir səsləndirmişdim, götürüb fikri kontekstindən çıxarıb dəyişiblər. Digər bir fikir: Guya demişəm ki, Qarabağ əlillərinə pulsuz dərman verilməsin. Yalan! Kökündən iftira!

- Ümumiyyətlə, məmurlara, dövlət adamlarına xalq arasında, qələm adamları arasında niyə həmişə neqativ münasibət olur?

- Bu fikir əski dövrlərdən, sinifsiz deyilən cəmiyyətlərdən qalıb. Sovet dövründə bir az imkanı olan adama necə baxırdılar? Düşmən kimi. Bu, bazar iqtisadiyyatı dövründə ən yanlış metoddur. Məsələn, Amerikada əksinədir, imkanı olan adamları təbliğ edirlər ki, baxın, görün halallıqla o necə pul qazanıb.

- Amerikada kapitalist sistem idi, bizdə sosializm, xüsusi mülkiyyət yox idi.

- 29-cu ildə Amerikada necə keçid olub, xəbərin var? Qanqsterlərin pulu üzərində kapitalizm qurulub, xəbərin var? Yəni Amerikanın təməli bu cür qurulub. Sənin dediyin adamlara neqativ münasibət həsəddən, cəmiyyətdə olan nöqsanları o adamlarda görməkdən yaranır. Biz hazırda bu neqativlərin qarşısını almaq istəyirik. Siz özünüz də görürsünüz ki, nə qədər dəyişikliklər olub. Dünyada analoqu olmayan “Asan xidmət” sistemi yaradılıb. Sadəcə təəssüf ki, bizdə sahibkar ətrafında pis fikir formalaşdırılıb.

- Hadı müəllim, son illər kino sənayesində dirçəlmə yaranıb. Yeni filmlər çəkilir. Heç filmlərə baxırsınızmı?

- Televiziyada çoxseriyalı primitiv filmlər çox verilir. Bəzən mövzular bir-birini təkrarlayır. Ancaq bu yaxında iki filmə baxmışam: “Toydan sonra nağara” və “Kəklikotu”. Birinci xoşuma gəlmədi. “Kəklikotu” filmi xoşuma gəlib, zəng edib aktyor Müşfiq Şahverdiyevi təbrik elədim, qüsurları, çatışmayan tərəfləri dedim.

- Çatışmayan tərəfləri nə idi?

- Bəzi məqamlar var idi ki, mən bilən bu da olmalıdır. Açıq-saçıqlıq, vulqarlıq var idi, özü də həddindən artıq idi. Gərək belə olmasın. Filmin yaradıcı heyətinin işini bəyəndim. Düzdü, bəzi aktyorlar bir az zəif oynayırdı, ancaq bunu da keçmək olar. Bütövlükdə film alınıb. Səkkiz manata idi bilet, amma zal dolmuşdu. Deməli, gəlirlər, baxırlar. Lənkəranda Coşqunla Rafaelin tamaşasına bileti 100 manata satırdılar. Mənə 50 manatlıq biletdən vermişdilər (gülür). Gedib tamaşa eləmişdim. Sosial durumun çətinliyindən danışırlar, bu cür halları deyən yoxdur.

- Bəyənmişdiniz?

- Pis deyildilər.

- Bəs KVN-çilər necə? Sizin məşhur müəllim əhvalatınızla bağlı yumor hazırlamışdılar. Yəqin görmüsünüz?

- Görmüşəm. Mən onların səhnəciyini o zaman yaxşı qəbul edərdim ki, onlar həqiqətən deyilən fikrin şarjını göstərəydilər. Zəng eləyib özlərinə iradımı da bildirdim. Mən guya çıxış edirəm ki, müəllimlər saat altıdan sonra getsin daş daşısın. Birincisi onlar bilmirlər ki, müəllim həftədə maksimum 18 saat işləyir, başqaları kimi 41 saat yox. Və yalan materiallardan ədalətsiz səhnə düzəltməyə də pis baxılır. Mən müəllim ailəsində böyümüşəm. İki bacım, bir qardaşım, bir qızım, bir oğlum, mən özüm, yoldaşım müəllimlik edirik. Bu isə hər şey deməkdir.

- Axı bu tamaşadır, yumordur, müəyyən ümumiləşdirmə, şişirtmə ola bilər.

- Müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir? Gərək yumor da həqiqətə bir az oxşasın. O səhnəcik iki səbəbdən xoşuma gəlməyib. Birinci, obyektiv deyil, primitiv və yalandır, ikinci, onun icrası da düz olmayıb, mən heç vaxt müəllim gedib daş daşısın deməmişdim.

- Yeri gəlmişkən, KVN üzvləri şikayət edirlər ki, məmurları canlandırdıqlarına görə efirə buraxılmırlar, təqib olunurlar.

- Biri var kimisə təhqir edirsən, biri də var sən deyən kimi, yumorla yanaşırsan. Məsələn, Hadı müəllimlə söhbət elədik, ancaq fəlsəfədən danışdı. Bax bu yumordur. Amma sən mənim adımdan yalan desən ki, Hadı Rəcəbli deyir, axşam altıdan sonra müəllimlər daş daşısınlar, bax bu olmaz.

- Belə çıxır, məmurlar KVN-ə etiraz etməkdə haqlıdırlar?

- Əgər KVN düz eləmirsə onlar haqlıdırlar. Əgər KVN həddini aşırsa onlar haqlıdırlar. Obyektiv yumor olanda mən də qəbul edirəm, yox, təhqir olanda qəbul etmirəm. Buna görə gərək diqqətli olsunlar.

- Ancaq cəmiyyətdə sevilirlər.

- Mən görməmişəm. Coşqunla Rafaelin elədikləri ilə indiki KVN-nin elədikləri arasında böyük fərq var. Onlar ikisi daha böyük nailiyyət əldə edirlər, xalq arasında daha çox sevilirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Dünən, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Dünən, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Dünən, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Dünən, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Dünən, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Dünən, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Dünən, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Dünən, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Dünən, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünən, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Dünən, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Dünən, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Dünən, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru