"Bağlamamı 40 gündür göndərmirlər" .....                     "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.." .....                     Boran Əzizli təhsil nazirini haqlı saydı .....                     Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər .....                     Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                 

"Prezident İlham Əliyev çıxışı zamanı..." - deputat
Tarix: 30-01-2018, 09:30 | Çap et
"Prezident İlham Əliyev çıxışı zamanı..."
Dünya İqtisadi Forumu dünyanın iqtisadi-siyasi xəritəsinin formalaşmasında mühüm rol oynayan beynəlxalq arena hesab edilir. Çünki burada ayrı-ayrı ölkələrin dövlət başçıları ilə yanaşı, böyük şirkətlərin rəhbərləri də iştirak edir, qarşılıqlı anlaşma şəraitində fikir mübadiləsi aparırlar. Azərbaycan da mütəmadi olaraq bu Foruma qatılır və dövlətimizin inkişafı ilə bağlı məqamlar ölkələrin diqqətinə çatdırılır. Davosda yanvarın 22-də keçirilən Dünya İqtisadi Forumunun bu dəfəki illik toplantısında iştirak etmək üçün Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərə gedib. Dövlət başçısı Davos Forumu çərçivəsində "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada, eyni zamanda "Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib. Bundan başqa, Davosa səfəri çərçivəsində Prezident İlham Əliyev bir sıra dövlət və hökumət başçıları, şirkət rəhbərləri ilə görüşlər keçirib. Dövlət başçısının Forum çərçivəsindəki çıxışları isə bir çox məqamları ilə yadda qalıb.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə mövzu ilə bağlı bildirdi ki, Davos İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi formada keçirilən dövlət və hökumət başçılarının, iri biznes nümayəndələrinin, ayrı-ayrı sahələrdən ekspertlərin görüşləri problemlərin həlli üzrə optimal bir variant tapmağa kömək edir. Onun sözlərinə görə, Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib. Deputat vurğuladı ki, Prezident İlham Əliyevin İqtisadi Forum çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirakı və verilən suallara cavabı dünyanın Azərbaycana böyük diqqətini göstərdi: "Hesab edirəm ki, ümumən verilən suallar Azərbaycan təcrübəsini öyrənməyə, ölkəmizlə bağlı layihələrin genişləndirilməsinə xidmət edir".

A.Mirzəzadə əlavə etdi ki, bu Forumunda iştirak həm Azərbaycanın, həm də dünyanın həyatında çox önəmli bir hadisədir: "Bundan sonra da Azərbaycan Davos forumu kimi bir çox tədbirlərdə iştirak etməklə yaxşı münasibətlər qurmağa, dünya və Azərbaycan qarşısında duran problemlərin həllinə öz töhfəsini verməyə imkan yaradacaq".

Millət vəkili, politoloq Hikmət Məmmədov qeyd etdi ki, Azərbaycan hər il Davos İqtisadi Forumunda uğurla təmsil olunur və ölkəmizin dünyada nüfuzu daha da artır. Onun fikrincə, bu Forum qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur: "Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və illik toplantılarına dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar”.

H.Məmmədov bildirdi ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir: "Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır".

Azərbaycan Davos İqtisadi Forumunda uğurla təmsil olunduğunu bildirən H.Məmmədov vurğuladı ki, Prezident İlham Əliyev Forum çərçivəsində "Strateji baxış: Avrasiya" panelindəki müzakirələrdə çıxış edərək ölkəmiz, region və dünya üçün strateji əhəmiyyətə malik olan məsələləri diqqətə çatdırdı, Azərbaycan reallıqlarını ifadə etdi: "Çıxışlar çərçivəsində Davos İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illərdir səmərəli əməkdaşlığın həyata keçirildiyi, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etdiyi diqqətə çatdırıldı. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanda bütün fundamental azadlıqların, o cümlədən mətbuat azadlığının təmin olunduğunu diqqətə çatdırdı”.

Deputat qeyd etdi ki, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu deyən Prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, ölkəmizdə sabit siyasi və iqtisadi vəziyyətin mövcud olduğunu diqqətə çatdırdı: "Azərbaycana qarşı təzyiq və "qara piar" kampaniyasının başlıca səbəbi dövlətimizin müstəqil, heç kimdən asılı olmayan siyasət həyata keçirməsidir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycanın cazibə mərkəzinə çevrilməsi həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və tarazlaşdırılmış xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Dövlət başçısının bəhs olunan çıxışı zamanı Azərbaycanın xarici siyasətini xarakterizə edərkən ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasının əhəmiyyətini diqqətə çatdırdı. Əlbəttə, regional əməkdaşlıq və təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycanın tarazlaşdırılmış xarici siyasət həyata keçirilməsi həm ölkəmizin milli maraqlarının qorunması, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunması baxımından mühüm strateji əhəmiyyətə malikdir".

H.Məmmədov onu da bildirdi ki, Forum çərçivəsində davam etdirilən intensiv təmaslar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsi baxımından müstəsna əhəmiyyətə malikdir: "Bütün bunlar Forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür yaratmaqla əməkdaşlıq üçün yeni perspektivlərin açılacağından xəbər verir. Prezident İlham Əliyevin xeyli sayda ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi dünyanın ölkəmizə olan diqqətinin göstəricisidir və yeni tərəfdaşlıqların əsasının qoyulmasına zəmin yaradır”.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Dünən, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Dünən, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Dünən, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Dünən, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Dünən, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Dünən, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Dünən, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Dünən, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Dünən, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünən, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Dünən, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Dünən, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Dünən, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Dünən, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Dünən, 14:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru