"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                     İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... .....                     "Bu bankdan kredit götürərkən diqqətli olun" .....                     "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" .....                     Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                 

Prezidentin səlahiyyətli nümayəndəsindən müxalifətə: - “Kimləri yığıb boykot edəcəksən?”
Tarix: 13-02-2018, 08:57 | Çap et
 Prezidentin səlahiyyətli nümayəndəsindən müxalifətə:
Deputat, YAP icra katibinin müavini, prezidentin üç səlahiyyətli nümayəndəsindən biri olan Siyavuş Novruzov prezident seçkisi mövzusunda “Yeni Müsavat”a müsahibə verib, maraqlı fikirlər səsləndirib. Müxalifətin boykot qərarına özünəməxsus mövqe nümayiş etdirən YAP funksioneri ilə müsahibəni təqdim edirik:

- Siyavuş bəy, budəfəki seçkidə də prezidentin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi seçilmisiniz. Hər halda, maraqlıdır, niyə məhz maliyyə məsələləri?

- (Gülür). Mən 25 ildir ki, o işə baxıram. 1993-cü ildən bu tərəfə, istər ümummilli liderin, istərsə də cənab prezidentin seçkilərində, o cümlədən parlament seçkilərində partiyanın səlahiyyətli nümayəndəsi olmuşam, özü də bu sahə üzrə. Yəqin ki, etimadı o sahədə doğrultmuşuq ki, bizə maliyyə məsələlərini həvalə edirlər.

- Aparıcı müxalifət partiyalarının seçkini boykot qərarını necə qiymətləndirirsiniz?

- Birinci onu qeyd edim ki, Azərbaycanda azad, ədalətli, demokratik seçki keçirmək üçün bütün mühit və şərait var. O şəxslər ki, boykot qərarını qəbul edirlər, onların heç bir sosial bazası yoxdur. Bilirlər ki, burada 40 mindən artıq seçici imzasını toplamaq lazımdır, böyük bir seçki kampaniyasını həyata keçirmək üçün tərəfdarlar tələb olunur. Bu adamlarda bunların heç biri yoxdur. O baxımdan da bunların belə qərar verməsi bəlli idi və mövqe bildirməsi. İkincisi, bu gün onlar bütün müxalifət partiyalarını təmsil etmir. Müxtəlif kateqoriyaya aid olan müxalifət var. Burada da qərar verənlər ancaq xaricdən maliyyə dəstəyi alan, onların maliyyəsi, tapşırığı əsasında qərar qəbul edən partiyalardır. Bu, nə onların üzvlərinin, nə də rəhbər strukturların qərarı deyil. Bu, sadəcə olaraq, hansısa bir ölkənin səfirinin, hansısa beynəlxalq təşkilatın, yaxud QHT-nin bunlara tapşırığının əsasında olan məsələdir. Bu, birinci dəfə deyil ki. Biz Azərbaycanda əvvəllər də belə halların şahidi olmuşuq. Onlar yaddan çıxarırlar ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan Konstitusiyasında da göstərilib ki, hakimiyyətin mənbəyi xaldır. O baxımdan da xalq kimi seçəcək, kimə dəstək verəcək, o da seçiləcək. Belə olan təqdirdə artıq hansısa ölkənin, təşkilatın deyil, xalqın rəyi əsasdır və seçkidə rol oynayır.

- Hakim partiya seçkidə iştirak etmək üçün ölkə müxalifətinə, boykot və iştirak etməmək qərarı vermiş qüvvələrə çağırış edə bilərmi ki, onlar da seçki prosesinə qatılsın?

- Xatırlayırsınızsa, vaxtilə də belə hallar olub. 1998-ci ildə də mən cənab prezidentin səlahiyyətli nümayəndəsi idim. Onda hətta müddət keçməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyev öz prezident səlahiyyətlərindən istifadə edib, seçkinin müddətini 3 ay da uzatdı. Elçibəy başda olmaqla, digərlərinə də rəsmi qaydada müraciət yazdı ki, demirdiniz müddətin azlığı sizə imkan verməyəcək? Əlavə edirəm, gəlin, açıq mübarizədə iştirak edək, seçkiyə qatılaq! Ancaq yenə də müxtəlif bəhanələr başlandı. Yox, onda icazə verin, Azadlıq meydanında tədbir keçirək, nə bilim daha nələr. Ancaq bəhanələr səsləndirdilər ki, açıq mübarizədən qaçırlar. Aydın məsələdir ki, bunlar bu gün bizim namizədə heç cür alternativ ola bilməzlər, bunu əzbər bilirlər. Azərbaycanda o adamlar yarım faiz, bəlkə ondan da az səs toplasalar, böyük şeydir. Heç qohum-əqrəbaları da onlara səs verməyəcəkdi, onlar bizim namizədə səs verəcəkdi, dəfələrlə biz bunu görmüşük. O baxımdan da hansı şərtləri ortaya qoysan belə, yenə başqa bəhanə tapacaqlar. Çünki onlara “ordan” göstəriş verilməyib. “Ordan” göstəriş verilsə, sabah qaça-qaça MSK-nın qabağında onlar duracaqlar.

- Ötən həftə ABŞ diplomatı Bakıda həm iqtidar, həm də müxalifət nümayəndələri ilə görüşdü. Belə görünür ki, Vaşinqton vaxtın dəyişdirilməsində problem görmür, sadəcə, azad, ədalətli seçki keçirilməsini istəyir. Yuxarıda dediyiniz kimi, 98-ci il təcrübəsindən istifadə oluna bilərmi? Yəni seçkinin iki ay sonraya salınması mümkündürmü?

- Yox. Yenə deyirəm ki, bu barədə deyilənlər hamısı bəhanədir. Bunların heç bir şansı yoxdur. O baxımdan da bu addımı atırlar. Əgər keçmiş tarixə nəzər salsaq, 1905-1907-ci il rus inqilabı dövründə Leninin bir şüarı var idi. İnqilaba qədər o deyirdi ki, seçkini boykot edək, 1905-1907-ci ildən sonrakı Duma seçkilərində deyirdi “Qatılın!” Sual olunurdu ki, biz indi niyə Dumaya seçkilərə qatılmalıyıq? Deyirdi artıq burjua inqilabı olub. Ona görə də biz hər hansı seçkini boykot etməkdə acizik. Seçkini boykot edən qurumlar o qədər güclü olmalıdırlar ki, onu boykot edə bilsinlər, xalq səfərbər olunsun. Bu gün xalqın buna ehtiyacı yoxdur. Xalq özü deyir ki, günü bu gün seçki olsun, biz gələk, cənab prezidentə səs verək! Sən kimi boykot edəcəksən? Kimləri yığıb boykot edəcəksən? Hansı təşkilatla, hansı qurumla? Bunların siyasi təşkilatları artıq dərnək səviyyəsindədir.

- Seçkinin müxalifətin iştirakı olmadan keçirilməsi onun legitimliyinə xələl gətirə bilərmi?

- Heç bir xələl gətirməyəcək. Elə bir şey yoxdur. Bunlar ancaq baş aldatmaqdır ki, əgər müxalifət iştirak etmirsə, demək seçki legitim deyil. Qanunda söhbət ondan gedir ki, alternativ olmalıdır. Vəssalam. Alternativ də kim namizədliyini irəli sürəcəksə, onlar olacaq. İki nəfər də iştirak edəcəksə, artıq kifayət edəcək. Bu seçki azad, demokratik, ədalətli hesab olunacaq və keçiriləcək. Hansı dünya ölkəsində olub ki, hansısa partiya iştirak etməyibsə, o seçki qeyri-demokratik adlandırılıb? Görürsünüz ki, Türkiyədə 3-4 partiya seçkilərdə iştirak edir. Məgər Türkiyədə ancaq bu qədər partiya var. Yaxud ABŞ-da 100-ə yaxın siyasi partiya qeydiyyatdan keçib, fəaliyyət göstərir. Lakin iki partiya seçkidə iştirak edir. Burada da kimsə özünün seçkiyə demokratik imici qazandıracağını düşünürsə, yanılır.

- Azərbaycandan öncə Ermənistanda da prezident seçkiləri keçiriləcək. Qarabağ məsələsi bizi istər-istəməz düşmən ölkədəki proseslərə diqqət yetirməyə vadar edir. Siz işğalçı ölkədəki seçkilərdən nə gözləyirsiniz?

- Biz dəfələrlə görmüşük ki, Ermənistanda həmişə antidemokratik seçkilər keçirilib. Birincisi, Ermənistanda hərbi xunta, hərbi rejim hakimiyyətdədir. Ona görə də bu ölkədə hər hansı azad seçkidən söhbət gedə bilməz. Keçmiş prezident seçkilərində biz dəfələrlə şahidi olmuşuq ki, namizədləri güllələyiblər, seçkidə iştirak etmək istəyən şəxslər həbsxanaya atılıb, sərbəst toplaşma azadlığını pozublar, heç bir şərait yaratmayıblar və s. Biz Avropanın ayrı-ayrı dövlətlərində də görürük ki, atlarla, itlərlə sərbəst toplaşma azadlığına qarşı çıxırlar. Ermənistanda heç vaxt azad seçki olmayıb ki, biz onlardan bir nümunə götürək. Sadəcə olaraq, orada öyrədilmiş müəyyən müxalifət var ki, bəzi məsələlərdə hakimiyyətin dediyi ilə fəaliyyət göstərir. İkinci də Ermənistan özü də müstəqil dövlət deyil. Müstəqil dövlət olmaya-olmaya bu ölkə necə seçki keçirə bilər və orada bütün partiyalar iştirak edə bilər? Biz ATƏT və müxtəlif ölkələr qarşısında həmişə məsələ qoyuruq ki, bu, müstəqil ölkə deyil, Ermənistan tamam başqa bir ölkənin tapşırıqlarını yerinə yetirir, burada hansı azad seçkidən, mətbuat azadlığından, sərbəst toplaşma azadlığından söhbət gedə bilər? Ona görə də Ermənistandakı seçkilər bizim üçün maraqlı deyil. Biz bütün dünya ölkələrindəki seçkiləri müşahidə etmişik, Ukraynadan başlamış, bütün Şərq və Qərbdə keçirilən seçkilərdə həm müşahidəçi kimi, həm onların seçki texnologiyalarını öyrənməklə əlaqədar olaraq. Mən Azərbaycan qədər azad, ədalətli, demokratik seçki keçirən ölkə görməmişəm...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru