Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                 

“Deputatların etik davranışına belə təkliflər ”göydən düşməyib...”” - deputat
Tarix: 14-11-2018, 08:51 | Çap et
“Deputatların etik davranışına belə təkliflər ”göydən düşməyib...””
“Milli Məclisin deputatının statusu haqqında” və “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanunlara edilən dəyişikliklər geniş müzakirələrə səbəb olub. Deputatların bəziləri, hətta YAP-çı deputatlar qanunlara edilən dəyişikliklərin deputatların səlahiyyətlərini bir qədər də azaltdığını bildirərək narazılıqlarını ifadə ediblər.

Bəzi siyasətçilər və siyasi təhlilçilər isə hesab edir ki, deputatların etik davranışları ilə bağlı qanuna edilən dəyişikliklər növbəti parlamentə hesablanıb, yeni qanun deputatlar üzərində nəzarəti daha da gücləndirəcək.

Məsələn, VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, sözügedən qanunlara dəyişikliklər yeni parlament seçkilərinə gediləcəyinin və yeni tərkibdə parlamentin formalaşdırılacağının siqnalıdır: “Qanunlarda deputat səlahiyyətlərinin məhdudlaşdırılması, deputatların cəzalandırılması prosedurlarının daxili nizamnaməyə salınması növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin əsas əlamətidir. Hakimiyyət parlamenti buraxmağa hazırlaşır.

Həm də bu onun göstəricisidir ki, iqtidar məcburiyyətdən nəzarət edə bilmədiklərini də parlamentə buraxmaq zorundadır. Yəni beynəlxalq təzyiq dözülməzdir. Deməli, yeni siyasi eranın başlanması haqda dediklərim təsdiqini tapır. Müxalifət bu siqnalı düzgün qavramalı, təşkilatlanmalıdır. Seçkilərə hazırlıq başlamalıdır. Ən geci gələn ilin payızına seçkilər olacaq. Büdcəyə transferlərin artırılması da seçkilərin olacağının indikatorudur”.

REAL Partiyasının Məclis sədri Erkin Qədirli isə BBC- Azərbaycancaya açıqlamasında deyib ki, qanunda edilən bu sərtləşdirmələr növbəti parlamentə hesablanıb və gələcək parlament seçkilərinin nisbətən demokratik olacağı ehtimalını yaradır: “2016-cı ildə keçirilmiş referendumda parlamentin buraxılma səlahiyyətinin prezidentə verilməsini görəndə ağlıma ilk bu fikir gəmişdi. Bundan başqa, son 2 ildə deputatlarla bağlı etik qaydalara, nizam-intizam, daxili nizamnamə kimi məsələlərə edilən məhdudlaşdırmalar və cəzaların sərtləşdirilməsi, mandatın əldən alınmasına qədər hamısını toplayanda başqa izah qalmır. Belə bir məzmundakı qanun demokratik yolla seçilən parlament risk yaradacağı halda onu buraxmaq və ya ayrı-ayrı deputatları mandatdan məhrum etmək imkanı yaradacaq”.

Qeyd edək ki, Əli Əliyev və bəzi digər müxalifətçilər, siyasi ekspertlər xeyli vaxtdır növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalının yüksək olduğunu bəyan etməkdədirlər. YAP-ın rəhbərliyi və hakimiyyətyönlü deputatlar isə növbədənkənar parlament seçkilərinə zərurət olmadığını bəyan edirlər. Gələn ilin sonlarında parlament seçkilərinin olacağı barədə hələ nə rəsmi qərar verilib, nə də bir rəsmi açıqlama səslənib. 2019-cu ilin sonlarında bələdiyyə seçkiləri keçirilməlidir. Bələdiyyə seçkiləri ilində həm də parlament seçkiləri keçiriləcəksə, bu, Azərbaycan təcrübəsində ilk olacaq.

Hakim partiyanın deputatları isə bu fikirlə razılaşmırlar, onların fikrincə, dəyişikliklərdə uzaqgedən nəticələr axtarmaq əsassızdır, bu dəyişikliklər parlamentin daxili işidir.

Qanunlara edilən dəyişikliklər və əlavələrdə yazılır ki, deputat öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməlidir. O, hətta səlahiyyət müddətindən sonrakı dövrdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədilə hər hansı bir hərəkət etməməlidir. Həmçinin deputat hər hansı maraqlı tərəflə, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüş və bunun detallarını ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclis Aparatında saxlanmalıdır. Sözügedən qanuna təkliflərdə nəzərdə tutulub ki, deputat hətta növbəti parlamentə seçilməsə, məşğul olacağı sahədə keçmiş deputatlığından dəstək kimi yararlanmamalıdır. Əgər deputatın xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yaranacaqsa, bu haqda İntizam komissiyasına məlumat verməlidir. Maraqlar toqquşarsa, deputat ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Onlar maraqlarının yarandığı məsələ ilə bağlı çıxış və ya səsvermədə iştirak edə bilməzlər.

Keçmiş deputat, AMİP lideri Etibar Məmmədov isə bildirib ki, bu dəyişikliklərlə deputatlar üzərində nəzarəti gücləndirmək imkanı artır: “Bununla deputatlar üzərində nəzarəti gücləndirmək imkanı artır. Maraqların toqquşması da buna aiddir. Hamıya məlumdur ki, bizdəki deputatlar həm məmur yerlərini saxlayırlar, həm də bizneslə məşğul olurlar, öz maraqlarını həyata keçirirlər. Buna da göz yumulur. Amma bu əlavəni etməklə istənilən deputatı ”maraqlar toqquşması"nda ittiham etmək mümkündür".

Hakimiyyətyönlü deputat Zahid Oruc isə bildirdi ki, bəzi siyasi təhlilçilərin və müxalifətçilərin yanaşması, qanuna edilən dəyişiklikləri növbədənkənar parlament seçkilərinin əlaməti adlandırması çox şişirdimiş və tünd boyalarla təsvir edilmiş mənzərədir: “Deputatların etik davranışına belə təkliflər ”göydən düşməyib", son referendumdan sonra konstitusiyada deputatların mandatdan məhrum edilməsi ilə bağlı yeni maddə belə bir dəyişikliyə hüquqi baza yaradıb. Düşünmürəm ki, bu qanun deputatların imkanlarını məhdudlaşdıracaq və ya gələcək seçkilərlə bağlıdır. Bu qanun, sadəcə, parlamentin etik davranışlarını tənzimləyir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru