Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                 

"Qərbin çevrəsində olan kəşfiyyat mərkəzləri anlayır ki, İlham Əliyevin alternativi qeyd etdiyimiz qüvvələr deyil" - deputat
Tarix: 21-12-2018, 08:41 | Çap et
"Qərbin çevrəsində olan kəşfiyyat mərkəzləri anlayır ki, İlham Əliyevin alternativi qeyd etdiyimiz qüvvələr deyil"
Araşdırmaçı jurnalist Xədicə İsmayıla Qərb təşkilatlarının 500 min avro qrant ayırdığı barədə iddialar yayılıb. Xanım jurnalistin bank hesabı bağlı olduğu və birbaşa qrant ala bilmədiyi üçün bu qrantların müxtəlif kanallar vasitəsilə ona çatdırıldığı bildirilir.

X.İsmayıla bu qədər yüksək məbləğin onun milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaq üçün verildiyi qeyd olunur. Səslənın iddialarda deyilir ki, qrant uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb. O da vurğulanır ki, X.İsmayıl yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirir. Yəni pulları özünə yaxın olan fəallara ötürür. Bu isə bəzi müxalifət liderləri arasında bərk qıcıq yaradıb.

Məlumata görə, onlar bu qədər böyük maliyyə tranşlarının əsas müxalifət partiyalarına deyil, siyasi mübahisəyə dolayısı ilə cəlb edilmiş fərdi şəxslərə ayrılmasından narazıdırlar və bununla bağlı Qərb ölkələrinin səfirliklərinə şikayət ediblər.

X.İsmayıl yayılan xəbərləri təkzib edib. O, bank hesabları bağlı olduğu üçün bunun mümkün olmadığını bildirib.

İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Qərb adından çıxış edən donor təşkilatlar öz-özlüyündə Avropa maraqlarını təmsil etmirlər: “Burada təəssüflər olsun ki, vahid bir siyasətdən danışmaq mümkün deyil. Əslində Azərbaycanın regional siyasətini dəyərləndirən, bu bölgədə uzun illər boyu hökm sürən iqtisadi, siyasi reallıqları dəyişdirməyə çalışan bir dövlətə kömək göstərməli idilər. Bu geopolitikanı, qüvvələr nisbətini dəyişən bir tərəfə qarşı münasibətlər yalnız kömək edici bir stildə olmalı idi. Hər bir vəchlə Azərbaycanın hökumət qurumlarına dəstək verilməli idi ki, biz Avropaya inteqrasiyanı daha sürətli şəkildə keçək. Əksinə ötən illər ərzində biz onu müşahidə etdik ki, iqtidar əleyhinə olan qüvvələr mükafatlandırılır. Digər tərəfdən, etnik, milli mənsubiyyətlərinə görə şübhəli olan qüvvələrin hamısı himayə altındadır. Partiyalara yaxınlığı ilə seçilən QHT-lər isə sanki həmin qüvvələrin maliyyələşməsində tramplin rolunda çıxış edirlər. Burada sözsüz ki, mübarizə hakimiyyət uğrunda getmir. Qərbin çevrəsində olan kəşfiyyat mərkəzləri anlayır ki, İlham Əliyevin alternativi qeyd etdiyimiz qüvvələr deyil, daha çox xaosdur. Təzyiqlər qarşısında hansısa bir güzəştlər qazanacaqlarını düşünürlər. 5-10 milyon xərcləyib, bunun ikiqatını qazanacağıq xətti üzərində hərəkət edirlər. Xədicə İsmayıl belələri sırasında çox əlverişli qüvvədir. Çünki ən azından o həm müxalifətə müxalif olan, həm də hakimiyyətin əleyhinə olan bir şəxsdir. Nəzərə almaq lazımdır ki, qeyd olunan istiqamətdə istənilən qədər problem yaratmaq, onu süni şəkildə uydurmaq mümkündür. Etnik, milli konteksdə Azərbaycanda savaş yoxdur. Açığı qeyd olunan layihələrə ayrılan məbləğləri real sayıram. Bu bir informasiya orqanında gedən məlumatdır. Bunu qətiyyən qərbçiliyə salmaq, üzərinə sual işarəsi qoymaq fikrində deyiləm. O şəxslərin demokratiya damarının tutmasının başqa səbəbləri yoxdur. Əsas məsələlər əlahəzrət pula bağlıdır. Həmin dollarlar üzərindən bunlar uzun illərdir mübarizə aparırlar.

Reallıqda öz mənafelərini hər zaman öndə tutublar. Yoxsa insanlar səhərdən axşama qədər klavyatura arxasında oturub, yaxud telefon vasitəsilə iqtidar əleyhinə necə informasiya savaşı apararlar? Tural Sadıqlı, Orduxan Teymurxan, Vidadi İsgəndərli kimi rəzil, tüfeyli adamlar YouTube kanalına çöküblər və oradan zəhər axıdırlar. Xədicə İsmayıl da buradan onu davam etdirməkdədir. Bu nəyin əsasındadır? Hər şey qeyd etdiyimiz vəsaitlərə bağlıdır. Lev Tolstoyun məşhur bir ifadəsi var. O deyir ki, vətənpərvərlik şüarı əclafların sığındığı son sığınacaqdır. Həqiqətən də bu qeyd etdiyimiz əclafların sığındıqları son silahdır. Yarım milyon avro bizim üçün kiçik bir rəqəm deyil. Manatla bu bir milyona yaxın vəsait edir. Bununla ölkənin idarəçilik sistemini çirkaba batırmaq, bütün vəziyyəti qaranlıq durumda göstərmək mümkündür. Müsbət heç nə görməyəcəklər. Deyə bilməzsən ki, 10 minə yaxın məcburi köçkünün vəziyyəti ağır idi, onları qəsəbə tikib yaxşı bir yerdə yerləşdirmisən. Bunu görə bilməzsən, mümkün də deyil. Deputat olduğum Bərdədə təkcə hökumət tərəfindən həyata keçirilən layihələr hesabına 400-dən artıq yeni su artizan quyusu qurulub. 32-34 məktəb sıfırdan yenidən tikilib. 111 kəndin qazı çəkilib. Bütün bunların hamısının nəticəsi insan haqqını qorumaqdır. Bunları hansısa hesabatlarında göstərərlər?

Xeyr. Deyəcəklər ki, haradasa iki şəhidin problemi var, gəlin onu qabardaq. Xədicə İsmayılın pulu çirkabdan çıxır. Ölkə iqtidarı hesabına bu pulları qazanır. Onların demokratiya, söz azadlığı kimi epitetləri mənə ironik görünür. Onların arxasında dayanan böyük pul kütlələri var. Hesabları bağlı olduğu üçün pullar onlara Gürcüstan üzərindən gəlir. Maliyyə mənbələri onları ayaqda saxlayır. Əksəriyyəti iqtidar əleyhinə mübarizəyə görə mükafatlandırılırlar. Mövsümi olaraq şərait dəyişir. Bəzən Əli Kərimliyə, bəzən də digərinə maliyyə dəstəyi göstərəcəklər. Hər kəsə bəllidir ki, bir yerdə işləmirsən, ictimai həyatda yerin yoxdur, biznes strukturlarında təmsil olunmursan. Biz müxalifətin müflis durumda olmasını arzulamırıq. Amma ən azından reallığı özləri bəyan etsinlər. Desinlər ki, təkcə yardımlar hesabına deyil, donorların ayırdıqları məbləğlər, eləcə də, səfirliklərlə görüşlər sayəsində əldə olunan maliyyələr hesabına fəaliyyət göstərir. Əvvəlki illərlə müqayisədə doğrudan da müxalifətin vəziyyəti olduqca ağırdır. Belə təsəvvür edək ki, Trampın dövründə ondan əvvəlki Barak Obama və digərlərinin dövründəki kimi investisiyalar qoyulmur, yardımlar edilmir. Müxalifətin pulunun böyük bir hissəsi kəsilib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru