Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                 

“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
Tarix: 29-12-2018, 10:02 | Çap et
“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
AĞ Partiyanın sədri Tural Abbaslı son günlər müxalifət düşərgəsində müşahidə olunan proseslər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Müxalifət düşərgəsində ilin sonlarında bir canlanma, hərəkətlilik müşahidə olunur. Bu yaxınlarda Əli Kərimli qısamüddətli həbsdən çıxandan sonra bir sıra siyasi partiyalarla danışıqlar apardı. İsgəndər Həmidov böyük bir toplantı təşəbbüsünü irəli sürdü və reallaşdırdı. Artıq xeyli vaxtdır Qarabağ Komitəsi aktiv fəaliyyət göstərir. Bütün bu baş verənlər nədən xəbər verir?

- Son illərdə Azərbaycanda siyasət meydanında bir sakitlik hökm sürürdü. Hətta aprel ayında keçirilən prezident seçkiləri belə, müxalifət düşərgəsini lazımi səviyyədə tərpədə bilmədi, müxalifət xalqı proseslərə qoşa bilmədi. Bir prosesdəki xalq iştirak eləmir, orada heç bir ciddi fəaliyyətdən, canlanmadan söhbət gedə bilməz. Ona görə də seçkilər dövründə hakimiyyət prosesləri istədiyi tərəfə yönləndirə bilmişdi və istədiyi nəticələri də əldə edə bildi. Müxalifət düşərgəsinin bir hissəsi isə mübarizə aparmaq əvəzinə, boykot adlı lazımsız, təsir imkanı olmayan bir yolu seçdilər. Biz AĞ Partiya olaraq seçkiyə qatıldıq, çalışdıq ki, cəmiyyətdə bir siyasi canlanma olsun. Siz də razılaşarsınız ki, bir çiçəklə bahar olmur. Bizi seçkiyə buraxmadılar. Yəni ilin əvvəlindən hər şey hakimiyyətin istədiyi kimi getdi. Milli Şuranın və AXCP-nin keçirdiyi bir neçə uğursuz mitinqlər də heç bir siyasi canlanma yarada bilmədi. O mitinqlər əks effekt verdi. Mübarizəyə olan-qalan ümidləri də Milli Şuranın keçirdiyi mitinqlər öldürdü. “Talana yox!” şüarı ilə keçirdikləri mitinq olan-qalan ümidləri də öldürdü. Həmin mitinqlərdən müxalifət yox, hakimiyyət yararlandı. Belə bir vəziyyətin hökm sürdüyü vaxtda, nəhayət, ilin ikinci yarısından siyasi qüvvələrin bir hissəsində hərəkətlənmə başlaması müsbət qiymətləndirilməlidir.

- Müsavat və AXCP-nin Qarabağ Komitəsində və müxalifətin zirvə toplantısında iştirak etməməsinə münasibətiniz necədir?

- Müxalifətdə bir inhisarçılıq var idi. Bəziləri tarixi adların altında, bəziləri isə xalq hərəkatından qalan adın arxasında gizlənərək müxalifətdə bütün öncüllüyün onlara məxsus olduğunu qeyd edirdilər, bu sahəni inhisarda saxlayırdılar. Amma liderliyin, öncüllüyün gətirdiyi öhdəlikləri də icra eləmirdilər. Öndə getmək əvəzinə proseslərin arxasınca sürünürdülər. Cəmiyyətdən gələn sifarişləri qulaqardına vururdular və bu gün də belədir. Ona görə də cəmiyyətdə, müxalifətdə bir toparlanma, həm də inhisarçılardan qurtulma gərək idi. İlk və ən lazımlı toparlanma Qarabağ Komitəsi formuludur - baxmayaraq ki, Qarabağ Komitəsi siyasi təşkilat deyil, siyasi hədəfləri yoxdur. Qarabağla bağlı təhlükəli tendensiyanın müşahidə edilməsi bir çox partiyaları, ictimai təşkilatları və şəxsləri bir araya gətirdi və Qarabağ Komitəsi yarandı. Qarabağ Komitəsinin yaranması, aktiv fəaliyyəti və 29 sentyabrda keçirdiyi mitinq ölkənin ictimai-siyasi gündəmində bir canlanma yaratdı. Bu, ənənəvi köhnə müxalifət düşərgəsində də bir silkələnmə, ajiotaj yaratdı. Onlar artıq özlərinin müxalifət mövqelərinə sanki bir təhlükə yarandığını düşünməyə başladılar. İllərdir süni şəkildə qoruyub saxladıqları mövqelərin əldən gedəcəyi düşüncəsinə qapıldılar. Hələ də bu düşüncədədirlər. Qarabağ Komitəsinin yaranmasında əvvəllər Müsavat Partiyasının nümayəndəsi iştirak edirdi. Amma bir müddət həmin nümayəndə çəkildi kənara və bəyan elədilər ki, biz orada yoxuq. Elə bil ki, Müsavat və AXCP Qarabağ Komitəsinin uğurlu olmasını istəmirlər. Çünki onlar inhisarçılığı əldən vermək istəmirlər. İstənilən aktivlik göstərən quruma, birliyə onlar təhlükə kimi baxırlar. Məhz 29 sentyabr mitinqindən sonra başladılar Qarabağ Komitəsinə sosial şəbəkələrdə, saytlarda söz atmağa. Sonra da başladılar Qarabağ Komitəsinin tədbirlərinə paralel tədbirlər keçirməyə. Rəqabət canlanma yaratdı. Belə vəziyyətdə isə cəmiyyətdə Qarabağ Komitəsinə şüuraltı bir siyasi qurum kimi baxılmağa başlandı. Bunun da qarşısını almaq üçün ənənəvi metodlara əl atıldı. İnhisarçı tərəflərdən birinin lideri süni şəkildə guya həbs olundu, onun barəsində əzabkeş obrazı yaradılmaq cəhdi edildi və cəmiyyətə “əsas müxalifət budur” fikrini qəbul etdirməyə çalışdılar. Amma Əli Kərimlinin üzərində qurulan bu yeni oyun nəzərdə tutulan effekti vermədi. Süni şounun təsiri qısa bir zamanda itib getdi. Bundan sonra isə Əli Kərimli bəzi təşkilatlarla birlik yaratmaq istiqamətində təşəbbüslərə başladı. Bunun da effekti olmadı və Qarabağ Komitəsini kölgədə qoya bilmədi. İsgəndər Həmidov isə Qarabağ Komitəsində olanlar da daxil daha böyük spektrin iştirakını özündə ehtiva edən toplantı təşəbbüsü irəli sürdü. Qısa zamanda da bu təşəbbüs həyata keçdi. Çox yaxşı bir və geniş əhatəli bir toplantı oldu. Lakin AXCP və Müsavat, eləcə də özünü təzə müxalifət elan edən REAL bu toplantıya gəlmədi. Hətta bu toplantını onlar hakimiyyətdəkilərdən daha çox hədəfə aldılar, təhqir də etdilər. Toplantının alınmaması üçün əllərindən gələni etdilər. Amma istəklərinə yenə nail ola bilmədilər. Özlərinə “böyük” deyənlər iş görmürsə qoy özlərinə “kiçik” deyənlər bir araya gəlsinlər və çıxış yolları aransın. İlk addım kimi çox uğurlu addım saymaq olar. İnşallah, bu zirvə toplantısının ikinci mərhələsi yanvarın 5-də olacaq. Prosesin növbəti mərhələlərini yaradılan İşçi Qrup həll edəcək. Yanvarın 5-də olacaq müzakirələrdə daha konkret qərarlar qəbul ediləcək və proses davam edəcək.

Bu aktivlikdə ölkədə ehtimalı olunan hansısa seçkilərin gözləntisi amili rol oynamır. Yaranmış canlanmanı biz əgər məqsədyönlü şəkildə doğru düzgün addımlar ata bilsək daha effektli prosesə çevirmək mümkün olacaq. Nəhayət ölkədə real müxalifət hərəkatı ortada olacaq. 2019-cu ilin bu baxımdan cəmiyyətimiz və dövlətimiz üçün faydalı il olacağını düşünürəm.

- İsgəndər Həmidovun adını çəkdiyiniz iki partiya ilə də yaxın münasibətləri var. Sizcə, İsgəndər Həmidovun təşəbbüsünə qeyd etdiyiniz münasibət nədəndir? İsgəndər Həmidovu aşağı səviyyəli adamlarla dəyirmi masa keçirməkdə belə qınayırlar.

- İsgəndər bəy bunlarla yan-yana olanda ona “cənab general” deyə müraciət edirlər, özlərinə fəxr bilirlər ki, İsgəndər Həmidovla birlikdədirlər. Elə ki, İsgəndər bəy onların yanından bir addım aralandı dərhal ona, onun təşkil etdiyi tədbirə münasibət sərtləşdirilir. Təəssüf ki, bax. Bu cür cılızlıqlarını bir daha nümayiş etdirdilər. Onların bu cür yarıtmaz, korafəhm davranışları Müsavatı da, AXCP-ni də müttəfiqsiz qoyub, elektoratlarını dağıdıb. Müsavat və AXCP sonuncu qurultaylarından sonra məhvə doğru yol seçib. Arif Hacılı və Əli Kərimli bu yolda “uğurla” irəliləyirlər. Onlar bir-birini də qəbul etmirlər. Əli Kərimli Müsavat başqanı Arif Hacılının dəfələrlə etdiyi müraciəti saya salmadı, onu qəbul etmədi. Hətta AXCP-dən biri yazdı ki, Arif Hacılı ilə Əli Kərimlinin görüşü 300 il sonra baş tuta bilər, getsin növbəyə yazılsın. Yəni bunların “mənəm-mənəmliyi” elə bir vəziyyətə gətirib çıxarıb ki, rəhbərlik etdikləri partiyalar təklənmiş vəziyyətdə qalıblar.

Belə bir vəziyyətdə İsgəndər Həmidov kimi şəxsləri də özlərindən incik salırlarsa, artıq deməyə söz qalmır. O iki partiyanın davası nə olur olsun, hədəf müxalifətin hakimiyyəti olmaqdır. Bu, isə xalq üçün qətiyyən maraqlı deyil. İsgəndər Həmidovun təşəbbüsü ilə keçirilən zirvə toplantısında iştirak edənlərin sırasına baxsanız görəcəksiniz ki, həmin adamların və təşkilatların əksəriyyəti zaman-zaman Müsavatla, AXCP ilə bir yerdə olub. Belə çıxır ki, onlarla müttəfiqlik edəndə həmin qüvvələr müxalifət idilər, böyük idilər, indi onlarla bir yerdə deyillərsə müxalifət ola bilməzlər? Pənah Hüseyn axı bir zamanlar onların fəxrlə müttəfiqlik etdiyi siyasətçi idi. İndi nə oldu? Tural Abbaslı Müsavatın aparıcı funksionerlərindən idi. İndi Tural Abbaslını aşağılayırlar öz aləmlərində. Sözügedən zirvə toplantısında masanın ətrafında Əbülfəz Elçibəy iqtidarının nazirləri, baş prokuroru, böyük vəzifə tutmuş şəxsləri əyləşmişdilər. İndi nə oldu ki, Elçibəy yolunu getdiklərini elan edənlər indi Elçibəyin komandasını aşağılayırlar. Bunlar özlərini Elçibəydən də böyük lider hesab edirlər ki, Elçibəyin bir masa ətrafında oturduğu insanlarla bir masa ətrafında oturmağı özlərinə rəva bilmirlər?! Zamanında Qarabağ Komitəsinə də bu cür ironiya eləmişdilər. Lakin xalq gördü ki, kim hansı yolu tutub. Əgər müxalifətin zirvə toplantısındakıları bəyənmirlərsə, aşağılamasınlar. Özləri-Müsavat və AXCP bir araya gəlsin, əməkdaşlıq müqaviləsi imzalasınlar. Görək imzalaya bilirlər? Bunlar öz aralarında bir araya gələ bilmir və bir araya gələnləri isə gözdən salmaqla məşğuldurlar. Bu isə artıq başqa şübhələrə də yol açır. Sanki bazarlarının ölə biləcəyindən qorxurlar. Amma arxayın olsunlar biz heç kimlə bazarlığa gedən deyilik. Onlar öz bazarlıqlarında olsunlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru