Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                 

2018-ci il Azərbaycan üçün ən uğurlu illərdən biri oldu - deputat
Tarix: 2-01-2019, 09:47 | Çap et
2018-ci il Azərbaycan üçün ən uğurlu illərdən biri oldu
2018-ci il Azərbaycan Respublikası üçün ən uğurlu illərdən biri oldu. Prezident seçkiləri və cənab İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi xalqın ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasətin davamına səs verməsi deməkdir. Xalq İlham Əliyevin gördüyü işləri, həyata keçirdiyi çoxşaxəli layihələri dəstəklədiyini bəyan etdi. Bu da onu göstərir ki, Azərbaycan xalqı İlham Əliyevə tam etimad edir və ona inanır.

Bu barədə Trend-ə Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev qeyd edib ki, 2018-ci il bizim enerji siyasətimiz üçün də önəmli il oldu: "Ötən ilin iyun ayında, belə böyük bir layihə üçün mümkün olan ən qısa müddətdə, üç il ərzində təhvil verilən TANAP layihəsinin açılışını qeyd etmək tarixi bir hadisədir. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur və 2020-ci ildə təhvil veriləcək. Cənub Qaz Dəhlizinin uğurla başa çatması Azərbaycan üçün yeni üfüqlər açacaq. Azərbaycanın öz resurslarını bir çox ölkələrin bazarlarına yaxın zamanda çıxartması bizim iqtisadi və siyasi təhlükəsizliyimiz üçün çox önəmlidir".

Deputat vurğulayıb ki, ötən ilin oktyabr ayında İzmirin Əliağa rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin STAR neft emalı zavodunun açılış mərasimi baş tutdu: "Layihənin ümumi investisiyası 6,3 milyard dollar təşkil edir və STAR neft emalı zavodunun hər il 10 milyon ton xam neft emal etməsi gözlənilir. Dünya üzrə tanınan "Hydrocarbon Processing" jurnalı STAR NEZ layihəsini ilin ən yaxşı layihəsi elan edib. Bu, ölkəmizin enerji sahəsində əldə etdiyi daha bir uğurdur".

A.Quliyev deyib ki, 2018-ci il Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi və Xəzər dənizinin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub: "Şübhəsiz ki, bu liman Azərbaycanın tranzit potensialını artıracaq və ölkəmizin uğurlu iqtisadi siyasətinə müsbət təsir göstərəcək".

O bildirib ki, ötən ilin sentyabr ayında daha bir telekommunikasiya peyki – "Azerspace 2"nin orbitə çıxarılması qısa zaman ərzində Azərbaycanın az sayda olan kosmik ölkələr siyahısında yerini möhkəmləndirməsinə səbəb oldu: "Kosmik ölkəyə çevrilmək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf siyasətinin ən parlaq nəticələrindən biridir. Hesab edirəm ki, qarşıdakı illərdə bu sahə Azərbaycan iqtisadiyyatının güclənməsində daha böyük paya sahib olacaq".

A.Quliyev diqqətə çatdırıb ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayımlanan "Doing Business 2019" hesabatında ölkəmiz 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb: "Azərbaycan 190 ölkə arasında yeganə ölkədir ki, 32 pillə irəliləməyə nail olub. Hesabatda Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu, çox böyük uğurdur. Şübhəsiz ki, bu uğurun arxasında ölkə Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar durur".

Millət vəkili qeyd edib ki, keçən il müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu: "Bu səbəbdən Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etdi. Ötən il Cümhuriyyətin 100 illiyi və 2018-ci ilin "AXC ili" elan olunması özümüzə, keçmişimizə və AXC-ni quran dəyərli dövlət və ictimai-siyasi xadimlərimizə verilən yüksək qiymət və sevgidir. İl boyu ən yüksək səviyyəli dövlət və rəsmi tədbirlərin keçirilməsi, dövlətçilik tariximizin və demokratik dəyərlərimizin bir daha dünyaya təqdim olunması ilə nəticələndi. Ötən il, eyni zamanda, Bakının azad olunmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Hərbi paradda Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidmətinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyət iştirak etdi. Bu parad dünyaya Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm görünüşünü və hərbi gücünü nümayiş etdirdi".

O əlavə edib ki, eyni zamanda, Azərbaycan Parlamentinin 100 illiyi təntənəli şəkildə qeyd olundu: “Bu məqsədlə Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş xüsusi iclas keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev milli parlamentimizin bir əsrlik yubileyinə toplaşmış 44 xarici ölkənin nümayəndə heyətini, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçilərini salamladı. Dövlət başçısı geniş nitqində qeyd etdi ki, Azərbaycan Parlamenti ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində müstəsna rol oynayır”.

A.Quliyev bildirib ki, 2018-ci il tarixdə ilk dəfə olaraq Xəzər dənizinin hüquqi statusu müəyyən olundu və sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəlikləri təsbit edildi: "Xəzər dənizinin hüquqi statusuna dair imzalanan bu sənəd Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi və regionun inkişafı üçün çox önəmli bir addım oldu. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, onun dibinin və səthinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın milli maraqlarına cavab verən formada sektorlara bölünməsi tarixi nailiyyət idi".

Deputat xatırladıb ki, yola saldığımız ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədi imzalanıb: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət qədər geniş hüquqi baza var və bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlarımız tam şəkildə ifadə edilir və eyni zamanda göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir".

Ötən ilin aprel ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Körtis Skaparottinin Bakıda görüş keçirdiyini xatırladan millət vəkili bildirib ki, bu görüş Azərbaycan Respublikasına bir-birinə zidd olan iki qlobal gücün eyni dərəcədə etimadı və inamı, ölkəmizin müvəffəqiyyətli xarici siyasətinin göstəricisidir.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, 2018-ci ildə Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilib: "Dövlət və hökumət başçıları konfransın Yekun sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həllini məqsədəuyğun hesab etdiklərini ifadə ediblər. Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir və artıq cari ildən başlayaraq dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edir".

A.Quliyev vurğulayıb ki, ötən il Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almağı ilə bağlı məsələyə diqqət yetirilib: "Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri iqtisadi əlaqələrin inkişafı, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində mühüm rol oynayır. Bu təşkilatın əsas tərəflərindən biri də üzv ölkələrin tranzit potensialının yüksək olmasıdır və həmin təşkilat "İpək Yolu" kontekstində xüsusi önəm daşıyır. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə birgə fəaliyyət məqsədilə atdığı addımlar respublikamız üçün yeni imkanlar yarada bilər".

Deputat qeyd edib ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib: "Ötən il ərzində ölkə Prezidenti İlham Əliyev 16 rəsmi və işgüzar səfəri həyata keçirilib. İkitərəfli əlaqələrin inkişafı və razılaşmalar Azərbaycanın bu gün etibarlı tərəfdaş olduğunu sübut edir. Cənab İlham Əliyev 2018-ci ildə aparıcı ölkələrin başçıları ilə bir sıra önəmli görüşlər keçirib. Ölkə başçımızın Parisdə, Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşü keçirildi və iki ölkə arasında olan iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrlə bağlı ikitərəfli münasibətlərin inkişafına dair müzakirələr aparıldı. Həmin il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub. Görüşdə iki ölkə arasında yüksək səviyyədə olan energetika sahəsində əməkdaşlıq, regional inkişaf və təhlükəsizlik məsələləri müzakirə olundu. Avqustun 25-də respublikamıza Almaniyanın Federal Kansleri Angela Merkelin səfəri və Prezident İlham Əliyevlə birgə mətbuat konfransında Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu və rəsmi Berlinin buna Minsk qrupu çərçivəsində öz töhfəsini verməyə hazır olduğunu, ümumiyyətlə, son illər Azərbaycan və Almaniya arasında münasibətlərin bütün istiqamətlər üzrə dərinləşməsini bildirməsi ölkəmizin uğurlu xarici siyasətinin göstəricisidir. Ötən il, həmçinin Azərbaycan-Rusiya münasibətləri üçün çox uğurlu il oldu. Tərəflər iqtisadiyyat, mədəniyyət, hərbi-müdafiə və siyasi dialoq daxil olmaqla, bir çox sahələrdə əməkdaşlığı möhkəmləndirib. 2018-ci ildə İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüş bunun bariz nümunəsidir".

ATƏT PA-nın vitse-prezidenti 2018-ci ilin oktyabr ayında ABŞ Prezidenti Donald Trampın milli təhülkəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfərinin də ölkəmiz üçün uğurlu hadisələrdən biri olduğunu deyib: "Con Bolton ABŞ-ın enerji resurslarının alternativ təchizatçısı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirdiyini vurğuladı. ABŞ-ın Xəzər qazının Avropaya nəqli üçün Cənub Qaz Dəhlizi layihəsinə xüsusi əhəmiyyət verməsi Azərbaycanın uğurlu enerji siyasətinin göstəricisidir. Qeyd etmək istərdim ki, Azərbaycandan sonra Con Bolton Ermənistana da səfər edib və hər iki ölkəyə edilən səfərlər zamanı keçirilən görüşlərə nəzər yetirsək görərik ki, ABŞ-ın Ermənistandan fərqli olaraq Azərbaycana olan münasibəti yüksək səviyyədədir. Azərbaycanla xarici ölkələr arasında olan əməkdaşlıq bəzi üçüncü ölkələrin, xüsusilə də Ermənistanın narazılığına səbəb olur, lakin bu, tərəflərin sıx əlaqəsinə heç bir təsir göstərmir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru