“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                 

“Ziyalıların olmadığını deyir, guya özü o ziyalı, dissident obrazını götürə bildimi?..” - deputat
Tarix: 9-01-2019, 08:29 | Çap et
“Ziyalıların olmadığını deyir, guya özü o ziyalı, dissident obrazını götürə bildimi?..”
Yazıçı Əkrəm Əylislinin Meydan TV-yə verdiyi müsahibə geniş müzakirələr doğurub. O, son günlər Azərbaycan gündəminin əsas müzakirə mövzusuna çevrilən, həbsdə olan gənc blogger Mehman Hüseynova qarşı əlavə maddələrlə cinayət işinin açılmasından, onun aclıq aksiyası keçirməsindən danışarkən ölkə ziyalılarının ünvanına sərt ifadələr səsləndirib.

Yazıçı üç il öncə şəxsinə qarşı açılan cinayət işini M.Hüseynov hadisəsi ilə müqayisə edib və o zaman da, indi də ziyalıların susduğunu bildirib. Sitat: “Azərbaycanda ziyalı yoxdur, hansı ziyalıdan danışırsınız, mən bilmirəm? Mənim məsələmdə məlum oldu ki, ziyalı yoxdur. Mehmanın ”vurduğu" yekəpər oğlanın şəkli yayılıb. Mənim də “vurduğum” elə həmin formada iri adam idi. Guya bunu vurub yerə yıxmışam. Məgər ziyalı dediklərin bunu görmür? Mehman Hüseynovu reportajlarından tanıyırıq, mənim isə Azərbaycan ədəbiyyatının qarşısında xidmətlərim olub, ana dilli ədəbiyyatın yaradıcılarından biriyəm, niyə özüm bu barədə danışmalıyam? Hansı ziyalı bu barədə danışdı? Rafiq Əliyevi deyirlər, bir dəfə ağzını açıb demədi ki, belə namussuzluq etməyin. Hələ də üstümdə cinayət işi var, amma heç kəsin vecinə deyil. Yazıçılar İttifaqında oturanları nəzərdə tutursansa, 30 ildir bu təşkilatı ancaq özləri üçün işlədib, kitablarını çap etdirirlər. Yaxud Bəstəkarlar, Rəssamlar ittifaqları, bunlar yalnız gözləyirlər, öz mənfəətlərinə bir balaca ziyan vurmaqdan ehtiyat edirlər. Onların Mehmanların başına bu oyunları açan dairələrdən umacaqları var axı. Bir gün orden, başqa bir gün mükafat istəyirlərsə, hansı ziyalıdan danışırsınız? Ziyalılıq ölüm ərəfəsindədir, nəfəs alır, ancaq can verir".

Ə.Əylisinin bu açıqlamaları ziyalıların ciddi etirazları ilə qarşılanıb. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”da Ə.Əylisinin dediklərinə bu cür reaksiya sərgilədi: “Ziyalı problemi ilə bağlı cəmiyyətdə müzakirələr çox gedir. Konkret olaraq hansı fikirlərin, ideyaların müdafiəsindən söhbət gedir? Hüquqi məsələləri müəyyən dərəcədə ziyalıların problemi kimi göstərmək yanlışdır. Ziyalılığın Azərbaycanda daha çox problemi cəhalətə qarşı mübarizədir. Çünki ölkəmizdə hüquqi məsələlər yanlış və ya doğru şəkildə nə zamansa çözülə bilər. Nöqsana yol verib kimisə qanunsuz həbs və ya azad edə bilərlər. Ziyalılıq əgər bu cür götürülürsə, Axundov modelində bir ziyalılığa diqqət etsək, onun hədəfləri ilə bugünkü Azərbaycan yazıçısının hədəfləri təqribən eyni deyil. Hətta Əkrəm Əylislinin belə hədəfi eyni deyil. Axundovun hədəfi daha qlobal idi. Söhbət yazıçı platformasındakı ziyalıdan gedirsə, bu gün ölkə yazıçılarının, ümumiyyətlə, ziyalılıq anlayışı çox dar və məhduddur. Ona görə də qlobal dəyərlər yaradan şəxsiyyətlərə çevrilmək imkanlarını itirdilər. Onsuz da Axundovun götürdüyü yükü kimsə götürə bilməzdi. Ola bilər ki, indi kimisə xaricə buraxmırlar, kiməsə məhdudiyyət var. Unutmayaq ki, Axundova hər zaman ölüm təhdidi var idi. Bunların qarşısında qlobal hədəflər seçdi və bu gün Azərbaycan cəmiyyətində cəhalətin qarşısında duran obraz kimi xatırlanır. Ölkəmizdə elə ziyalılar da var ki, bunların cəmiyyət həyatına baxışı bütövlükdə daha modern, yeni cəmiyyət qurmaqdan keçir. Konkret situasiyalarla bağlı ola bilsin ki, kimlərsə mövqe bildirməkdən çəkinir, yaxud aktivlik göstərmirlər. Amma nəzərə alaq ki, elə məsələlər olur, söz söyləmək çətin olur. Ümumiyyətlə, yazıçıların əsərlərinin kontekstdən çıxarılıb dəyərləndirilməsinin, kütlənin mühakiməsinə verilməsinin əleyhinəyəm. Əkrəm Əylislinin Azərbaycan ədəbiyyatında yaratdığı əsərlərin dəyərini bilirəm. Amma ortaya qoyduğu tezislərin müdafiə tərəfi olmadığı üçün bunu başqasından ummaq əvəzinə bir az da özündən ummalı idi. O heç öz tezisini belə müdafiə edə bilmədi. Yazıçının cəmiyyət, dövlət və hakimiyyət əleyhinə ən kəskin yazıları ola bilər. Yazıçı özü-özünü müdafiə edəcək xarakterə, şəxsiyyətə sahib olmalıdır. Əkrəm Əylisli televiziyada, mətbuatda özünü müdafiə edəcək mövqe qoymadısa, bunun günahını başqasında axtarmaq doğru deyil. Ziyalıların olmadığını deyir, guya özü ziyalı, dissident obrazını götürə bildimi? Təmənnası ancaq xırda Yazıçılar İttifaqının intriqa davalarından o tərəfə keçməyən mövqe ilə ədəbiyyatda gələcəyə yönəlik ziyalı mövqeyi ortaya qoymaq olmaz ki. Azərbaycanda ən böyük ziyalılardan biri, bəlkə də birincisi Xudu Məmmədovdur. O zaman Xudu Məmmədov kiminsə həbsinə, yaxud bir sıra məsələlərə münasibət bildirməyib. İndi onu ittiham etmək olar ki, kiminsə həbsinə və ya kiməsə qarşı cinayət işinin açılmasına nə üçün mövqe bildirməmisən? O, Azərbaycanda yeni bir düşüncə platformasının yaranması ilə böyük bir nəslin formalaşmasına xidmət etdi. Ziyalının əslində əsas funksiyalarından biri də budur. Bu baxımdan Əkrəm Əylislinin bu cür ziyalı qiymətləndirməsini doğru saymıram. Təbii ki, Azərbaycanda ziyalı modeli zəifdir. Türkiyə, Rusiya kimi ölkələrlə müqayisədə bu qənaətə gəlmək olar. Rafiq Əliyev dəyərli ziyalımızdır. O şəxsi davranışları ilə nələrəsə nümunə olmağı bacarır və bunu da edir. Ziyalının qarşısına hakimiyyətlə savaşmaq missiyasını qoymaq yanlışdır. Hakimiyyətlə müxalifətçilik etmək siyasətçilərin işidir. Bir zaman Əkrəm Əylislinin də mövqeyi ilə bağlı yazı yazmışdım ki, ziyalının Azərbaycan cəmiyyətində baş rolu yoxdur, epizodik rolu var. Ziyalını kimsə yanına çəkirsə, yanında tutursa, əslində bununla onun cəmiyyətə təsir imkanlarını azaldır. Ziyalı hakimiyyət və müxalifətlə təqribən bərabər səviyyədə olmalıdır. Eyni zamanda özü ayrıca bir hakimiyyət olmalıdır. Özünü kiminsə tezisinin müdafiəçisi kimi çıxış edərək, özünü bir tərəfin adamı kimi göstərməməlidir. Müəyyən mənada bu tezislərlə razıyam ki, Azərbaycanda ziyalı modelini təşkil edə biləcək obrazların sayı çox deyil. Amma bütövlükdə ziyalının funksiyasının təhlilinin doğru olmadığı düşüncəsindəyəm”.

Deputat M.Hüseynov məsələsindən də söz açdı: “Mehman Hüseynovla bağlı məsələ hüquqidir. Bu məsələnin hüquqi çərçivədə qondarma və ya doğru olduğu mübarizəsini vermək olar. Amma bunu ziyalının məsələsinə çevirmək olmaz. Bizdə hər kəs komfort şəkildə evində rahat oturub. Hakimiyyət uzaqbaşı xaricə çıxmağa icazə vermir. Xaricə çıxmamaqla bu komfort şəraitdən nəyi dəyişə bildin? İctimai düşüncədə faydalı olan nəyi dəyişdin? Heç bir şey dəyişə bilmirsənsə, bunun günahı başqalarında deyil. Bu potensiala sahib deyilsənsə, başqalarını niyə ittiham edirsən? Belə məsələlərdə ittiham edənlərin hər zaman haqlı görünmələri mövqeyindən çəkinməliyik. Kiminsə Axundov olması üçün bu gün daha komfort şərait var. Şəxsini müdafiə etməmələri ilə bağlı ittihamlar səsləndirmək doğru deyil. Hər kəs özü-özünü ilk növbədə müdafiə etməlidir. Bunların özləri bir iş görmürlər, müdafiələri üçün heç nə etmirlər, sonra da deyirlər ki, məni niyə müdafiə etmədiniz. Hər kəs girdiyi davanın ağırlığını, yükünü özü düşünməlidir. Biri siyasi həbsə girirsə, siyasi motivli fəaliyyət göstərirsə, demək, o yükü götürə bilir ki, bunu edir. İnsan konkret xarakter nümayiş etdirməlidir ki, bu xarakterə görə insanlar onu müdafiə etsinlər. Bu cür gileyçi bir yanaşma doğru deyil. Mən demirəm ki, indi nöqsanlar, məhdudlaşdırmalar yoxdur. Yazıçı bütün məhdudları aşa biləcək gücə və xarakterə sahib olmalıdır. Beş ildə Əkrəm Əylisli parlamentdə oldu. Bir dəfə gözəl ədəbiyyat mühazirəsi çıxışı edərdi. Göstərərdi ki, ədəbiyyatın problemi nədir. Bunu desəydin, nəyi pis idi? Niyə bunları etmədin? Məni müdafiə etmədilərsə, ziyalı yoxdur düşüncəsi ilə çıxış etmək doğru deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru