Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                 

“Qadın azadlığı adı ilə əxlaqsızlığı, özbaşınalığı yaymaq yolverilməzdir”
Tarix: 12-10-2019, 09:03 | Çap et
“Qadın azadlığı adı ilə əxlaqsızlığı, özbaşınalığı yaymaq yolverilməzdir”
ADP sədri Sərdar Cəlaloğlu Azadlıq radiosuna verdiyi müsahibədə qadın hüquqlarından danışarkən qalmaqallı fikirlər səsləndirib.

Onun müsahibəsində “Qadınla kişinin hüququ bərabərdisə, bəs niyə qızları əsgər aparmırlar?”, “Qadın ərə tabe olmalıdır... Bəs kəbin nə üçündür?” kimi səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

S.Cəlaloğlu “Mən niyə cəbhədə ölməliyəm sən yox? Qadınlar bunu fikirləşir? Norveçdə, İsraildə, İngiltərədə qadınları əsgər aparırlar. Bizdə ona görə aparmırlar ki, milli-dini dəyərlərə ziddir.

Qadın azadlığı Dubayda, Türkiyədə xalqı biabır etmək, “Torqovı”da ərəblərə xidmət etmək deyil. Qadının da kişi kimi sağlamlıq, təhsil, seçki hüququ var. Qadın ərinə tabe olmalıdır".

Onun bu fikirlərinə kəskin etirazlar olub, xüsusən ictimai fəal olan qadınlar, sosial şəbəkə aktivistləri S.Cəlaloğlunu tənqid ediblər, dediklərini birmənalı qarşılamayıblar.

Ona görə yenidən ADP sədrinin bu məsələlərə aydınlıq gətirməsini istədik. S.Cəlaloğlunun qadın azadlığı və qadəna zorakılıq mövzusunda “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Sərdar bəy, qadınlar bu müsahibənizə görə sizi tənqid edirlər. Əslində qadın azadlığı harada başlayır, harada bitir?

- Ümumiyyətlə, qadın azadlığı, qadınların hüququ barədə təsəvvürü olmayan adamlar danışırlar. Onların heç xəbəri yoxdur ki, dünyada çox güclü dörd kişi azadlığı hərəkatı var. Qadınlar isə 70-ci illərdə qalıblar, elə bilirlər ki, təkcə feminist hərəkatı var. Qadın azadlığından bəzən kişilərə qarşı istifadə olunur. Məsələn, qadın boşanır ki, kişi ona aliment ödəsin. Mən provokasion şəkildə məsələni qaldırdım ki, qadınlara bütün sahələrdə güzəşt verilib. Qadın hamilədirsə dövlət məzuniyyət verir, qadına ömürlük həbs cəzası verilə bilməz. Yəni, minlərlə belə güzəşt var.

Sadəcə, ailədə kişinin üstünlüyü var. Çünki biz müsəlmanıq, kişi evə baxmalıdır, arvadını qorumalıdır, çörək gətirməlidir.

Kişi deyir filankəslə danışma, yenə danışır, sosial şəbəkəyə girib başqa kişi ilə söhbət eləmə, yenə edir, bu, qadın azadlığı yox, özbaşınalığıdır.

Qadın azadlığını müdafiə edənlərin çoxu heç azadlığın nə olduğunu bilmirlər. Azərbaycan 1918-ci ildə qadına seçmək və seçilmək hüququ verib. Biz anamıza görə özümüzü öldürərik, amma atamıza görə öldürmərik. Biz bacı qeyrəti çəkərik. Bəs, bunlar qadına olan yüksək dəyər deyil?

Qadının işi uşaq tərbiyəsidir, kişi ilə birgə ailə təsərrüfatını idarə etməkdir. Kişi vətəni qorumağa gedirsə, qadın da evə oturub onun namusunu qorumalıdır.

Sadəcə, Azadlıq radiosuna müsahibədən bir çox fikirləri kəsiblər. Mən demişdim ki, qadın xəyanətinə görə boşanmalar artıb.

- Amma qadınların bu problemi aktuallaşdırmasına səbəb son günlər qadına zorakılığın, amansızcasına öldürülməsi faktlarının artmasıdır...

- Qadına zorakılığı heç kim müdafiə etmir. Mən bəyəm deyirəm ki, kişi qadına düz edib şiddət göstərir? Sadəcə, cəmiyyətdə uşağa da, qadına da zorakılıq artıb. Statistikaya baxsaq, kişinin kişiyə zorakılığı, cinayəti daha çoxdur. Cəmiyyətdə bir gərginlik var, aqressiyanın səbəbləri də çoxdur. Heç bir cinsi üstün tutmuram. Ancaq aqressiya artanda qadına da, kişiyə də, uşağa da qarşı artır.

Problemi tək qadına qarşı götürmək olmaz, cəmiyyətdə ümumi zorakılıq artıb. Biz bu məsələni qadın azadlığı problemi kimi yox, milli səviyyədə olan bəla olaraq qaldırmalıyıq.

Çünki qadına qarşı zorakılıqla bərabər intiharlar artıb, dözümsüzlük azalıb. Bunun səbəblərini araşdırmalıyıq.

- Feministlərin qadın azadlığı deyəndə əsas arqumenti 18 yaşa çatan qızın müstəqil olmasıdır. Hesab edirlər ki, intim həyatda, digər addımlarda sərbəst hərəkət etmək hüququ var...

- Heç birimiz milli əxlaqdan, milli dəyərlərdən azad ola bilmərik. Onların dediyi fərdi azadlıqdır. Sən küçəyə lüt çıxa bilərsən? Cəmiyyət sənə nə deyər? Azadlıqdır da, küçəyə də çılpaq çıx, denən ki, şəxsi azadlığımdır.

Və yaxud bulvarda oğlan qızla öpüşəndə polis xəbərdarlıq edir, çünki ictimai yerdir. Cəmiyyətin yazılmamış əxlaq qanunları var. Əxlaq özü də yazılmamış qanundur.

Bəli, hər kəs 18 yaşdan sonra azaddır. Amma sən milli əxlaqa ziyan verə bilməzsən. Məsələn, fahişəlik də insanın şəxsi seçimidir. İndi deyək ki, bu, qadın azadlığıdır? Axı fahişəliyin artması təkcə əxlaqsızlığın çoxalması deyil, həm də xəstəliyin artmasıdır.

İndi əxlaq polisi yaradılır, niyə yaradılır? Ona görə ki, bu məsələ əxlaq normalarını icra edə bilməyən adamlara aiddir. Qadın azadlığı adı ilə əxlaqsızlığı yaymaq yolverilməzdir. Beynəlxalq hüquqda da qadın azadlığı haqda konkret göstərilib. Dünyada və Azərbaycanda insan alverinə qarşı mübarizə aparılır, qadınlar həbs edilir. Onda qadın deyər ki, azadam, özüm bilərəm necə yaşayıram. Bütün bunlara göz yummaq olmaz.

Statistika Komitəsi 10 min ailənin boşandığını açıqlayır. Niyə 10 min ailə dağılmalıdır? Çoxu da qadının xəyanətinə görə dağılır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru