Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                 

"Rafael Cəbrayılovun etdikləri doğru deyil, amma daha bu kişinin başına iş gəlib"
Tarix: 12-10-2019, 09:31 | Çap et
"Rafael Cəbrayılovun etdikləri doğru deyil, amma daha bu kişinin başına iş gəlib"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Versus.Az İnformasiya Agentliyinə müsahibə verib.

Cebhe.info müsahibəni təqdim edir.

- Rafael Cəbrayılovun mandatını girov qoyması, Çingiz Qənizadənin də borclu olması kimi faktların üzə çıxması məsələləri hələ də müzakirə olunmaqdadır. Belə fikirlər var ki, bu yolla artıq parlamentdə bir ələnmə prosesi başlayıb. Razi bəy, bəs sizin fikrinizcə necədir vəziyyət, Parlament seçkisi öncəsi baş verənlər nədən xəbər verir?

- İnanın ki, adını çəkdiyiniz deputatların başına gələn hadisələrdən heç kim sığortalanmayıb. Desək ki, biznes etmək deputatlara qadağandır, o zaman da səmimi görünmərik. Məgər Parlament üzvü olanların hamısı yazılan qanunlara hərfən əməl edir? Parlamentin az qala yarısı iri bizneslə məşğuldur, məşğul olmayanlar da yenə hansısa yolla deputatlığla uymayan fəaliyyətlə məşğul olmalı olurlar. Bu, ölkənin siyasi sisteminin problemidir, deputatların yox. Gərək bu məsələlərə ədalətli mövqe sərgiləyək.


Çingiz Qənizadə ilə şəxsi tanışlığım da var. İşini bilən, savadlı bir deputatdır. Qardaşı, yaxud ailə üzvü bir yanlışlıq edirsə, yaxud borca girirsə, deputat qardaş neyləsin? Hər məsələyə görə deputatları, məmurları da alıb-kəsmək doğru deyil. Doğru olan odur ki, xalqın malını talayanlar, büdcə vəsaitlərini oğurlayanlar, xalqı narazı salanlar və üzərlərinə qoyulan vəzifəni yerinə yetirə bilməyib, xalqı incidib narazı salanlar ifşa olunsunlar. Dövlətin büdcəsini qorumaq və onu xalqın ixtiyarına vermək lazımdır.

Rafael Cəbrayılovun etdikləri doğru deyil, amma daha bu kişinin başına iş gəlib, çətinlik içərisindədir və mandatından da imtina edib. Ortada zərər çəkənlər var. İndi onu sıxmaq, düşdüyü vəziyyətdən sui-istifadə edib əlində olan-qalanına da göz dikmək pis şeydir. Əksinə, indi dövlət ona dəstək verməlidir, bir yerdə oturub müzakirə aparmalıdır ki, necə etsinlər ki, zərər çəkənlər pullarını geri ala bilsinlər. İnanın ki, indi ən vacib məsələ bu olmalıdır. Rafael Cəbrayılovla müzakirə aparılmalıdır və köməklik göstərilməlidir ki, o borc sahiblərinin pulunu qaytarsın. Qaytara bilməsə, ən böyük haqsızlıq və ədalətsizlik pulunu itirənlərə edilmiş olacaq.

- Bunun ardınca Novruz Məmmədovun Baş nazir postundan istefa etməsi məsələsində hansı səbəbləri ehtimal edirsiniz?

- Baş nazir gərək çevik, zəhmli və güzəştsiz olsun. Nazirlər həqiqətən ona hesabat versinlər, çəkinsinlər və tapşırıqları birmənalı yerinə yetirsinlər. Həm də gərək baş nazir ölkə iqtisadiyyatını dərindən bilsin və özünə də iqtisadiyyatı dərin bilən köməkçilər götürsün. Hörmətli Novruz Məmmədov bunlara əməl edə bilmədi. O, doğurdan da gözəl insandır, çox böyük mədəniyyət sahibidir, ziyalıdır. Amma baş nazir gərək ötkəm və qətiyyətli olsun. Bizim siyasi sistemimiz ziyalılığı, çox yüksək mədəniyyətə malik olmağı və hər şeydə abır-həya gözləməyi qəbul etmir. Hərdən gərək yumruğunu qaldırıb stola elə çırpasan ki, masa ətrafında oturanlar səksənsin. Heç kim baş nazirin yanında özünü "xüsusi" apara bilməməlidir. İnanmaq istərdim ki, Əli Əsədov dediyimiz bu keyfiyyətlərə malikdir.

- Razi bəy, Əli Kərimlini daha bir nəfər - Dilarə xanım tərk etdi. Həmin xanımın səs yazısında "Mən çıxıram, sizə də, partiyanıza da tüpürüm" ifadəsi var. Necə düşünürsünüz, çanaq kimin başında çatlayacaq?

- Kim gedir, kim qalır, özləri bilər. Amma artıq çıxanların da səmimiyyətinə inanmıram. Məhz elə o insanların əməyidir ki, sədrləri təkbaşına idarəçilik həyata keçirir. Təkbaşına, məsləhətsiz siyasətin nəticəsidir ki, indiyə kimi nəticə əldə edə bilməyiblər.

- Siz bütün cəbhəçilərə müraciətlə AXC-lərin birləşməsini təklif etmişdiniz. Bu bəyanatınızı necə qarşıladılar, cavabları nə oldu?

- AXCP-lərin birləşməsi ilə bağlı ciddi reaksiya olmayıb. Belə çıxır ki, Əli Kərimli AXCP-lərin birləşməsini istəmir. Mən müraciətimdə səmimiyəm və təklifim hələ də qüvvədə qalır. Təkbaşına siyasi mübarizə nəticəyə gətirib çıxarmayacaq.

- Razi bəy, Paşinyanın torpaqları 5 milyard qarşılığında qaytarması məsələsinə necə baxırsız?

- Paşinyan kimdir, hansı diplomatiyanın və hansı müstəqil qərarın sahibidir ki, torpaq alqı-satqısı həyata keçirsin. O, ancaq bədnam Ermənistanda maklerlik edə bilər. Azərbaycan torpaqları alınıb-satılmır və o, bizim torpaqlarımız üzərində hökm verə bilməz. Gec-tez biz torpaqlarımızı geri alacağıq. O zaman biz Dağlıq Qarabağla Naxçıvanı birləşdirmək məqsədilə lazım olan torpaqları almaq üçün təkliflər göndərəcəyik. Qoy o gün üçün hazırlaşınlar.

- Necə düşünürsünüz, Rusiya prezidenti ilə Azərbaycan prezidentinin oktyabr görüşü Qarabağ münaqişəsinin həlli ilə bağlı nələri vəd edir?

- Azərbaycan və Rusiya prezidentləri 25 ildir ki, görüşürlər. Məgər nəticə olub? Rusiya Ermənistanın arxasından çəkilmək istəmir, onun üçün də bu tip görüşlərdən hələ ki, nəticə gözləməyə dəyməz. Amma buna baxmayaraq, hər zaman inanmaq istəmişik ki, daha Rusiya bu dəfə fərqli münasibət sərgiləyəcək və Azərbaycan Prezidenti də konkret addımları müəyyən edə biləcək. Ümidimiz yenə də var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru