Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                 

“Gəlir deklarasiyası, maliyyə amnistiyası və Rəqabət Məcəlləsi tətbiq edilməlidir” - deputat
Tarix: 24-10-2019, 08:45 | Çap et
 “Gəlir deklarasiyası, maliyyə amnistiyası və Rəqabət Məcəlləsi tətbiq edilməlidir”
İqtisadiyyat naziri postundan baş nazirin müavini vəzifəsinə təyin olunan Şahin Mustafayevi qəbul edən prezident İlham Əliyev ölkə iqtisadiyyatındakı bir sıra problemlərə toxunub.

“Yeni Müsavat” xəbər verir ki, Azərbaycan iqtisadiyyatının son 15 il ərzində üç dəfədən çox artdığını bildirən dövlət başçısı əldə edilmiş uğurlarla kifayətlənməməyin gərəkdiyini qeyd edib: “İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülməlidir. Düzdür, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda iqtisadi artım demoqrafik artımı üstələməlidir: “Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”.

Dövlət başçısı həmçinin qeyri-neft ixracının artmasının zəruriliyini vurğulayıb: “Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir”.

Prezidentin bu fikirlərini şərh edən millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a bildirib ki, dövlət başçısı hər dəfə hökumət müşavirəsində ölkə iqtisadiyyatı üçün vacib olan məsələlərə toxunur: “Birinci məsələ qeyri-neft sektorunun inkişafıdır. Doqquz ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də cənab prezident bu məsələdən bəhs etmişdi. Orada çox ciddi şəkildə bildirdi ki, bu qədər vəsait qoyuruq, amma qeyri-neft sektorunda ciddi artım yoxdur. Şahin Mustafayevi qəbul edərkən isə bildirdi ki, biz büdcəmizi faktiki olaraq neftdən əldə olunan gəlirlərin hesabına formalaşdırırıq. Bu, doğrudan da belədir. Yəni prezident mövcud vəziyyəti gözəl bilir. Uzun illərdir qeyri-neft sektorunun inkişafına vəsait qoyuruq, müxtəlif dəstək və təşviq tədbirləri həyata keçirilir, amma ortada olan nəticə çox aşağıdır. Biz də millət vəkili olaraq həmişə bu məsələni gündəmdə saxlamışıq, Milli Məclisdə müzakirələr zamanı hökumətə təkliflərimizi vermişik. Ona görə ki, bu gün bizim qeyri-neft sektorumuzun strukturunda ciddi problemlər var. Elə struktur sahələrini inkişaf etdirmək lazımdır ki, həm ixracyönümlü olsun, həm də daxili tələbatın təmin olunmasında mühüm rol oynasın. Bu gün ixracımızın 90-92 faizi neft-qaz və neft məhsullarıdır. Bu, çox ciddi problemdir. Yeni təyin olunacaq iqtisadiyyat nazirinin fəaliyyətində burada çox şey asılıdır. Bu yaxınlarda baş nazirin təyinatı zamanı qaldırdığım üç məsələdən biri məhz qeyri-neft sektorunun inkişafı idi. Bu məsələ Azərbaycan üçün ən prioritet istiqamətlərdən biridir. Çünki sabah neft bazarında qiymətlərin düşməsi baş verərsə, biz yenidən problemlərlə üzləşə bilərik. Elı olmalıdır ki, heç olmasa cari xərclərimizi qeyri-neft sektorunun hesabına təmin edək”.

Millət vəkili qeyd edir ki, son illərdə qeyri-neft sektorunun inkişafı üçün xeyli işlər görülüb: “Sənaye məhəllələri, parkları yaradılıb, digər addımlar atılıb. Lakin bu işlərin effektivliyi aşağıdır, əldə olunan nəticələr qaneedici deyil. Buna görə də bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsinə, daha effektiv tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

V.Əhmədov Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsinin yüksək olduğu qənaətindədir: “Bu, çox ciddi məsələdir. Bütün dünyada kölgə iqtisadiyyatı var. Azərbaycanda bu problemi cənab prezident ciddi şəkildə bir neçə il əvvəldən qaldırıb. Vergi, gömrük sistemində ciddi islahatlara gedildi, bu sahələrdə şəffaflıq təmin edildi. Daha sonra ikili mühasibatlığın aradan qaldırılması üçün addımlar atıldı. İndi lazımdır ki, digər sahələrdə belə addımlar atılsın. Çünki Azərbaycanda kölgə iqtisadiyyatı hələ də yüksək olaraq qalır. Bunun əsas səbəbləri inhisarçılığın olması, bazarlarda azad rəqabətin olmaması, məmur-oliqarxların biznes fəaliyyəti ilə məşğul olmaları və sair bu kimi problemlərdir. Bu problemlərin nəticəsidir ki, Azərbaycanda kölgə iqtisadiyyatı bizim hesablamalarımıza görə, 25-30 faiz səviyyəsindədir. Düzdür, bəzi beynəlxalq araşdırmaçılar, mərkəzlər bunun səviyyəsinin daha yüksək olduğunu deyirlər. Hətta Azərbaycanda kölgə iqtisadiyyatının 60 faiz olduğunu deyənlər də var. Dövlət Statistika Komitəsi isə 8-9 faiz deyir. Mən bunu da real hesab etmirəm. Bizim hesablamalarımız bunun 25-30 faiz civarında olduğunu göstərir”.

Millət vəkili kölgə iqtisadiyyatının aradan qaldırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsini zəruri hesab edir: “Birincisi, gəlir deklarasiyalarının təqdim olunmasını mütləq təmin etməliyik. Azərbaycanda ”Gəlir deklarasiyaları haqqında" Qanun qəbul olunub, amma normativ sənədlər yoxdur. Bu sənədlər hazırlanmalı və qanunun tətbiqinə başlanmalıdır. İkinci məsələ maliyyə amnistiyasıdır. Biz uzun müddətdir bunu təklif edirik. Maliyyə amnistiyası haqqında ayrıca qanun qəbul olunmalıdır. Bu qanun elə olmalıdır ki, vəsaitlərini ölkəyə gətirən, yaxud leqallaşdıran şəxslər həmin vəsaitlərdən yalnız iqtisadiyyata investisiya kimi yatırsınlar. Üçüncü vacib məsələ sağlam rəqabət mühitini tənzimləyəcək məcəllənin qəbul olunmasıdır. Strateji yol xəritəsində Rəqabət Məcəlləsinin qəbul olunması üçün son müddət kimi 2020-ci il göstərilib. Prezidentin inhisarçılığa qarşı mübarizə məsələsini önə çəkməsindən sonra Rəqabət Məcəlləsinin qəbulu prosesinin sürətləndirilməsi çox vacibdir. Hesab edirəm ki, biz bu payız sessiyasında məcəlləni müzakirə və qəbul edə bilərik".

Sabiq maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov bildirir ki, prezident 4 il bundan öncə ölkədə postneft erasının başlandığını rəsmi bəyan edib, sürətli iqtisadi islahatlara start verib: “Son 15 il ərzində dünyanın heç bir ölkəsində iqtisadi islahatları sürətləndirmək üçün bu qədər qərarlar və qanunlar qəbul edilməyib desək, yanılmarıq. Aydındır ki, bu qərarların demək olar ki, hər biri bilavasitə islahatların əsas hədəflərini müəyyənləşdirən və onların aparılmasına rəhbərlik edən dövlət başçısının təşəbbüsü ilə qəbul olunur. Təbii ki, son 4 il ərzində qəbul edilən əksər qərarların və qununların başlıca məqsədi iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdən ibarət olub. Sürətli iqtisadi islahatlara start verildikdən sonra bir-birinin ardınca qəbul edilən qərarlar fonunda ölkə iqtisadiyyatının real sektorunda ikirəqəmli artım templərinə çatılacağına heç kəsin şübhəsi yox idi. Lakin bu gözləntilər özünü doğrultmadı. Elə bu səbəbdəndir ki, bu ayın 15-də keçirilən iqtisadi müşavirədə və sabiq iqtisadi inkişaf nazirini baş nazirin müavini vəzifəsinə təyin edəndə də prezident qeyri-neft sektorunun inkişaf sürətindən və bu sektordan ixracın səviyyəsindən narahatlıq ifadə etdi”.

Sabiq nazir bildirir ki, dövlətin islahatları aparmaq üçün praktik olaraq əldə olan bütün rıçaqları işə saldığı bir vaxtda nəticələrin belə zəif olması məyusluq doğurur: В«Prezident Şahin Mustafayevi qəbul edərkən kölgə iqtisadiyyatı, inhisarçılıq və biznesdə məmur himayədarlığı ilə bağlı kəskin fikirlər səsləndirdi. Bu neqativ halların mövcudluğunun kökündə ilk növbədə məmur özbaşınalığı dayanır. Bu sıraya onların səriştəsiz idarəçiliyini də əlavə etsək, o, halda qəbul edilən qərarların gözləntiləri doğrulda bilməməsinin səbəbləri tam aydınlaşar. Elə bu səbəbdəndir ki, prezident indi kadr islahatlarına start verdi. “Kadrlar hər şeyi həll edir” kimi məşhur bir deyim indi daha aktual görünür. Çünki yerində olan, dövləti və xalqı üçün vicdanla çalışmağı hər şeydən üstün tutan kadrlar həmişə yaxşı nəticələr əldə edə biliblər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru