Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                 

Müxalifətin ixtiyarları siyasətdən getmək istəmir - “Çoxdan arzulayıram ki, yerimə iddialı bir gənc olsun”
Tarix: 26-10-2019, 09:55 | Çap et
Müxalifətin ixtiyarları siyasətdən getmək istəmir
Ölkə iqtidarı yaşlı məmurlarla vidalaşmağa başlayıb. Yaşı əsasən 70-i keçmiş məmurlar bir-birilərinin ardınca postlarını tərk edirlər.

Hazırda Azərbaycan müxalifətində də təqaüd yaşını keçən çoxsaylı siyasətçilər var. Onlar ya partiya sədri, ya da düşərgənin öndə gedən partiya funksionerləri kimi fəaliyyət göstərirlər. Doğrudur, onlar arasında yaşı 70-i ötənlər barmaqla sayılacaq qədərdir. Məsələn, istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun 81 yaşı var. VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı isə 73 yaşının içərisindədir. Sabiq daxili işlər naziri İsgəndər Həmidovu da bu sıraya daxili etmək olar. Onun 71 yaşı bu ilin aprelində tamam olub. Bu sıraya nə qədər qəribə görünsə də, 2005-ci ilə qədər iqtidarın “vuran əllərindən” biri sayılan sabiq səhiyyə naziri Əli İnsanovu da daxil etmək olar. Çünki o, 14 illik həbsdən sonra əsas müxalif siyasətçilərdən birinə çevrilib. Sabiq nazirin 73 yaşı var.

60-70 yaş arası müxalif liderlər daha çoxdur. Sabiq dövlət katibi, Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyevanın gələn ay 68 yaşı tamam olacaq. MSDM rəhbəri, Müsavatın keçmiş başqanı İsa Qəmbər isə 62 yaşındadır. KXCP sədri Mirmahmud Mirəlioğlunun ötən ay 63 yaşı tamam olub. Milli Şuranın sədri Cəmil Həsənlinin 67 yaşı var. AXP sədri, sabiq baş nazir Pənah Hüseynin isə oktyabrın 28-də 62 yaşı tamam olacaq. AMİP lideri Etibar Məmmədovun gələn ilin aprelində 65 yaşı tamam olur. Onu da qeyd edək ki, müxalifətin qocamanlarının da gənclərin önünü kəsdiyi yönündə fikirlərə rast gəlirik.

S.Rüstəmxanlı yaş məsələsi ilə razı deyil: “Dövlət idarəçiliyi ilə siyasi partiyaları bir-biri ilə qarışdırmaq lazım deyil. Siyasi partiyalar dövlət idarəçiliyi ilə məşğul deyillər. Müəyyən ideoloji xəttin üstündə, müəyyən bir ideya ətrafında birləşmiş insanlardır. Orada təcrübəli adamlara hər zaman ehtiyac var. Partiya sədri yaşından asılı olmayaraq, o ideyanın daşıyıcısıdırsa, o ideyaya sağlam, gənc insanlar kimi xidmət edirsə, üzərinə düşən işləri həyata keçirməyi bacarırsa, partiya üzvlərinin özləri onun getməsini istəməzlər. Dünyada bunun təcrübəsi az deyil. Hər gün 10 milyon insanın həyatı, yaşayışı, yeməyindən tutmuş geyiminə, iqtisadiyyatından tutmuş mədəniyyətinə, Dağlıq Qarabağın azad edilməsinə qədər hər şey iqtidarın boynunda olan məsələlərdir. Zənn edin ki, ailənin məsuliyyətini o boynuna götürüb. Bu işləri o görməlidir. Ona görə də iqtidarda səhərdən axşama qədər işləyə bilən, yorulmayan, fiziki və mənəvi cəhətdən güclü olan insanların olması çox vacibdir. Burada yaş məsələsindən söhbət getməməlidir. Ümumiyyətlə, yaş məsələsinə o qədər də önəm vermirəm. Elə yaşlı adamlar var ki, normal işləyirlər.

Gənclər də var ki, dövlətçilikdən anlayışları yoxdur. Son vaxtlar dəbə minib ki, filan gənc xarici dilləri bilir. İnsan əsas öz dilini, mədəniyyətini, tarixini bilməlidir. Beynəlxalq aləmi, xarici bilmək Azərbaycanı bilmək demək deyil. İndiki gənclər hansı idarəyə işləməyə gedirlərsə, ”filan dilləri bilirsənmi" kimi suallar verilir. Yaş məsələsi önəmli olmamalıdır. Əsas olan seçkili orqanların olmasıdır. Dünyada qəbul olunmuş müəyyən limitlər mövcuddur. Bir insan neçə il nazir işləyə bilər? Həmin nazir öz davamçılarını yetişdirməlidir. Nəzərə almalıdır ki, arxadan gələnlər var. Burada əsas olan keyfiyyətdir. Təbii ki, yaşın da müəyyən ölçü-biçisi var. Yaş 80-ə çatırsa, o insan səhərdən-axşama qədər dövlət işində verimli şəkildə işləyə bilməz. Əgər kiminsə sözü, dövlətçiliklə bağlı nəsə fikirləri olarsa, onu kənardan demək də mümkündür. Dövlətin qanunları, konstitusiyası, ən əsası, dövlətçilik ənənələri var.

Buna uyğun hərəkət etmək lazımdır. Siyasi partiyalarda mənzərə bir az fərqlidir. Bir partiyada dövlətə və hakimiyyətə heç bir zərəri olmayan, yaşlı və ya gənc birinin rəhbər olmasının hökumətə az təsiri var. Amma istənilən halda, partiyalarda yeni simalar yetişməlidir. Hər kəs ölümünə qədər bir yerdə otura bilməz. Bunu hamımız başa düşürük. Mən də çoxdan arzulayıram ki, yerimə iddialı bir gənc olsun, orta nəslin də nümayəndəsi ola bilər. Hətta yaşıdımın olması da mümkündür. Çıxsınlar ortaya desinlər ki, bundan sonra Vətəndaş Həmrəyliyi Partiyasını mən idarə edəcəm. Böyük məmnuniyyətlə yerimi verməyə və üzv kimi qalıb kənardan köməklik göstərməyə hazıram. Amma təəssüf ki, çevrəmdəki adamlar hələ ki buna imkan vermirlər. Partiya seçkili bir təşkilatdır. Burada hökmən səs çoxluğu qazanılmalıdır. Bunu mən özüm təklif edəndə yaxın qoymadılar. Amma güman edirəm ki, növbəti qurultayda bu məsələyə baxacağıq".
Nisbətən gənc siyasətçilərdən sayılan AĞ Partiya başqanı Tural Abbaslı görünən mənzərəyə bu cür şərh verdi: “Ümumən götürdükdə Azərbaycan siyasi səhnəsi xeyli yaşlanıb. Yəni bu gün iqtidar və müxalifətdə öndə olanların bir çoxları 1989-90-cı illərin siyasi aktivliyi zamanı meydana çıxanlardır. Və demək olar ki, 25 ildən artıq müddətdir ki, siyasi səhnəyə yeni simalar ya çıxmır, ya da çıxa bilmirlər. Bunun da nəticəsidir ki, bu gün iqtidarla yanaşı həm də müxalifət vitrini xeyli yaşlaşıb. Ancaq burada müxalifət arenasındakı yaşlaşmanın tam başqa səbəbləri var. Belə ki, uzun illərlə iqtidarın müxalifətə sərt mövqe bəsləməsi, onlara bu və ya digər formada müxtəlif təzyiq, təqib və sıxışdırma siyasəti aparması buraya gənclərin axınının qarşısını alıb. Çünki heç bir gənc həbs olunmaq, təhsil aldığı müəssisədən qovulmaq, işdən çıxarılmaq, təqiblərə məruz qalmaq təhlükəsinin olduğu yerə gəlmək istəməz və gəlmirdi də. Bu da öz növbəsində müxalifətə, müxalif partiyalara yeni axının qarşısını kəsdi”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru