Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                 

“Əli İnsanovun partiya yaratmasından biz niyə narahat olmalıyıq?” - Əli Orucov
Tarix: 26-11-2019, 10:13 | Çap et
“Əli İnsanovun partiya yaratmasından biz niyə narahat olmalıyıq?”
Bu ilin martındakı əfv sərəncamı ilə azad olunan sabiq səhiyyə naziri Əli İnsanovun uzun zamandır anonsları verilən partiyasının adı məlum olub. Yeni müxalif qurum Haqq Ədalət Partiyası (HƏP) adlanır. Bu barədə sabiq nazirin öz adına fəaliyyət göstərən facebook səhifəsində məlumat verilib.

Partiya sıralarında sabiq səfir İsfəndiyar Vahabzadə, Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru Qalibə Budaqova, baş prokurorun sabiq köməkçisi Mirədalət Talışxanov və digər şəxslər var.

“Əli İnsanovun partiya yaratması o qədər kiçik hadisədir ki, onu şərh etməyə belə dəyməz. Hadisələr göstərir ki, bu insan cəmiyyət üçün bütünlüklə itirilmişdir. Məhbusluq həyatı ona dərs olmadı, islah olunmadı”.

Baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov APA-nın sualını cavablandırarkən belə deyib.

Əli Əhmədov qeyd edib ki, elan etdiyi partiyaya gəldikdə isə hələlik məlum olan odur ki, özünə məşğuliyyət tapa bilməyən bir neçəsi onun yanına gedib gəlir: “Cəmiyyət Əli İnsanovun bir neçə bəyanatını soyuq və biganə qarşıladığı kimi, yaratdığını elan etdiyi partiyaya da münasibət fərqli olmayacaq. O, sosial bazadan tam məhrumdur. Onun partiya yaratması ilə əlaqədar diqqəti çəkən yalnız ad oldu. Daha doğrusu, adın və mahiyyətin dərin təzadı. Əli İnsanov hara, haqq-ədalət hara. Bu gün cəmiyyətdə Əli İnsanovla əlaqədar aparılan müzakirələr əsas etibarilə onun qanunsuz yollarla əldə etdiyi sərvətlər və malikanələri haqqındadır. Onun Haqq Ədalət Partiyası yaratması, əslində bəşəri dəyərlərə hörmətsizlikdir, həqarətdir. Əli İnsanovu tanıyanlar çox gözəl bilir ki, bu insanın xarakterində həmin anlayışlara heç zaman yer olmayıb və bu gün də yoxdur. Onda nə ədalət var, nə də o, haqqı tanıyan insandır ”.

AĞ Partiya başqanı Tural Abbaslının yeni partiya barədə fikirləri bundan ibarətdir: “Siyasi səhnədə nə qədər çox partiya, təşkilat, blok, birlik, hərəkat olarsa, insanların da siyasi aktivliyi bir o qədər artar. Yəni siyasi palitranın zənginləşməsi müsbət haldır. Dediklərimi nəzərə aldıqda təbii ki, biz yeni yaradılması nəzərdə tutulan partiyaya uğurlar arzulayırq. Onlar hələlik ancaq qurultaya hazırlıq üzrə təşkilat komitəsini elan ediblər. Bunu hələlik tam vitrin hesab etmək olmaz. Vitrin barədə konkret nəsə demək üçün hələ bir az zamana ehtiyac var. Həmçinin başqa bir partiyanın vitrininin özümüz tərəfindən təftişini də etik hesab etmirəm. Bu əlahiddə olaraq onların biləcəyi daxili məsələdir. Xalqın bu vitrinə reaksiyasının və etimadının necəliyini isə zaman göstərəcək. Müxalifət camiəsinin yeni yaranacaq partiya ilə qarşılıqlı əlaqələri barədə də indidən nəsə demək tez olardı, bunun da zaman ehtiyacı var. Bu münasibətlər daha çox yeni yaranacaq partiyanın siyasi ideologiyasından və mübarizə strategiyasından asılı olacaq. O ki, qaldı Əli İnsanovun yeni müxalif partiya sədri obrazına, bunun da necə olacağını zaman göstərəcək. İstənilən halda yeni təşkilata və onun təşəbbüskarlarına uğur arzulayırıq”.

ADP sədri Sərdar Cəlaloğlu HƏP barədə danışmağın tez olduğunu qeyd etdi: “Əvvəla, onu deyim ki, yeni yaranmış partiya hələ özünü cəmiyyətə təqdim etməyib. Siyasi təşkilatlanma və siyasi mübarizə üç mərhələdən keçir. Özünü yaratma, özünü təqdimetmə və ondan sonra hədəflər uğrunda mübarizə. Biz indi gözləyək görək bu özünü cəmiyyətə necə tanıda biləcək, nə qədər xalq bunu qəbul edəcək? Elə düşünməyək ki, kimsə nəsə yaratdısa, ortaya nəsə qoydusa, cəmiyyət dərhal bu ideyanı göydən tutacaq. Təşəbbüs qrupunun tərkibinə baxdım. Orada demək olar ki, təmsil olunanlar keçmiş YAP-çılardır. Yeni YAP-çılarla keçmişdəkilərin bir fərqi var ki, yenilər, yəni sabiq YAP-çılar inciklərdir. YAP-da qalanlar isə belə deyillər. İnciklərin aparacağı mübarizə AXCP-Müsavatın apardığı revanşist mübarizədən heç də fərqlənməyəcək. Bunlar ola bilsin ki, nəsə bir mübarizə aparsınlar. Amma bu, YAP-ın ümumi ruhuna uyğun mübarizə olacaq. Sadəcə olaraq, revanşizm bir qədər üstünlük təşkil edəcək. Partiyanın təşəbbüskarlarının demək olar hamısı keçmiş YAP-çılardırsa, bu onu göstərir ki, YAP-dan, bütövlükdə hakim komandadan uzaqlaşdırılanlar İnsanovun yanına axışacaqlar. Bunların ən böyük xidmətləri o bilər ki, vaxtilə YAP-ın sıralarında olarkən xalqa vurduqları ziyanı kompensasiya etsinlər. Bundan uzağa böyük nəticələr əldə edə bilməyəcəklər. Açığı, düşünmürəm ki, özlərinin vurduqları ziyanları belə aradan qaldıra bilsinlər. Müxalifətə də güc, potensial gətirəcəyinə inanmıram. Amma hər halda, istənilən şəxsin partiya yaratmaq hüququ var. Bu adamlar da yığışıb bir təşkilat yaradıblar. Gözləyək görək nə olacaq? Əli İnsanov həbsxanadan çıxanda bir bəyanat vermişdi. Ona müxalifətlə birləşib-birləşməyəcəyi barədə sual verildi. O dedi ki, bilmək olmaz, müxalifət mənim ətrafımda birləşəcək, yoxsa mən onların ətrafında. Ola bilsin ki, isti-isti o fikirlərini korrektə edə bilmirdi. Amma səmimi şəkildə bu şəxs birlik məsələsində hansı mövqe durduğunu ortaya qoydu. O yerdə ki ambisiya var, o yerə ki eqoist maraqlarla qoşulursan, orada heç vaxt ümumi maraqlara xidmət edəcək nəsə ortaya çıxa bilməz. Bu baxımdan onun iddialığını nəzərə alıb demək istəyirəm ki, Əli İnsanov birləşdirici fiqur ola bilməz. Müxalifətin birliyi yolunda da əhəmiyyətli rol oynaya bilməyəcək”.

AMİP katibi Əli Orucov: “Əli İnsanov azadlığa çıxandan dərhal sonra partiya yaradacağını elan etmişdi. İndi Haqq Ədalət Partiyasının Təşkilat Komitəsinin tərkibini cəmiyyətə çatdırdı və bu birmənalı qarşılanmadı. Hər bir şəxsin hansısa siyasi təşkilatlarda birləşməsi onun konstitusion hüququdur. Tərkibdə mənim tanıdığım simalar yoxdur. Lakin yeni elan olunan partiyanın fəaliyyətinə və bütövlükdə partiyanın özünə Azərbaycan toplumu öz qiymətini verəcək. Bu partiyanın müxalifət düşərgəsində hansısa dönüşü yaradıb-yarada bilməyəcəyini isə zaman göstərəcək. Müxalifət düşərgəsində kəmiyyət deyil, keyfiyyət dəyişikliyinə ehtiyac var. Əli İnsanovun partiya yaratmasından biz niyə narahat olmalıyıq? Biz qətiyyən narahat deyilik. Əli İnsanov kimlərlə oturub-durur, müzakirələr aparır, onlar narahat olsunlar ki, elektoratlarını və tərəfdarlarını ələ keçirə bilər. AMİP demokratik, sağlam təməllər üzərində qurulan, ölkənin aparıcı və bir saylı siyasi partiyasıdır. Partiyanın gündəmində isə hər hansı birlik yaratma ilə bağlı məsələ yoxdur”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru