Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı .....                     Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? .....                     Azərbaycan Suriyaya qazın həcmini artıra bilər .....                     Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır .....                     Araz Abdullayev evləndi .....                     Qarabağda göründü, üç ölkəyə göndərildi .....                     SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub .....                     “Tramp dəhlizi” üçün təhlükə .....                     Azərbaycanda bu şirkətə baş direktor seçiləcək .....                     Valideyn övladını məktəbə yola salmaq üçün .....                     “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” .....                     Pulyeyən məmurun DASTANI... .....                     Qobu bələdiyyəsinin “mələkləri” kimdir? .....                     İran, Əməvilərin yolunu gedir .....                     Naxçıvan "canişinliyinin" siyasi reallığı .....                     Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir .....                     “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı .....                     Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər .....                     Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? .....                     Deputatın borc içində üzən şirkəti TENDER UDUR .....                     “Rusiyadan hər cür təxribat gözləmək olar” .....                     Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... .....                     Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər .....                     Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! .....                     Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib .....                     Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi .....                     Şəkidə abadlıq işləri də BAMƏZƏDİR .....                     "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər" .....                     Zəngəzur dəhlizi hamının işinə yarayır... .....                     Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər .....                     İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir .....                     Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib .....                     İŞİD terror təşkilatının qurbanıyam .....                     Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək .....                     Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər .....                     ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər .....                     DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... .....                     İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir .....                     ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər .....                     Azərbaycanda iri zavodun direktoru dəyişib .....                 

“Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək” - Müsahibə
Tarix: 15-07-2020, 08:40 | Çap et
“Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək”
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlatdığı qanlı döyüşlərə ara verilmir.

Bəzi siyasi ekspertlər isə iddia edirlər ki, Ermənistanın hərbi əməliyyatlara işğal etdiyi Qarabağdakı təmas xəttində deyil, dövlət sərhədində başlamasında məqsəd həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, əsasən də Rusiyanı Azərbaycana qarşı qaldırmaq, həm də Baş nazir Nikol Paşinyanın itirilən mövqeyinin bərpasına cəhddir.

Politoloq Zərdüşt Əlizadə Reyting.az-a müsahibəsində Tovuz rayonu istiqamətində gedən qanlı döyüşlər və bunun nəticələrinə dair suallara cavab verib:

- Mən ehtimal edirəm ki, bu qanlı qarşıdurma Nikol Paşinyanın öz təşəbbüsüdür. O, istəyir ki, hadisələri qabaqlasın. Bununla Paşinyan sanki Azərbaycanın Dağlıq Qarabağ cəbhəsində hücuma keçməsinin qarşısını almağa çalışır.

Ehtimal var ki, Azərbaycan Dağlıq Qarabağ cəbhəsində hücuma keçəcək, bəzi əraziləri işğaldan azad edəcək və bu zaman Rusiya Paşinyan iqtidarına kömək etməyəcək. Məhz bu ehtimalı nəzərə alan Paşinyan hadisələri qabaqlayır. Və eyni zamanda bu addımı ilə çalışır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini qazansın.

Amma Azərbaycan ağıllı davranacaqsa, Qərb istiqamətində Ermənistan ərazisinə bir addım belə girməyəcək. Daha çox müdafiə döyüşləri aparıb mövqelərini qoruyaraq dövlət sərhədini mühafizə edəcək. Beləcə, sülh əldə ediləcək. Əks təqdirdə, əgər indiki döyüşlər davam edəcəksə, Ermənistan tərəfi çalışacaq ki, təxribat edərək Azərbaycanı Ermənistan ərazilərinə çəksin. Amma bu zaman Azərbaycan ermənilərə Qarabağ cəbhəsində zərbə endirəcək.

- Siz, Azərbaycanın Qarabağ cəbhəsində aktiv hərbi fəaliyyətə keçəcəyini düşünürsünüz?

- Mən bilən qədər Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək. Bunlardan biri İran sərhədi boyunca Cəbrayıl-Zəngilan, digəri isə Kəlbəcər istiqamətində olacaq. Bu zaman mümkündür ki, Azərbaycan bir neçə rayonu işğaldan azad etsin. Amma bu anda Rusiya prosesə qoşularaq hərbi əməliyyatların davam etməsinin qarşısını alacaq. Beləcə, yenidən sülh danışıqları məsələsi gündəmə gələcək.

Mən, bu fikirlərimi təhlil və analizlərimin nəticəsi olaraq deyirəm.

- Azərbaycan Qarabağda Emənistan ordusuna sarsıdıcı zərbə endirsə, Yerevanda nələrin baş verəcəyini təsəvvür edirsinizmi?

- Bəli, edirəm. Yerevanda məğlubiyyətin günahını yıxacaqlar Nikol Paşinyanın üstünə. Generallar Paşinyana anladacaq ki, daha bəsdir, istefa vermək lazımdır. Nikol da çıxıb elan edəcək ki, istefa verirəm. Və məsələ bitəcək.

Açığı, mən hadisələrin inkişafını belə görürəm. Bunu Putinin mövqeyi, Paşinyana münasibəti, proseslərin gedişi də göstərir. Məncə, Putinin səbri tükənir və Nikolun devrilməsinə qərar verib. Nikol Paşinyan da bunu bildiyindən əks oyun aparır.

- Paşinyanın Putinə qarşı əks oyunlar aparmaq imkanı varmı?

- Sözsüz ki, əks oyun üçün gərək əlində imkan və resurs olsun.

Qərbin Paşinyana dəstəyi yoxdur. Çünki Qərb görür ki, Emənistan Rusiyanın forpostu, ön istehkamıdır. Rusiyanın istehkamını müdafiə etmək Qərbin nəyinə lazımdır? Çox da sözdə deyir ki, mən demokratam, korrupsiyaya qarşı mübarizə aparıram. Bəyəm hansısa ölkədə korrupsiyanın olması və ya olmaması Qərbin vecinədir ki... Qərbin özündə kifayət qədər korrupsiya var.

- Demək istəyirsiniz ki, Paşinyan Rusiyanın dəstəyi olmadan Azərbaycana hücum etmək cəsarətində bulunur?

- Bəli. Əgər Paşinyan öz oyununu aparırsa, buna görə icazə istəmək lazım deyil. Mən də ehtimal edirəm ki, öz oyununu aparır.

- Bu oyun hələ davam edəcək?

- Hadislərin məntiqi göstərir ki, Paşinyanı oturduğu kreslodan mərhum etmək üçün Azərbaycan Qarabağda əməliyyatlara başlamalıdır.

- Rusiya və Türkiyə Xarici işlər nazirlərinin Tovuz cəbhəsində baş verən döyüşlərə reaksiyasını necə şərh edirsiniz?

- Rusiya prosesə qarışmayacaq - Nikol Paşinyan devrilənə qədər. Rusiya nə üçün qarışsın?

Türkiyəyə gəldikdə, siyasi bəyanat verərək bizi dəstəkləyib. Çox gözəl, qardaş ölkədir. Və bu, çox əhəmiyyətli məsələdir, mesaj verilir ki, Azərbaycan tək deyil.

Rusiya Xarici işlər naziri Sergey Lavrovun bəyanatı isə riyakar bəyanatdır. Deyir, döyüşləri dayandırın, danışıqlar aparın. Bəyəm, görmür ki, danışıqlar prosesi yoxdur?

Lavrov deməlidir ki, dayanın, amma bir var, möhkəm demək, bir də var, xala xətrin qalmasın mənasında demək. İndi Rusiyadan gələn bəyanatlar daha çox “xala xətrin qalmasın” prinsipi ilə verilir.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyini necə izah etmək olar?

- KTMT-nin prosesə müdaxilə etməsi nəyinə lazımdır? Üstəlik, KTMT-də Rusiyadan başqa Ermənistanı dəstəkləyən dövlət yoxdur. Nə Qırğızıstan, nə Tacikistan, nə Qazaxıstan, nə də Belarus. Əksinə, bu ölkələr Azərbaycanı dəstəkləyirlər.

- Siz, münaqişənin həllini necə görürsünüz?

- Mən bu barədə fikrimi açıq deyib, Alland adaları modelini təklif etmişəm. Bununla bağlı fikirlərimi yazmışam. Amma hakimiyyətlər, eləcə də Rusiyanın fikri tam fərqlidir.

İndiki halda mənim məntiqim deyir ki, Azərbaycan Qarabağda erməni ordusunu vuracaq. İndiki qanlı atışmalar davam etsə, görəcəksiniz ki, Qarbağda ermənilərə zərbələr endirildi.

Azərbaycan əhalisi Ermənistan əhalisindən 5 dəfə çoxdur, Azərbaycan iqtisadiyyatı erməni iqtisadiyyatından 3 dəfə böyükdür. Ordu isə ancaq parad üçün deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56
Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01
“Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58
Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56
Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48
Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46
Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44
Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42
Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40
"Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31
Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28
Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22
İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19
Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03
İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55
Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54
Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52
ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23
DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12
ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07
Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58
Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49
Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44
Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31
Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27
Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18
TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07
AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05
Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39
İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru