Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır .....                     Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı .....                     Bakı və İrəvan arasında gizli danışıqlar .....                     Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                     "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır" .....                     İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib .....                     Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib .....                     "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar .....                     Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil .....                     Mən sovet adamıyam .....                     Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi .....                     Dövlət qurumu 13 milyonluq tender keçirir .....                     Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar .....                     Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib .....                     Azərbaycan Mərkəzi Bankına təyinat olub .....                     FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb .....                     Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran .....                     Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir .....                     Azərbaycanla sülh əsas məqsədimizdir .....                     Ermənistan ordudan imtina edir? .....                     “GL Group”da yeni təyinat .....                     “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq .....                     Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? .....                     Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək .....                     Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı .....                     Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı .....                     ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib .....                     Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? .....                     Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər .....                     Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? .....                     “Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var .....                     “Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq .....                     “Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” .....                     İnsanların sağlamlığı ilə oynayırlar... .....                     Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək .....                     Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... .....                 

“Xahişimiz budur ki, ərazilərimiz işğaldan tam azad olunana qədər ”dur“ əmri verilməsin!“ - DEPUTATDAN ÇAĞIRIŞ!!!
Tarix: 10-10-2020, 10:06 | Çap et
“Xahişimiz budur ki, ərazilərimiz işğaldan tam azad olunana qədər ”dur“ əmri verilməsin!“
Azərbaycan ordusu 27 sentyabrdan etibarən işğalçı Ermənistan ordusunu darmadağın etməklə, düşməndən təmizlədiyi torpaqlarımızda bayrağımızı ucaltmaqla tarix yazır. Belə bir gündə hər bir azərbaycanlının ürəyi ordumuzla birgə döyünür, qulağı, gözü cəbhədən gələn xəbərləri axtarır. Hər birimiz əminik ki, Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti və xalqımızın dəyanəti sayəsində qələbə bizimlə olacaq, Cənubi Qafqazın qarayarasını birdəfəlik kəsib atacağıq.

123 saylı Kəlbəcər seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov “Yeni Müsavat”ın suallarını cavablandırdı, ordumuzun zəfərləri barədə danışdı.

- Aqil bəy, Vətən savaşının ilk günlərindən başlayaraq, Kəlbəcər istiqamətində ordumuzun uğurları barədə xəbər aldıq. Hazırda vəziyyət necədir? Yəqin, bizim xəbərdar olmadığımız çox məsələlər var ki, siz onlar barədə məlumatlısınız. Oxucularımıza bu barədə nə deyə bilərsiniz?

- Ordumuz əks-hücum əməliyyatlarını çox uğurla davam etdirir. Ötən müddət ərzində Azərbaycan ordusu hər gün öz gücünü qarşı tərəfə göstərə bilir. Ermənistan ordusu hər gün çoxsaylı canlı itki verir, saysız-hesabsız hərbi texnika, hərbi sursat məhv edilir, yaxud qənimət olaraq götürülür. Aldığımız xəbərlər hər birimizi ruhlandırır. Ötən müddətdə Azərbaycan ordusu bir sıra yaşayış məntəqələrini, o cümlədən hərbi əhəmiyyətə malik olan yüksəklikləri ələ keçirib, o cümlədən Murovdağ və onun ətrafındakı yüksəkliklər ordumuzun nəzarəti altındadır. Bu zəfərlər hər birimizi sevindirir. Bu gün əsgərlərimizin Kəlbəcər torpağına ayaq basması qələbədir. Azərbaycan ordusu tariximizin şanlı səhifələrini yazır.

- Murov yüksəkliyi, onun strateji əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Murov yüksəkliyi dəniz səviyyəsindən 3 min metr yüksəklikdədir və döyüşün ilk günlərindən ordumuzun nəzarətindədir. Qarşıda Camışdağ yüksəkliyi var ki, aldığımız məlumata görə, artıq həmin ərazi də ordumuzun nəzarəti altındadır. Artıq Göyçə istiqamətindən Kəlbəcərə gələn və Kəlbəcərdən Ağdərə istiqamətinə gedən yol ordumuzun tam nəzarətidədir. Ona görə hərbi əhəmiyyətə malik olan yüksəklik deyirik ki, o yollara nəzarət imkanı verir. Həmin yüksəkliyin əhəmiyyəti həm də ondan ibarətdir ki, oradan geniş əraziləri müşahidə etmək imkanı yaranıb.

- Yəqin ki, siz zamanında Murovdağ yüksəkliyində olmusunuz, eləmi?

- Əlbəttə. Kəlbəcər işğal olunmamışdan qabaq mən Murovdağ yolundan keçərək dəfələrlə Kəlbəcərə gedib-gəlmişəm. Qışda da getmişəm ordan. Maşınların sürüşüb yolun kənarında qaldığı dövrdə də getmişəm, yaz ağzı, payızda da. Çox çətin idi o zamanlar. Yaz ağzı, hətta yay günlərində o yolla gedib-gəlməyin özü bir qəhrəmanlıq idi. Əvvəllər ora 2-3 difirli maşınlarla gedib-gələ bilirdik. Vaxtaşırı əlaqə saxlayırıq. Bu gün yol tam nəzarət altındadır, işlək vəziyyətdədir, ordumuz üçün maneə yoxdur. Təbii ki, çox yüksəklik olduğu üçün hava soyuqdur, qarın hər an gəlməsi gözləniləndir. Əsgərlərimizə güc-qüvvət arzulayırıq.

- Oradan Kəlbəcərin mərkəzinə nə qədər məsafə var?

- Camışdağ yüksəkliyi Kəlbəcərə daha yaxındır. Ordan daha yaxşı nəzarət etmək mümkündür. Amma bizim elə silahlarımız var ki, hətta indiki mövqelərimizdən də nəzarət etmək imkanımız var. Bir məsələyə toxunum ki, bizim Ermənistanla 136 km-lik sərhədimiz var, dağlı-dərəli. Amma əmin olun ki, Ermənistandan gələn yola tam nəzarət var. İndiki mövqelərimizdən Kəlbəcərin mərkəzinədək hardasa 30-40 km-lik məsafə var. İnşallah, ordumuz tezliklə Kəlbəcərə qələbə bayrağımızı sancar!

Yuxarıda qeyd etdiyim kimi, Göyçə istiqamətindən gələn yol Kəlbəcərə keçir, ordan Laçın istiqamətinə də gedir. O yol da sonradan çəkilib, birinci Qarabağ savaşı dövründə. Çünki Ağdərə istiqamətinə gedən yol ermənilər tərəfindən dayandırılmışdı. Birinci Laçın istiqamətinə gedən yol açıldı, sonradan Kəlbəcər-Murovdağ, Göygöl yolu. O, müharibə dövrü çəkilən torpaq yoldur, müharibə dövründə çəkilib. Amma əsas magistral yol Kəlbəcər-Ağdərə və Dağlıq Qarabağ istiqamətinə aparan yoldur. Bildiyiniz kimi, İran tərəfdən də işğal olunmuş ərazilərimizə yol var. Aldığımız məlumata görə, həmin yollar da ordumuz tərəfindən nəzarətə götürülüb. İnşallah, hər gün uğurlarımız artır, ordumuz qələbələr qazanır. Özü də ordumuz beynəlxalq qanunları gözləmək şərtilə irəliləyir, dinc əhaliyə atəş açmır. Amma Ermənistan ordusu nəinki sərhədboyu yaşayış məntəqələrinin əhalisini, hətta digər bölgələrdəki sakinlərimizi də atəşə tutur. Bu da cinayətdir, beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır.

- Gördüyümüz ki, ordumuzun zəfərlərini sinirməyən qüvvələr də var. Bu günlərdə Azərbaycanın dostları da, özünü “dost”, “müttəfiq” göstərib, əslində işğalçının yanında qərar tutan sifətsizlər də məlum oldu. Siz düşmən mövqedə olan və Azərbaycana qarşı fitnə-fəsad siyasəti yürüdənlərlə bağlı nə deyərdiniz?

- Hamı bilməlidir ki, bu gün Azərbaycan xalqı, Azərbaycan ordusu haqq yolundadır. Biz kiminsə torpağında müharibə aparmırıq, bu, Vətən müharibəsidir. Ermənistanın 30 ilə yaxındır davam edən işğalçılıq siyasətinə bəzi beynəlxalq təşkilatlar, siyasi qurumlar, ayrı-ayrı paytaxtlar bu günə qədər göz yumdular. Amma baxın, bu gün artıq həmin siyasi qurumlar aktivləşib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Fransa başda olmaqla, ədalətsiz bəyanatlar verməkdə davam edirlər.

- Faktiki olaraq işğalçı Ermənistanı xilas üçün hərəkətə keçiblər...

- Bəli, açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edirlər. Bu gün bizə bəlli olur ki, niyə bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətsiz olublar. Artıq onlar konkret şəkildə öz mövqelərini göstərirlər. Bütün bu bəyanatların, çıxışların bir cavabı var. Hər kəs bilməlidir ki, ədalətli olmayan bir sistemdə Azərbaycan əsgəri ədalətli qanunu yazmalıdır. Azərbaycan prezidenti bunu dəfələrlə vurğulayıb ki, əgər Ermənistan tərəf beynəlxalq qanunları pozursa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra etmirsə, ona qarşı heç bir cəza tədbiri icra olunmursa, Azərbaycan niyə öz hüquqlarını qorumamalıdır?

- Aqil bəy, bu gün ölkə ictimaiyyətindən gələn bir sosial sifariş, israrlı xahiş və tələb var: hərbi əməliyyatlar sonadək davam etdirilməlidir, son qarış ərazilərimiz azad edilənə qədər. Siz necə düşünürsünüz?

- Edilən çoxsaylı zənglər, keçirdiyimiz görüşlər, cəbhə bölgəsindəki təmaslar zamanı xalqımız yekdilliklə nümayiş etdirir ki, biz bu gün Ali Baş Komandanın, ordumuzun ətrafındayıq, eyni zamanda 27 sentyabr tarixdə Ali Baş Komandanımızın verdiyi əks hücum əmrini yekdilliklə bəyənirik. Arzu-istəyimiz, xahişimiz ondan ibarətdir ki, ərazilərimiz işğaldan tam azad olunana qədər “dur” əmri verilməsin!

Xalqımız bu gün ordumuzun arxasındadır, əsgərimizə dayaqdır. Mən deyərdim ki, bu günə qədər belə həmrəylik, birlik nümayiş etdirilməmişdi. Bu zəfərin qarşısını heç kim ala bilməz. Biz haqq mübarizəsindəyik. Azərbaycan xalqı öz ordusunun gücünə, qüdrətinə inanır. Ordumuz bu gün müasir silahlarla təmin olunub, həm də nizami ordudur, fiziki cəhətdən sağlamdır. Mən inanıram ki, Azərbaycan ordusu çox yaxın gələcəkdə öz sözünü deyəcək və xalqımıza qələbə müjdəsini bəxş edəcək. O gün uzaqda deyil, biz bunu gözləyirik və inanırıq.

- Bilirik ki, siz Kəlbəcərin Ağdaban kəndində doğulmusunuz və 7 il Kəlbəcər rayonuna rəhbərlik etmisiniz. İnşallah, Kəlbəcər işğaldan azad olunandan sonra öncə haranı ziyarət etmək istərdiniz?

- Mənə Azərbaycanın hər qarışı, o cümlədən işğal altında olan bütün ərazilərimiz əzizdir, seçmək, bir-birindən ayırmaq istəməzdim. O cümlədən Kəlbəcərin hər qarışı mənə əzizdir. Kəlbəcərdə doğulmuşamsa, orda boya-başa çatmışamsa, təbii olaraq ora məni daha çox çəkir. Amma Azərbaycanın hər qarışı doğmadır. Səbirsizliklə Kəlbəcər torpağına ayaq basmaq istəyirəm. Təbii ki, doğulduğum yer, uşaqlıq, gənclik dövrünü keçirdiyim ərazi var. İlkin olaraq yadımda qalan xatirələri bir daha canlı olaraq görmək istəyərdim. Mən icra başçısı işlədiyim dövrdə Kəlbəcər haqqında 3 kitab nəşr etdirmişəm, bir film çəkdirmişdim, orda da dəfələrlə vurğulamışıq ki, Kəlbəcər Azərbaycanın zümrüd qaşıdır. Bu baxımdan çox böyük önəmi var. Həm də qərbdən Azərbaycanın qala qapısıdır. Kəlbəcəri elə-belə almaq mümkün deyildi. Yadınızdadırsa, ulu öndər kəlbəcərliləri qəbul edərkən demişdi ki, Kəlbəcərin işğal tarixinədək duruş gətirə bilməsi bir tərəfdən kəlbəcərlilərin öz qəhrəmanlıqları hesabına olub, digər tərəfdən də Tanrıdan yaradılmış qala kimi olması idi. Odur ki, Kəlbəcəri asanlıqla işğal etmək mümkün deyildi. Baxın, Laçın rayonu da işğal olunmuşdu, Kəlbəcər hələ yerindəydi. O vaxt çox çətin dövr idi, müstəqilliyimizin ilk illəri idi, ordumuz yenicə yaradılırdı, daxildə çəkişmələr var idi, xoşagəlməz vəziyyət yaranmışdı. Düşmən də bu vəziyyətdən istifadə etdi. Eyni zamanda, düşmənə kömək edən qüvvələr mövcud idi. Kəlbəcərin və digər rayonların işğalından sonra BMT Təhlükəsizlik Şurası ardıcıl olaraq 4 qətnamə qəbul etdi. Amma 30 ilə yaxın vaxt keçib, qətnamələrin icra olunmaması ilə bağlı işğalçı Ermənistana bir kəlmə söz deyən yoxdur. Bu gün həmsədr Fransa görün hansı mövqedədir? Bəyan edir ki, biz erməni xalqının yanındayıq. Görün bu, həmsədrliyə yaraşan sözdürmü? Qarabağ məsələsi indiyədək niyə həll olunmayıb, artıq bunun səbəbləri açıq-aşkar ortaya çıxır.

- Bu gün xalq Ali Baş Komandanın arxasındadır, ordumuza dayaqdır və bir nəfər kimi döyüşə atılmağa hazırdır. Belə bir durumda əlavə demək istədikləriniz varmı?

- Azərbaycan ordusu, Azərbaycan xalqı yeni bir tarix yazır. Xalqımız öz həmrəyliyini nümayiş etdirməklə, Ali Baş Komandanın yanında olmaqla düşmənə dərs verir. Azərbaycan bu gün heç bir kənar qüvvənin dəstəyindən istifadə etmədən torpaqlarını erməni işğalından azad edir. Bu gün xalqın yekdilliklə səfərbər olunmasına, əlavə canlı qüvvəyə də ehtiyac yoxdur. Amma Azərbaycana dəstək verən ölkələr də var. Türkiyə dövləti başda olmaqla Azərbaycana dəstək verən bütün ölkələrə öz minnətdarlığımı bildirirəm. Bu gün artıq hər kəs öz iç üzünü göstərdi. Belə bir deyim var: dostunu göstər, deyim kimsən? Bu gün Ermənistan kimi bir faşist ölkəni dəstəkləyən - mən onu fransız xalqına aid etmək istəmirəm - bir lider öz münasibətini ortaya qoydu. Erməni xalqının faşist mövqeyi elə bu adamda da var. 1992-93-cü illərdə də dinc əhalini soyqırıma məruz qoymuşdular. Ağdaban işğal olunanda körpə uşağı atasının qucağında öldürüblər, atası da yaralı. Ata yaralı ola-ola ona yeri qazdırıblar, uşağını basdırıblar ki, görsənməsin, sonra da atanı öldürüblər. Xocalı soyqırımında əliyalın uşaqları, qadınları, ağsaqqal- ağbirçəkləri işgəncə ilə qətlə yetirən ordudan nə cür danışmaq olar? Bu gün də dinc əhali hədəfdədir. Mülki əhalinin nə günahı var? Belə faşist bir dövlətin tərəfində durmaq elə onun tayı olmaqdır, bunun başqa adı yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Bu gün, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Bu gün, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Bu gün, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Bu gün, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Bu gün, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Bu gün, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Bu gün, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Bu gün, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Bu gün, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Bu gün, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Bu gün, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Bu gün, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Bu gün, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Bu gün, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Bu gün, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Bu gün, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Bu gün, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Bu gün, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Bu gün, 12:53
FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Bu gün, 12:47
Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Bu gün, 12:31
Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Bu gün, 12:27
Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
Bu gün, 12:16
Ermənistan ordudan imtina edir? - “Nezavisimaya qazeta”
Bu gün, 12:15
“GL Group”da yeni təyinat - FOTO
Bu gün, 12:14
“Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 12:12
Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? - AKTUAL
Bu gün, 12:11
Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək - MƏQALƏ
Bu gün, 12:05
Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı - İsrafil Kərimovun yazısı
Bu gün, 12:03
Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:02
ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"
Bu gün, 11:57
Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? - SİYAHI
Bu gün, 11:51
Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Bu gün, 11:44
Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Bu gün, 11:33
“Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Bu gün, 11:28
“Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Bu gün, 11:20
“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Bu gün, 11:14
İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Bu gün, 11:12
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Bu gün, 11:00
Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... - BU NƏDİ BELƏ?
Bu gün, 10:50
İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? – Ermənistanda sensasion iddia
Bu gün, 10:45
Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... - "Armenian Tayms"
Bu gün, 10:39
Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır
Bu gün, 10:34
Rəqqasə bədənindəki tatuları BELƏ GÖSTƏRDİ
Bu gün, 10:31
İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb - “Armenian report”
Bu gün, 10:14
Azərbaycandakı iri tekstil şirkətinin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:09
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - AKTUAL
Bu gün, 10:06
"Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Bakıda daha bir İran aşiqi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır - İLGİNC
Bu gün, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru