Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                     Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? .....                     170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? .....                     Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var .....                     Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir .....                     Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib .....                 

"Bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq" - ekspert
Tarix: 14-11-2020, 09:05 | Çap et
"Bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq"
Noyabrın 10-da Azərbaycan-Rusiya və Ermənistan tərəfinin imzaladığı bəyannamədə əksər politoloqların bir həftə öncəyə qədər əlçatmaz hesab etdiyi bir məsələ də öz əksini tapıb. Belə ki, Azərbaycanın diktə etdiyi tələblərin nəzərə alındığı sənədə əsasən, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi yaranacaq.

Sənədin 9-cu maddəsində deyilir ki, Mehri dəhlizi Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətinin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcək. Bəyanatın maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını da sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında da alternativ quru yolu olacaq.

Bəzi ekspertlər hesab edir ki, iqtisadi və logistik baxımdan çox böyük əhəmiyyətə malik bu dəhliz Böyük İpək yolunun əhəmiyyətli parçasına çevrilə, hətta Bakı-Tiflis-Qars dəmiryoluna alternativ ola, onun əhəmiyyətini azalda bilər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, Türkiyə Naxçıvan Muxtar Respublikasına dəmir yolu inşa etməyi planlaşdırır. “Azərbaycanda yeni proseslər fonunda biz Naxçıvan istiqamətində dəmir yolu çəkməyi planlaşdırırıq”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq nazir Fikrət Yusifov vurğuladı ki, Mehri dəhlizi və BTQ layihəsi yükdaşımalar üçün yeni imkanlar yaratmaqla bölgə dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək: “Bakı-Tiflis-Qars dəmiryolunun Naxçıvan sərhədlərinə qədər gəlib çatması nəzərdə tutulurdu və bu layihə bəyənilmişdi. Orada artıq çoxdandır işlər gedir. O dəmiryolunun Naxçıvan sərhədinə qədər uzadılması və Türkiyə üzərindən keçən böyük bir dairəvi yolun əmələ gəlməsi deməkdir.

Bu da təkcə bölgədə yerləşən ölkələrin iqtisadiyyatına deyil, eyni zamanda digər qonşu ölkələrin iqtisadiyyatına da çox ciddi təsir edəcək amil olacaq. Bu gün Mehri üzərindən dəhlizin açılması da o deməkdir ki, Zaqafqaziyada Türkiyə ərazisi də daxil olmaqla geniş dairəvi yol ortada olacaq. Nəticədə yükdaşımalar üçün nəqliyyatın ən sərfəli yolu olan dəmiryolu ilə yüklərin daşınmasına səbəb olacaq ki, bölgədəki dövlətlərin iqtisadiyyatına da müsbət təsir göstərəcək”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da “Yeni Müsavat”a danışarkən vurğuladı ki, bu dəhliz təkcə Azərbaycan üçün yox, ümumiyyətlə bölgə üçün çox əhəmiyyətlidir: “Bu günlərdə Türkiyənin infrastruktur və nəqliyyat naziri Adil Karaismailoğlu çoxmaraqlı çıxış elədi. O, Anadolu agentliyinə müsahibəsində dedi ki, artıq İğdır-Naxçıvan-Bakı dəmiryolunun layihəsi hazırdır. Türkiyə ilə Naxçıvan arasında dəmiryolu yaradılır, yerdə qalan hissə bərpa edilir. Çünki sovet dövründə dəmiryolunun o hissəsi var idi. Bununla yanaşı, Bakı-Tiflis-Qars dəmiryolu da mövcuddur. Bu iki xətt imkan verir ki, Türkiyə Azərbaycana öz yükdaşımlarını, o cümlədən sərnişin daşımlarını həyata keçirsin. Azərbaycanla iqtisadi əlaqələrində məkana uyğun olaraq daha çevik, daha adekvat manevr imkanları qazansın. Bundan əlavə, neçə illərdir layihə şəklində şimal-cənub dəmiryolu layihəsini, yəni Rusiya-Azərbaycan-İran dəmiryolunu gerçəkləşdirməyə çalışırıq, bizdən asılı olmayan səbəblərdən İran üzərindən Qəzvin-Rəşt-Astara dəmiryolunu gerçəkləşdirmək yubanır. İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra o layihəni icra edən Qərb şirkətləri İranı tərk etməyə məcbur olmuşdular. Naxçıvandan Təbrizə və Tehrana dəmiryolu mövcud olduğundan, biz real olaraq birbaşa bu xətdən istifadə etmək imkanı qazanırıq”.

İ.Şabanın sözlərinə görə, bundan əlavə, biz həm də quru avtomobil yolu ilə Naxçıvana birbaşa çıxış imkanı, o cümlədən Naxçıvanın təminatını gücləndirmək imkanı əldə edirik: “Müstəqillik illərində biz Naxçıvanın təminatı üçün nə qədər böyük əziyyətlər çəkdik, Naxçıvanın enerji təminatı üçün də Azərbaycan qonşu ölkələrin ərazisindən istifadə etməli, bunun üçün əlavə xərclərə getməli olur. Ötən il Azərbaycan və Türkiyə hökumətlərinin Bakıda keçirilən yüksək səviyyəli görüşün nəticəsi olaraq, Rəcəb Tayyib Ərdoğan Qars-İğdır-Naxçıvan magistral qaz kəməri layihəsini təklif etmişdi. Bununla da Azərbaycan Naxçıvanın enerji təminatının şaxələndirilməsini həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. İran üzərindən Naxçıvanın qaz təminatı kifayət qədər baha başa gəlir. Ancaq əgər indi 7 rayon və Qarabağın azad olunmuş ərazilərinin qaz təminatı üçün magistral kəmər çəkiləcəyini nəzərə alsaq, o zaman bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq. Bu, çox böyük əhəmiyyətə malik bir layihə olardı”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Bu gün, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Bu gün, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Bu gün, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Bu gün, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Bu gün, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Bu gün, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Bu gün, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Bu gün, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Bu gün, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Bu gün, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Bu gün, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Bu gün, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
Dünən, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
Dünən, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
Dünən, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
Dünən, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
Dünən, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
Dünən, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
Dünən, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
Dünən, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
Dünən, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
Dünən, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
Dünən, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
Dünən, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
Dünən, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
Dünən, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Dünən, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
Dünən, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
Dünən, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
Dünən, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
Dünən, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
Dünən, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
Dünən, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
Dünən, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
Dünən, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
Dünən, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
Dünən, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
Dünən, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
Dünən, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
Dünən, 08:40
"Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
Dünən, 08:04
“Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
Dünən, 07:51
Bu çay evi də qanunlara tabe olmur... - qapalı məkan olsa da...
Dünən, 07:41
Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? - TƏFƏRRÜAT
Dünən, 07:36
'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR - SİYAHI
Dünən, 07:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru