Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                     Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? .....                     170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? .....                     Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var .....                     Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir .....                     Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib .....                     Adı nə olursa olsun... BU YOL AÇILACAQ .....                     "Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" .....                     Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası .....                     İşçi məsuliyyəti... .....                     Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? .....                     "Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" .....                     “Azəriqaz” öz itkilərini belə ört-basdır edir .....                     Bu çay evi də qanunlara tabe olmur... .....                 

“Korrupsiya cinayətində təkcə həmin icra qurumları yox, dövlətin nəzarətedici qurumları da məsuliyyət daşımalıdır” - Ekspert danışır
Tarix: 11-12-2020, 08:42 | Çap et
“Korrupsiya cinayətində təkcə həmin icra qurumları yox, dövlətin nəzarətedici qurumları da məsuliyyət daşımalıdır”
Azad edilmiş torpaqlarımızda böyük yenidənqurma işlərinin başlanması ərəfəsində Cəlilabad rayonunun icra başçısının korrupsiya ittihamı ilə vəzifədən azad edilməsi hələ də ölkədə bu problemin aktual olmasından xəbər verir. "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a müsahibəsində korrupsiyanın kökünü kəsməyin və dövlət qurumlarının fəaliyyətinə nəzarətin effektiv yollarından danışıb.

- Postmüharibə və bərpa dövründə dövlət büdcəsini korrupsiyadan necə qoruya bilərik? Hansı islahatlara ehtiyac var?

- Həqiqətən yeni bir dönəm başlayır və bu yeni dönəmin yeni çağırışları var. 2018-ci ildə prezident İlham Əliyev parlamentdə çıxışında bildirmişdi ki, idarəetmənin daha da təkmilləşdirilməsi üçün bütün istiqamətlərdə islahatlar davam etdirilməlidir. Xüsusən də idarəetmədə struktur və sistem dəyişikliklərinin baş verməsinin vacibliyini qeyd etdi. Eyni zamanda siyasi sistemdə dəyişikliklərin baş verəcəyini anons etdi. Bundan dərhal sonra prezident adminstrasiyasında ciddi dəyişikliklər baş verdi. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıdı. Siyasi partiyalarla böyük bir dialoq başlandı və indi də davam etməkdədir. Yeni siyasi partiyalar qeydə alındı. İdarəetmədə yeniliklər baş verdi, növbədənkənar parlament seçkiləri oldu. Əsas məqamlardan biri də korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurumlarda baş verən dəyişikliklər oldu. Baş Prokurorluqda yenilik oldu, eyni zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibi yeniləndi. Bundan sonra korrupsiyaya qarşı mübarizə milli fəaliyyət planının konturları açıqlandı. Burada innovasiyaların tətbiqi, yeni alətlərdən istifadə, ictimai iştirakçılığın genişləndirilməsi, qərarların qəbul edilməsinin daha şəffaf aparılması, vətəndaş cəmiyyəti ilə əlaqələrin daha da dərinləşdirilməsi və sair nəzərdə tutulurdu.

- Əliməmməd bəy, bu istiqamətdə həm də əməli işlər, hüquqi tədbirlər görüldü, həbslər oldu. Lakin bu, korrupsiyanın kökünü kəsməkdə yetərli olmadı...

- Həbslər, vəzifədən kənarlaşdırmalar bir daha onu göstərdi ki, ölkədə siyasi iradə var. Ötən il ərzində korrupsiya cinayətinə yol vermiş bir çox vəzifəli şəxslər həbs edildi. İcra hakimiyyəti başçıları vəzifədən çıxarıldı, həbs edildi. Nazir və nazir müavinlərinin, idarə rəislərinin vəzifədən çıxarılması, həbs edilməsi baş verdi. Bu onu göstərir ki, korrupsiyaya qarşı mübarizə iki istiqamətdə gedir. Həm institutsional dəyişikliklərin baş verməsi, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, həm də bu cinayətlərə yol verənlərin cəzalandırılması. Korrupsiyaya qarşı mübarizəni effektiv etmək üçün həm preventiv üsullardan istifadə etmək, önləyici tədbirlər, sistem dəyişiklikləri həyata keçirilməlidir, həm də korrupsionerlərin həbsi vacibdir.

Burada mühüm mesajlardan biri də o oldu ki, hər hansı toxunulmaz şəxs yoxdur. İndi dövlət məmuru vətəndaşın xidmətçisi olmalıdır. Ölkə başçısı da dedi ki, mən vətəndaşın bir nömrəli xidmətçisiyəm. Kadrların dəyişməsi, təmiz insanların vəzifəyə gətirilməsi önəmlidir. Ancaq bununla bərabər, sistem dəyişiklikləri də baş verməlidir. Korrupsiyaya aparan səbəblər, niyə bu hallar artır, genişlənir, niyə icra hakimiyyəti institutunda bu qədər dərindir? Deməli, idarəetmə formasının dəyişdirilməsinə ehtiyac var.

- Bölgələrdə yerli idarəetmənin hansı formada dəyişdirilməsini təklif edirsiniz? İcra hakimiyyəti institutu ləğv edilməlidirmi?

- Bəlkə idarəetmə ilə bağlı yeni prinsiplər gətirilməlidir, idarəetmə forması dəyişilməlidir. Yerli idarəetmə bələdiyyələrə verilməlidir, regional idarəetmə mərhələsinə keçid baş tutmalıdır. İcraedici qurumu regional səviyyəyə qaldırmaq lazımdır. Bu həm dövlətin xərclərinin azalmasına, həm də idarəetmədə çevikliyə gətirib çıxara bilər. Bu kimi dəyişikliklərə ehtiyac var.

İqtisadiyyatda gedən dəyişikliklər də bu mənada önəmlidir. Son illər iqtisadiyyatda ciddi dəyişikliklər gedir, strateji yol xəritələri qəbul olunur. Amma eyni zamanda monopoliya yenə qalmaqdadır. Məmur monopoliyasının qarşısını almaq üçün Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir. Bu, qəbul olunmayanda bazardakı oyunçuların davranışları hüquqi müstəvidə öz qiymətini tapmır. Yenə də məmur kapitalizmi davam edir. Məmurların gəlir və xərc bəyannaməsi ilə bağlı qanun qəbul olunmalıdır, onların vəzifə dövründə xaricdə əmlak sahibi olmaq, xarici banklara vəsait yerləşdirmək hüququ ləğv edilməlidir. Kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində müəyyən uğurlar var. Ancaq buna təsir edən amillər daha da dərinləşdirilməlidir.

Maliyyə amnistiyası ilə bağlı qanunun qəbul olunmasına da ehtiyac var. Xüsusən hazırkı şəraitdə daha aktual məsələdir. Müharibəni qələbə ilə başa vurduq, torpaqlarımız tam azad edildi, indi o ərazilərin bərpasına ehtiyac var. Bunun üçün ciddi məbləğdə maliyyə resurslarının cəlb edilməsinə ehtiyac var. Bu mənbələrdən biri də maliyyə və əmlak amnistiyası ola bilər. Nəticədə həm vəsaitlərin ölkədən çıxarılmasının qarşısı alınar, həm də xaricdə bizim vətəndaşlarımıza, məmurlarımıza, iş adamlarına məxsus kapital ölkəyə gətirilər. Leqal sahibkarların sayı artar.

Kapital daha rahat nəfəs alar, kapital sahibləri artıq vəsaitlərini təhlükədə hiss etməyəcəklər. Bu vəsaitlər işğaldan azad edilmiş ərazilərin bərpasına, orada aqrar sənaye, turizm sənayesi, mədən sənayesi ilə bağlı sahələrə yatırıla bilər.

- Sizin vətəndaş cəmiyyəti olaraq, dövlət qurumlarının fəaliyyəti ilə bağlı bir çox monitorinqləriniz olub. Ən çox yeyinti hansı sahələrdədir?

- Əsasən satınalmalara nəzarət gücləndirilməlidir. Dövlət satınalmaları ilə bağlı qanunun tamamilə dəyişdirilməsinə ehtiyac var. Satınalmalar dövlət büdcəsindən xərcləmələrin əsas hissəsini təşkil edən geniş bir sahədir. Hər il 4 milyarddan 6 milyard manata qədər vəsait satınalmalara gedir. Şəffaflıq Azərbaycan Təşkilatının apardığı tədqiqatlardan da bəlli oldu ki, dövlət satınalmalarında şəffaflıqla bağlı, hesabatlılıqla bağlı çox ciddi problemlər var. Dövlət satınalmaları kimlərlə həyata keçirilməlidir, müqavilələr kimlərlə bağlanmalıdır, öhdəliklərin şişirdilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı məsələlərə diqqət artmalıdır. Elektron satınalmalarla bağlı məhdudiyyət var. 3 milyon dollardan artıq satınalmanın elektron keçirilməməsi ilə bağlı qadağa var. Qanunvericilikdə dəyişiklik olmalıdır, biz bu barədə təklif vermişdik. İqtisadiyyat Nazirliyi bizim təkliflərimizi də nəzərə almaqla yeni qanun layihəsi hazırlayıb ki, bu da hüquqi bazanın yaranmasına gətirib çıxaracaq. Nəticədə satınalmalarla bağlı neqativ halların qarşısı müəyyən qədər alına bilər.

- Qeyd etdiyiniz məsələ Dağlıq Qarabağ və ətraf rayonların bərpası prosesində də çox əhəmiyyətlidir. Böyük məbləğdə dövlət vəsaitlərinin qısa müddətdə korrupsiya qurbanı olmaması üçün nə təklif edirsiniz?

- 10 milyarddan artıq vəsaitin bərpa prosesinə cəlb edilməsi gözlənilir. Bu, nəhəng bir rəqəmdir. Elə burada ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi, şirkətlərin həmin prosesə cəlb edilməsi nə dərəcədə şəffaf olacaq. Bu regionların yenidən qurulması ilə bağlı bütün məlumatlar ayrıca bir saytda dərc olunmalıdır, nə qədər satınalma həyata keçirilib, hansı şirkətlər tərəfindən həyata keçirilib, bütün məlumatlar tam şəffaf olmalıdır. Həm vətəndaşlarımız görülən işlər, xərclənən vəsaitlərlə tanış olsun, həm də vətəndaş cəmiyyəti müstəqil monitorinq sistemi yarada bilsin, qiymətləndirmə apara bilsin. Vətəndaş cəmiyyəti də korrupsiyaya qarşı mübarizədə dövlətin əsas portnyorudur, həm də fərdi marağı olmayan partnyorudur.

- Hazırda bunun üçün vətəndaş cəmiyyətinin yetərincə imkanları varmı?

- Əlbəttə, çatışmazlıqlar var və bunun üçün vətəndaş cəmiyyəti ilə bağlı mühit də dəyişməlidir. İctimai nəzarəti həyata keçirə bilmək üçün vətəndaş cəmiyyətinin resurslara çıxış imkanları olmalıdır. Bizim maliyyə mənbələri yetərli deyil, azdır. Vətəndaş cəmiyyətinə ayrılan vəsaitlər il ərzində 15-18 milyon manat civarında olur. Ancaq vətəndaş cəmiyyətinin ehtiyacları ümumilikdə 100 milyona yaxındır. Xarici maliyyə resurslarına çıxış imkanları məhduddur. Qrant haqqında dəyişikliklər edilməklə buna imkan yaradılmalıdır. Vətəndaş cəmiyyəti azad olunan torpaqlara yeni infrastruktur layihələri gətirə bilər. Halbuki beynəlxalq qurumlardan maliyyə mənbələrinin buraya cəlb edilməsi gələcəkdə həmin vəsaitlərin ödənilməsi ilə bağlı dövlətə problemlər yarada bilər. Humanitar layihələr çərçivəsində bir çox infrastruktur işlərini vətəndaş cəmiyyəti vasitəsilə həyata keçirmək olar. Yaponiya səfirliyi su layihələri, yol layihələri həyata keçirir, səhiyyə müəssisələrinin tikilməsini həyata keçirir. USAİD-in kənd təsərrüfatı layihələri var. Onları azad olunmuş torpaqlara cəlb etmək olar. Həmçinin səhiyyə və təhsil ocaqlarının tikintisinə cəlb etmək olar. Mədəni abidələrin bərpası, ekoloji tarazlığın qorunması, yeni meşələrin salınması prosesinə cəlb etmək olar. Bu istiqamətlərdə dəyişikliklər də korrpusiyaya qarşı mübarizənin effektivliyini artıra bilər.

Korrupsiya cinayətində təkcə icra qurumları yox, dövlətin nəzarətedici qurumları da məsuliyyət daşımalıdır. İcra baçısı korrupsiyaya görə həbs olunursa, deməli, nəzarət mexanizmi yaxşı həyata keçirilə bilmir. Ona görə ictimai şuraların yaradılması, ictimai iştirakçılığın bərpa edilməsi, qərar qəbul etmə prosesində vətəndaşların iştirakı çox vacib məsələdir. Bu, həm qərarların keyfiyyətinin artmasına, həm də effektiv icra edilməsinə gətirib çıxara bilər. Bu gün bizim bir çox məmurlar hesab edir ki, qərarları yalnız özləri verməlidirlər, özləri nəticə çıxarıb həll etməlidirlər. Kabinetdə qəbul edilən qərarların ömrü kabinetdən çıxana qədərdir, ondan sonra bitir. Sovet dövründə ölkədə bir rüşvət-korrupsiya vərdişi formalaşmışdı. İndi ən vacib məsələ anti-korrupsiya vərdişlərinin yaradılmasıdır. Bu proseslərin gücləndirilməsinə, ictimaiyyətdə anti-korrupsiya dünyagörüşünün yaradılmasına ehtiyac var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Bu gün, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Bu gün, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Bu gün, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Bu gün, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Bu gün, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Bu gün, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
Dünən, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
Dünən, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
Dünən, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
Dünən, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
Dünən, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
Dünən, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
Dünən, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
Dünən, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
Dünən, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
Dünən, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
Dünən, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
Dünən, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
Dünən, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
Dünən, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Dünən, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
Dünən, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
Dünən, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
Dünən, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
Dünən, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
Dünən, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
Dünən, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
Dünən, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
Dünən, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
Dünən, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
Dünən, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
Dünən, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
Dünən, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
Dünən, 08:40
"Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
Dünən, 08:04
“Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
Dünən, 07:51
Bu çay evi də qanunlara tabe olmur... - qapalı məkan olsa da...
Dünən, 07:41
Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? - TƏFƏRRÜAT
Dünən, 07:36
'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR - SİYAHI
Dünən, 07:20
Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir
Dünən, 07:15
Turizm şirkətinin yeni tender müəmması - TƏFƏRRÜAT
Dünən, 07:13
AYNA şefinin tərəzisi də HARAM ÇIXDI - sürücülər deyir ki...
Dünən, 07:07
İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq - AKTUAL
Dünən, 07:04
Qala hərbi şəhərciyində qadına qarşı zorakılıq: sifarişli hadisənin arxasında komandir dayanır? - BU NƏDİ BELƏ?
Dünən, 07:02
Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi - GƏLİŞMƏ
Dünən, 06:59
Binəqədinin icra başçısı kimsədən qorxmur - Rüşvət verməyənin BAŞINA OYUN AÇIRLAR
Dünən, 06:57
"Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" - Başqa cür ola da bilməz...
Dünən, 06:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru