“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                     Bu saxta xəbərləri kim(lər) və niyə yayır? .....                     İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir .....                     Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb .....                     Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. .....                     “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” .....                     Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                     Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                     Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? .....                     AZAL Təl-Əvivə uçuşları bərpa edir .....                 

“İran torpaqlarına qarşı iddiamız yoxdur, sadəcə, şairlər daima bunu dilə gətirəcəklər” - deputat
Tarix: 15-12-2020, 08:41 | Çap et
“İran torpaqlarına qarşı iddiamız yoxdur, sadəcə, şairlər daima bunu dilə gətirəcəklər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən Zəfər paradında çıxışı çoxlarının ürəyinə ox kimi sancıldı. Xüsusən də Ərdoğanın “Arazı ayırdılar” bayatısını paradda səsləndirməsi Tehran tərəfindən siyasi bir ismarış kimi qiymətləndirildi. İran tərəfindən verilən təpkilər və Türkiyə ilə yaranmış qısamüddətli gərginlik hamının yadındadır. “Yeni Müsavat” bildirir ki, həmin bayatıda deyilir:

Arazı ayırdılar

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım

Zülm ilə ayırdılar.

İran xarici işlər naziri Cavad Zərif isə sosial şəbəkə hesabından paylaşım edib: “Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır?”

Bu açıqlamadan sonra İranın bir çox şəhərlərində insanlar pəncərələrdən “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirərək Azərbaycana həmrəyliklərini bildiriblər.

Soydaşlarımız həm də “Arazı ayırdılar” trendi başladıblar. Onlar müxtəlif şəhərlərdən “Arazı ayırdılar” misralarını səsləndirərək trendə qoşulublar. Düzdür, məsələ yoluna qoyuldu, tərəflər bir-birini dinlədilər.

Yəni Ərdoğanın məlum şeiri söyləməsində Ankaranın heç də Tehrana qarşı hər hansı siyasi mesajı olmadığı qənaətinə gəlindi, lakin bir həqiqətdir ki, bizi bir millət olaraq bu çay ayırıb, o tay - bu tay edib.

Və tarixi gerçəkliyi dəyişmək, ona fərqli don geyindirmək mümkün deyil. Faktiki Arazın o tayında 30 milyon, bu tayında 10 milyon azərbaycanlı yaşayır.

Amma yer üzündə çayların, hətta dənizlərin ortadan ikiyə, üçə böldüyü ölkələr, şəhərlər var. Onları bir-birindən ayıran olmadı.

Məsələn, Dunay çayını qeyd etmək olar. Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna daxil olmaqla, 10 ölkənin torpaqlarından keçir.

Bu cür nümunələr çox göstərmək olar. Di gəl bizim bir Araz çayımız var, o da başımıza elə oyun açıb ki, necə deyərlər, indiyə qədər cəfasını çəkirik. Bəzən adama elə gəlir ki, Araz olmasaydı, ölkəmiz 1828-ci ildə ikiyə də bölünməzdi. Amma Arazın günahı nədir?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, deputat Sabir Rüstəmxanlının “Yeni Müsavat”a bildirdiyinə görə, Araz çayı təkcə Güneylə Quzeyi ayırmır, həm də Naxçıvandan Türkiyə ərazisinə keçir.

S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan bu şeiri deyəndə ürəyində nə fikirləşibsə, İran məsələyə tamamilə gülməli yanaşma sərgilədi. Xalq şairi qeyd etdi ki, həmin bayatı çox qədimdir: “Folklorumuzda Araz haqda buna bənzər və ayrılığı ondan daha sərt ittiham edən bayatılar var. Bu bayatılara görə İran hay-küy salmalı deyil. Onda gedib 40 milyon azərbaycanlıdan soruşsunlar ki, bu şeirləri niyə yazmısınız? Ümumiyyətlə, Araz bir simvoldur, ayrılıq varsa, Araz da var”.

S.Rüstəmxanlının fikrincə, Araz olmasaydı Savalan dağı, Muğan çölləri deyəcəkdik, ayrılığı rəmzləşdirən bir sərvətimiz olacaqdı: “Araz ədəbiyyatımızın parlaq obrazıdır, ayrılığı yox, həm də birliyi, bütövlüyü bildirir. Ona görə Araza yalnız ayrılığın rəmzi kimi baxmaq lazım deyil, birləşdirici çay kimi baxmalıyıq. Çünki üstündən salınan Xudafərin körpüsü ilə bizi birləşdirir. Araz tarix üçün andır, Savalanlı, Şahdağlı, Mil-muğanlı...”

Deputat əlavə etdi ki, Azərbaycan İranla dostdur, onun bölünməsi haqda danışmırıq: “Bu gün İranla yollar açıqdır, insanlar gedir-gəlir, əlaqələr genişlənir, bu münasibətləri qorumaq lazımdır. Amma İran bir şeirə görə səsini qaldırdı, əvəzində məmurun sözünə Təbrizdə minlərlə insan cavab verdi, şeirlər qoşdu, yüzlərlə dildə Araz bayatısı səsləndi. Buna görə İran məmurlarına təşəkkür edirəm ki, bu ayrılığın olduğunu millətin yadına saldılar”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın ikiyə bölünməsi tarixi faktdır: “Bu faktdır ki, birimiz İran ərazisindədir, biri müstəqil Azərbaycandır. Lakin Azərbaycanın İran torpaqlarına qarşı heç bir iddiası yoxdur, qonşuluq siyasətini davam etdirir. Sadəcə, tarixi gerçəklikdir və bunu dilə gətirmək İranın torpaqlarını şübhə altına almaq, qonşu ölkəni narahat edəcək anlama gəlməməlidir. O demək deyil ki, Azərbaycan və başqaları Arazın o tayında soydaşlarımızın qaldığını söyləməsin. Bu, həqiqətlərin deyilməsinə maneə törətməməlidir. Şadam ki, Türkiyə ilə İran arasında yaranmış problem müsbət həllini tapıb”, - deyə R.Nurullayev qeyd etdi.

Deputat hesab edir ki, istənilən halda tarixi həqiqət dəyişmir və zaman-zaman dilə gətiriləcək: “Onlarla şeir var, şairlər həmişə yazıb ki, Araz çayı bizi ayırıb, ikiyə parçalanmışıq. Faktiki 30 milyon soydaşımız İranda yaşayır. Bunu deməkdə problem görmürəm, şairlər, yazıçılar daima bunu dilə gətirəcəklər. Ancaq bu tarixin deyilməsinin İranın ərazi bütövlüyünə bir qorxusu yoxdursa, gərək Tehran da sözləri xoş qarşılasın”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Bu gün, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Bu gün, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Bu gün, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Bu gün, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Bu gün, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Bu gün, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Bu gün, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Bu gün, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Bu gün, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Bu gün, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Bu gün, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Bu gün, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Bu gün, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Bu gün, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Bu gün, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Bu gün, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Bu gün, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Bu gün, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Bu gün, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Bu gün, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Bu gün, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Bu gün, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Bu gün, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Bu gün, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Bu gün, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Bu gün, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Bu gün, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
Dünən, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
Dünən, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
Dünən, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
Dünən, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Dünən, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Dünən, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Dünən, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Dünən, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Dünən, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Dünən, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Dünən, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Dünən, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Dünən, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Dünən, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Dünən, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Dünən, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Dünən, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Dünən, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru