Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                 

“Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir” - deputat
Tarix: 22-06-2021, 08:58 | Çap et
“Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir”
Radikal müxalifət, separatçılar və bəzi xarici ölkə agentləri kimi xarakterizə olunan adamlar 15 iyunda Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsinə qarşı birləşiblər.

Bir növ həmin qüvvələr 10 noyabr tarixli üçtərəfli anlaşmadan sonra başlatdıqları qara piar kampaniyasının müəyyən qədər “baş tutduğunu” düşünərək, bir daha Rusiya amilindən yararlanmağa çalışırlar. Burada onların gətirdikləri əsas arqument budur ki, Ərdoğan ölkəsinə dönəndə jurnalistlərə “İlham Əliyev Putinlə görüşüb danışmalıdır” söyləyib. Bundan uzağa gedən nəticələr çıxararaq iddia edirlər ki, hətta Türkiyənin Azərbaycanda möhkəmlənməsi üçün iki qardaş ölkənin prezidentləri Putindən icazə alacaqlar.

Onların bu cəfəng fikirləri daha çox gülüşlə qarşılansa da, müzakirələr doğurmamış da deyil.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında fikirlərini çox sərt şəkildə ifadə etdi: “Azərbaycanın 1921-ci ildə Qars müqaviləsindən sonra sərhədləri daxilində dövlətçiliyini qoruyub saxlamaq baxımından adını çəkdiyim müqavilədən də üstün Şuşa Bəyannaməsi qəbul olundu. Olduqca ciddi, əhəmiyyət kəsb edən tarixi bir sənəddir. İllərdir ki, biz Azərbaycanla Türkiyə arasında müttəfiqlik müqaviləsinin bağlanması arzusunda idik. Bununla bağlı ən müxtəlif platformalarda fikirlərimizi səsləndirmişik. Doğrudur, 1992-ci ildən üzü bəri iki qardaş ölkə arasında əməkdaşlığın yaranması istiqamətində zamanın verdiyi tələblər çərçivəsində çox ciddi addımlar atılıb. Amma bu addımların ən möhtəşəmi 15 iyundakı bəyannamə oldu. Bunun əleyhinə çıxanlara deyərdim ki, Şuşa Bəyannaməsini diqqətlə oxusunlar. Təkcə oxumasınlar, həm də dərk etsinlər, başa düşsünlər, anlasınlar. Bu bəyannamə ilə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə, suverenliyinə zidd olan, bunu təhlükə altına alan üçüncü dövlətin qarşısında Türkiyə dövləti, onun silahlı qüvvələri dayanacaq. Bunu sayın Ərdoğan da açıq şəkildə bəyan edib.

44 günlük müharibə dövründə, eləcə də müharibə ərəfəsində belə bir müqavilə yox idi. Məhz bu səbəbdən qardaş ölkə hərbi potensialını Azərbaycanın yanına gətirmədi. Azərbaycanın heç buna ehtiyacı da olmadı. Təkbətək işğalçını sındırdı. Əgər Rusiya KTMT-nin əsas ölkəsi kimi Ermənistanın yanında olsaydı, türk qardaşlarımız Rusiyanın qarşısında dayanacaqdılar. Bunu bildiyi üçün Putin açıq şəkildə Ermənistanı müdafiə etmədi. Həmin şəxslər artıq bunu anlamalıdırlar. Bütün bunların əleyhinə gedən ermənidən betərdir. Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir. Faşist, bandit, Xocalı faciəsini törədən Köçəryanın yanında yer almaq onlara başucalığı gətirmir. Şuşa Bəyannaməsinin taleyini sosial şəbəkələrdə aşağı-yuxarı mənasız şərhlər həll etmir. Onlar, sadəcə, tariximizə lənətlənmiş ermənilərin, eləcə də fransızların yanında yer alan şarlatanlar kimi daxil olublar. Buna çox təəssüf edirəm. Bir tikə çörəyə, yaxşı həyat tərzinə görə antimilli mövqe tutmaq heç kəsə başucalığı gətirmir. Deyirlər ki, Ərdoğan İlham Əliyevin Putinlə danışmalı olduğunu deyib. Bəli, burada nə var ki? Putin təkcə regionun deyil, dünyanın supergücü olan dövlətlərindən birinə rəhbərlik edir. Bu gün Bayden Putinlə görüşür, Avropa İttifaqı Rusiyanın qarşısından qaçır. Biz regionun ciddi faktoru kimi Rusiyanı dana bilmərik. ”Şimal qonşumuzla əlaqələri kəsək, danışıqlar masasına oturmayaq" kimi fikirlər əslində Azərbaycana qəsd deməkdir. 44 günlük müharibədə Kreml bu və ya digər səbəblərdən neytral qaldı. Burada da cənab İlham Əliyevin uzun illərdən bəri aparmış olduğu diplomatik siyasət mühüm rol oynadı. Onsuz da Rusiya ilə danışıqlarımız gedir. Kreml proseslərin içərisindədir. Müharibənin dayanmasına, Ermənistanın kapitulyasiyasına imza atanlardan biri də Putindir. Heç bir halda bu münasibətləri düşmənçiliyə çevirməli deyilik. Onlar ya bunu anlamırlar, ya da anlayıb belə olmasını istəyirlər. Onun üçün də Şuşa Bəyannaməsinə kölgə salmağa cəhd edirlər. Onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki sözlərinin çəkisi və qüvvəsi yoxdur".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd etdi ki, qələbəyə şərik olmaq istəyənlər çox olur: “Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Ona görə də bizi istəməyənlər qələbəmizə kölgə salmağa, kimlərisə şərik qoşmağa çalışırlar. Bütün bunlar mənasız cəhdlərdir. Heç kim qələbəmizi əlimizdən ala bilməz, ”Mavr işini görüb , heç hara da getmək fikrində deyil". Hər şey də bizim istədiyimiz ssenari ilə davam edir. Paşinyanın yerində qalması da işimizə yarıyacaq. Rusiya amilindən də çəkinməyə ehtiyac yoxdur. Ərdoğan Azərbaycanın Rusiya ilə danışmasını istəyirsə, buna da normal yanaşmalıyıq. “Öz göbəyimizi, əlbəttə, özümüz kəsməliyik”. Azərbaycan regionda real güc faktoruna çevrilib. Bunu Türkiyə də bu açıqlaması ilə təsdiq edir. Rusiya ilə bizim əvəzimizdən niyə başqası, lap elə qardaş Türkiyə danışmalıdır? Böyük Zəfərdən sonra hər kəs başa düşdü ki, dilimiz də, dilçəyimiz də var. Türkiyə qardaş ölkədir. Biz onun gücü ilə hesablaşır, bir yerdə hərəkət edirik. Amma həm də öz sözümüz, yerimiz var. Rusiya da Azərbaycan faktoru ilə hesablaşır. Biz də regionda Rusiyanın təsir imkanlarını nəzərə almalıyıq. Ermənistan özünü tam şəkildə Rusiyanın ixtiyarına verib, iqtisadiyyatı Rusiyanın əlindədir, sərhədlərini rus əsgərləri qoruyur. Biz isə öz ölkəmizin tam sahibi olmaqla müəyyən məsələlərdə Rusiya amili ilə hesablaşırıqsa, bunda heç bir aşağılayıcı və ya təhlükəli məqam yoxdur. Siyasət “düzünəqulu prospekt” deyil, enişli-yoxuşlu prosesdir. Daim irəliyə getmək mümkün deyil. Bəzən daha sürətlə irəliyə getmək üçün bir qədər geriyə çəkilməli də olursan. Türkiyə və Azərbaycan regionda söz sahibidir. Heç kəsdən icazə almağa ehtiyac yoxdur. Əksinə, Rusiya addımlarını Azərbaycan və Türkiyə ilə uyğunlaşdırmağa çalışır. Şimal qonşumuzun sülhməramlıları Azərbaycan və Türkiyənin icazəsi ilə regiona yerləşdirilib. Rusiya söz sahibi olsaydı, Ərdoğanın Şuşaya səfərinə imkan verməzdi, orada Şuşa Bəyannaməsinin imzalanmasına razı olmazdı. Azərbaycan və Türkiyə liderləri Şuşadan bütün dünyaya, o cümlədən Rusiyaya mesajlarını verdilər. Bu mesajın mahiyyəti o idi ki, Şuşa, Xankəndi daxil, Qarabağın, Zəngəzurun sahibi bizik. Putin səsini də çıxara bilmədi, susdu. Susmaq isə razılıq əlamətidir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru