Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                 

Radikallarla loyalların davası günbəgün qızışır - onlar nəyi bölə bilmir?
Tarix: 24-06-2021, 08:31 | Çap et
Radikallarla loyalların davası günbəgün qızışır
Azərbaycanda özünü müxalifət elan edən çoxsaylı partiyalar var. Lakin müxalifət yekcins deyil, radikal və loyal tərəflərə bölünüblər. İllərdir aralarında qarşılıqlı ittihamlar hökm sürür. Bu iki qüvvə arasında münasibətlər hakimiyyətə münasibətdə daha sərt və barışmaz görünür. Loyallar radikalların çağırışlarının, şüarlarının, yanaşmalarının köhnəldiyini deyirlər. Radikallar isə loyalları hakimiyyətə bağlı, hakimiyyətin göstərişi ilə hərəkət edən “müxalifət” hesab edir və tərəflərdən biri hakimiyyətlə güzəştsiz mübarizə aparmaq xəttini tutur. Digər tərəf hakimiyyətlə fərqli taktikalarla mübarizə aparmağın, dialoq yolu ilə problemləri tədricən həll etməyin tərəfdarıdır. Bəs bu iki qüvvənin öz aralarındakı dava, fikir ayrılığı ümumi müxalifətə necə təsir göstərir və bu vəziyyət hakimiyyətin marağındadırmı?

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirdi ki, müxalifət düşərgəsində insanlar sərt ritorikadan istifadə edir, rəqibini aşağılayır, hərdən də bu təhqirə də keçir, qarşılığı da olanda pis bir mənzərə yaranmış olur: “Hansı ki, bu, heç bir münasibətlər silsiləsinə və siyasi mədəniyyətə uyğun gəlmir. Mən ölkədə radikal və loyal müxalifət anlayışını heç bir halda qəbul etmirəm. Mənim üçün müxalifət daxilində 2 qanad var: sivil mübarizə tərəfdarları və qaragüruhçuluq yolu ilə mübarizə tərəfdarları. Düşünürəm ki, ölkəmizdə normal siyasi münasibətlər sistemi yaratmağın zamanı çoxdan yetişıb. Söyüş, təhqir, qaragüruhçuluq siyasətə yaddır.

Təbii ki, cəmiyyətimizin siyasi savadının aşağı olması bir çox partiyaların, xüsusilə də iqtidarın işinə yarayıb. Biz də məhz bu səbəbdən sivil, şüurlu siyasi münasibətlərdən yanayıq. Düşünürəm ki, cəmiyyətdə sağlam mübarizə həm də maariflənmə ilə nəticələnək. Nəticədə bundan ölkənin demokratik qüvvələri qazana bilər.

Bugünədək formalaşmış ənənələri dəyişməyin zamanı çoxdan yetişib. Bir ara təmsil olunduğumuz düşərgədə belə bir adət vardı - “mənimlə deyilsənsə, məni dəstəkləmirsənsə hakimiyyətin adamısan”. Baxın, bu şantajdır. Şantajla siyasi ittifaqlar yaratmaq cəhdidir. Bunun da sonu iflasdır. Bu baxışı ölkə siyasətinə kimlərin gətirdiyi də məlumdur. Son nəticədə ümumi müxalifət zəifləyir və müxalifətin güclü olmaması isə hakimiyyətin xeyrinə işləyir.

Ölkədə siyasi partiyalar arasında sağlam münasibətlərin formalaşmamasında iqtidar böyük məsuliyyəti daşıyır. Amma iqtidar gəlib müxalifətdaxili məsələləri tənzimləyəsi deyil. Bunu şəxsən mən də qəbul etmərəm. Amma çox təəssüflər ki, müxalifət daxilində də bu günədək monopoliya yaratmaq sevdasına düşmüş şəxslər olub. Müəyyən dövr üçün bunu bacarıblar da. Amma sonrakı dövrdə meydana Gələcək Azərbaycan Partiyasının, ReAl Partiyası, Ağ Partiya kimi yeni siyasi qüvvələrin çıxması bu monopolyanı dağıtmağa nail oldu".

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, uzun illərdir ənənəvi müxalifət ölkədə siyasi müxalifəti inhisara almağa və öz şəxsi ambissiyalarını həyata keçirməyə çalışır. Azərbaycanda müxalifətin irəli gedə və ciddi uğurlar qazana bilməməsində bu vəziyyət şübhəsiz öz təsirini illərdir göstərir: “Bu vəziyyət indi də davam edir. Biz bunu zamanla görürük, hətta Şuşa Bəyannaməsinə - Türkiyə və Azərbaycan əlaqələrinə böyük töhfə verən, müttəfiqlik müqaviləsi olan bu sənədə iki partiya imza atmadı. Hətta imza atanlara qarşı təhqirlərə keçdilər. Ənənəvi liderlərin baxışları 90-cı illərdə qalıb və onların köhnəlmiş baxışları, hər addımda digər müxalifət partiyalarını düşmən elan edib onlara qarşı hücumlar, qarşılıqlı ittihamlar illərlə bütün müxalifətə böyük zərbələr vurub.

Hakimiyyətin son iki ilə yaxın müddətdə partiyalarla dialoqu və yeni bir siyasi mövqe ortaya qoyması, Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırılması ilə yeni bir açılım başlandı, ölkədə yeni siyasi konfiqurasiya formalaşdı. Radikal mövqeli bir neçə müxalif partiya özünü bu konfiqurasiyadan kənarda qoyub və ənənəvi zərərli xətti davam etdirirlər.

Qarabağ müharibəsində də bu iki partiya kənarda qaldı. Belə bir yanaşma ilə özlərini cəmiyyətdən kənarlaşdırdılar. AXCP, Müsavat və Milli Şura hakimiyyətlə dialoqda olan partiyalara qarşı qara piar aparır. Onlar tərəfindən bizə qarşı savaş aparılır. Düşünmürəm ki, hakimiyyət burada maraqlı olsun. Hətta hakimiyyət bu iki partiyaya da dialoq təkli edib və dövlət naminə sənədlərə imza atmağa dəvət edib. Baxın Əli Kərimli, Arif Hacılı, Tofiq Yaqublu, Cəmil Həsənli bütün günü Qarabağda qələbəmizə kölgə salır. O qədər primitiv siyasət ortaya qoyurlar adam məəttəl qalır. Bəziləri hətta Robert Köçəryanın memuarlarından sitat gətirir və ona inanır. Tofiq Yaqublu deyir ki, sərhəddən geri çəkilək, Ermənistanda demokratiyaya mane olmayaq. Belə olduğu halda təbii ki, dialoq tərəfdarı olan müxalifətlə bu cür müxalifətin bir yerdə olması mümkün deyil və burada hakimiyyətin əlinin olduğunu düşünmək yanlış olardı. Bir kiçik qrup adamlar uzun illərdir müxalifəti parçalayıb və hər kəsi qaralamaqla məşğuldurlar. Mən o adamların hər birini siyasətdən getməyə çağırıram".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru